"Bakutel-2018" sərgisi zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İTV-nin teleaparıcısı Vüsalə Səidlə söhbət ediblər.

Kult.az Azxəbər.com-a istinadən xəbər verir ki, Prezident jurnalisti tanıdığını deyib və onun əvvəllər AzTV-də çalışdığını xatırladıb.

Daha sonra teleaparıcı şəkil çəkdirməyi təklif edib.

Teleaparıcı görüş haqda təəsüratını sosial şəbəkədə yazıb: "O qədər diqqətlisiz ki... Nə yaxşı ki, varımsınız. Sizinlə qürur düyuruq".

Həmin görüntüləri təqdim edirik:

Rusiyanın Baş naziri Dmitri Medvedyev vəzifəsindən sui-istifadə edən məmurlara xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Medvedyev ölkədə öz işinə sadiq, məsuliyyətli məmurlarla yanaşı, “özünü pis aparan” məmurların da olduğunu bildirib.

“Nə demək olar, hakimiyyət əlinizdədirsə, beyinlərinizi işə salmaq lazımdır. Ancaq təəssüf ki, heç də hər kəsdə bu alınmır”, - Medvedyev qeyd edib.

Baş nazirin sözlərinə görə, müasir texnologiyalar özlərini yaxşı aparmayan məmurların tez bir şəkildə müəyyən edilməsinə imkan yaradır.

17:47

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəldi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.


Azərbaycanın Fransa zenit raket komplekslərini almasına Moskva heç bir sərt reaksiya göstərməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı siyasi ekspert Qriqori Trofimçuk deyib. O, silah tədarükünün diversifikasiya məsələsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Onun sözlərinə görə, əvvəl-axır başlayacaq Qarabağ müharibəsində Azərbaycanın illərlə aldığı silahların nə dərəcədə effektli olması bilinəcək. Trofimçuk Azərbaycanın Qərb ölkələrindən silah alışının aktivləşməsinin Bakının NATO-nun təsir dairəsinə düşməsi yox, Azərbaycanın öz ordusunu müasir tələblərə cavab verən NATO ordusunun səviyyəsinə çatdırmaq istəyi ilə bağlı olduğunu vurğulayıb:

“Azərbaycan açıq şəkildə nə ABŞ, nə Avropa Birliyinə tabe olmaq fikrindədir. Bu neytral ölkə Cənubi Qafqazda ABŞ və NATO-nun qaçılmaz güclənməsini nəzərə almalı olacaq. Bakının müəyyən şərtlər daxilində Moskvadan hərbi zəmanət almağa hazır olduğunu istisna etmirəm, amma Bakı hələlik Moskvanın zəmanətinə inanmır”.

O, hazırda Qərb üçün əsas problemin Azərbaycanın həddən artıq müstəqil olması olduğunu söyləyib. Trofimçukun fikrincə, hazırda Azərbaycan üçün əsas məsələ mövcud olan balansı müharibəsiz nə zamana qədər qoruyub saxlaya biləcəyidir.


“Kamçatskenerqo” şirkəti özlərini “SSRİ vətəndaşları” təşkilatının üzvləri adlandıran Kamçatka sakinlərindən elektrik enerjisinin pulunu ödəməyəcəkləri ilə bağlı məktublar alıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətin rəsmisi Yelena Simayeva məlumat yayıb.

“Şirkətə istehlakçılar tərəfindən bəyanatlar gəlir. Onlar SSRİ qanunları ilə idarə olunduqlarını, hakimiyyətin xalqa məxsus olduğunu, xalqın isə istifadə etdiyi elektrik enerjisinə görə ödəniş etməyəcəyini bildirirlər”, - Simayeva bildirib.

Onun sözlərinə görə, məktubların bir hissəsi də özlərini “SSRİ-də doğulanların Həmkarlar İttifaqı” adlandıran təşkilatdan gəlir. Onlarda şəhadətnamələr, vəsiqələr və digər sənədlərin surətləri də var.

“Hazırda “Kamçatskenerqo” istehlakçılara bu cür təşkilatlara inanmamaq, elektrik enerjisinin pulunu vaxtında ödəməklə bağlı müraciət hazırlayır. Yoxsa, yığılan borclar cərimələrə və elektrik enerjisinin verilməsinin dayandırılmasına gətirib çıxaracaq”, - şirkət rəsmisi bildirib.

Simayeva bildirib ki, əvvəllər də şirkətə bu təşkilatların üzvlərindən məktublar gəlirdi, amma indi daha da fəallaşıblar.

Yerli polis isə heç kimin məsələ ilə bağlı onlara müraciət etmədiyini bildirib.

“Uzaq Şərq” enerji şirkətinin rəsmisi Olesya Qlot da onlara bu cür məktubların gəldiyini, amma kütləvi xarakter daşımadığını qeyd edib.


Azərbaycanda sifarişli qətllər törətdiyinə görə beynəlxalq axtarışa verilən killer Moskvada saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Teleqram sosial şəbəkəsindəki “Maş” kanalında yayımlanıb.

“Moskvada Azərbaycanın ən təhlükəli və ən çox axtarılan killeri həbs edilib. Bu, böyük bankirlərin qatili olan İlya Şabanovdur” – deyə kanalda bildirilib.

Xüsusi təhlükəli cinayətkarın Moskvanın Obruçeva küçəsində yaxalandığı bildirilib.

Şabanovun 2012-ci ildə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi vurğulanıb. O, biznesmen Rauf Həsənovu 2009-cu ildə “Ayna” çap evinin vitse-prezidenti Fərhad Süleymanovun iştirakı ilə öldürməkdə şübhəli bilib. Süleymanov sonradan 2010-cu ildə Bakı hava limanında həbs edilib və killerə Həsənovun ölümü üçün silah verdiyini etiraf edib.

Araşdırmalar nəticəsində bəlli olub ki, Rauf Həsənovun qətliylə bağlı sifarişi onun Moskvadakı ortağı Mustafa Aslanov verib və killeri də məhz o göndərib. Aslanovun belə addımına səbəb isə tərəflər arasında 5 milyon dollarlıq mübahisə olub. Bakıda Şabanovu məhz Süleymanov qarşılayıb və onu Həsənovun villasına aparıb. Süleymanov sonradan məhkəmə tərəfindən 14 il həbs cəzasına məhkum edilib.


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiya rəsmiləri ilə apardığı danışıqların təfərrüatı Leyla O. adlı rus əsilli tərcüməçi tərəfindən Adnan Oktara çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Adnan Oktarın rəhbərlik etdiyi cinayətkar dəstənin saxlanılan üzvlərinin dindirilməsi nəticəsində məlum olub.

Leyla O. adlı şəxsin Rusiyada yaşadığı və türk nümayəndə heyətlərinin Rusiyaya səfərləri zamanı danışıqlarda tərçüməçi qismində iştirak etdiyi bildirilib.

Faktla bağlı prokurorluq Türkiyə Xarici İşlər Nazirliyinə sorğu ilə müraciət edərək, məlumatın təsdiq və ya təkzib edilməsini, təsdiq edildiyi halda isə tərcüməçi ilə bağlı bütün məlumatların prokurorluğa təqdim edilməsini istəyib.


10:02

Rusiyada əhalinin hansı MDB ölkələrinin uğurlarını yüksək qiymətləndirməsi, hansı ölkə ilə Moskvanın müttəfiq olmasını istəmələri, rusdilli əhalinin hüquqlarının harada daha çox qorunması, bu ölkələrinin liderlərinə qarşı etimad səviyyəsi ilə bağlı sorğu keçirilib.

Axar.az xəbər verir ki, sözügedən sorğu Ümumrusiya İctimai Fikrin Qiymətləndirilməsi Mərkəzi tərəfindən aparılıb.

Belarus və Qazaxıstan ənənəvi olaraq MDB ölkələri arasında rusların ən çox simpatiya və dəstəyinə sahib olan ölkələrdir. Bu ölkələr ən sabit və uğurlu sayılıb: Belarus 68 faiz, Qazaxıstan 52 faiz (tarixən ən yüksək göstərici). Siyahıda növbəti yerə Azərbaycan (16 faiz, son 8 ildə ən yüksək göstərici) sahib olub. Ermənistan 14 faiz, Gürcüstan 12 faiz, Özbəkistan isə 10 faizlik göstərici əldə edib.

Rusiya əhalisi Belarus (60 faiz) və Qazaxıstanı (47 faiz) ölkənin əsas müttəfiqləri adlandırıb.

Liderlərə olan etimad səviyyəsində də böyük bir dəyişiklik baş verməyib. Burada da Belarus və Qazaxıstan liderləri Aleksandr Lukaşenko (65 faiz) və Nursultan Nazarbayev (49 faiz) liderlik edib. Azərbaycan Prezidenti İlham Əliyev 14 faiz, Ermənistan Prezidenti Armen Sərkisyan isə 8 faiz göstərici əldə edib.


AKP-nin MHP-yə ittifaq jesti Dövlət Baxçalının TBMM sədrliyi ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Məhməd Əli Kulat deyib.

“Bir ehtimal hazırda qüvvətli şəkildə müzakirə olunur. Dövlət Baxçalının TBMM sədri olmaq ehtimalı böyükdür. Dövlət Baxçalı belə bir tələblə çıxış etməsə də, Ərdoğan bir jest kimi bunu edə bilər”, - Kulat bildirib.


Ermənistanda hansısa fövqəladə hadisə baş verməsə, Paşinyan istəyinə nail olacaq.

Bu sözləri Axar.az-a Ermənistanda növbədənkənar parlament seçkilərinə 4 gün qalmış bu ölkədəki ümumi vəziyyəti şərh edən millət vəkili Rasim Musabəyov deyib.

“Hələlik Ermənistanda seçkiqabağı vəziyyət nəzarətdədir. Ancaq seçki günü Ermənistanda terrorun baş verməsi də mümkündür. Əgər hansısa fövqəladə hadisə baş verməsə, Paşinyan parlamentdə çoxluğu qazanacaq”, - deputat bildirib.

R.Musabəyov Ermənistandakı seçkilərə Rusiyanın müdaxiləsinin gözlənilmədiyini deyib.

Millət vəkili Asim Mollazadə də Paşinyanın parlamentdə çoxluğu əldə edə biləcəyini deyib:

“Hələlik proseslər məhz hakimiyyətdə olan qüvvələrin əlində qalacaq. Sadəcə olaraq sonrakı proseslərin hüquqi müstəvidə davam etməsi sual altındadır. Çünki parlament seçkilərində məğlub olmuş qüvvələr hakimiyyətə qayıtmaq üçün müvafiq addımlar atacaqlar”.

Deputat seçki ərəfəsində Ermənistanda terakt ehtimalının yüksək olduğunu bildirib:

“Ermənilərin hər zaman terror təşkilatları ilə müəyyən əlaqələri olub. Ermənistanda indiyə kimi hakimiyyətə hərbi cinayətkarlar rəhbərlik edib. Bu baxımdan da dörd gün sonra Ermənistanda baş tutacaq hakimiyyət mübarizəsində istənilən üsullardan istifadə oluna bilər”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 9 dekabrda keçiriləcək.

Xəbər lenti