|
ABŞ-ın Bluminqton şəhərində məktəblilərdən ibarət basketbol komandasının üzvlərini daşıyan avtobus qəza uğrayıb.
Report xəbər verir ki, bu barədə İllinoys ştatının polisi məlumat yayıb.
Bildirilir ki, məktəbli qızlardan ibarət avtobus Bluminqtonda yük avtomobili ilə toqquşub. Qəza zamanı yük avtomobilinin 34 yaşlı sürücüsü və məktəbliləri müşayiət edən 72 yaşlı bələdçi ölüblər. Hadisə nəticəsində həmçinin 8 məktəbli müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı habelə avtobusun sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat verilmir.
Məlumata görə, qəzaya yük atvomobilinin sürücüsünün səhlənkarlığı səbəb olub. Belə ki, o, idarə etdiyi avtomobillə yolun əks tərəfinin xəttinə çıxıb və bu zaman avtobusla toqquşub.
Suriyanın taleyini Avropa deyil, Astana prosesinin qarant ölkələri – Türkiyə, İran və Rusiya müəyyən edəcək.
Axar.az xəbər verir ki, bu sözləri ingilis diplomatı Peter Ford deyib. O bildirib ki, Moskva və Tehran Ankara ilə sövdələşmə edərək, İdlibdə baş verəcək faciəvi olayların qarşısını aldı:
“Cenevrədə aparılan müzakirələrdə heç bir nəticə əldə edilmədi. Avropa ölkələri fərqli kateqoriyaya aiddirlər. Mən onları sülhü təmin edəcək partnyorlar olaraq görmürəm. Lakin Rusiya, İran və Türkiyə Suriyanın taleyini müəyyən edəcək ölkələrdir”.
Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında təşkil etdiyi növbəti aviaəməliyyatlar zamanı 8 PKK-çı məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin məlumatında deyilib.
Türkiyənin Ərzincan bölgəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə əməliyyatı keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
“Əməliyyat nəticəsində 1 ton 271 kiloqram heroin ələ keçirilib. Bu, tarixin ən böyük göstərici olub”, - Soylu bildirib.
Ermənistanda növbədənkənar parlament seçkisindən sonra dövlət idarəçilik sisteminin çoxsaylı əməkdaşları işlərindən uzaqlaşdırılacaqlar.
Axar.az xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb. Qəzet artıq bununla bağlı işçilərə xəbərdarlıq edildiyini bildirib. Ən çox qovulmaların diaspor, mədəniyyət, idman nazirliklərindən olacağı vurğulanıb.
Dünya iqtisadiyyatı ticarət müharibələri ucbatından 500 milyard dollar itirib.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazir Dmitri Medvedyev deyib.
“Ticarət müharibələri ucbatından dünya iqtisadiyyatı artıq yarım trilyon dollar itirib. Qərbin bizim ölkəyə tətbiq etdiyi sanksiyalar ucbatından isə bizim AB və digər dövlətlərlə ticarətdə itkimiz 100 milyard dollar olub. Burada yaxşı heç nə yoxdur”, - o bildirib.
Avropa İttifaqı (Aİ) Gürcüstandakı, Moldovadakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tam töhfə verməyə davam edəcək.
Report xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısında bildirib.
O deyib ki, ATƏT məkanında münaqişələrin həllində konfrontrasiyaya yer yoxdur və yalnız əməkdaşlıq təşkilat daxilində sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edə bilər.
Corc Buşla birlikdə ABŞ və SSRİ arasında əməkdaşlığın təməlini qoymağa nail olduq.
Axar.az xəbər verir ki, bu sözləri SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov dünyasını dəyişən ABŞ-ın 41-ci prezidenti Corc Buşla bağlı xatirələrini “Taym” jurnalına danışarkən deyib.
Qorbaçovun sözlərinə görə, hazırda dünya yeni bir qütbləşmə və silahlanma yarışının astanasında olduğu üçün keçmişdə əldə olunan uğurlar da təhlükə altındadır.
“25 dekabrda SSRİ rəhbərliyindən ayrıldığımı açıqlamazdan bir neçə saat əvvəl baş tutan telefon danışığımızı çox yaxşı xatırlayıram. Əməkdaşlığımızın nəticələrini nəzərdən keçirdik. Əsas nailiyyətimiz həm strateji, həm də taktiki olmaqla minlərlə nüvə silahının məhv edilməsini nəzərdə tutan razılıq idi. İkimiz birlikdə dünyanın fərqli bölgələrindəki münaqişələrin başa çatmasına töhfə verdik. Ölkələrimiz arasında əməkdaşlığın təməlini atdıq. Bu tarixi nəticələr hazırda təhlükə altındadır. Dünya yeni bir qütbləşmə və silahlanma yarışının astanasındadır”, - Qorbaçov qeyd edib.
Kreml Ukrayna dövlətinin indiki rəhbərliyini dəyişmək üçün hər şeyi edir.
Axar.az xəbər verir ki, bunu “Ukrinform” saytına açıqlamasında ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Xerbst deyib. Onun sözlərinə görə, Moskva bu dəyişikliyi prezident seçkisində olmasa belə parlament seçkisində həyata keçirmək istəyir:
“Heç bir şübhə yoxdur ki, Moskva Ukraynanın dövlət rəhbərliyinə Kremlin maraqlarına daha uyğun şəxs gətirməklə siyasətini gerçəkləşdirmək istəyir. İnanmıram ki, onlar istəklərinə prezident seçkisində nail olsunlar və ona görə də ümidlərini parlament seçkisinə bağlayıblar”.
O, Ukraynada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Putinin Ukraynada siyasətini əvvəlki kimi icra edə bilməyəcəyini, bu ölkəyə qarşı başlatdığı müharibəni udmayacağını söyləyib.