UFC kateqoriyası üzrə dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov dünən baş verən qalmaqala münasibət bildirib.

Ardını oxu...

Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə ilin sonuncu dünya kuboku yarışları keçirilib.

Axar.az xəbər verir ki, turnirin sonuncu günündə il ərzində təşkil olunmuş bütün dünya kuboklarının yekun xalları əsasında fərqlənmiş gimnastlara xüsusi kuboklar təqdim edilib. Azərbaycan gimnastı, tamblinq üzrə 2018-ci ilin Avropa çempionu Mixail Malkin bütün rəqiblərini üstələyərək kuboka layiq görülüb.

Batut gimnastikası üzrə sinxron proqramda qadın cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryova cari ildə bütün dünya kuboklarında topladıqları xalların hesabına əsasən birincilik əldə ediblər.

Konor Makqreqor Həbib Nurməhəmmədovla revanş döyüşü istədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə idmançı Tvitter hesabında yazıb.

“Revanş almaq istəyirəm”, - Makqreqor bildirib.

Qeyd edək ki, Konor Makqreqor Həbib Nurməhəmmədovla görüşün dördüncü raundunda boğucu fəndə düşərək təslim olub.

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan bayrağını başı üzərinə qaldırıb.

Axar.az xəbər verir ki, MMA qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən "Tank" ləqəbli kikboksçumuz Xəyal Əhmədov oktyabrın 6-da rinqə çıxıb. Almaniyalı idmançı Lukas Boçenski ilə gücünü sınayan X.Əhmədov inamlı qələbə qazanaraq Azərbaycanın idman uğurlarına daha bir imza atıb.

Oktyabrın 6-da İspaniya La Liqasının 8-ci turuna start verilib.

Axar.az xəbər verir ki, turun gözlənilməz hesabı "Mendizorroza" stadionunda qeydə alınıb. "Real Madrid" klubu səfərdə "Deportivo Alaves" komandasının qonağı olub. Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qolun müəllifi 90-cı dəqiqədə Manu Qarsiya olub.

Madrid təmsilçisinin əzəli rəqibi "Barselona" oktyabrın 7-də doğma meydanda "Valensiya" klubu ilə qarşılaşacaq.


Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti vəzifəsinə seçilməyim münasibətilə məni təbrik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçısının təbriki mənə şərəf verdi və məsuliyyətimi daha da artırdı.

Axar.az xəbər verir ki, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov ali şahmat qurumunun mətbuat xidmətinə açıqlamasında şahmat tarixində ilk dəfə azərbaycanlının FIDE-də yüksək vəzifəyə seçilməsini dünya şahmat ailəsinin Azərbaycana böyük etimadı kimi dəyərləndirib.

“Beynəlxalq Şahmat Federasiyasında yüksək vəzifəyə seçilməyim ölkəmizə və Azərbaycan idmanına böyük etimadın göstəricisidir. İdmanın inkişafı dövlətimizin siyasətinin prioritetlərindən biridir. Bu gün Azərbaycan dünyada idman, o cümlədən şahmat ölkəsi kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyev dünya ölkələri arasında ilk dəfə şahmatın inkişafına dair 2009-2014-cü illəri əhatə edən Dövlət Proqramını imzalamaqla bu idman növünün yeni inkişaf mərhələsinə yüksəlməsinə dəstək olub. Məhz Prezident İlham Əliyevin şahmata və şahmatçılara göstərdiyi diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda parlaq qələbələr qazanıb, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alıb. 2015-ci ildə Bakıda şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilib. Hər il Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir təşkil olunur. Ölkəmizdə şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya görə şahmatçılarımız adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə Mahir Məmmədov bildirib.

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo komandasının Premyer Liqanın digər klublarından daha yaxşı olması ilə bağlı fikirlər səsləndirib.

Axar.az xəbər verir ki, baş məşqçi deyib: “Hazırda Çempionlar Liqasında Premyer Liqanın digər komandalarından daha çox xal toplamışıq. Oktyabr ayının sonunda böyük oyunlarımız olacaq. “Nyukasl” üzərində qələbə qazanacağımız təqdirdə özümüzə inamımız daha da artacaq.

Dəstəyə görə hər kəsə təşəkkürünü bildirib.

Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Araz” klubu oktyabrın 6-da turnirin əsas mərhələsində qrupdakı son oyununu keçirib.

Axar.az xəbər verir ki, Azərbaycan çempionu “Araz” klubu Slovakiyada bu ölkənin “Luçenec” komandası ilə qarşılaşıb.

Gərgin keçən görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihad İsmayılov və Ramiz Çovdarov vurub.

Qeyd edək ki, birinci oyunda Litva çempionu “Vytis” komandasına 0:1 hesabı ilə məğlub olan Baş məşqçi Joze Alesio Da Silvanın yetirmələri ikinci görüşdə Maltanın “Valetta” komandası ilə heç-heçə edib - 1:1.

Digər oyunda Maltanın “Valletta” klubunu 5:0 hesabı ilə məğlub edən Litvanın “Vytis” komandası elit-raunda vəsiqə qazanıb.

 

Oktyabrın 7-da qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

Ardını oxu...

“Neftçi”nin futbolçusu Emin Mahmudov Topaz Premyer Liqanın 7-ci turunda “Sabah”a qalib gəldikləri (2:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, oyunda ilk qolun müəllifi olan millimizin yarımmüdafəçisi əvvəlcə görüş haqda danışıb:

- Oyun çətin keçdi. Çünki “Sabah” heç də zəif komanda deyil. Azərbaycan çempionatında zəif komanda yoxdur. Meydana çıxıb rahat qələbə qazanacağın rəqib tapa bilməzsən. “Sabah” da onlardan biridir. Bu gün sona qədər “döyüşdük”. Çünki mübarizə aparmadan, “döyüşmədən” heç nə əldə edə bilməzsən.

- İlk dövrəni lider kimi başa vurdunuz. Komandanın potensialı bunu davam etdirməyə imkan verirmi?

- Biz yalnız qarşıdakı oyunu düşünürük. Növbəti rəqibimiz isə “Qəbələ”dir. Çempionat hələ mayda bilinəcək. Buna isə çox vaxt var. Bütün fikrimiz qaşıdakı görüşdə qələbə qazanmaqdır.

- “Qarabağ”ın eyni zamanda avrokuboklarda iştirak etməsini sizin üçün üstünlük saymaq olarmı?

- Mən belə düşünmürəm. Digər matçları unudub yalnız “Qarabağ” barədə düşünsək, bizdə heç nə alınmaz. Biz öz oyunlarımızı düşünməliyik, “Qarabağ”ı yox.

- Millinin Millətlər Liqasının qrup mərhələsində Farer adaları və Malta ilə oyunlarına dəvət gözləyirsizmi? Bu iki matçda 6 xal toplamaq mümkündürmü?

- Dəvətlə bağlı Qurban müəllimdən soruşmaq lazımdır. Dəvətin olub-olmayacağını bilmirəm. Əgər çağırılsam, bütün gücümlə çalışacam ki, milliyə kömək edim. Əlbəttə ki, çətin oyunlar olacaq. Heç bir rəqib zəif deyil. Hər şey mümkündür. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə istəyimizə nail olarıq. Bilirik ki, onlar indi bizdən razı deyillər. Çünki istədikləri nəticələri əldə edə bilməmişik. Çalışacağıq ki, qələbələr qazanaq və onları razı salaq. Bu, bizim üçün çox vacibdir.

- Ramil Şeydayev sosial şəbəkə vasitəsilə “Qarabağ”ın oyunçusu Mahir Mədətova dəstək nümayiş etdirib. Mahirin “Arsenal”la dünənki görüşdə fitə basılmasına sizin münasibətiniz necədir?

- Ramil doğru addım atıb. Hər bir futbolçunun uğursuz dönəmi ola bilər. Görürəm ki, Mahir uğurlu çıxış üçün çox çalışır. Ola bilsin ki, istədiyi kimi alınmır. Digər tərəfdən Mədətovun pis oynadığını düşünmürəm.

“Arsenal”la matçdakı mübarizəsi xoşuma gəldi. Düzdür, qol vurmaq üçün şansları oldu. Hər bir futbolçu “qara zolağ”a düşə bilər. Ona dəstək olmaq lazımdır.

- Sizi və Ramil Şeydayevi Azərbaycan millisinə dəvət etmək mümkün oldu. Ancaq Ayaz Quliyevlə Azər Əliyevi hələ də razı sala bilmirlər. Onların yığmaya qatılması nə dərəcədə realdır və bu futbolçular milliyə kömək edə bilərlərmi?

- Seçim haqqı futbolçuların özlərindədir. Əgər Rusiya yığmasını seçsələr, deməli, klub karyeralarını düşünürlər. Çünki mən orda olarkən Azərbaycan millisini seçən kimi, əcnəbi statusu verdilər, limitə düşdüm. Rusiyada isə bu vəziyyətdə oynamaq çox çətindir. Çünki ora böyük pullarla əcnəbilər gətirirlər. Limitə düşən gənc oyunçu üçün heyətə düşmək çox çətin olar. Öz seçimləridir. Əsas odur ki, uğur qazansınlar. Ümid edirəm ki, bunu Azərbaycan millisində edərlər.

Xəbər lenti