![]() |
|
Bir neçə gün öncə Covid-19 virusuna yoluxan “İdman TV”nin direktoru Rövşən Binnətli artıq sağalaraq xəstəxanadan evə buraxılıb.
Oxu.az xəbər verir ki, son test nəticəsi neqativ olan Binnətli iki həftəlik ev karantinində olacaq.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Rövşən Binnətlinin son test nəticəsi neqativ çıxıb.
O, iki həftə ev şəraitində karantində olacaq.
Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqorun revanş görüşünün şərtləri açıqlanıb.
“Vestnik Kafkaza” xəbər verir ki, bununla bağlı Həbibin meneceri Əli Əbdül-Əziz açıqlama verib.
“Castin Qetji Konorla görüşdən imtina edib. İndi biz öndəyik, Konor isə geridədir. O, bir döyüş udmalıdır. İndi ilk yerlərdə Həbib və Qetji qərarlaşıb. Konor isə dördüncü ya beşincidir”.
Onun sözlərinə görə, əvvəlcə Makqreqor hansısa güclü rəqibə qarşı döyüşməlidir:
“Konor Həbiblə döyüşmək üçün Maxaçevlə görüşməlidir. O zaman Həbib revanşa razı olacaq”.
Qeyd edək ki, Həbib 2018-ci ilin oktyabrında keçirilən görüşdə Konor üzərində inamlı qələbə qazanıb. (oxu.az)
Futbol üzrə İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib.
Turun bütün görüşləri eyni gündə baş tutub. “Barselona” bu turda “Osasuna” ilı üz-üzə gəlib və gözlənilmədən 1:2 hesabı ilə uduzub. Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider “Real” doğma meydanda “Vilyarreal”ı qəbul edib.
“Kral klubu” bu görüşdə qalib gəlməklə (2:1) sona bir tur qalmış çempionluğunu elan edib. Bu, Madrid təmsilçisinin tarixində 34-cü belə uğurdu.
Məşhur kikboksçu “Mauqli” ləqəbli Zabit Səmədov Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin kobud şəkildə pozulması nəticəsində başlayan döyüşlər haqqında danışıb.
O bildirib ki, Azərbaycan gəncləri hər an döyüşə hazırdır və Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı azad edəcəyimizə inanır.
İdmançımızın çıxışını əks etdirən videonu təqdim edirik:
Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura start verilib.
Turun mərkəzi matçında "Milan" "Yuventus"u qəbul edib.
Matçın gedişində "Yuventus" 2:0 hesabı ilə öndə olsa da, 18 dəqiqə ərzində 4 qol vuran "Milan" 3 xalı aktivinə yazdırıb.
İtaliya A Seriyası
31-ci tur
7 iyul
Milan – Yuventus 4:2
Qollar: İbrahimoviç, 62-pen. Kessye, 66. Leao, 67. Rebiç, 80 – Rabyo, 47. Ronaldo, 53.
İki həftə sonra 31 yaşı tamam olacaq müdafiəçi bu videodan irəli gələn bütün nüanslara aydınlıq gətirib: "Biz sadəcə dostuq. Bu ziyafətdə tək deyildik. Dostlarımla birgə idim. Yaxın dostum məni oraya apardı".
Braziliyalı şəxsi həyatına da toxunub: "Sevgilim var. Münasibətimiz artıq 3 ildir davam edir. Denis ilə hər şey yaxşıdır və birlikdə olmaqdan məmnunuq".
Bu vəziyyətdə sual yaranır: Eriko Aygün Kazımovanın qızıyla yaxın münasibətləri yoxdursa, niyə o, "İnstagram"da "lovely” yazıb? "Səbail"in futbolçusu bu suala aydınlıq gətirib: "Nədənsə media onu "sevimli" kimi təqdim etmək qərarına gəldi. Əslində, bu sözün bir çox mənası var və bu vəziyyətdə "hörmətli", "sevimli dost", "ən yaxşı dost" nəzərdə tutulmuşdu. "My lovely" yazılsaydı, bu, sevdiyin insan demək olardı. Bu vəziyyətdə isə söhbət dostluqdan gedir".
Legionerlə söhbətin sonunda başqa bir detala toxunduq. Videoda Erikonun qəlyan çəkdiyi göstərilir: "İndi hamı karantindədir. Oyun, məşq yoxdur. Buna görə bir dəfə qəlyanın dadını yoxlamaq qərarına gəldim. Peşəkar futbolçuyam və çox gözəl bilirəm ki, nə etmək olar, nə isə tövsiyə edilmir" (sport24.az).
"Qara bazar" iştirakçılarının qanunu pozması, dövlət büdcəsinə zərbə vurması məlum bir faktdır. Bununla birlikdə, onlar mənfəət əldə etmək üçün bütün mənəvi dəyərləri tapdalamağa hazırdırlar, bu isə tamamilə qəbuledilməzdir. Erməni futbolçu G. Mxitaryanın şəklini Azərbaycan oyunçuları üçün hazırlanmış reklam üzərində yerləşdirmək bütün mənəvi qaydalara tam etinasızlıq, hər bir azərbaycanlı üçün, həm də bütövlükdə Azərbaycan xalqı üçün birbaşa təhqirdir.
Bununla əlaqədar bir çox suallar yaranır: bu cür reklamın arxasında kim dayanır, hansı məqsəd güdülür və qanunsuz olaraq qazanılan pullar hara yönəldilir? Bəlkə qanunsuz oyunlardan qazanılan vəsait bilavasitə ermənilərin əlinə düşür? Axı erməni futbolçusunu tanıtmaq daha kimə maraqlı və sərfəlidir?
“Qara bazar”da dövr edən küllü miqdarda pullar büdcədən kənarda qalır. Bugünkü çətin vəziyyətdə dövlət büdcəsinin formalaşdırılması üçün ölkənin tam potensialının səfərbər olunması tələb olunur. Azərbaycanda mərc oyunları ilə bağlı qara bazarın mövcudluğu isə büdcəni hər il vergi ödənişlərindən məhrum etməklə yanaşı ümumi vəziyyəti da ağırlaşdırır. Çünki leqal mərc kontorlarından fərqli olaraq burada uduşların tam formada veriləcəyi ilə bağlı heç bir zəmanət yoxdur. Qeyri-qanuni saytlara üz tutan mərc gələnlər aldadılma riskinə məruz qalır. Bir çox hallarda fəaliyyət göstərən bu obyektlər gənclərin tərbiyəsinə, psixoloju durumuna da neqativ təsir edir.
Cəmiyyət bu kimi hadisələrə reaksiya verməyi və onlara münasibət bildirməyi öyrənməlidir. Belə qanunsuz təşkilatları boykot və tənqid etməklə bu kimi neqativ hallarla mübarizə apara bilərik.
Koronavirus infeksiyası diaqnozu qoyulan Həbib Nurməhəmmədovun atası, məşqçi Abdulmanap vəfat edib.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" kanalında məlumat verib.
Həkimlərin bütün səylərinə baxmayaraq, bir müddət öncə xəstəxanaya yerləşdirilən A. Nurmaqomedov dünyasını dəyişib.
Kadırov çeçen xalqı adından Abdulmanap Nurməhəmmədovun ailəsinə başsağlığı verib.
Bu gün Azərbaycan Futzal Federasiyası İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.
İK-nın iclasında koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Yüksək Liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub.
Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il avqustun 1-dək uzadılması, idman zallarının fəaliyyətinə qadağaların tətbiq edilməsi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adının iyulun 31-dək UEFA-ya təqdim olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr, ən əsası, futzalçıların, məşqçilərin və Yüksək Liqada oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Yüksək Liqanın oyunlarının dayandırılması, qalibin və digər mükafatçı komandaların hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı qərar yekdilliklə (4 lehinə) qəbul olunub.
Qərara əsasən, UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.