![]() |
|
Çempionlar Liqasının 1/4 finalında "Lion"a uduzaraq (1:3) mübarizəni dayandıran "Mançester Siti" Lionel Messini heyətinə qatmağı qarşısına məqsəd qoyub.
Goal.az xəbər verir ki, klub rəhbərliyinin Pep Qvardiola ilə Messini bir araya gətirməyi çıxış yolu saydıqları bildirilir. Mançester klubunun rəhbərliyi Messini istənilən qiymətə almağa hazır olduqları deyilir.
Qeyd edək ki, Messinin "Barselona"dan ayrılmaq istədiyi deyilir.
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sileks" Bakı səfəri öncəsi koronavirus testindən keçib.
Apasport.az xəbər verir ki, bu barədə Şimali Makedoniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, bütün futbolçu, məşqçi heyəti və rəhbərlik testdən keçib, hamıda nəticə neqativ çıxıb. Bu səbəbdən "Sileks"in Bakıya gəlməsində heç bir maneə qalmayıb.
Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” matçının hakim təyinatları açıqlanıb.
Qarşılaşma ukraynalı ədalət təmsilçilərinə tapşırılıb. Görüşün baş hakimi Yaroslav Kozık köməkçiləri isə Viktor Nijnik və Vladimir Korotin olacaqlar.
Dördüncü hakim funksiyasını Anatoli Abdulla yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Bakıda gerçəkləşəcək və saat 20:00-da başlayacaq.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.
Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
UEFA Çempionlar Liqası
1/4 final
13 avqust
23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Şimon Marçinyak.
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə bu gün start veriləcək. İlk gündə yalnız bir qarşılaşma olacaq.
Koronavirusa görə yaranmış vəziyyət səbəbindən Portuqaliyada “dördlər finalı” şəklində keçiriləcək turnirdə ilk yarımfinalçının adına aydınlıq gələcək.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşdə "Atalanta" PSJ ilə üz-üzə gələcək.
Qarşılaşma azarkeşsiz baş tutacaq.
12 avqust
Çempionlar Liqası, 1/4
23:00 “Atalanta” - PSJ
Avropa Liqasında 1/4 final mərhələsi start götürüb.
Bir oyundan ibarət olan mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutub.
Almaniyanın “Bayer” klubu Düsseldorfda İtaliya “İnter”i ilə üz-üzə gəlib.
İtaliya təmsilçisi 2:1 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.
Günün digər matçı isə Kölndə baş tutub. “Mançester Yunayted” “Kopenhagen”lə münasibətlərə aydınlıq gətirib. Qarşılaşmanın əsas vaxtında qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün əlavə hissələrə ehtiyac yaranıb. Əlavə hissələrdə rəqibinə qalib gələn "qırmızı-şeytanlar" yarımfinala adlayıb.
Qeyd edək ki, 1/4 finalın digər iki matçı avqustun 11-də təşkil olunacaq.
Avropa Liqası
1/4 final
10 avqust
23:00. “İnter” (İtaliya) – “Bayer” (Almaniya) - 2:1
Qollar: Barella, 15, Lukaku, 21 - Haverts, 24
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Düsseldorf. “Merkur Şpil Arena”
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) - 1:0
Qol: Fernandes, 94 (pen.)
Baş hakim: Klemen Turpin (Fransa)
Köln. “Reyn Enerji” stadionu
Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin virtual iclası keçirilib.“Qafqazinfo” xəbər verir ki, iclasda ilin sonunadək keçirilməsi nəzərdə tutulan bəzi yarışlarla bağlı qərarlar qəbul edilib.
Belə ki, COVİD-19 pandemiyasının davam etməsi səbəbindən İK səsvermə yolu ilə sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin, o cümlədən yeniyetmələr və gənclər arasında Avropa çempionatlarının ləğv edilməsini qərara alıb. Xatırladaq ki, ötən ay açıqlanan təqvimə əsasən, oktyabrın 5-dən 11-dək Polşada yeniyetmələrin, həmin ayın 19-dan 25-dək isə Şimali Makedoniyada gənclərin Avropa çempionatının keçirilməsi nəzərdə tutulmuşdu.
UWW-nin prezidenti Nenad Laloviç qəbul edilmiş bu qərarları belə şərh edib: "Biz dünya miqyasında pandemiya ilə bağlı görülən tədbirləri izləməyə davam edəcəyik. İdmançılarımızın təhlükəsizliyinə və sağlamlığına qayğı göstərmək üçün məsuliyyət daşıyırıq. Uğurla rəqabət apara biləcəyimiz zamanda yenidən güləşməyə davam edəcəyik".
Qeyd edək ki, İK gələn ay növbəti iclasını keçirəcək və bu ilin yarış təqvimini bir daha müzakirə edəcək
Bu barədə idmançı öz “Instagram” hesabı vasitəsilə məlumat yayıb.
Son məşqindən özü və əmisi oğlu Abubakarın yorğun haldakı şəklini paylaşan Həbib fotoya qeyd əlavə edib:
“Hər şey plan üzrə gedir. 11 həftə qaldı. UFC 254-də görüşənədək”.
Qeyd edək ki, Həbib Nurməhəmmədov növbəti döyüşünü UFC 254 turnirində keçirəcək. O, amerikalı Castin Qetji ilə qarşılaşacaq.
“Bizim I təsnifat mərhələsində qarşılaşa biləcəyimiz bütün rəqiblər möhtəşəm komandalardır. Onlarım hamısının büdcəsi 20 milyon avrodan yüksəkdir”.
Apasport.az xəbər verir ki, bunu Şimali Makedoniyanın “Sileks” klubunun baş məşqçisi Qoran Simov deyib.
Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünə münasibət bildirən mütəxəssis Azərbaycan təmsilçisi “Qarabağ”ı cütün aşkar favoriti sayır: “Qarabağ” qarşılaşmanın aşkar favoritidir. Biz daha uzun müddət avrokubok həyəcanı yaşamağı xəyal edirik. “Qarabağ” ardıcıl 7 ildir Azərbaycan çempionu olan əla komandadır. Onlar hər il avrokubokların qrupunda oynayır. Əvvəllər də göstərdiyimiz kimi asanlıqla təslim olmayacağıq. Mümkün olan hər şeyi edəcəyik. Ümid sonda ölür”.
Qeyd edək ki, “Qarabağ” – “Sileks” matçı avqustun 18-19-da Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqasında mövsümün koronavirus pandemiyası səbəbindən yarımçıq qalmış hissəsi bərpa olunub.
1/8 final mərhələsinin növbəti cavab görüşlərində "Mançester Siti" İngiltərədə İspaniya çempionu "Real Madrid"i, İtaliya çempionu "Yuventus" isə Fransa "Lion"unu qəbul edib. Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
"Mançester Siti"dən ilk qolu 9-cu dəqiqədə Rəhim Sterlinq vurub. 28-ci dəqiqədə Kərim Benzema hesabı bərabərləşdirib. Lakin 68-ci dəqiqədə Qabriel Jezus "şəhərlilər"i yenidən önə çıxarıb. Beləliklə, "Mançester Siti" ilk görüşdə olduğu kimi, yenə 2:1 hesablı qələbə qazanıb.
"Yuventus" isə hələ 12-ci dəqiqədə qapısında qol görüb. Memfis Depay dəqiq penalti zərbəsi ilə hesabı açıb. Turin komandası Kriştianu Ronaldunun 43-cü dəqiqədə penalti ilə və 60-cı dəqiqədə vurduğu qollarla nəticəni öz xeyrinə dəyişə bilib. Lakin 2:1 hesablı qələbə "Qoca Sinyora"ya kömək etməyib. "Şirlər" ilk matçda öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri üçün səfər qolu sayəsində mərhələ adlayıblar.
1/4 finalda "Mançester Siti" "Lion"a rəqib olub. Daha əvvəl Almaniya "Leyptsiq"inin İspaniya "Atletiko"su ilə, İtaliya "Atalanta"sının isə Fransa PSJ-si ilə üz-üzə gələcəyi məlum idi.
Qeyd edək ki, 1/8 final mərhələsinə avqustun 8-də "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) matçları ilə yekun vurulacaq.report