Rusiyanın Nəqliyyata Nəzarət Federal Xidmətinin (Rostransnadzor) məmuru həyat yoldaşının 66 avtomobilinə görə işdən qovulub.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Baş Prokuroru Yuri Çayka danışıb.

“Federal Xidmətdə çalışan məmur prokurorluğun apardığı yoxlamalardan sonra işdən qovulub. Onun həyat yoldaşının 66 maşın aldığı məlum olub. Lakin ailənin gəlirləri bunu həyata keçirəcək səviyyədə deyil”, - Çayka bildirib.

Brüssel Kosovanın Avropa Birliyinə üzvlüyünə ciddi yanaşmalıdır ki, Balkanlardakı bundan sonrakı destabilizasiyadan qaça bilsin.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kosovanın Baş naziri Ramuş Xaradinay deyib. Onun sözlərinə görə, Serbiya Rusiyanın maraqlarına uyğun hərəkət edib, regionda qeyri-stabillik yaratmaq istəyir:

“AB liderləri Belqradın fəaliyyətinə lazımi münasibət göstərməyib. Serbiyanın bütün fəaliyyəti AB-nin maraqlarına qarşı yönəlib”.

Qeyd edək ki, bundan öncə Kosova Serbiyadan idxal edilən məhsullara 100%-lik gömrük rüsumu tətbiq edib. AB artıq Kosovadan bu qərarını ləğv etməsini istəyib.

ABŞ-ın Çinə qarşı ticarət müharibəsi Vaşinqtonun əsas rəqibinə qarşı texnoloji müharibə başlatması üçün bəhanədir.

Axar.az xəbər verir ki, bunu “Çayn Deyli” qəzetinə müsahibəsində Şanxay Universitetinin politoloqu Fudan Ven Yan deyib. Onun sözlərinə görə, ABŞ-ın taktikası ZTE, “Huavey” və “Fujian Jinhua” şirkətlərinə qarşı atdığı addımlardan sonra tam aydın olub:

“ABŞ Çinin innovativ müəssisələrini hədəf alıb. “Huavey” ABŞ-ın hədəfi olan son Çin şirkəti olmayacaq. Çin hələlik buna qarşı xüsusi tədbirlər görmür”.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

M.Çavuşoğlu dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasında iştirak edəcək.

ABŞ Rusiyanı səyahət üçün məsləhət görülməyən ölkələr siyahısından çıxarıb.

Ardını oxu...


ABŞ-ın Menlo Park (Kaliforniya) şəhərində yerləşən Feysbukun Baş ofisinə aid binalardan biri təcili şəkildə təxliyə edilib.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” informasiya yayıb.

Məlumata görə, binanın boşaldılmasına səbəb partladıcı qurğu yerləşdirilməsi şübhəsi olub.

Faktla bağlı araşdırma başladılıb.

Rusiya Türkiyəyə yüksək dəqiqliyə sahib nüvə saatlarının istehsalında yardım edəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Texniki Tənzimləmə və Metrologiya İnstitutundan verilən məlumatda bildirilib.

Qeyd edək ki, sözügedən saatlar kosmos, elm, yüksək texnologiyalı sənaye sektoru və telekommunikasiyada zaman və tezlik sahələrinin doğruluğunu müəyyən etmək məqsədi ilə istifadə edilir.


00:10

Fransanın Strasburq şəhərinin mərkəzində silahlı atışma qeydə alınıb.

Axar.az RİA-ya istinadən xəbər verir ki, olay zamanı bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Hadisənin Yeni il yarmarkası yaxınlığında baş verdiyi deyilir.

Hazırda araşdırmalar aparılır və cinayətkarın kimliyi dəqiqləşdirilir.

***

Atışmanın baş verdiyi ərazi polis tərəfindən əhatəyə alınıb.

Bu barədə Latviyanın Avropa Parlamentindəki deputatı Miroslav Mitrofanov Feysbuk profilində yazıb.

“Heç bir informasiya yoxdur. Kimsə atəş açır, yaralılar var. Tarixi mərkəzə keçid bağlıdır”, - deyə o bildirib.

***

Olay zamanı daha bir nəfərin güllə yarasından öldüyü barədə məlumat yayılıb.

Mənə qarşı impiçment elan etsələr, xalq ayağa qalxacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Heç bir yanlış etməyən və ölkə tarixinin ən böyük iqtisadiyyatını yaradan şəxsi vəzifədən uzaqlaşdırmaq çətin olacaq. Mən narahat deyiləm. Düşünürəm ki, impiçment olsa, insanlar ayağa qalxacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün CNN Trampın narahatlıq keçirdiyi səbəbindən impiçment məsələsini məsləhətçiləri ilə müzakirə etdiyini bildirmişdi.


Ermənistanda seçkilərin başa çatmasına baxmayaraq, hələ də Nikol Paşinyanı dünya dövlətlərinin liderləri təbrik etməyib. Maraqlısı budur ki, Rusiya Prezidenti Vladimir Putin də Ermənistandakı seçkidə qələbə qazanan Paşinyanı təbrik etməyənlər sırasındadır.

Məsələ ilə bağlı Axar.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Paşinyanı gec də olsa, təbrik edəcəklər, çünki bu, protokol qaydadır.

“Sadəcə, ola bilsin ki, bu gecikmə ilə diplomatik münasibətlərini və ya Paşinyana şəxsi mövqelərini ifadə edirlər. Rusiya xüsusilə bu gecikmə ilə Paşinyandan narazı olduğunu və onun siyasətinə korrektələr etməsini gözlədiyini büruzə verir. Dünya ölkələrinin gözündə Ermənistan kasıb, balaca, dağ ətəyində yerləşən ərik ölkəsidir. Ermənistanda keçirilən seçkilər də dünya mediası üçün maraqlı deyildi. Protokol qaydasının növbəsi gələndə digər dövlət başçıları da düşmənimizi təbrik edəcəklər”, - politoloq bildirib.

Qeyd edək ki, 9 dekabrda Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkinin nəticəsinə görə, Mənim Addımım Bloku, Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları parlamentdə təmsil olunmaq imkanı qazanıb.

Xəbər lenti