Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi
“İdman TV”nin aparıcısı, bodibildinq üzrə Azərbaycan çempionu, fitnes məşqçisi Fuad Quluzadə maraqlı məharəti ilə seçilib.

O, birnəfəsə 1,5 litrlik suyu içib.

Bundan sonra Fuad Quluzadə hərəkətini təkrarlamağı digər həmkarlarına ötürüb.

Lakin pauerliftinq üzrə Azərbaycan çempionu olmuş Kamran Lazımov iki litrin öhdəsindən gəlməyi bacarıb.

Məşhur güləşçimiz axtarışa verildi
Azərbaycan milli komandasının güləşçisi Nurməhəmməd Hacıyev qətldə ittiham olunur.

Apasport məlumatına görə, bunu Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi instaqram səhifəsi açıqlayıb.

24 yaşlı sərbəst üsulla güləşən təmsilçimiz “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun ölümündə təqsirləndirilir. Məlumatda bildirilir ki, Hacıyev axtarışa verilən üç şəxsdən biridir: “Aparılan tədbirlər nəticəsində müəyyənləşib ki, bu cinayətin törədilməsi 1995-ci il təvəllüdlü Surakat Asiyatilov, 1994-cü il təvəllüdlü Hüseyn Asiyatilov, 1996-cı il təvəllüdlü Nurməhəmməd Hacıyevlə bağlıdır. Adları çəkilən şəxslərin axtarışı barədə rəsmi qərar iyunun 26-da imzalanıb. Həmin vaxta qədər isə yalnız ilkin informasiya olub”.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının bürünc, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır. O, gənclər və yeniyetmələr arasında müxtəlif turnirlərin qalibi olub.

“Qalatasaray” “Başakşəhər”ə qalib gələ bilmədi

Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.

 “Başakşəhər” evdə “Qalatasaray”la 1:1 hesablı heç-heçə edib.

Super Liqada turnir cədvəlinə 60 xalla “Başakşəhər” başçılıq edir. “Trabzonspor” 58 xalla 2-ci, “Sivasspor” 53 xalla 3-cü, “Qalatasaray” 52 xalla 4-cüdür. .

“Başakşəhər” – “Qalatasaray” - 1:1

Qollar: Daniyel Aleksiç, 51 - Əmrə Akbaba, 67

Qırmızı vərəqə: Edin Vişça, 85 ("Başakşəhər")

 

"Liverpul" klubu 30 ildən sonra futbol üzrə İngiltərə Premyer Liqasının qızıl medallarını təmin edib.
Qırmızılar" tarixdə 19-cu ölkə çempionluğuna sona 7 tur qalmış nail olub. Premyer Liqanın XXXI turunda ən yaxın izləyicisi "Mançester Siti"nin "Çelsi" ilə səfər matçında xal itirməsi 86 xala malik "Liverpul"u əlçatmaz edib. Londondakı "Stemford Bric" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərin qələbəsi ilə yekunlaşıb.

Hesabı 37-ci dəqiqədə "Çelsi"nin futbolçusu Kristian Pulişiç açıb. 57-ci dəqiqədə qonaqlardan Kevin de Breyne bərabərlik qolunu vurub. Lakin 77-ci dəqiqədə Fernandinyo cərimə meydançası daxilində əllə oynayaraq, qırmızı vərəqə alıb və "Mançester Siti"ni azlıqda qoyub. Penaltini isə Villian dəqiq yerinə yetirərək, yekun nəticəni müəyyənləşdirib - 2:1.
Beləliklə, 63 xala malik "şəhərlilər"in qalan turlarda "Liverpul"la 23 xallıq fərqi aradan qaldırması riyazi cəhətdən də mümkünsüzləşib.

Qeyd edək ki, "Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə İngiltərə çempionluğu qazanıb. Yurgen Kloppun baş məşqçi olduğu komanda ötən mövsüm "Mançester Siti"dən cəmi 1 xal geri qalaraq, gümüş medalla kifayətlənmiş, bununla belə, Çempionlar Liqasının qalibi olmağı bacarmışdı.

İngiltərə klubunun stadionunda Ben Ladenin portreti peyda oldu
Futbol İngiltərə Çempionşipində çıxış edən "Lids" klubu qalmaqalla üzləşib.

Report xəbər verir ki, "ağlar"a məxsus "Elland Roud" stadionunda terrorçu "Əl-Kaida" təşkilatının lideri Usama Ben Ladenin portreti peyda olub.

Klub dərhal Ben Ladenin fotosunu tribunadan götürüb və bir daha təhqiramiz təsvirlərin yer almasına imkan verməyəcək.

Qeyd edək ki, Çempionşipin oyunları koronavirus pandemiyası üzündən azarkeşsiz keçirilir. Klublar fanatlara özləri və ya yaxınlarının fotolarını yerləşdirməyi təklif ediblər.

Türkiyə kubokunda ilk finalçı müəyyənləşib.
Qol.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Fənərbağça" "Trabzonspor"u qəbul edib.

Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda da 2:1 hesabı ilə qalib gələn "Trabzonspor" finala yüksəlib.
Qeyd edək ki, bu, "Trabzonspor"un "Fənərbağça" səfərində 23 il sonra ilk qələbəsidir.

"Fənərbağça" - "Trabzonspor - 1:3
Qollar: Sorlot, 6 (0:1), Turuc, 42 (1:1), Sorlot, 83 (1:2), Novak, 90+5 (1:3)

"Trabzonspor" finalda “Alanyaspor” - “Antalyaspor” cütlüyünün qalibi ilə qarşılaşacaq.

Zinəddin Zidan “Real”ın tarixinə düşüb
İspaniya La Liqasının XXVIII turu “Real”ın baş məşqçisi Zinəddin Zidan üçün tarixi hadisə ilə əlamətdardır.

Apasport.az xəbər verir ki,  “Eybar”la qarşılaşma fransalı mütəxəssisin bu postda 200-cü görüşüdür.

Zidanın əvvəlki 199 oyununda yetirmələri 131 qələbə qazanıb, 42 heç-heçə edib və 26 dəfə uduzub. Madrid təmsilçisinin tarixində yalnız iki məşqçi 200-dən çox matçda iş başında olub. Bunlar Migel Munyos (605) və Visente del Boskedir (246).

“Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur”.

Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı açıqlamada bildirilir.

“Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula 1 azarkeşlərinin, həmçinin Formula 1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq” deyə bəyanatda vurğulanıb.

BŞH onu da qeyd edib ki, bilet sahibləri biletlərin qaytarılması ilə bağlı ətraflı məlumatı bu keçiddən öyrənə bilərlər.

Hər hansı bir sual yarandıqda isə BŞH komandası kömək etməyə hazır olduğunu bəyan edib: “2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik. Sizi növbəti il, yeni mövsümdə görməyə çox şad olacağıq!”

Qeyd edək ki, Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub.

Azərbaycan Qran-prisi ləğv olundu
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunub.

 "F1News" nəşri xəbər verir ki, bu qərar tezliklə rəsmən açıqlanacaq. Məsələ ilə əlaqədar bütün müvafiq əməkdaşlar məlumatlandırılıb. 

Azərbaycanla yanaşı, Sinqapurdakı şəhər trası mərhələsi, eləcə də Yaponiya Qran-prisi də ləğv ediləcək. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq. 

"Formula 1" rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür. 

Qeyd edək ki, "Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvim açıqlanıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

Azərbaycanda DAHA BİR QADAĞA ləğv edildi

Azərbaycan Futzal Federasiyasının (AFF) iclası keçirilib.

AFF-dan verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar martda yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul olunub.

Qərara alınıb ki, Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunsun.

Yüksək Liqa ilə bağlı məsələyə isə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, növbəti həftələrdə baxılacaq.

Xəbər lenti