![]() |
|
İtaliya təmsilçisi Filip Koutinyo ilə yaxından maraqlanır. "Milan" "İnter"ə yollanan Hakan Çalhanoğlunun yerini 29 yaşlı braziliyalı ilə doldurmağı düşünür.
A Seriyası klubunun bu yay Koutinyo üçün rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə "katalanlar"la müqaviləsinin müddəti başa çatacaq Koutinyo 30 milyon avro satış dəyərinə malikdir.
Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.
"Sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında olacaq. Saat 20:00-da başlayacaq görüşü niderlandlı FIFA referisi Byorn Kuypers idarə edəcək. Skandinaviya təmsilçisi 1/8 finalda Uelsi, çexlər isə Niderlandı mübarizədən kənarlaşıb.
Günün və mərhələsinin son qarşılaşmasında İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı, Ukrayna isə İsveçi üstələyib.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Avropa çempionatı
1/4 final
20:00. Çexiya - Danimarka
Baş hakim: Byorn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu
23:00. Ukrayna - İngiltərə
Baş hakim: Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu
Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq. Daha əvvəl Bakı A qrupunun 3 oyunu da keçirilib.
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.
"Yol-xeber.az"ın məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri görüşüb.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Əlavə vaxtda İsveç azlıqda qalıb və yalnız son artırma dəqiqələrə qədər qapısını qoruya bilib. Lakin 120+1-ci dəqiqədə Andrey Şevçenkonun yetirmələri oyunun taleyini həll edib.
Ukrayna millisi Avropa çempionatında tarixi nailiyyətə imza atıb.
1/4 finala yüksələn komandanın rəqibi isə İngiltərə olacaq.
Ulduz futbolçusu Kriştiano Ronaldonun AVRO-2020-nin 1/8 finalında Belçikaya 0:1 hesabı ilə məğlub olduqdan sonra kapitan sarğısını yerə atması dünya mediasının gündəminə gəlib.
O, daha əvvəl Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyununda bu hərəkətinin eynisini edib.
36 yaşlı hücumçu sözügedən qarşılaşmada qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb.
Onun kapitan sarğısı isə hərraca çıxarılıb.
"Yol-xeber.az"ın məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. Hüseynzadə bildirib ki, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı cüdoçu Rüstəm Orucov yerinə yetirəcək.
O, əvvəlki Oyunlarda bayraqdarın son olimpiadanın qızıl mükafatçısının olduğunu xatırladıb: "Təəssüf ki, Ro-2016-nın qalibi, taekvondoçu Radik İsayev Tokio olimpiadasına lisenziya əldə edə bilmədi".
Yol-xeber.az" xəbər verir ki, Təşkilat Komitəsi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu qərarı qəbul edib.
İddiaya görə, əvvəlcə satış nəzərdə tutulsa da, müxalifətin tənqidləri və yerli əhalinin mənfi reaksiyası ilə üzləşən təşkilatçılar sonradan fikrini dəyişib. Qadağa ilə bağlı rəsmi açıqlamanın 1 həftə ərzində veriləcəyi gözlənilir.
Maraqlıdır ki, olimpiadanın sponsorlarından biri Yaponiyanın spirtli içkilər istehsal edən "Asahi" şirkətidir. Təşkilat Komitəsinin saytında "Asahi" içkiləri "Tokio 2020"nin "rəsmi pivəsi" kimi göstərilib.
Qeyd edək ki, olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdırılıb.
"Bu barədə UEFA məlumat yayıb. Stadionun 75 faizinə azarkeş buraxılması ilə bağlı İngiltərə höküməti ilə razlığa gəlindiyi bildirilib. Əvvəl isə bu rəqəm 22 faiz idi.
Yeni qərara əsasən, "Uembli"də yarımfinal və final matçlarına 60 mindən çox azarkeş buraxılacaq. Arenaya daxil olacaq azarkeşlər İngiltərədəki yeni tip koronavirus protokollarına uyğun yoxlanılacaq. Stadiona girmək istəyən azarkeşlərin koronavirus testi mənfi olmalı və onlar peyvənd olunmaları ilə bağlı sənəd təqdim etməlidir.
Qeyd edək ki, yarımfinal oyunları 6-7 iyul, final matçı isə 11 iyulda olacaq.
Azərbaycan Milli Paralimpiya yığmasının cüdoçusu Kənan Abdullaxanlı Böyük Britaniyanın Urovik şəhərində keçirilən cüdo üzrə Beynəlxalq Qran-Pridə qızıl medal qazanıb.
“Yol-xeber.az” xəbər verir ki, idmançımız 100 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla Abdullaxanlı Tokio-2020 Yay Paralampiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.
Rusiyanın Soçi şəhərində keçiriləcək şahmat üzrə Dünya Kubokunun bütün iştirakçıları açıqlanıb.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumatına görə, iyulun 10-da start götürəcək yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq.
Avqustun 8-dək davam edəcək Dünya Kubokunda Azərbaycan da təmsil olunacaq. Kişilərin mübarizəsində reytinq favoritlərdən biri kimi Şəhriyar Məmmədyarov, yerli federasiyadan Vasif Durarbəyli və FIDE-nin vayld-kartı ilə Nicat Abbasov çıxış edəcək. Qadınların yarışında isə Avropadan Günay Məmmədzadə (2018), Ülviyyə Fətəliyeva (2019), yerli federasiyadan Gülnar Məmmədova iştirak edəcək.
Kişilər 1/128 finaldan, qadınlar 1/64 finaldan başlayaraq, olimpiya sistemi üzrə mübarizə aparacaqlar. Kişilərdən qalib və finalçı, qadınlardan 3 ən yaxşı iştirakçı Dünya Kubokuna vəsiqə qazanacaq.
AVRO-2020 ilə erkən vidalaşan Türkiyə yığmasının düşərgəsində İsveçrə ilə dünənki oyundan əvvəl gərginlik yaşanıb.
Apasport.az xəbər verir ki, “ay-ulduzlular”ın Bakıdakı son məşqi zamanı iki futbolçu arasında dava düşüb.
Ön xətt oyunçuları Halil Dərvişoğlu ilə Enes Ünal bir epizodun ardından əlbəyaxa olublar. Lakin digər futbolçular cəld müdaxilə edərək, onları ayırıb. Halil onu sakitləşdirməyə çalışan Cengiz Ündərlə də mübahisəyə girişib.
Buna qəzəblənən baş məşqçi Şenol Günəş həm Halili, həm də Enesi sərt şəkildə xəbərdarlıq edib. Hər iki futbolçu bu səbəbdən İsveçrə ilə qarşılaşmada meydana çıxmayıb.
Qeyd edək ki, yer aldığı A qrupunda İtaliya (0:3), Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olan Türkiyə millisi sonuncu yeri tutub.