Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya qrupunun keçmiş rəhbəri Elizabet Kimber MKİ-nin Əməliyyatlar İdarəsinə (keçmiş Milli Məxfi Xidmət) rəhbər gətirilib.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” qəzeti məlumat yayıb. Kimberin bu idarəyə rəhbər gətirilən ilk qadın olduğu bildirilib.

Qeyd edək ki, MKİ-nin Əməliyyatlar İdarəsi kəşfiyyat agenturasının informasiyalarının toplanılması, xarici agentlərin idarəsi, məxfi əməliyyatların təşkili və keçirilməsinə nəzarət edir.

Kimber öz kariyerasının böyük hissəsini Qərbi Avropada keçirir. O, hazırda Avropa və Avrasiya Missioner Mərkəzinə rəhbərlik edir.

Kimber həmçinin MKİ-nin Rusiya qrupuna rəhbərlik edib. Bu qrup Rusiya obyektləri və xidmətləri barədə casusluq aparan agentura şəbəkəsi olub.


Türkiyənin Rusiya istehsalı silahlar almasından narahatıq.

Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Aleksis Çipras Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

"Putinlə Şərqi Aralıq dənizindəki prosesləri, bölgədə yaradılmış yeni enerji xəritəsini, Rusiya və Yunanıstanın Türkiyə ilə münasibətlərini müzakirə etdik. Bundan əlavə, Türkiyənin Rusiyadan silahlar almasından narahat olduğumuzu bildirdim", - Çipras qeyd edib.

Qeyd edək ki, Yunanıstan özü Rusiyadan S-300 sistemi alıb.


“Marlboro” siqaretlərinin istehsalçısı olan ABŞ-ın “Altria Qrup” şirkəti marixuana əkininə başlayıb.

Axar.az xəbər verir ki, şirkət bunun üçün Kanadanın “Kronos” şirkətinin səhmlərinin 45%-ni əldə edib. Razılaşmanın dəyəri 1,77 milyard dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci ilin oktyabrından etibarən Kanadada marixuana istehsalı leqallaşdırılıb. Bu ölkədə marixuana istehsalı ilə məşğul olan şirkətlərin səhmlərini iki dəfədən çox bahalaşdırıb.


ABŞ azad bazarda istənilən məhdudiyyətlərə, o cümlədən OPEK-in neftlə bağlı qərarına neqativ münasibət göstərir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin köməkçinin müavini Sandra Oudkirk deyib.

“ABŞ hökuməti 1970-ci il enerji böhranından başlayaraq, onilliklər ərzində OPEK-in bazarı idarəetməsiylə bağlı yanaşmalarına qarşı olub. Biz hesab edirik ki, bazar qüvvələrinin özləri tələbata əsaslanaraq tədarükün səviyyəsini müəyyən etsinlər” – deyə o bildirib.

Qeyd edək ki, dünən “OPEK+” ölkələri ümumilikdə gündəlik neft hasilatını 1,2 milyon barrel azaltmaq haqqında qərar qəbul ediblər. Bu ixtisarın 800 min bareli OPEK-in, 400 min bareli isə OPEK-ə daxil olmayan ölkələrin payına düşüb.

 

Rusiya Ukraynaya “azadlıq missiyası” adı altında ordu yeridib, Ukraynanın yarısını “xilas etməlidir”.

Axar.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı hazırda Rusiyada mühacirətdə yaşayan Ukrayna Radasının eks-deputatı İqor Markov deyib.

“Ukraynada 20-25 milyon rus var. Əgər biz onları yalnız qoysaq, bu itkilər Böyük Vətən Müharibəsindəki itkilərimizə bərabər olacaq. Aydındır ki, onları heç kim öldürməyəcək, amma rus olmağı da dayandıracaqlar. Ona görə ki, onlar hər zaman bizim onları satdığımızı düşünəcəklər” – deyə o bildirib.


Ermənistandan kapital axını artıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, oktyabrda ölkədən 121 milyon dollar, 9 ay ərzində isə 951 milyon dollar kapital çıxarılıb. Bu isə keçən illə müqayisədə 171 milyon dollar çox olub.

Kapital axınının fevraldan başladığı bildirilib. Aprel ayından sonra kapital axınının müvəqqəti dayandığı, amma bir müddət əvvəl yenidən sürətləndiyi vurğulanıb. Qəzet bu artımın həm də keçmiş hökumət nümayəndələrinin ölkədən öz sərvətlərini çıxarması ilə əlaqələndirib.


İranda ölümə məhkum edilmiş daha 12 nəfər edam edilib.

Axar.az xəbər verir ki, İranın Kirman şəhərinin zindanında dara çəkilən məhkumlar narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılıb.

4 bəlluc – Cəlil Xodabəxş, Yusif Cəlaləddin, Əbdülqəni Qələndərzehi, Yaqub Qələndərzehi istisna olmaqla, dara çəkilən müttəhimlərin adları açıqlanmır.


ABŞ-ın kiçik və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxması, eləcə də öz bazalarını Şərqi Avropa və Polşada yerləşdirməsi bu əraziləri hərbi meydana çevirir.

Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə açıqlamasında rusiyalı hərbi eskpert Vladislav Şurıqin deyib.

“ABŞ bazasının yerləşdirildiyi istənilən Şərqi Avropa ölkəsi potensial nüvə səhrasına çevrilir. Bu dövlət faktiki olaraq dünya xəritəsindən silinir. Ona görə də amerikalıları israrla dəvət edən siyasətçilər öz əhalisini atom yağışı altında qoyurlar”, – deyə o bildirib.


Ötən illər ərzində ölkəm qeyri-enerji sektorunun inkişafında, xüsusilə də Azərbaycanda biznes və sərmayə mühitini inkişaf etdirməklə və nəqliyyat infrastrukturlarını tikməklə və buraya sərmayə qoymaqla, nəzərə çarpacaq addımlar atıb.

Axar.az-n məlumatına görə bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov “ATƏT məkanında iqtisadi bağlılığın təşviq edilməsi” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, ölkəmizin bütün səyləri Azərbaycanınla məhdudlaşmır:

“Azərbaycan Hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub oxları boyunca qonşu dövlətlər və ATƏT-ə üzv olan digər maraqlı dövlətlər ilə əməkdaşlıqda regional, trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır. Artan bağlılığa töhfə verən layihələr arasında ilkin mərhələdə 6-7 milyon ton, daha sonra isə ildə 17 milyon ton yükgötürmə qabiliyyəti olan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu vardır. BTQ Yeni İpək Yolu adlanan və Trans-Avropa və Trans-Asiya dəmir yol şəbəkələrini birləşdirəcək, eləcə də Avropa və Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək yeni yaranmış qitələrarası dəhlizin əsas seqmentidir”.

E.Məmmədyarov həmçinin qeyd edib ki, Azərbaycan hökumətinin başqa bir prioritet sahəsi tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən səmərəli ticarət qaydalarını təqdim etmək, idxal, ixrac və tranzit sərhəd proseduralarının səmərələşdirilməsi də daxil olmaqla nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir:

“Ticarətin asanlaşdırılmasında elektron imza prinsipinə əsaslanan elektron bəyannamə sistemi kimi informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır.

Xüsusilə qeyd etmək istədiyim bir sahə yeni Bakı Limanı ətrafında Azad Ticarət Zonasının yaradılması vasitəsilə ticarət-logistika sektorunda xarici şirkətlər üçün əlverişli və azad sərmayə rejiminin təmin edilməsi üzrə səylərimizdir. Bu Azad İqtisadi Zonanın məqsədi Azərbaycanın çoxsaylı ticarət yolları üzrə Avropa və Asiya arasında ticarəti asanlaşdıracaq regional ticarət-logistika mərkəzi kimi cəlbediciliyinin artırılmasıdır.

İcra üçün artıq hazır olan, Azərbaycanı və Mərkəzi Asiyadakı tərəfdaşlarımızı, habelə potensial olaraq Əfqanıstanı da əhatə edəcək “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsi Avropa və Asiya arasında bağlılığı daha da gücləndirəcək”.


Radikal elementlər “sarı jiletlilər” etiraz hərəkatını Fransa hökumətini devirmək üçün vasitəyə çevirmək istəyirlər.

Axar.az xəbər verir ki, bunu “Parisien” qəzetinə açıqlamasında Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamin Qrivo deyib.

“Aydındır ki, bu aksiyalar təşkil olunub. Siyasiləşmiş və radikal elementlər çalışır ki, bu hərəkatı vasitəyə çevirsinlər. Onlar hökuməti devirmək istəyirlər. Xüsusi xidmət orqanlarına bəllidir ki, paytaxt aksiyalarında etirazçılar arasında odlu silahlar paylanılır. Əsl sarı jiletlilər canlı qalxan ola bilməzlər. Biz hər kəsi məsuliyyətli olmağa səsləyirik” – deyə o bildirib.

Xəbər lenti