![]() |
|
Bu gün Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti seçiləcək.
"Yol-xeber.az" xəbər verir ki, seçkidə Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan namizəd kimi iştirak edəcək.
Seçki prosesi Bakı vaxtı ilə saat 11:00-da başlayacaq və səsvermə 5 saat davam edəcək. Yeni seçiləcək şəxs "Qalatasaray"ın 38-ci prezidenti olacaq.
"Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı milli komandanın üzvü Elmar Qasımovun binanın eyvanından dollar əskinasları səpələməsini əks etdirən video barədə danışarkən deyib.
Onun sözlərinə görə, hansısa adekvat insan ilin-günün bu vaxtı belə hərəkət etməz: "Elmar milyonçu da deyil ki, eyvandan küçəyə dollar səpsin. Bilmirəm reytinq toplayır, özünü reklam edir, yaxud nəyinsə xətrinə bu addımı atıb. Yəqin ki, həmin pullar, əskinaslar əsl deyil, saxtadır, oyuncaqdır".
Babanlı məsələyə federasiyada baxılacağını sözlərinə əlavə edib: "Biz araşdıracağıq. Onun özünü də dəvət edəcəyik və izahat tələb edəcəyik".
Federasiya rəsmisi Qasımovun psixologiyasında hansısa problemin olmadığını vurğulayıb: "Özünü çox yaxşı hiss edir, adekvat adamdır. Başa düşür ki, 100 kq-da onun rəqibi var. Getdikləri bütün yarışlarda rəqibi onu üstələyib. Zelim Kotsoyev yer tutanda Qasımov bunu bacarmayıb. Kotsoyev 3 görüşdən qalib ayrılanda Qasımov ilk qarşılaşmasındaca uduzub. Özü də başa düşür ki, bu şansı qaçırıb".
Babanlı məlum videonun yayılma səbəbi ilə bağlı ehtimalını da irəli sürüb: "Ola bilər ki, Elmarın məqsədi videonun kütləvi yayılması deyildi. Bəlkə də özü üçün çəkib. Kimsə bundan sui-istifadə edir və ya yayır. Belə də ola bilər. Elmar Qasımov tanınmış cüdoçularımızdandır".
Qeyd edək ki, Elmar Qasımov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.
Gənclər və İdman Nazirliyinin rəsmi saytı məlumatına görə, indiyədək olimpiadaya 30, paralimpiadaya 18 vəsiə əldə olunub.
XXXII Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar
S/S | İdmançının adı və soyadı | İdman növü və fənni | Lisenziya qazanılan yarışın adı | Lisenziya qazanılan yarışın tarixi və yeri | Qeyd |
---|---|---|---|---|---|
1. |
Anna Skidan | Atletika (çəkic atma) | World Challange Nanjing 2019 | 20-21 may 2019-cu il, Çin, Nanjinq |
Final mərhələsində 5-ci yer olmaqla lisenziya əldə etdi |
2. |
Nazim Babayev | Atletika (üç təkanla tullanma) |
Qış dünya turu | 18-20 fevral 2020-ci il, Fransa, Lievin |
Final mərhələsində 2-ci yer olmaqla lisenziya əldə etdi |
3. |
Maksim Şemberev | Üzgüçülük (400 m qarışıq) | Dünya çempionatı | 12-28 iyul 2019-cu il, Cənubi Koreya, Kvanju |
Final mərhələsində 6-cı yer olmaqla lisenziya əldə etdi |
4. |
Mariya Stadnik | Qadın güləşi (50 kq) | Dünya çempionatı | 14-22 sentyabr 2019-cu il, Qazaxıstan, Nur-Sultan |
Qızıl medal qazanmaqla lisenziya əldə etdi |
5 |
Elis Manolova | Qadın güləşi (68 kq) | Dünya Olimpiya təsnifat turniri | 06-09 may 2021-ci il, Bolqarıstan, Sofiya |
Finala çıxmaqla lisenziya qazandı |
6. |
Şərif Şərifov | Sərbəst güləş (97 kq) | Dünya çempionatı | 14-22 sentyabr 2019-cu il, Qazaxıstan, Nur-Sultan |
Gümüş medal qazanmaqla lisenziya əldə etdi |
7. |
Hacı Əliyev | Sərbəst güləş (65 kq) | Avropa Olimpiya təsnifat turniri | 18-21 mart 2021-ci il, Macarıstan, Budapeşt |
Gümüş medal qazanmaqla lisenziya əldə etdi |
8. |
Hacımurad Hacıyev | Sərbəst güləş (74 kq) | Avropa Olimpiya təsnifat turniri | 18-21 mart 2021-ci il, Macarıstan, Budapeşt |
Gümüş medal qazanmaqla lisenziya əldə etdi |
9. |
İslam Abbasov | Yunan-Roma güləşi (87 kq) | Avropa Olimpiya təsnifat turniri | 18-21 mart 2021-ci il, Macarıstan, Budapeşt |
Qızıl medal qazanmaqla lisenziya əldə etdi |
10. |
Rafiq Hüseynov | Yunan-Roma güləşi (77 kq) | Dünya Olimpiya təsnifat turniri | 06-09 may 2021-ci il, Bolqarıstan, Sofiya |
Finala çıxmaqla lisenziya qazandı |
11. |
Zöhrə Ağamirova | Bədii gimnastika (çoxnövçülük) | Dünya çempionatı | 16-22 sentyabr 2019-cu il, Azərbaycan, Bakı |
B qrupunda 4-cü yer olmaqla lisenziya qazandı |
12. |
Azərbaycan (qrup-5 nəfər) | Bədii gimnastika (qrup - çoxnövçülük) |
Dünya çempionatı | 16-22 sentyabr 2019-cu il, Azərbaycan, Bakı |
Yetərli xal toplayaraq lisenziya əldə etdilər |
13. |
Marina Nekrasova | İdman gimnastikası (qadınlar - çoxnövçülük) | Dünya çempionatı | 04-13 oktyabr 2019-cu il, Almaniya, Ştutqart |
Yetərli xal toplayaraq lisenziya əldə etdi |
14. |
İvan Tixonov | İdman gimnastikası (kişilər - çoxnövçülük) | Dünya çempionatı | 04-13 oktyabr 2019-cu il, Almaniya, Ştutqart |
Yetərli xal toplayaraq lisenziya əldə etdi |
15. |
Ruslan Lunyov | Güllə atıcılığı (25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma) |
Avropa çempionatı | 11-23 sentyabr 2019-cu il, İtaliya, Boloniya |
Final mərhələsində 1-ci yer olmaqla lisenziya əldə etdi |
16. |
Azərbaycan (1 nəfər) | Velosiped (şosse) | - | - | Olimpiya reytinqdə 44-cü olmaqla lisenziya əldə etdi |
17. |
Milad Beigi Harçegani | Taekvondo (-80 kq) | - | - | Olimpiya reytinqdə 2-ci olmaqla lisenziya əldə etdi |
18. |
Fəridə Əzizova | Taekvondo (-80 kq) | Avropa Olimpiya təsnifat turniri | 06-09 may 2021-ci il, Bolqarıstan, Sofiya |
Finala çıxmaqla lisenziya qazandı |
19. |
Tayfur Əliyev | Boks (57 kq) | Avropa Olimpiya təsnifat turniri | 14-24 mart 2020-ci il, Böyük Britaniya, London |
1/4 mərhələyə keçməklə lisenziya qazandı |
20. |
Cavid Çələbiyev | Boks (63 kq) | Avropa Olimpiya təsnifat turniri | 04-10 iyun 2021-ci il, Fransa, Paris |
1/4 mərhələyə keçməklə lisenziya qazandı |
21. |
Lorenzo Sotomayor | Boks (69 kq) | Avropa Olimpiya təsnifat turniri | 04-10 iyun 2021-ci il, Fransa, Paris |
1/2 mərhələyə keçməklə lisenziya qazandı |
22. |
Alfonso Domingez | Boks (81 kq) | Avropa Olimpiya təsnifat turniri | 04-10 iyun 2021-ci il, Fransa, Paris |
1/2 mərhələyə keçməklə lisenziya qazandı |
23. |
Maqomed Abdullayev | Boks (+91 kq) | Avropa Olimpiya təsnifat turniri | 04-10 iyun 2021-ci il, Fransa, Paris |
1/2 mərhələyə keçməklə lisenziya qazandı |
24. |
Anna Başta | Qılıncoynatma (sablya, qadınlar) |
Avropa Olimpiya təsnifat turniri | 24-25 aprel 2021-ci il, İspaniya, Madrid |
Qızıl medal qazanmaqla lisenziya qazandı |
25. |
Firdovsi Fərzəliyev | Karate (67 kq) | Dünya Olimpiya təsnifat turniri | 10-14 iyun 2021-ci il, Fransa, Paris |
Bürünc medal qazanmaqla lisenziya qazandı |
26. |
Rəfael Ağayev | Karate (75 kq) | - | - | Olimpiya reytinqində 2-ci yerdə olmaqla lisenziya əldə etdi |
27. |
İrina Zaretska | Karate (+61 kq) | - | - | Olimpiya reytinqində 1-ci yerdə olmaqla lisenziya əldə etdi |
28. |
Ade Resky Dwicahyo | Badminton (kişilər-fərdi) | - | - | Olimpiya reytinqində 31-ci yerdə olmaqla lisenziya əldə etdi |
29. |
Əliş Nəzərov | Ağır atletika (109 kq) | - | - | Vayld kart ilə lisenziya qazandı |
30. |
Rostislav Pevtsov | Triatlon (kişilər-fərdi) | Olimpiya reytinqində 46-cı yerdə olmaqla lisenziya əldə etdi. |
Qazanılan lisenziyalar
Lisenziya sayı | İdmançı sayı | |
Atletika | 2 | 2 |
Atıcılıq | 1 | 1 |
Bədii gimnastika (fərdi) | 1 | 1 |
Bədii gimnastika(qrup hərəkətləri) | 1 | 5 |
İdman gimnastikası | 2 | 2 |
Sərbəst güləş | 3 | 3 |
Qadın güləşi | 2 | 2 |
Yunan-Roma güləşi | 2 | 2 |
Üzgüçülük | 1 | 1 |
Velosiped - Şosse | 1 | 1 |
Boks | 5 | 5 |
Taekvondo | 2 | 2 |
Qılıncoynatma | 1 | 1 |
Karate | 3 | 3 |
Badminton | 1 | 1 |
Ağır atletika | 1 | 1 |
Triatlon | 1 | 1 |
Cəmi: | 30 | 34 |
Qeyd edək ki, bu lisenziyaları beynəlxalq idman federasiyaları rəsmən elan edib.
XVI Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılar
S/S | İdmançının adı və soyadı | İdman növü və fənni | Lisenziya qazanılan yarışın adı | Lisenziya qazanılan yarışın tarixi və yeri | Qeyd |
---|---|---|---|---|---|
1. |
Oluxan Musayev | Atletika, nüvə itələmə |
Dünya Çempionatı | 07-15 noyabr 2019-cu il, BƏƏ, Dubay şəhəri |
Dünya çempionatında 4-cü yer olmaqla lisenziya əldə etdi (41.58 m) |
2. |
Samir Nəbiyev | Atletika, nüvə itələmə |
Dünya Çempionatı | 07-15 noyabr 2019-cu il, BƏƏ, Dubay şəhəri |
Dünya çempionatında 4-cü yer olmaqla lisenziya əldə etdi (14.06 m) |
3. |
Kamil Əliyev | Atletika, uzunluğa tullanma |
Dünya Çempionatı | 07-15 noyabr 2019-cu il, BƏƏ, Dubay şəhəri |
Dünya çempionatında bürünc medal qazanmaqla lisenziya əldə etdi (7.00 m) |
4. |
Elvin Astanov | Atletika, nüvə itələmə |
- | - | Reytinq əsasında lisenziya əldə etdi |
5. |
Elmir Cəbrayılov | Atletika, qaçış |
- | - | Reytinq əsasında lisenziya əldə etdi |
6. |
Səid Nəcəfzadə | Atletika, uzunluğa tullanma |
- | - | Reytinq əsasında lisenziya əldə etdi |
7. |
Həmid Heydərli | Atletika, nizə atma |
- | - | Reytinq əsasında lisenziya əldə etdi |
8. |
Yelena Çebanu | Atletika, qaçış |
- | - | Reytinq əsasında lisenziya əldə etdi |
9. |
Raman Salei | Üzgüçülük, 100 m arxasıüstə |
Dünya Çempionatı | 09-15 sentyabr 2019-cu il, İngiltərə, London şəhəri |
Dünya çempionatında gümüş medal qazanmaqla lisenziya əldə etdi (1:01.00 dəq) |
10. | Dana Şandıbina | Üzgüçülük | - | - | Dünya reytinqində 10-cu yer olmaqla lisenziya əldə etdi |
11. |
Vəli İsrafilov | Üzgüçülük | Dünya Çempionatı | 09-15 sentyabr 2019-cu il, İngiltərə, London şəhəri |
Dünya çempionatında bürünc medal qazanmaqla lisenziya əldə etdi |
12. |
Yelena Taranova | Güllə atıcılğı, 25 metrə məsafəyə atəş |
Dünya Çempionatı | 12-18 oktyabr 2019-cu il, Avstraliya, Sidney şəhəri |
Dünya çempionatında 20-ci yer olmaqla lisenziya əldə etdi (557 xal) |
13. |
Kamran Zeynalov | Güllə atıcılğı, 50 metrə məsafəyə atış |
Dünya Çempionatı | 12-18 oktyabr 2019-cu il, Avstraliya, Sidney şəhəri |
Dünya çempionatında 15-ci yer olmaqla lisenziya əldə etdi (524 xal) |
14. |
Elşən Hüseynov | Pauerliftinq, +107kq çəki dərəcəsi |
Açıq Avropa Çempionatı | 22-29 may 2018-ci il, Fransa, Berk-sur-Mer |
Açıq Avropa Çempionatında qızıl medal qazanmaqla lisenziya əldə etdi (230 kg) |
15. |
Röyalə Fətəliyeva | Taekvondo 49 kq |
Avropa Olimpiya təsnifat turniri | 05-11 may 2021-ci il, Bolqarıstan, Sofiya |
Qızıl medal qazanmaqla lisenziya əldə etdi |
16. |
Aynur Məmmədova | Taekvondo 58 kq |
Avropa Olimpiya təsnifat turniri | 05-11 may 2021-ci il, Bolqarıstan, Sofiya |
Qızıl medal qazanmaqla lisenziya əldə etdi |
17. |
İmaməddin Xəlilov | Taekvondo 61 kq |
Avropa Olimpiya təsnifat turniri | 05-11 may 2021-ci il, Bolqarıstan, Sofiya |
Qızıl medal qazanmaqla lisenziya əldə etdi |
18. |
Əbülfəz Abuzərli | Taekvondo 75 kq |
Avropa Olimpiya təsnifat turniri | 05-11 may 2021-ci il, Bolqarıstan, Sofiya |
Qızıl medal qazanmaqla lisenziya əldə etd |
Bu barədə Belçika millisinin hücumçusu Romelu Lukaku "Football Italia" nəşrinə açıqlamasında deyib.
O, bildirib ki, bu addım qrupun ilk turunun Finlandiya ilə matçında (0:1) huşunu itirərək yerə yıxılan Danimarka yığmasının 10 nömrəli futbolçusu Kristian Eriksenin şərəfinə atılacaq:
"Bu zaman azarkeşlər onu alqışlamaq üçün imkan əldə edəcəklər. Sabahkı oyundan sonra Kristiana mesaj göndərəcəyəm. İndi isə ona vaxt vermək lazımdır. Qoy, ailəsi ilə vaxt keçirsin".
Məlumata əsasən, iyunun 17-də “Real”ın prezidenti Florentino Peresin iştirakıyla mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, müdafiəçi 2005-ci ildən kral klubunun şərəfini qoruyur. 35 yaşlı Ramos karyerası ərzində 5 dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqası və dörd dəfə İspaniya Superkubokunun qalibi olub.
“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.
“UEFA sabahkı püşkatma ərəfəsində komandaları qruplara bölüb.
“Neftçi” - “Dinamo” (Tbilisi) cütü 2-ci qrupda səpələnməmişlər səbətində yer alıb. Təmsilçimiz Gürcüstan klubunu keçsə, 2-ci təsnifat mərhələsində “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya) və ya “Teuta” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, sabah keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
UEFA turnirdə iştirak edən 24 komanda üçün ümumilikdə 371 milyon avro ayırıb. AÇ-2016-da isə bu məbləğ 304 milyon avro idi.
AÇ-2020-də iştirak edən hər bir milli komanda 9,25 milyon avro qazanacaq. Qrup mərhələsində qələbə qazananlar 1,5 milyon, heç-heçə edənlər isə 750 min avro əldə edəcəklər. Qrupdan çıxan komandalara 2 milyon avro veriləcək.
Bundan sonra 1/4 finala yüksələnlər 3 milyon 250 min avro, yarımfinalçılar isə 5 milyon avro qazanacaqlar. AÇ-2020-nin gümüş mükafatçısına 7 milyon avro ödəniləcək. Turnirin qalibini isə 10 milyon avro məbləğində mükafat gözləyir.
AÇ-2016-nın çempionu Portuqaliya yığmasına 8 milyon avro verilmişdi.
" "Bakcell Arena"da gerçəkləşən hazırlıq prosesində iki futbolçu iştirak etməyib.
Çağlar Söyüncü və Umut Meraş komandadan kənarda - fizioterapevtlə birlikdə zalda məşq etməli olub.
"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "ay-ulduzlular"ın təlim-məşq toplanışını ziyarət edib. Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş 49 yaşlı mütəxəssisə millinin imzalı formasını verib.
Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
“Türkiyəli mütəxəssis 0:3 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:
“Avropa çempionatının açılış matçında meydan sahiblərinə gücümüzü göstərmək, onlara çətinlik yaşatmaq istəyirdik. Rəqiblə bərabər səviyyədə oynamağı, gözəl futbol sərgiləməyi düşünürdük. Amma bunu bacarmadıq. Rəqib bizdən üstün idi. Texniki cəhətdən bizdən daha üstün olduqlarını göstərdilər. Xüsusilə ilk hissədə rəqibin təzyiqindən qurtula bilmədik. İtaliya yığması topu ələ keçirəndə onu rahatlıqla vermir. Əvəzində bizdən topu daha rahat ala bilirdilər. Birinci hissədə rəqibin təzyiqinə dözə bilsək də, ikinci hissədə xüsusilə qol buraxdıqdan sonra oyuna nəzarəti daha da itirdik. Qarşımızda daha üstün rəqib vardı. Bizdən daha yaxşı olan rəqibə məğlub olduq. Oyunumuzun İtaliya yığmasından çox geri qaldığını gördük. Amma rəqib nə qədər güclü olsa da, biz də öz oyunumuzu sərgiləyə bilmədik. Bəlkə də ilk qolu buraxmasaydıq, daha da dirənə bilərdik. Bu oyunda qazanacağımız bir və ya üç xal bizə böyük fayda verərdi. Olmadı. Buna görə üzgünük. Qarşıda daha iki oyunumuz var. Hər ikisində qalib gəlməyə çalışacağıq. İlk oyun Uelsə qarşı olacaq. Ümid edirəm ki, həmin oyunda düşündüklərimizi meydanda göstərə və istədiyimiz nəticəni qazana biləcəyik”.
Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək.
A qrupunda bir, B qrupunda isə iki matç olacaq.
A qrupundakı Uels - İsveçrə görüşü Bakı Olimpiya Stadionunda olacaq. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır. Fransalı Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da start götürəcək.
Matça təxminən 6-7 min bilet satılıb. Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandalar heç vaxt heç-heçəyə razılaşmayıb.
İsveçrə qatıldığı son 3 nüfuzlu turnirdə DÇ-2014, AVRO-2016 və DÇ-2018-də qrupdan çıxmağı bacarıb. Hər üç yarışın 1/8 finalında uduzan komanda əvvəlki uğurunu növbəti dəfə təkrarlamaq istəyir. Uels isə 2016-cı ildə Fransadakı qitə çempionatının yarımfinal mərhələsinə kimi adlayıb.
B qrupunda turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika Rusiya ilə, Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gələcək.
Avropa çempionatı
A qrupu, I tur
17:00. Uels - İsveçrə
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)
Dördüncü hakim: Srcan Yovanoviç (Serbiya)
Bakı. Bakı Olimpiya Stadionu
B qrupu
20:00. Danimarka - Finlandiya
23:00. Belçika - Rusiya
Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.