|
İl ərzində 200 milyon sərnişini yola salacaq İstanbul Yeni Hava Limanının açılış mərasimi olub.
mərasimdə prezident Rəcəb Tayyib Ərdoğanla xanımı, ayrı-ayrı ölkə başçıları, nazirlər, 6 mindən çox qonaq, eləcə də rusiyalı döyüşçü Həbib Nurməhəmmədov iştirak edib.
Ərdoğan qonaqlarla görüşdükdən sonra Türk Hava Yollarının (THY) kassasından simvolik olaraq iki bilet alıb.
Prezident nitq söylədikdən sonra qonaqlarla xatirə fotosu çəkdirib.
Tramp Tehranı bombalamaq, yoxsa Pxenyanla olduğu kimi, sülh bağlamaqla bağlı qərarını verənə qədər Qafqazda “bolt və qaykaları bərkitmək”, daha doğrusu, İranla ticarət münasibətlərini azaltmağı məsləhət görmək üçün milli təhlükəsizlik üzrə müşavirini regiona göndərdi.
Axar.az xəbər verir ki, bu sözləri Con Boltonun Qafqaza səfərini şərh edən Gürcüstanın “Qruzinform” agentliyinin baş redaktoru Arno Xidirbeqişvili deyib.
Xidirbeqişvilinin sözlərinə görə, Bolton İranla münasibətləri yenidən nəzərdən keçirməyi məsləhət gördüyü Gürcüstana bunun qarşılığında ABŞ-la sərbəst ticarət, Azərbaycan və Ermənistana isə Gürcüstan və Ukraynanın çoxdan əldə edə bildiyi, keyfiyyətcə üstün, qiymətcə isə daha ucuz olan ABŞ silahlarını təklif edib.
Ekspertin fikrincə, Rusiya, İran, Türkiyə və Çinə sanksiyalar tətbiq etməklə ABŞ dolayı yolla da olsa, Gürcüstana da ticarət müharibəsi elan edib.
“Gürcüstanın ticarət ortaqlarının yalnız konkret sayda ölkələr olması heç kimə sirr deyil. Gürcüstanın “böyük qardaşı”na görə böyük turizm, enerji və investisiya potensialına sahib İran kimi regional müttəfiqindən imtina etməyə məcbur olacağını yalnız mən düşünürəm? Gürcüstan ABŞ-a görə Azərbaycan, Türkiyə və İranın iştirak etdiyi Qara dənizi Fars körfəzi və Hind okeanı ilə birləşdirən nəqliyyat dəhlizi layihəsində iştirakdan və İran, Azərbaycan, Türkiyə və Rusiyanın iştirak etdiyi “Şimal-Cənub” tranzit enerji marşrutunda iştirakdan imtina etməli olacaq”, - ekspert bildirib.
Argentinanın cənubunda 6.4 bala gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, yeraltı təkanlar Uşuaya şəhərindən 320 kilometr aralıda qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Almaniya kansleri Angela Merkel Xristian Demokrat İttifaqının sədrliyi üçün dekabrda keçiriləcək qurultayda namizədliyini irəli sürməyəcək.
Axar.az xəbər verir ki, bu iddia ilə “Röyter” hakim partiya mənbələrinə istinadla çıxış edib.
Kanslerin bu addımına səbəb kimi Hessen əyalətində keçirilən seçkilərdə partiyası və koalisiya ortağı Sosial Demokrat Partiyasının məğlubiyyətə uğraması göstərilib.
Qeyd edək ki, Angela Merkel Xristian Demokrat İttifaqına 18 ildir rəhbərlik edir.
Düşünürəm ki, erməni tərəfi Qarabağla bağlı hazırda mövcud olmayan kompleks və məqsədyönlü mövqe yaratmalıdır.
Axar.az xəbər verir ki, bu barədə “Lenta.ru” nəşrinə müsahibəsi zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan danışıb.
“Mən yarımçıq bəyanatlar eşidirəm, münaqişənin tənzimlənəsinin müxtəlif elementləri ilə bağlı yarımçıq mövqelər görürəm, ancaq işlənmiş, ümumi bir mövqe hazırda yoxdur”, - Köçəryan bildirib.
Köçəryanın fikrincə, Nikol Paşinyan hələlik bu məsələ ilə bağlı qərarını verməyib.
“O, başa düşür ki, bu çox həssas mövzudur. Bəzi bəyanatlarında müəyyən dərəcədə problemdən uzaqlaşma, onu Qarabağ tərəfinə çəkmək cəhdlərini görürəm. Ancaq bu alınmayacaq – Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Qarabağın təhlükəsizliyinin təmin edilməsi məsələsindəki iştirak dərəcəsi o qədər böyükdür ki, bundan yayınmaq mümkün olmayacaq. Heç kim – nə həmsədrlər, nə bəynəlxalq ictimaiyyət bunu ciddi qəbul etməyəcək. Buna görə də yaxşısı ümumi mövqe formalaşdırmaq, onu “dqr”lə razılaşdırmaq və ciddi şəkildə əməl etməkdir. Mövqe formalaşdıqdan sonra onun davamlılığı barədə danışmaq olar. Bu zaman onun əvvəlki hakimiyyətlərin mövqeyi ilə hansı dərəcədə uyğunlaşdığını görmək olar. Burada manevr üçün koridor var, ancaq o, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindən tamamilə kənarlaşmaq üçün kifayət qədər geniş deyil”, - Köçəryan bildirib.
Gürcüstanda prezidenti seçkisi böyük rəqabət şəraitində keçdi.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
“Ötən gün Gürcüstanda prezident kürsüsü uğrunda gedən rəqabətdə çoxlu gürcü siyasətçilər də iştirak etdilər. Təkcə seçkidə iştirak etmək istəyənlərin sayı 50-yə yaxın idi. MSK tərəfindən qeydə alınan 27 nəfərdən üçü – Zurabişvili, Vaşadze və Bakradze ən şanslı namizədlər sayılırdı. Ancaq seçkilərin ikinci turu keçiriləcək. Bu turda əsas mübarizəni Vaşadze və Zurabişvili davam etdirəcək. Hazırkı şərtlər indiki və köhnə hakimiyyətin təmsilçiləri arasında mübarizənin gərgin keçəcəyindən xəbər verir”, - ekspert bildirib.
Politoloq deyib ki, Zurabişvili birinci turda Vaşadzeyə qalib gələ bilməsə də, ikinci turda üstünlük qazanacaq:
“Hazırda Zurabişvilinin rəqibi də kifayət qədər güclüdür. Ayrı-ayrı partiyaları təmsil etmələrinə baxmayaraq, Bakadze Saakaşvilinin köhnə tərəfdarlarından sayılır və çox güman ki, ikinci turda səsini Vaşadzeyə verəcək. Bu prosesə ilk turda Zurabişviliyə uduzan digər namizədlər də qoşulacaq. Ancaq ikinci turda Saakaşvili əleydarlarının hökumətin dəstəklədiyi müstəqil namizədin xeyrinə daha da aktivləşəcəyini düşünürəm”.
Ekspert Zurabişvilinin qələbə ehtimalının mümkünlüyünü belə əsaslandırıb:
“Zurabişvilinin arxasında hakim partiya və hələ də Saakaşvilinin siyasətə qayıtmasını istəməyən böyük qüvvə durur. Əgər indiki iqtidarın dəstəyi olmasaydı, Zurabişvili heç qalib namizədlər sırasına da daxil ola bilməzdi. Çox güman ki, hakim partiya ikinci turda bütün səylərini və resurslarını öz müstəqil namizədinin qələbəsinə dəstək üçün səfərbər edəcək. Belə vəziyyətdə Zurabişvilinin mümkün qələbəsi qeyr-real görünmür”.
Qeyd edək ki, dünən Gürcüstanda prezident seçkisi keçirilib. Seçkinin son nəticələrinə əsasən, ilk yeri hökumətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,61 faiz səslə tutub. Ondan çox cüzi fərqlə müxalifətin namizədi Qriqol Vaşadze (37,72%) qərarlaşıb. Üçüncü yeri isə Saakaşvilinin keçmiş partiyadaşı, Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze 10,99% səslə tutub.
Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün seçkinin ikinci turunun keçirilməsi planlaşdırılıb. Avropa Gürcüstanı ikinci turda müxalifətin namizədini dəstəkləyəcəyini bəyan edib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalist Camal Qaşıqçı ilə bağlı növbəti açıqlamanı verib.
Axar.az xəbər verir ki, Çavuşoğlu aparılan gərgin axtarışlara baxmayaraq, Qaşqıçının cəsədinin tapılmadığını bildirib.
“Təhlükəsizlik və kəşfiyyat orqanlarımız gərgin iş aparır, ancaq cəsəd hələ də tapılmayıb”, - Çavuşoğlu bildirib.