|
AFFA-nın rəsmi saytı xəbər verir ki, müraciətdə Azərbaycan komandasının koronavirus testi pozitiv nəticələnmiş və zədəli futbolçularının qarşılaşmada iştirak edə bilməyəcəkləri diqqətə çatdırılıb. Bunlar A və B iştirak ərizəsində yer alan 23 futbolçudan, 2-si qapıçı olmaqla, 13 nəfərdir. Göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyununun baş tutmayacağı bildirilib.
Məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.
Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.
İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
FİFA reytinqində dünyanın 109-cusu, Avropanın 44-cüsü olan Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Püşk UEFA üzvü olan 55 ölkənin yığmalarını beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək. Bu isə o deməkdir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv 6 komandalı qrupa düşməsə, özündən reytinqcə üstün yığmalara rəqib olacaq.
1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;
2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;
3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;
4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;
5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;
6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.
Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək.
Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.
Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.
Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gələcək.
Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edəcək. İsraildə bu komandaya 0:1 hesabı ilə uduzan ağdamlılar ilk xal üçün mübarizə aparacaq.
Qeyd edək ki, qrupun eyni vaxtda başlayacaq digər görüşündə “Vilyarreal”la “Sivasspor” üz-üzə gələcək.
Avropa Liqası
İ qrupu
3 dekabr
21:55. “Qarabağ” - “Makkabi”
Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.
Vilyarreal – 10, Makkabi – 7, Sivasspor – 6, Qarabağ – 0.
Bu barədə eurosport.ru məlumat yayıb.
Mükafat futbolun inkişafına töhfəyə görə verilir. Qalib Goldenfoot.com saytındakı səsvermə ilə seçilir. K. Ronaldu səsvermədə Messi, Arturo Vidal, Neymar, Corco Kellini, Robert Levandovski, Serxio Ramos, Serxio Aquero, Jerar Pike və Məhəmməd Salahı üstələyib.
Həmçinin karyerasındakı nailiyyətlərə görə “Yuventus”un prezidenti Andrea Anyelli mükafata layiq görülüb. (oxu.az)
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində İstanbul şəhərində Təl-Əviv “Makkabi”si (İsrail) ilə qarşılaşacaq “Qarabağ” bu gün Türkiyəyə yola düşüb.
Baş məşqçi Qurban Qurbanov İstanbula getməyəcəyi üçün, bu gün oyundan öncə təşkil olunacaq mətbuat konfransında onun köməkçisi Elçin Rəhmanov iştirak edəcək. Sözügedən tədbir sabah, yerli vaxtla saat 15:30-da “Qarabağ”ın yerləşəcəyi “Pullman” otelində baş tutacaq. Oyundan öncəki son məşq isə yerli vaxtla saat 18:30-da “Başakşəhər Fatih Terim” stadionunun köməkçi meydançasında baş tutacaq.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.
Report xəbər verir ki, qəsəbə təmsilçisi öz bazasında tam təcrid olunub. Komanda qış fasiləsinədək burada qalacaq.
Bu addım futbolçuların başqaları ilə ünsiyyətdə olmasını və yoluxma riskini minimuma endirmək məqsədilə atılıb.
Qeyd edək ki, "Zirə"də baş məşqçi Rəşad Sadıqovun köməkçisi Eltun Yaqublu, futbolçulardan Ali Sesay, Klesio Bauk və Kərim Diniyev koronavirusa yoluxub. Hazırda onlardan yalnız Diniyev aktiv xəstədir.
Qarşılaşmanın 73-cü dəqiqəsində fərqlənən argentinalı qoldan sonra “Nyuells Old Boyz”un 10 nömrəli formasını göstərib.
Hər iki futbolçu fərqli vaxtlarda bu klubun şərəfini qoruyub.
Qeyd edək ki, Messi bu hərəkətinə görə sarı vərəqə görüb.
Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünün dəqiq səbəbi bəlli olub.
Tibbi ekspertizanın rəyinə əsasən, keçmiş yarımmüdafiəçinin xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bəlli olub.
Bundan əlavə, Maradonaya ürəyi normadan iki dəfə böyük olduğu üçün genişlənmiş kardiomiopatiya diaqnozu qoyulub.
Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.(Report)
Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.
Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib.
Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib.(Report)
Mərasim yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq.
Vidalaşmaq istəyənlərin qəbulu əfsanəvi futbolçunun yaxınlarının istəyi ilə saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çoxlu sayda insan toplaşıb.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.(Report)