Xarici kəşfiyyat orqanları Rusiyaya qarşı fəaliyyətlərini kəskin şəkildə artırıblar.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin danışıb.

“Beynəlxalq vəziyyətin getdikcə mürəkkəbləşməsi bir qayda olaraq mütəxəssislərin daha sıx və kəskin müqavimətinə səbəb olub”, - Narışkin bildirib.


Ermənistanın İstintaq Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi qaldırmayıb.

Report xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin Seçki Cinayətləri Departamentinin rəhbəri Kamo Saakyan bildirib.

"Saat 16:00-dək respublikanın İstintaq Komitəsinə bir şikayət daxil olub. O, baxılma mərhələsindədir. Hazırda cinayət işi qaldırılan iş yoxdur", - deyə o bildirib.

Daha əvvəl ölkənin Baş Prokuroluğundan bildirilib ki, qanun pozuntusu ilə bağlı 65 məlumata baxılır. Onlardan 32-də cinayət tərkibi var.


Türkiyədə fəaliyyəti dayandırılan Fateh Universitetinin yaradıcılarından T. Həsən adlı şəxs FETÖ istintaqı çərçivəsində həbs edilib.

Ardını oxu...

ABŞ-ın apellyasiya məhkəməsi Prezident Donald Trampın qeyri-leqal miqrantlara sığınacaq verilməsini qadağan edən sərəncamını bloklayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb. Hakim Cey Bibi sərəncamın mövcud ABŞ qanunlarına zidd olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən ay ABŞ-ın San-Fransisko Dairə Məhkəməsi də Trampın sözügedən qərarını bloklamışdı.


Əş-Şəbab terror təşkilatı Somalinin paytaxtı Moqadişuda iki generala qarşı sui-qəsd təşkil edib.

Ardını oxu...


Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani bu gün Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Körfəz Zirvəsinə qatılmayacaq.

Ardını oxu...


İranın qəti şəkildə iradəsi qardaş və dost ölkə Türkiyə ilə bütün sahələrdə səmimi münasibətlərin inkişaf etdirilməsi yönündədir.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Türkiyə parlamentinin sədri Binəli Yıldırımla görüşü zamanı deyib. O, Türkiyənin sabitliyini və təhlükəsizliyini öz ölkəsinin sabitliyi kimi gördüyünü bildirib:

“Bu istiqamətdə bir müddət əvvəl həyata keçirilən çevriliş cəhdinə qarşı İran Türkiyə dövlətinin sabitliyi və güclənməsi məsələsində konkret və şəffaf mövqe sərgiləyib”.

Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın sanksiyalarına qarşı mövqeyini müsbət qarşıladıqlarını söyləyib:

“İran və Türkiyə illərdir terrorizm problemi ilə qarşı-qarşıyadır. Nə vaxt iki ölkənin terrorçuluqla mübarizə məsələsində əməkdaşlığı artıbsa, bu sahədəki uğurları daha çox olub. İki ölkə son illərdə regional səviyyədə terrorizmlə mübarizədə çox yaxşı əməkdaşlıq edib”.

Ruhani Türkiyə ilə müxtəlif sahələrdə imzalanan razılaşmaların sürətli şəkildə tətbiq edilməsinin vacib olduğunu da qeyd edib.

İnsanlar ətrafı qorumaq üçün üçüncü dünya ölkələrinə böyük məbləğ ödəmək istəmirlər.

Axar.az xəbər verir ki, bu sözləri Fransadakı aksiyalar barədə Tvitter hesabında ABŞ Prezidenti Donald Tramp bildirib.

Fransanın bütün bölgələrini etiraz aksiyaları bürüdüyünü deyən Tramp, "Aksiyalarda "Trampı istəyirik" şüarları səsləndirirlər. Fransanı sevirəm", - deyə bildirib.

Qeyd edək ki, Fransada hökumətin yanacaq qiymətlərini qaldırması səbəbilə noyabrın 17-də başlayan “Sarı jiletlilər” aksiyası son illərin ən böyük aksiyalarındandır.

     
  •  

Moskva ilə Ankara arasındakı sıx münasibətlər bölgədə təhlükəsizliyin və sabitliyin təminatıdır.

Axar.az xəbər verir ki, bu sözləri İran səfərində Türkiyə Böyük Millət Məclisinin spikeri Binəli Yıldırım deyib.

Yıldırım qeyd edib ki, Türkiyə və Rusiyanın bölgədəki təhlükəsizliyini zəiflədəcək hər cür cəhdlərin qarşısının alınması vacibdir:

"Rusiyanın yaxın münasibəti bölgənin gələcəyi üçün təminatdır. TBMM olaraq, hökumətlərimizin səylərinə qatqı verməyə davam edəcəyik".

Ermənistanın İstintaq Komitəsi ölkənin ali, orta ixtisas və ümumtəhsil məktəblərində aparılan yoxlamaların nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, aparılan yoxlamalar zamanı cari ilin yanvar-noyabr aylarında təhsil müəssisələrində dövlət büdcəsindən ayrılan 81 min 600 dollar vəsaitin mənimsənildiyi aşkar olunub.

İstintaq Komitəsi mətbuat xidmətinin məlumatına görə, korrupsiya faktları ilə əlaqədar ümumtəhsil məktəblərində 15, məktəbəqədər təhsil müəssisələrində isə 98 mənimsəmə faktı ilə bağlı cinayət işi qaldırılıb. Bundan başqa, 8 ali məktəbdə dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı istintaqın nəticələri prokurorluq orqanlarına göndərilib. Daha 75 cinayət işi ilə əlaqədar istintaq davam etdirilir.

Məlumatda daha sonra qeyd olunur ki, təhsil sektorunda işləyən 40 nəfərdən ölkəni tək etməmək haqqında iltizam alınıb, həbs olunan 1 nəfər isə girov müqabilində azadlığa buraxılıb. İstintaqa 20 məktəb direktoru, 1 direktor müavini, 1 prorektor və 14 müəllim cəlb olunub. Mənimsənilən vəsaitin 35 min dolları büdcəyə qaytarılıb.

Xəbər lenti