|
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində bu həftə keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.
Report xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.
Sloveniyalı funksioner artıq bununla bağlı xüsusi tapşırıq verdiyini bildirib.
Maradona bu gün ürəktutmasından sonra 60 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, "Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Türkiyədə "Sivasspor"la qarşılaşacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.
Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb.
20 yaşlı hücumçu Çempionlar Liqasında 15 qola ən tez imza atan oyunçu olub.
Norveçli forvard IV turda evdə Belçika "Brügge"sini 3:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Holann turnirdəki 12 oyunda 16 qol vurub. Futbolçu Dortmund təmsilçisindən başqa sabiq klubu Avstriya "Zaltsburq"unun heyətində də fərqlənib.
Niderlandlı sabiq futbolçu Rud van Nistelroy və hazırda İspaniya "Qranada"sında çıxış edən Roberto Soldado 19 oyuna 15 qola imza ata bilib.
Kriştianu Ronaldu 51, Lionel Messi 29, Robert Levandovski isə 25 görüşə 15 qol vurmağı bacarıb.
Qeyd edək ki, Erlinq Holann 2019-cu ilin dekabrında "Zaltsburq"dan "Borussiya"ya keçib.
(report)
Offsideplus.az xəbər verir ki, dünən gecədən sosial şəbəkələrdə yayılan şəkildə Fəridin məzarı üstə Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray" bayrağının da dalğalanması böyük səs-küyə səbəb oldu.
O qədər səs-küy doğurdu ki, "sarı qırmızılar"ın 12 milyonluq "feysbuk" səhifəsində bu haqda məlumat verildi, "Qalatasaray"da prezidentin köməkçisi olan Yusuf Günay mətbuata açıqlamasında böyük vədlərlə yadda qaldı. Muradın səsinin stadionda səsləndiriləcəyi, komandanın hansısa matça "Fərid" yazılı formalarda çıxacağı, ailəsinin oyunlardan birinə dəvət olunacağı, şəhidlərin məzarının ziyarət ediləcəyi...
Yusuf bəy rəhmətlik Muradın qardaşı Nurlan Məmmədovla əlaqə saxlayıb. "Qalatasaray"da başqan köməkçisi vəzifəsini icra edən Günay, şəhid qardaşına başsağlığı verib, hansı köməyə ehtiyac duyduqlarını soruşub. Söhbətin sonunda isə Nurlanın işləyib-işləməməsi ilə maraqlanıb, ehtiyac yaranacağı təqdirdə işlə təmin edə biləcəyini bildirib.
Yaxın zamanlarda "Qalatasaray" rəsmilərinin şəhidlərin məzarını ziyarət etmək üçün ölkəmizə səfər edəcəyi gözlənilir.
Qeyd: Şəkildəki rəhmətliyin dostu Xaqandır. Xaqan hərbi xidmətdən təxris olunduqdan sonra Murad əsgərliyə yola düşüb ki, Xaqan məhz bu formanı yaxın dostuna verib.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Skilling Open” turnirində daha beş tur keçiriləcək.
Teymur Rəcəbov bu gün VI-X turlar çərçivəsində ardıcıllıqla Əlirza Firuzca (İran), Levon Aronyan (Ermənistan), Yan-Kjıştof Duda (Polşa), Dinq Liren (Çin) və Aniş Qiri (Niderland) ilə qarşılaşacaq.
Qeyd edək ki, 30 min dollar mükafat fondu olan onlayn turnirin ilk beş turuna əsasən Teymur Rəcəbov 1,5 xal toplayıb.
Oxu.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında paylaşım edib.
Qurum rəsmisi bildirib ki, T.Burcəliyev bununla bağlı PFL-ə müraciət edib. Onlara edilən bu təklifə dərhal müsbət cavab veriblər.
Xatırladaq ki, İlqar Burcəliyev oktyabrın əvvəlində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, “Zirə”nin 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyub.
UFC prezidenti Deyna Uayt Mayk Taysonla Roy Cons arasında keçiriləcək döyüşü lağa qoyub.
Oxu.az xəbər verir ki, D.Uayt döyüşün qaydaları və döyüşün nəticəsi ilə bağlı mərc etmək fürsəti olmamasını gülüş obyektinə çevirib:
“Düşünürsünüz ki, Cons qalib gələcək? Nokautla? Nə? Bu döyüşün qaydalarına görə nokaut ola bilməz? Onlar bu qaydanı necə tətbiq etməyi düşünürlər. Mən bilmirdim ki, burada qalib də olmayacaq, nə qəribə döyüşdür”, - deyə UFC rəhbəri bildirib.
Sərbəst güləş üzrə Azərbaycan milli komandasında koronavirusa kütləvi yoluxma baş verib.
Report xəbər verir ki, bunu yığmadan götürülmüş COVID-19 testinin iki gün öncə açıqlanan nəticəsi göstərib.
Bildirilir ki, yoluxanlar sırasında məşqçilərdən Arif Abdullayev, Rövşən Umudov, Rövşən Hacıyev, güləşçilərdən isə Ağahüseyn Mustafayev və Turan Bayramov da var. Bundan başqa yığma üzvü olmayan güləşçilərin də testi müsbət çıxıb.
Fakt üzə çıxdıqdan sonra komandanın hazırlıq keçdiyi təlim-məşq bazasında məşqlər dayandırılıb.
Yoluxmalara səbəb kimi əsas heyətlə birgə yeniyetmə və gənclərdən ibarət heyət üzvlərinin də kütləvi məşqlərdə iştirakı göstərilir.
Azərbaycan Güləş Federasiyasından "Report"a bildirilir ki, noyabrın 20-də növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb".
Rəsmi açıqlamada daha sonra deyilir: "Federasiyamız pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb. Məhz bu səbəbdən bir neçə ay yığmaların məşqlərinə ara verilib. Yalnız iyundan milli komandalara məşqlərə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə yalnız əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək Fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir. Nəzərinizə çatdıraq ki, güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur".
Qeyd edək ki, daha əvvəl yeniyetmə və gənc qızlardan ibarət millinin məşqçisi İsaməddin Hüseynov vəfat edib. Azərbaycan Güləş Federasiyası ölümə səbəb kimi uzun sürən xəstəliyi göstərsə də, mərhumun yaxınları onun koronavirusdan dünyasını dəyişdiyini bildiriblər.
Türk mənşəli alman futbolçusu Mesut Özil İslam dünyasına müraciət edib.
O, bu barədə “Twitter" səhifəsində paylaşım edərək, Qurandan sitat gətirib:
"Xeyir və şər bərabər ola bilməz. Şərə ən yaxşı ilə cavab verin, onda sizinlə düşmən olan yaxın dost kimi olacaq".
Bu yolla futbolçu “islamofobiyanı mehribanlıqla silahsızlaşdırmağa" çağırıb.
"Təəssüf ki, Avropada, dünyanın başqa yerlərində islamofobiya artır və KİV bunda böyük rol oynayır", - deyə London "Arsenal"ının yarımmüdafiəçisi sosial şəbəkədə yazıb.
"Mənim buna şəxsi cavabım: biz islamofobiyaya və islamçılıq əleyhinə belə reaksiya verməliyik - onları gücləndirməmək və silahsızlaşdırmaq üçün mehribancasına susmağa məcbur etməliyik", - deyə, Özil qeyd edib.
Report xəbər verir ki, 66 kq çəki dərəcəsində qızıl medal əldə edən 29 yaşlı idmançı çempionluğunu Azərbaycan Ordusu ilə bölüşüb.
Səfərov İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail təmsilçilərini məğlubiyyətə uğradıb. Mükafatlandırma mərasimində onun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, Dövlət Himnimiz səsləndirilib.
Qeyd edək ki, bu, Orxan Səfərovun ilk Avropa çempionluğu olub.
Qafqazinfo istinadən xəbər verir ki, Tayson 29 noyabr bazar günü rəqibi Roy Consla döyüşəcək.
Qeyd edək ki, sonuncu dəfə 2005-ci ildə döyüşə çıxan 54 yaşlı Maykın rəqibi Royun 51 yaşı var. Onlar arasındakı döyüş 8 raund olacaq.
Xatırladaq ki, Mayk karyerası ərzində 50 qalibiyyət qazanıb, 6 dəfə məğlub olub. Roy Consun isə 66 qalibiyyəti, 9 məğlubiyyəti var.