“Yuventus” “Lion”a, “Real” “Mançester Siti”yə qarşı

UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bu gün qaldığı yerdən davam edəcək.

Fransada “Lion”a 0:1 hesabı ilə uduzan “Yuventus” İtaliyada bunun əvəzini çıxmağa çalışacaq.

Gecənin mərkəzi qarşılaşması isə İngiltərədə keçiriləcək. Doğma meydanda “Mançester Siti”yə 1:2 məğlub olan “Real” cavab görüşündə turu keçməyin yollarını axtaracaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

7 avqust

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa)

İlk oyun - 0:1

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)

İlk oyun - 2:1

Rəşad Sadıqova ağır itki

Millimizin sabiq futbolçusu, “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqova ağır itki üz verib.
Oxu.az xəbər verir ki, onun atası Fərhad Sadıqov rəhmətə gedib.

F.Sadıqov uzun sürən xəstəlikdən sonra dünyasını dəyiş

Avropa Liqası 5 ay sonra bərpa olunur

Koronavirus pandemiyasına görə mart ayında dayandırılan Avropa Liqası bu gün bərpa olunur.

İlk oyun günündə 4 görüş keçiriləcək.

İstanbulda "Kopenhagen"ə minimal hesabla qalib gələn son Türkiyə çempionu "Başakşəhər" bu dəfə rəqibi ilə Danimarkada qarşılaşacaq.

5 avqust

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə)
İlk oyun - 0:1

20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya)
İlk oyun - 2:1

23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya)
İlk oyun - 5:0

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
İlk oyun keçirilməyib

Qadın futbolçu kişi klubuna transfer oldu

Niderland Kral Futbol İttifaqı (KNVB) eksperiment keçirmək barədə qərar qəbul edərək qadınlara kişilərdən ibarət komandalarda oynamağa icazə verib.
Apasport.az xəbər verir ki, saytının məlumatına görə, bu yenilik aşağı liqalardan birində tətbiq ediləcək.
İlk belə futbolçu 19 yaşlı Ellen Fokkema olacaq. O, “Foarut” klubunun heyətində kişilərin yarışında oynayacaq.

Aşağı liqadakı eksperimentdən sonra belə addımın gələcək inkişafı müzakirə olunacaq. KNVB-nın inkişaf üzrə direktoru Art Lanqeler qərarı belə şərh edib: “KNVB rəngarənglik və bərabərlik tərəfindən çıxış edir. Bu, hamıya və hər kəsə aid olmalıdır. Həm də bu, yaxşı idman tapşırığıdır ki, biz də onu bağlamaq istəmirik. Buna görə eksperimentə başlayırıq. Təcrübə ideyanın necə işləyəcəyini göstərəcək. Biz klubla sıx təmasda olacaq və işlərin necə getdiyini izləyəcəyik”.

Cəsarət Əhmədov Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib 

Bu gün Azərbaycan ictimaiyyətinə böyük itki üz verib. Hər zaman özünün yüksək insani keyfiyyətləri, ağsaqqallığı və müdrikliyi ilə seçilən, sülh və əmin-amanlıq tərəfdarı olan, qəlbində böyük bir əhli-beyt sevgisi daşıyan, Qurani-kərimi gözəl bilən bir insan, Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib.
Fəttah Heydərov Azərbaycanın ictimai-siyasi həyatında daim yaxından iştirak edib, dövlətçiliyimizin inkişafı naminə ölkəmizdə görülən işlərə böyük töhfələr verib.
Rəhbərlik etdiyim Azərbaycan Qol Güləşi Federasiyasının çoxsaylı kollektivi adından və şəxsən öz adımdan görkəmli ictimai-siyasi xadim Fəttah Heydərovun vəfatından kədərləndiyimizi bildirir və mərhumun doğmalarına dərin hüznlə başsağlığı verirəm.
Allahdan mərhuma rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm!

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov
İngilis klubu azərbaycanlı hücumçunu icarəyə götürə bilmədi

Azərbaycan milli komandasının və İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Renat Dadaşovun “Konverti”yə keçidi alınmayıb.
Bununla bağlı azerisport.com məlumat yayıb.

Bildirilib ki, R.Dadaşovun icarə əsasında həmin klubda oynaması ilə bağlı razılıq əldə edilməyib.

Hazırda “Vulverhempton” Dadaşovun daha çox tərcübə yığması üçün klub axtarışdadır.

FİFA prezidentinə cinayət işi açıldı

FİFA prezidenti Canni İnfantinoya qarşı cinayət işi açılıb.
Qrum rəhbəri vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham edilir.

Qeyd edək ki, İnfantino 2016-cı ildə FIFA prezidenti seçilib.

Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək

Azərbaycanın peşəkar MMA-dakı ilk qadın döyüşçüsü Suad Səlimova bu növdə ikinci döyüşünü keçirəcək.
Oxu.az verir ki, bu barədə xanım döyüşçü özü “Facebook” profilində paylaşım edib.

O bildirib ki, mövcud koronavirus pandemiyası sona yetəndən sonra növbəti qarşılaşmasına çıxacaq.

Hələlik Suad Səlimovanın rəqibinin kim olduğu barəsində məlumat yoxdur.

Qeyd edək ki, MMA-ya peşəkar kikboksinqdən keçid etmiş “Dəmir qız” (“Iron Girl”) ilk döyüşünü 2018-ci ildə Romada keçirmişdi.

İlk rəqibi yerli idmançı Maria Vittoria Kolonna olan Suad sözügedən döyüşdə məğlub olmuşdu.

Nurməhəmmədovun yeni döyüşünün posteri hazırlandı
Yüngül çəkidə UFC çempionu rusiyalı Həbib Nurməhəmmədovla ABŞ təmsilçisi Castin Getji ilə görüşünün posteri hazırlanıb.

Oxu.az xəbər verir ki, poster UFC-nin mətbuat xidməti tərəfindən “Twitter”də yerləşdirilib. 

“Həbib - Getji. İrs üçün, qızıl üçün”, - paylaşımın şərh bölməsində yazılıb. 

Qeyd edək ki, bu gün UFC çempionu Dana Uayt Nurməhəmmədov və Getji arasında görüşün oktyabrın 24-də keçiriləcəyini açıqlayıb.

Tokio olimpiadası azarkeşsiz keçirilə bilər

Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori yarışı azarkeşsiz keçirməyi düşünə biləcəklərini istisna etməyib.
Funksioner bu barədə yerli NHK telekanalına müsahibəsində bildirib. O, hazırda olimpiadanı tamaşaçısız təşkil etməyi nəzərdən keçirmədiklərini söyləsə də, bunun yeganə mümkün ssenari olub-olmadığını düşünmələrinin gərəkliyini vurğulayıb.

Mori hazırkı vəziyyətdə "Tokio-2020"nin ləğvinin də mümkünlüyünü sözlərinə əlavə edib.
Xərclərin azaldılması və infeksiyanın yayılmasının qarşısının alınması üçün azarkeş sayını ixtisara salmaq planları barədə suala cavab olaraq Mori qeyd edib ki, bu, çətin vəzifədir, çünki müəyyən meyarların işlənilməsini tələb edir. O, nümunə kimi yalnız Yaponiyada daimi yaşayanların idman obyektlərinə buraxılma variantını göstərib.

Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda gerçəkləşəcək. (report.az)

Xəbər lenti