Millət vəkili Qənirə Paşayeva Qırıqqala (Kırıkkale) bələdiyyə başqanı Məhmət Sayqılı ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı və qondarma erməni soyqırımı iddiaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı millət vəkilinin Qırıqqalada Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinin açılması təklifini bələdiyyə başqanı müsbət qarşılayıb.

Deputat Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşması məsələsinə də toxunub və Qırıqqalanı Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini deyib.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, özəlliklə gənc nəsillərə ortaq tarix və mədəniyyətin öyrədilməsi istiqamətində də müzakirələr aparılıb.

Q.Paşayeva eyni zamanda, Qırıqqala valisi İlkər Haqdanqaçmaz ilə də görüşüb.

Millət vəkili Azərbaycanla Qırıqqala arasında əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.

Millət vəkili görüşün sonunda Qırıqqala valisini Azərbaycana dəvət edib.

13:17

Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklər ikinci dəfə parlamentdə qəbul edilməyib.

Axar.az xəbər verir ki, parlamentdəki səsvermə zamanı dəyişikliyin lehinə 62 deputat səs verib. Layihənin əleyhinə cəmi iki deputat çıxış edib. Respublikaçılar Partiyasının digər üzvləri səsvermədə iştirakdan imtina ediblər. Nəticədə Məcəllədə dəyişikliklə bağlı qərarın qəbulu üçün 1 səs çatmayıb. Belə ki, Konstitusiyaya görə, Seçki Məcəlləsində dəyişiklik üçün millət vəkillərinin 5/3-nün lehinə səs verməsi lazımdır ki, bu da 63 səs edir.

Dəyişikliyi Çarukyan Bloku, Yelk Bloku və Daşnaksütyun Partiyası dəstəkləyib. Respublikaçılar Partiyası bunun tam əleyhinə çıxıb.

Seçki Məcəlləsində xüsusilə millət vəkilliyinə namizədlərin ərazi siyahılarının ləğv edilməsi istənilir. Bununla bərabər, parlamentə keçid üçün nəzərdə tutulan minimum keçid həddinin azaldılması təklif edilib. Belə ki, partiyalar üçün bu göstəricinin 5%-dən 4%-ə, bloklar üçün isə 7%-dən 6%-ə endirilməsi nəzərdə tutulub. Üstəlik, təklifə əsasən, parlamentdə mütləq şəkildə minimum dörd siyasi qüvvə təmsil olunmalı, müxalif deputatların sayı üçdə birdən az olmamalıdır.

Dəyişikliklər sırasında həmçinin pulsuz efir vaxtının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılıb.


Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümündə Mustafa Kamal Atatürkə aid nadir fotolar paylaşılıb.

Ardını oxu...


Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

 məktubda deyilir: 

“Hörmətli cənab Prezident,

Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
 

 

 


Saakaşvili Azərbaycan dilində təşəkkür etdi

Gürcüstanda keçirilən prezident seçkilərində burada yaşayan azərbaycanlıların müxalifətin namizədinə səs verməsi keçmiş prezident Mixail Saakaşvilini sevindirib.

 sosial şəbəkədə canlı yayıma çıxan Saakaşvili ölkədə seçki dairələri üzrə səsvermənin nəticələrini oxuyub. Qardabani rayonunda səs faizlərini deyən zaman o bu nəticələrdən sevindiyini gizlətməyib və soydaşlarımıza Azərbaycan dilində təşəkkür edib: “Azərbaycan, çox sağ ol. Sizlər dostumsunuz!”.

 

 


189 sərnişini olan təyyarə dənizə düşdü

İndoneziyada təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra yoxa çıxıb.

Cakartadan İndozeniyanın Pankalpinanq şəhərinə  uçan “Boeing 737”də 8-i ekipaj üzvü olmaqla 189 nəfər olub. 

Təyyarə havaya qalxdıqdan qısa zaman sonra radardan itib. Məlumata görə hava nəqliyyatı Yava adası yaxınlığında dənizə düşüb. 

 

 

 

Gürcüstanda keçirilən prezident seçkilərində ikinci tur ehtimalı olduqca aşağıdır.

Axar.az xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili deyib.

İvanişvilinin sözlərinə görə, ikinci turun keçirilməsinə zərurət yaranacağı halda da heç bir problem olmayacaq və Zurabişvili qalib gələcək.

Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkisi keçirilir.

ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatının Pittsburq şəhərindəki sinaqoqa hücum edən şəxsə edam cəzası verilməsini istəyib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

“Bu tip şəxslər xəstə düşüncə tərzinə malikdirlər. Yəhudilərin əleyhinə olan biri mənim dəstəkçim deyil. Bu insanlara qarşı edam cəzasını yenidən geri gətirməliyik", - Tramp bidirib.

Qeyd edək ki, bu gün ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində insanların toplaşdığı sinaqoqlardan birinə silahlı şəxs hücum təşkil edib. Hadisə nəticəsində ən azı 8 nəfərin öldüyü bildirilib.

Rusiya ABŞ-la ən kəskin beynəlxalq məsələləri və ikitərəfli gündəmdə dayanan mövzuları müzakirə etməyə hazırdır, ancaq bu, bərabərhüquqlu əsaslarda olmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb.

“Biz hər kəslə, o cümlədən ABŞ-la normal, işgüzar, qarşılıqlı hörmətə əsaslanan münasibətlər istəyirik. Biz dəfələrlə bu münasibətlərin yaradılması üçün şərtlərimizi ABŞ tərəfinə çatdırmışıq. Bu prezident, dövlət katibi, Təhlükəsizlik Şurası katibi səviyyələrində baş tutub”, - Lavrov bildirib.

Bəşər Əsədin taleyinə Suriya xalqı qərar verməlidir.

Ardını oxu...

Xəbər lenti