“4 milyard dollara Superliqa yarada bilmərik”

“İstəyimiz o idi ki, AÇ-2020 bölgəmizdə əsl bayram olsun. Amma pandemiya buna imkan vermədi”.

“Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AÇ-2020-nin Bakıda keçiriləcək oyunları barədə danışarkən deyib.

Federasiya rəsmisi koronavirus pandemiyası ilə bağlı Azərbaycandakı son durumun digər ölkələr üçün də ümidverici olduğunu söyləyib: “İstəyirik ki, şəhərimizin canlı atmosferi qonşularımıza sirayət etsin, belə bir tədbirə ev sahibliyi etməkdən duyduğumuz qüruru bizimlə bölüşsünlər. 15 aylıq pandemiyadan sonra ən vacib mesaj normallaşmağımızdır. Bu, təkcə bizim yox, digər bütün ölkələr üçün böyük ümid verir. Bu fürsətdən istifadə etməliyik”.

Elxan Məmmədov bir müddət əvvəl qitənin nəhəng klubları tərəfindən yaradılan Avropa Superliqasının uğursuz layihə olduğunu bildirib. O, həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb: “Bu cür fikir dəyərlərimizi məhv edir. UEFA gənclərin və əlil futbolunun inkişafına, qadın oyununun böyüməsinə çox investisiya yatırır. Bütün maraqlı tərəflər futbol oynaya bilməlidirlər. Bazar günü səhər oyanıb strategiyasız və yalnız 4 milyard dollara Superliqa yarada bilmərik”.

AFFA-nın vitse-prezidenti Azərbaycan futbolu barədə də düşüncələrini bölüşüb: “Düşünürəm ki, daha uzun müddətdə Avropa çempionatının seçmə yarışlarında rəqabət apara bilərik. Bizim 2014-cü ildən bəri hər il Avropa Liqasının qrup mərhələsində yer alan və uğurla çıxış edən “Qarabağ” kimi klubumuz var. Klubların ilk “11-liy”ində 6 yerli futbolçu var. Bütün klublarımızda daha çox oyunçu yetişdiririk”.

Qeyd edək ki, AVRO-2020 çərçivəsində Bakıda ilk oyun bu gün Uelslə İsveçrə arasında (17:00) keçiriləcək.

Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı başa çatıb.

İtaliya AVRO-2020-nin ilk matçında Türkiyə qarşısında 3 xalı 3 qolla qazanıb. Bu qələbə nəticəsində İtaliya millisi "A" qrupunda liderliyə yüksəlib.

***

Matçın 79-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Lorenzo İnsigne özünün ilk, komandasının isə 3-cü qolunu vuraraq Türkiyə qarşısında hesabı 3-0-a çatdırıb.

***

İtaliya millisi Türkiyə qarşısında hesab arasındakı fərqi 2 topa çatdırıb. Matçın 66-cı dəqiqəsində ev sahiblərinin hücumçusu Çiro İmmobile qapıçıdan qayıdan topu tora qovuşdurub: İtaliya 2-0 Türkiyə

 

 

 

***

"Ölkə.Az" xəbər verir ki, matçın 53-cü dəqiqəsində Türkiyə millisinin mərkəz müdafiəçisi Merih Demiral topu öz qapısından keçirib: İtaliya 1-0 Türkiyə

***

Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı start götürüb.

Romadakı "Olimpiko" stadionunda keçirilən görüşü Niderland Futbol İttifaqından Denni Makkeli idarə edir.

Qeyd edək ki, "ay-ulduzlular" A qrupundakı son iki matçını Bakıda keçirəcək. Bakı Olimpiya Stadionu İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

***

Futbol üzrə Avropa çempionatının açılış matçında üz-üzə gələcək Türkiyə və İtaliya yığmalarının start heyətləri açıqlanıb.

"Ölkə.Az"ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar...

Türkiyə: 23Uğurcan Çakır (GK), 2Zeki Çelik, 3Merih Demiral, 4Çağlar Söyüncü, 5Okay Yokuşlu, 6Ozan Tufan, 9Kenan Karaman, 10Hakan Çalhanoğlu, 11Yusuf Yazıcı, 13Umut Meraş, 17Burak Yılmaz (C)

İtaliya: 21G. Donnarumma (GK), 3Chiellini (C), 4Spinazzola, 5Locatelli, 8Jorginho, 10Insigne, 11Berardi, 17Immobile, 18Barella, 19Bonucci, 24Florenzi

Qeyd edək ki, Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu gün futbol üzrə Avropa çempionatı start götürəcək.

"Yol-xeber.az"ın məlumatına görə, turnirin açılış oyunu Romadakı "Olimpika" stadionunda İtaliya və Türkiyə yığmaları arasında olacaq. Niderland Futbol İttifaqından Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Koronavirus pandemiyası səbəbindən təxirə salınan qitə çempionatına ilk dəfə ikidən çox ölkə ev sahibliyi edəcək. Oyunlar İtaliyanın Roma, İngiltərənin London, Niderlandın Amsterdam, Danimarkanın Kopenhagen, Rumıniyanın Buxarest, Macarıstanın Budapeşt, Rusiyanın Sankt-Peterburq, Almaniyanın Münhen, İspaniyanın Sevilya, Şotlandiyanın Qlazqo şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

UEFA-nın 60 illiyi ilə bağlı Avropa çempionatının 12 şəhərdə təşkili nəzərdə tutulsa da, sonradan İrlandiyanın paytaxtı Dublin qitə futbol qurumuna azarkeşlərlə bağlı təminat verə bilmədiyindən say 11-ə endirilib. Bundan başqa, analoji problemlə üzləşən İspaniyanın Bilbao şəhərini Sevilya əvəzləyib.

Mövcud vəziyyətlə əlaqədar Budapeşt istisna olmaqla, digər şəhərlərdəki qarşılaşmalara məhdud sayda azarkeş buraxılacaq. A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək Bakı Olimpiya Stadionunda hər görüş üçün arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar yer alacaq.

24 yığma hərəsində 4 komanda olmaqla, 6 qrupda mübarizə aparacaq. 31 gün davam edəcək turnirdə ümumilikdə 51 oyun baş tutacaq. Qruplarını ilk 2 sıradan tamamlayan yığmalar, həmçinin dörd ən yaxşı qrup 3-cüsü 1/8 finala vəsiqə qazanacaq. Yarımfinal və final matçları Londondakı "Uembli" stadionunda oynanılacaq.

AVRO-2020-dəki yeniliklərdən biri də komandaların iştirak ərizəsindəki futbolçu sayının artırılmasıdır. Bu dəfəki turnirdə hər kollektiv 26 oyunçu sifariş edib. Onların 3-ü qapıçıdır.

Avropa çempionatına ilk dəfə qadın hakim təyinat alıb. Açılış matçında 4-cü hakim funksiyasını yerinə yetirəcək fransalı FIFA referisi Stefani Frappar turnirin tarixinə düşəcək. Digər yenilik AVRO-2020-də VAR sisteminin tətbiqi ilə bağlıdır.

Birinci dəfə 1960-cı ildə Fransada Avropa Millətlər Kuboku adı altında keçirilmiş turnirin ilk qalibi SSRİ yığması olub. Avropa çempionatının ən uğurlu kollektivi isə Almaniya millisidir. Altı dəfə final oynayan Bundestim bunların 3-də (1972, 1980, 1996) qalib olub. Almanlarla yanaşı, İspaniya yığması da 3 dəfə (1964, 2008, 2012) Avropa çempionluğunu qazanıb. Pireneylilər bir dəfə isə (1984) finalda uduzublar. Almaniya və İspaniyanı 2 çempionluğu olan Fransa millisi izləyir. Turnirin son qalibi isə Portuqaliya seçməsidir.

Avropa çempionatı

A qrupu, I tur

23:00. İtaliya - Türkiyə

Hakimlər: Denni Makkeli, Hessel Stiqstra, Yan de Vris (Niderland)

Dördüncü hakim: Stefani Frappar (Fransa)

Roma, "Olimpiko" stadionu.

Qeyd edək ki, Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Portuqaliyanın futbol üzrə yığmasının hücumçusu Kriştianu Ronaldu İsrail milli komandasına qarşı yoldaşlıq matçının gedişində fərqlənib.

“ 35 yaşlı hücumçu Brunu Fernandeşin ötürməsini qola çevirib. O, bunula matçda ikinci qolu öz hesabına yazıb. Rəqbi qapılarına bu cür yol tapma "Qızıl top"un beşqat sahibi üçün 104-cü fərqlənmə olub.

Bununla da Ronaldunun İran yığmasının keçmiş hücumçusu Əli Daei tərəfindən əldə olunmuş dünya rekorduna çatmasına beş qol qalıb.

Qeyd edək ki, Kriştianu Portuqaliya yığmasının son 42 matçında 43 dəfə fərqlənib.

İdman jurnalisti və şərhçi Nobel Arustamyan Bakıdakı Avro-2020 qarşılaşmalarına gəlməyəcək.

"Bu barədə “Caliber” “Telegram” kanalı öz mənbələrinə istinadən yazıb.

N.Arustamyan UEFA-dan Avro-2020 oyunları üçün akkreditasiya ala bilməyib, çünki Azərbaycan şərhçinin Bakıya gəlməsinə qarşı çıxıb. Arustamyan dəfələrlə Azərbaycanın bir vaxtlar işğal altındakı ərazilərinə səfər edib və Xankəndidə separatçılıq siyasətinə təbliğ edən tədbirlər keçirib və bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısına” daxil edilib.

Bununla belə, rəsmi Bakı Arustamyanın Avro-2020-ə akkreditasiyasına qarşı çıxmayıb, söhbət yalnız şərhçinin Bakıdakı oyunlara buraxılmamasından gedib. Lakin UEFA-nın reqlamentinə əsasən əgər Avro-2020-nin təşkilatçı ölkələrindən biri akkreditasiyaya icazə vermirsə, o zaman jurnalist ümumiyyətlə turnirə buraxılmır.

Arustamyanın UEFA ilə problemini çözməsi və Avro-2020 üçün akkreditasiya alması belə onun Bakıya gələ biləcəyi anlamını ifadə etmir.

“Arustamyan Bakıdakı oyunlar üçün akkreditasiya almayıb. O, Azərbaycana gələ bilməyəcək. Digər məkanlara gəldikdə isə başqa şəhərlərdə akkreditasiya ilə bağlı məhdudiyyətlər Bakının tələbi ilə deyil, UEFA-nın daxili reqlamenti əsasında olub”, - deyə “Caliber” qeyd edib.

İsveçrənin Neon şəhərində 2021/2022-ci illər mövsümü UEFA Çempionlar Liqasının ilkin raundunun püşkatma mərasimi keçirilib.

"Yol-xeber.az" xəbər verir ki, mini-turnir formatında keçirilən raundun qalibi birinci təsnifat mərhələsinə çıxış imkanı qazanacaq.

İlk yarımfinal oyununda iyunun 22-də “Folqore” (San-Marino) və “Priştina” (Kosovo) klubları qarşılaşacaq. Üç gün sonra keçiriləcək ikinci yarımfinal isə “Torshavn” (Farer adaları) və “İnter Eskaldes” (Andorra) arasında baş tutacaq.

Final görüşünün qalibi 6-7 və 13-14 iyulda təşkil olunacaq birinci təsnifat mərhələsində iştirak hüququ əldə edəcək. Məğlub olan üç klub isə Konferensiyalar Liqasının təsnifat mərhələsində oynayacaq.

BNA-nın idmançı əməkdaşı rinqdə qələbə qazanaraq çempion oldu  - FOTO

Ukraynanın Odessa şəhərində Qarışıq İdman Növləri üzrə Dünya Çempionatı keçirilib. Yol-xeber.az xəbər verir ki, çempionatda iştirak edən Nicat Yusifov və Cəlal Cəlallı qalib gələrək dünya çempionu adını qazanıblar. Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.

Qeyd edək ki, idmançılardan biri  - Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Cəlal Cəlallı ukraynalı rəqibinə qalib gələrək 80 kiloqram çəki dərəcəsində çempionatın baş mükafatına layiq görülüb.

Çempionat iyunun 3-dən 6-a kimi davam edib.

Qeyd edək ki, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib. Çempion adını qazanan hər iki idmançıya gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

İyunun 10-dan etibarən hava nəqliyyatı vasitəsilə 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilməsinə dair yeni tələb müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.

Qərara əsasən, 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarından və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərdən iyunun 10-dan etibarən uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd də tələb olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 aprel tarixli 2576 nömrəli Sərəncamına əsasən, 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə mayın 1-dən iyulun 5-dək aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilirdi:

- oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;

- Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 10-dan etibarən 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin həmin sənədlərdən hər hansı birini və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışı mümkün olacaq.

Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüşə start verilib.

"Yol-xeber.az"ın məlumatına görə, pilotlar saat 13:30-dək bolidlərini sınaqdan keçirəcəklər.

Saat 16:00-da isə ikinci test yürüşü başlayacaq.

İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Yol-xeber.az xəbər verir ki, sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci günündə "Formula 2"də sərbəst yürüş və sıralama turu, "Formula 1"də isə 2 sərbəst yürüş gerçəkləşəcək.

Qran-priyə "Formula 2" pilotlarının sərbəst yürüşləri ilə start veriləcək. Günün sonunda "Formula 1"də ikinci sərbəst yürüş başa çatmış olacaq.

İyunun 5-də "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

İyunun 6-da ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Koronavirus pandemiyası səbəbindən Qran-prilərdə şou və əyləncə proqramları keçirilmir.

İlk 5 mərhələdən sonra "Red Bull"un sürücüsü Maks Ferstappen 105 xalla birinci, "Mercedes"dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü 56 xalla "McLaren"in pilotu Lando Norris qapayır.

Komanda hesabında da "Red Bull" 149 xalla bütün rəqiblərini qabaqlayıb. "Mercedes" 148 xalla ikinci, "McLaren" 80 xala üçüncü sırada yer alıb.

Azərbaycan Qran-prisinin proqramı
4 iyun
"Formula-2"

Saat. 10:25-11:10 - Sərbəst yürüş

"Formula-1"
Saat. 12:30-13:30 - I sərbəst yürüş

"Formula-2"
Saat. 14:30-15:00 – Sıralama turu

"Formula-1"
Saat. 16:00-17:00 - II sərbəst yürüş

5 iyun
"Formula-2"

Saat. 11:25-12:15 – Sprint yarışı

"Formula-1"
Saat. 13:00-14:00 - III sərbəst yürüş

"Formula-1"
Saat. 16:00-17:00 - Sıralama turu

"Formula-2"
Saat. 17:40-18:30 – Sprint yarışı

6 iyun

"Formula-2"
Saat. 12:45-13:50 - Əsas yarış

“Formula-1”
Saat. 14:10-14:50 – Pilotların təqdimatı
Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat. 16:00-18:00. Əsas yarış

Xəbər lenti