İsrailin Fələstinə etdiyi hücumlardan narahatıq, hər iki tərəfi təmkinli olmağa çağırırıq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN İsrailin hücumu nəticəsində ölənlərin olduğunu və Moskvanın gərginliyin təhlükəli şəkildə artmasından narahat olduğunu bəyan edib.

Qeyd edək ki, bir neçə gündür İsrail və fələstinli qruplar arasında qarşılıqlı silahlı münaqişə yenidən qızışmışdı. Ötən gün isə atəşkəs razılığının əldə olunması barədə məlumat yayıldı.

Camal Qaşıqçı sui-qəsdi üçün Türkiyəyə gələn dəstə üzvlərindən Mahir Əbdüləziz Mutreb cinayətdən bir qədər sonra baş tutan telefon danışığı zamanı “rəisinizə deyin, adamlar işlərini bitirdi” sözlərini işlədib.

Axar.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” nəşri çıxış edib.

Nəşr türk kəşfiyyat rəsmilərinin ABŞ kəşfiyyat orqanlarına sözügedən telefon danışığında “rəis” ifadəsilə Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın nəzərdə tutulduğunu, Mutrebin danışdığı şəxsin isə Salmanın köməkçilərindən biri olduğunu bildirdiyini yazıb.

Rusiyanın iqtisadi artım templərinin aşağı olması gələcəkdə rusiyalıların həyat səviyyəsinin Yunanıstan, Qazaxıstan və Türkiyə kimi ölkələrdən aşağı olması təhdidini yaradır.

Ardını oxu...

"Türk axını" və "Şimal axını-2" layihələrinə qarşı mübarizəmizi davam etdiririk.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Enerji naziri Rik Perri deyib.

Sözügedən kəmərlərin çəkilişinə müxalif olduqlarını deyən Perri Ukrayna və Avropa vətəndaşlarının tək mənbədən enerji tədarükünün girovu halına gəlməməli olduqlarını bəyan edib.

İran əmin deyil ki, Vaşinqtonla yeni nüvə razılaşması imzalayacağı halda ABŞ buna əməl edəcək.

Axar.az xəbər verir ki, bunu EFE agentliyinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Əgər biz ABŞ-ın indiki administrasiyası ilə razılığa gəlsək, növbəti administrasiya 2 il və ya altı ay sonra buna əməl edəcəkmi? Tramp ABŞ-ın heç bir administrasiyasına güvənilməməsi gərəkdiyi ilə bağlı pis mesaj verir. ABŞ sanksiyaları heç vaxt İranı siyasətini dəyişməyə məcbur edə bilməyib. İran yenidən çətin zamanları geridə qoyacaq. İranlılar bir sıra çətinliklərə hazırdırlar, amma ABŞ-ın hökmranlığını qəbul etməyə hazır deyillər”, – deyə o bildirib.

Ukrayna Avropanın ən kasıb ölkələrindən biridir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“Hər nə qədər iqtisadiyyatda sürətli artıma qayıtsaq da, bütün sosial təbəqələrdən olan insanların hiss edəcəyi qədər Avropanın ən kasıb ölkəsiyik”, - deyə prezident bildirib.

Ermənistan hərbi bölməsi yaxın müddətdə Suriyaya göndəriləcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri əvəzi David Tonoyan mediaya açıqlamasında deyib. O bildirib ki, bununla bağlı bütün sənədlərin imzalanması artıq başa çatır.

Bölmənin tam hazır olduğunu bildirən Tonoyan əsgərlərin Suriyaya gedəcəyi dəqiq tarixi açıqlamayıb. Bu tarixin bu ilin sonu və ya gələn ilin əvvəlində olacağı ehtimal edilir.

Qeyd edək ki, Ermənistan Suriyaya KTMT öhdəliyi çərçivəsində əsgər göndərir.

ABŞ Prezidenti Donald Tramp hazırda həcmdən bazara daha az neft çıxarılacağı halda qiymətlərin bahalaşacağından narahatdır.

Axar.az xəbər verir ki, Tramp bu barədə Tvitter hesabında yazıb.

“Ümid edirəm ki, Səudiyyə Ərbistanı və OPEK hasilatı azaltmayacaq. Neft qiyməti tədarükə əsasən bir qədər ucuz olmalıdır”, - Tramp qeyd edib.

Qeyd edək ki, OPEK ölkələrinin gündəlik neft hasilatını bir milyon barrel azaltmaqla bağlı ilkin razılığı var.

Qəzza sektorunda fələstinli döyüşçülərlə atışmada İsrail ordusunun zabiti həlak olub, daha bir hərbçi yaralanıb.

Ardını oxu...

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə KTMT-nin Astanadakı sammitinə də toxunub.

Axar.az xəbər verir ki, o, Astanadakı görüşdə əsas müzakirə mövzusunun baş katib təyin etmək olmadığını deyib. Lukaşenko baş katib təyinatı məsələsinin sammitdə cəmi 15 dəqiqə müzakirə edildiyini bildirib:

“Bizim vaxtımızı əsasən, ilk məsələ - KTMT ətrafındakı xarici situasiya aldı. Sözsüz ki, müzakirələr zamanı biz daxili siyasi situasiyaya da toxunduq, amma bu yalnız bu və ya digər prezidentin istəyi ilə baş tutdu. Orada heç kim bu və ya digər proseslərə müdaxiləyə cəhd etməyib. Məsələn, Nikol Paşinyan dekabrda baş tutacaq parlament seçkisinə toxundu və biz ona qulaq asdıq”.

Lukaşenko KTMT-də yeni baş katiblə bağlı alyansın çox variantı olduğunu deyib.

“Bu o demək deyil ki, biz Ermənistanın haqlarını pozmuşuq. Məsələ odur ki, Nikol Paşinyan gərək sadəcə hakimiyyətdəki situasiyanın öhdəsindən gəlsin. Ona görə ki, bu ölkə hazırda Avrasiya İttifaqı və KTMT-yə rəhbərlik edir. Keçid şəraitində olan ölkənin üzərinə böyük yük düşür. Ermənistan bunun öhdəsindən gələcəkmi? Əgər Nikol Paşinyan bunun öhdəsindən gəlib, bizə cavab versə, bu, Sankt-Peterburqda olacaq”.

Lukaşenko hazırda Belarusun KTMT baş katibi vəzifəsinə 3 namizədinin olduğunu deyib.

Xəbər lenti