İsrail Baş naziri Benyamin Netanyahu hökumətin erkən seçkilər keçirəcəyini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

“Düşünürəm ki, seçicilər bizim İsrail üçün nə etdiyimizi dəqiq bilir. İsraili öz yolumuzla aparmaq üçün seçicilərimizdən təlimatlar istəməyə hazırlaşırıq”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, İsrail mediası daha öncə hakimiyyətdə olan koalisiyanın daxili ziddiyyətlərin öhdəsindən gəlmək məqsədilə 9 aprel 2019-cu il tarixində erkən seçkilər keçirəcəyini yazmışdı.

Güclü qarın yağması səbəbindən Moskva aeroportlarında 80-nə yaxın aviareysin ləğv edildiyi, yaxud gecikdiyi deyilir.

Ardını oxu...

ABŞ Senatı qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətindən sonra ABŞ-Səudiyyə Ərəbistanı əlaqələrinin yenidən formalaşdırılması üçün israr etməlidir.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzetinin Yayım Şurası tərəfindən "Camal Qaşqıçı cinayətindən çıxarılmayan dərslər" adlı məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, ABŞ Senatında Camal Qaşıqçı cinayətindən dolayı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın məsul tutulması bu cinayətin öncədən planlaşdırılması və cəsədin parçalanmasının bir göstəricisidir.

"Bu günə qədər demokratik Qərb bu cür hücumlara güclü bir cavab vermədi. Əgər belə cinayətlər cəzasız qalarsa, sürgündəki heç bir müxalif təhlükəsizlikdə olmayacaq və heç bir paytaxt xarici sui-qəsdlərdən özünü müdafiə edə bilməyəcək", - məqalədə vurğulanıb.

Ukrayna faktiki olaraq Qərb ölkələrinin dəstəyini itirib.

Axar.az xəbər verir ki, bunu “112” televiziyasına müsahibəsində Ukraynanın keçmiş müdafiə naziri ordu generalı Aleksandr Kuzmuk deyib. Onun sözlərinə görə, Ukrayna Qərb ölkələri üçün artıq problemə çevrilib:

“Açıq qiymət vermək asan deyil. Biz Avropa və Amerika üçün qıcıqlandırıcı qüvvəyə çevrilirik. Qərb Kiyevdən öz problemlərini özünün həll etməsini istəyir. Ən qorxulusu odur ki, biz artıq siyasi dəstəksiz qalmışıq”.

ABŞ Prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarı daxili siyasətdəki vəziyyətlə əlaqədar bir manevr ola bilər.

Axar.az xəbər verir ki, bunu türkiyəli ekspert Alptəkin Dursunoğlu bildirib.

"Trampın Suriyadan çəkilmə qərarı ilə bağlı bütün dünyada rezonans davam edir. Bu qərardan sonra bütün diqqətlər Türkiyə ilə əldə edilən ortaq razılaşmaya, eləcə də Ankaranın Moskva və Tehranla bundan sonrakı addımlarına çevrildi. Trampın qərarı Suriya kürdləri arasında çaxnaşma yarada bilər. Suriya ordusu İŞİD-i İraq sərhədinə qədər Rusiya və İran kimi müttəfiqlərin dəstəyi ilə təmizlədi. ABŞ-ın İŞİD ilə bir problemi yoxdur və orada varlığını sürdürmək üçün bir səbəb idi. İran da bir müddət sonra ABŞ-ın Suriyada qalma səbəblərindən biri oldu. Prezident Rəcəb Tayyib Ərdoğanla Trampın telefon danışığı onun üçün fürsət oldu", - Dursunoğlu qeyd edib.

Səudiyyə Ərəbistanı Suriyanın bərpası üçün vəsait ayırmağa razılaşıb.

Ardını oxu...


Moskva daha Minsklə qardaşlıq əlaqələrinə malik deyil.

Ardını oxu...


Rusiya ordusu 2018-ci ildə müasir silahla təchizatına görə görünməmiş səviyyəyə çatıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın iclasında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

“Ümumilikdə biz 1500 növ silah əldə etmişik. Bu, böyük rəqəmdir. Biz ordunun 61,5%-ni müasir silahla təchiz etmişik. Belə müasirlik səviyyəsi dünyanın heç bir ordusunda yoxdur”, – deyə o bildirib.


Rusiyanın qapısını artıq sistemdaxili böhran döyməyə başlayıb.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına açıqlamasında ukraynalı politoloq Kiril Sazonov deyib.

Onun sözlərinə görə, hələlik sistem böhranı problemi Rusiya KİV-ləri tərəfindən səylə gizlədilir:

“Bu gün Rusiya yalnız prezident Vladimir Putinin səyləri sayəsində bütöv formada qalır. Putinin ölümü Rusiyanın parçalanmasında katalizator rolunu oynayacaq. Bir tərəfdən Qafqazda çoxlu problemlər başlanıb, digər tərəfdən isə Çin Sibirin bir hissəsinə iddia edir. İnquşetiya və Çeçenistanın böyük problemləri var”.

Bu həftə ABŞ-dan nümayəndə heyəti Suriya ilə bağlı Türkiyəyə səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat xidmətinin sözçüsü İbrahim Qalın bildirib.

Qalın ilk mərhələdə hərbçilər arasında koordinasiya yaradılacağını deyib.

Xəbər lenti