Millimiz Slovakiyaya itkilərlə yollandı

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.

Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq.

Levice şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinya və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şocaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinya və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.

Qeyd edək ki, aprelin 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Millinin səfər oyunu üçün heyətini diqqətinizə çatdırırıq:

1. Rövşən Hüseynli - Araz-Naxçıvan

2. Emin Kürdov - EKOL

3. Cavad Məmmədov - Neftçi İK

4. Xətai Bağırov - Araz-Naxçıvan

5. Rizvan Fərzəliyev - Araz-Naxçıvan

6. Fineo De Arauxo - Araz-Naxçıvan

7. İsa Atayev - Araz-Naxçıvan

8. Amir Şocaei - Araz-Naxçıvan

9. Ramiz Çovdarov - Araz-Naxçıvan

10. Tofiq Mikayılov - EKOL

11. Eduardo Borges - ACCSS FUTSAL (Fransa)

12. Everton Kardoso - Levante (İspaniya)

Kiçikdən böyüyə hər kəsin üz tutduğu məkanlardan biri də Dənizkənarı Bulvar ərazisidir. Lakin istirahətlə yanaşı, idman etmək üçün dəniz kənarına gələnlər də az deyil. Yaşından asılı olmayaraq, idman etmək, günə gümrah başlamaq üçün kimi qaçır, kimi dəniz kənarında, açıq havada quraşdırılan idman alətlərində məşq etməyə çalışır.

Paytaxt sakinləri bildirir ki, son bir ildə koronavirus pandemiyası səbəbindən idman və məşq zallarının bağlanması qərarı açıq havada idman etmək istəyənlərin də sayını artırıb. Təbii ki, açıq havada idman etməyin əhəmiyyəti böyükdür.

Sakinlərin sözlərinə görə, istər idmançıların, istərsə də vətəndaşların sağlam qalması üçün idman zallarının yenidən fəaliyyət göstərməsi önəmlidir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Azərbaycan Futbol Federasiya Assosasiyası FİFA-ya müraciət edəcək.

Buna səbəb Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionda separatçı rejimin qondarma bayrağının asılması olub.

AFFA rəsmi “Facebook” səhifəsində bununla bağlı FIFA-ya müraciət edəcəyini bildirib. 

Türkiyənin "Fənərbağça" klubu Erol Bulutu baş məşqçi postundan istefaya göndərib.
Klubun rəsmi saytının məlumatına görə, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Mövsümün qalan hissəsində komandaya idman direktoru Emre Belözoğlu rəhbərlik edəcək.

Daha sonra isə bu postun Almaniya millisini AVRO-2020-dən sonra tərk edəcək Yoahim Lövə tapşırılacağı bildirilir. Bu barədə "Bild" nəşri xəbər yayıb. Löv 1998/1999 mövsümündə də "sarı-lacivərdlilər"in baş məşqçisi olub.

Qeyd edək ki, Erol Bulut "Fənərbağça"ya 5 avqust 2020-ci ildə baş məşqçi təyin olunub. Hazırda bu komanda 30 oyundan 59 xalla 3-cü pillədə qərarlaşıb və bir oyun az keçirmiş lider "Beşiktaş"dan 5 xal geri qalır.

Azərbaycan 7 cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayır.

60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə Oleq Veredıba (Ukrayna) ilə, eyni çəkidəki Kəramət Hüseynov Rodriqo Lopeslə (Portuqaliya) üz-üzə gələcək.

66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankonun (Kuba) müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayacaq. 48 kq-da Aişə Qurbanlı və Leyla Əliyava tatamiyə çıxacaq. Onlar müvafiq olaraq Marusa Stanqar (Sloveniya) və Gülkader Şentürk (Türkiyə) ilə görüşəcək.

52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva Anjelika Delqadonun (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyanın (Böyük Britaniya) müqavimətini qırmağa çalışacaq.

Cüdoçuların hamısı mübarizəyə 1/16 finaldan qoşulacaq.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 idmançı ilə təmsil olunur.

“İlk oyunumuz qrupun güclü komandasına qarşı olacaq. Yaxşı, gənc futbolçulardan təşkil olunmuş komandamız var. Hər biri keyfiyyətli, bizim üçün dəyərli oyunçulardır. Daha çox birlikdə oynamalıyıq. Bizə vaxt lazımdır”.
Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu öncəsi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis rəqibin daha təcrübəli olduğunu bildirib: “Məşqlərdə üzərində çalışdıqlarımızı meydanda yerinə yetirməklə ilk xalımızı qazanmağa çalışacağıq. Portuqaliya yığması ilə oyunda onlara boşluq verməməliyik. Onların nəyə qadir olduqlarını bilirik. Oyunda passiv olmamalıyıq, qorxmamalıyıq. Bizim üçün çox çətin imtahan olacaq. Meydanda istədiyimizi reallaşdırsaq, yaxşı oyun nümayiş etdirə bilərik”.

“Sabah Ronaldonun “evində” oynayacağıq. Taktiki baxımdan maraqlı oyun olacaq. Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik", - deyə yığmamızın məşqçisi fikrini tamamlayıb.

İsveçrə millisinin və İtaliya "Yuventus"unun sabiq futbolçusu Ştefan Lixtştayner karyerasını bitirdikdən sonra Sürixdəki saat zavodunda təcrübəçi kimi işə başlayıb.

Bu barədə veteran müdafiəçi "20 Minuten" nəşrinə müsahibəsində deyib.

Lixtştayner bildirib ki, bu iş hər zaman onun xoşuna gəlib: "Ona görə də saatların necə işlədiyini, onları söküb-yığmağı öyrənmək qərarına gəldim. Ümid edirəm ki, çox şey öyrənəcəyəm. Bilirsiniz ki, İsveçrədə bu sahə üzrə səviyyə çox yüksəkdir".

Qeyd edək ki, Ştefan Lixtştayner ötən yay futbolla vidalaşıb.

PSJ-nin futbolçularının ailələri girov götürüldü

PSJ-nin futbolçuları Anhel Di Mariya və Markinyosun evləri soyulub. “Qafqazinfo” xəbər verir ki,  futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri qarət ediblər və onları girov götürüblər. 

“Nant”la oyun zamanı parislilərin idman direktoru Leonardo klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və ailəsinin yanında olmaq üçün dərhal evə yola düşüb.

Qeyd edilir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb, klub iki oyunçuya və onların ailələrinə tam dəstəyini təklif edəcək.

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün daha 5 tur oynanılacaq.
Bununla da "Magnus Carlsen Invitational" adlanan yarışda ilkin mərhələyə yekun vurulacaq.

Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 1/4 finala vəsiqə uğrunda son 5 görüşə çıxacaq. Oyunlar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Məmmədyarov XI turda ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşiyə, XII turda "qaralar"la onun həmyerlisi Sergey Karyakinə rəqib olacaq. XIII turda Azərbaycan dueli gerçəkləşəcək. 36 yaşlı qrossmeyster ağ fiqurlarla Teymur Rəcəbovu sınağa çəkəcək. XIV turda qara fiqurlar Argentina şahmatçısı Alan Piçotla üz-üzə gələcək Məmmədyarov XV turda isə "ağlar"la ABŞ-ı təmsil edən Uesli So ilə münasibətlərinə aydınlıq gətirəcək.

Rəcəbov XI turda qara fiqurlarla ispaniyalı David Antonu sınağa çəkəcək. 34 yaşlı qrossmeyster XII turda "ağlar"la isveçli Nils Qrandeliusla qarşılaşacaq. XIII turda qara fiqurlarla Məmmədyarova qarşı mübarizə aparacaq Rəcəbov XIV turda "ağlar"la Nepomnyaşiyə rəqib olacaq. O, XV turda isə "qaralar"la Rusiyanın digər təmsilçisi Karyakinlə qüvvəsini sınayacaq.

İkinci yarış günündən sonra Rəcəbov 4,5 xalla 11-ci, Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 8 xalla Aniş Giri başçılıq edir.

"Magnus Carlsen Invitational"
15 mart

XI tur

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)

David Anton (İspaniya) - Teymur Rəcəbov

XII tur

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Nils Qrandelius (İsveç)

XIII tur

Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov

XIV tur

Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya)

XV tur

Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ)

Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov

Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır. Üçüncü yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı keçmiş Azərbaycan çempionu Şəhriyar Həsənov olacaq.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi start götürəcək.

"Magnus Karlsen Invitational" adlanan yarışda Azərbaycanı bu dəfə iki şahmatçı - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Onlar yarışın ilk günündə 5 rəqiblə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov I turda qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq. O, II turda ağ fiqurlarla Daniil Dubov (Rusiya), III turda qara fiqurlarla Hikaru Nakamura (ABŞ) ilə görüşəcək. Təcrübəli qrossmeyster IV turda Yorden van Foresti ağ, (Niderland), 5-ci turda Maksim Vaşye-Laqravı (Fransa) qara fiqurlarla sınağa çəkəcək.

Teymur Rəcəbov ilk iki qarşılaşmasını ağ fiqurlarla keçirəcək. 34 yaşlı qrossmeyster müvafiq olaraq Aniş Giri (Niderland) və Alan Piçotla (Argentina) üz-üzə gələcək. Rəcəbov III turda Uesli So (ABŞ), IV turda isə Levon Aronyanla (Ermənistan) münasibətlərə aydınlıq gətirəcək. Dünya Kubokunun qalibi Soya qarşı qara, Aronyana qarşı isə qara fiqurlarla oynayacaq. Şahmatçı günün son görüşünü qara fiqurlarla Daniil Dubova (Rusiya) qarşı keçirəcək.

"Magnus Karlsen Invitational"

I tur

Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Aniş Giri (Niderland)

II tur

Teymur Rəcəbov - Alan Piçot (Argentina)

Şəhriyar Məmmədyarov - Daniil Dubov (Rusiya)

III tur

Uesli So (ABŞ) - Teymur Rəcəbov

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov

IV tur

Şəhriyar Məmmədyarov - Yorden van Forest (Niderland)

Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan)

V tur

Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov

Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov

Qeyd edək ki, "Magnus Karlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanacaq. İlk yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı şahmat üzrə Azərbaycan yığmasının keçmiş üzvü Zeynəb Məmmədyarova olacaq.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

Xəbər lenti