Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu
Azərbaycanın tanınmış futbol məşqçisi Nadir Qasımov koronavirusa yoluxub.

O, artıq xəstəxanaya yerləşdirilib. Nəfəs darlığından və yüksək hərarətdən əziyyət çəkən mütəxəssisin durumu hazırda sabitdir. 

Onun hansı şəraitdə xəstəliyə yoluxduğu dəqiq deyil. Maraqlıdır ki, Nadir bəy xəstəxanaya aparılanadək son bir neçə günü evdə keçirib.

Qasımov "Bakı fəhləsi", "MKT-Araz", "Avtomobilçi", "Bakılı", "Şuşa-Qarabağ" kimi bir çox klubu çalışdırıb.(Sportinfo.az)

İspaniyanın "Atletiko" (Madrid) kubunun futbolçusu Dieqo Kosta vergidən yayınma ittihamı ilə 6 ay müddətinə həbs edilib.

 Trend bildirir ki, hücumçu həbs cəzası əvəzinə 36 min avro məbləğində cərimə ödəməyə razılıq verib.

Bundan başqa, 31 yaşlı Dieqo Kosta İspaniya xəzinəsinə 1,1 milyion avroluq borcunu ödəyib.

Qeyd edək ki, futbolçu 2014-cü ildə "Adidas" şirkəti ilə imzalanmış sponsorluq müqaviləsindən gəlirləri gizlətməkdə təqsirli bilinib.

Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunur
Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında ikinci iclası keçirilib.

"Məlumatı AFFA-nın saytı yayıb.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iclasda iştirak edib.

Elxan Məmmədov gündəlikdəki məsələlər barədə danışaraq qeyd edib ki, müzakirəyə çıxarılan mövzular əvvəlcədən klublara göndərilib. Sonra PFL-in prezidenti Ramin Musayev fikirlərini bildirib. Premyer Liqa klublarının rəsmiləri gündəlikdəki bütün məsələlər barədə çıxış etdikdən sonra AFFA-nın baş həkimi Vyaçeslav Xomenko mövcud vəziyyətdə sanitar-gigiyenik qaydalara riayət olunmasının və COVİD-19 testinin vacibliyi barədə danışıb.

 

Ətraflı müzakirələrdən sonra aşağıda qeyd olunanlarla bağlı razılıq əldə olunub:
 
1. 2020-ci il iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqləri, 2020-ci il iyunun 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunları bərpa olunsun;

2. Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə “COVID-19” testinə cəlb olunsun. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər;

3. Premyer Liqa və Kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək;

4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək;

5. “COVID-19” pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq.
 
Qeyd olunanlarla yanaşı, iclasda məqşlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.

Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.

Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxdu
Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirus xəstəliyi keçirib.

Bu barədə "Report"a 32 yaşlı idmançının özü məlumat verib. Hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan titullu pəhləvan ailə üzvlərinun də pandemiyadan əziyyət çəkdiyini bildirib. O, artıq hər şeyin qaydasında olduğunu açıqlayıb: "Özüm də bu virusa yoluxmuşdum. Bütün ailəmiz - mən, həyat yoldaşım, anam, atam bacım xəstələndi. Sanki hamı bir-birinə ötürdü. Bu, adi qrip deyil, təhlükəli virusdur. Hətta anam ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, mayın 19-da evə buraxıldı. Anamdan fərqli, mən xəstəliyi yüngül formada keçirdim. Sadəcə, qızdırma və ağrılarım var idi".

Artıq bir həftədir sağaldığını deyən Şərifov hazırda özünü yaxşı hiss etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Şərif Şərifov 2011-ci ildə dünya, 2012-ci ildə olimpiya (hər ikisi 84 kq), 2019-cu ildə isə Avropa çempionu (92 kq) olub. O, ötən il Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında (97 kq) gümüş medal və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Millimizin sabiq futbolçusunun ailə üzvləri koronavirusa yoluxdu
"Sabah" klubunun futbolçusu Məhəmməd Mirzəbəyovun ailə üzvləri koronavirusa yoluxub.

Bu barədə "Report"a hazırda Bakıda olan Azərbaycan millisinin sabiq müdafiəçisinin özü məlumat verib. 30 yaşlı oyunçunun sözlərinə görə, yoluxma Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşlarında müşahidə olunub. 

Mirzəbəyov ailə üzvlərinin hazırda ev şəraitində təcrid olunmuş vəziyyətdə müalicə aldıqlarını və vəziyyətlərinin normal olduğunu vurğulayıb: "Onlar özlərini narahat hiss etdikdə tibb işçisi olan həyat yoldaşıma zəng etdilər. Xanımım isə Dağıstanda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim rəfiqələri ilə əlaqə saxladı. Həmin həkimlər isə müalicə yazdılar. Həm müalicə, həm də Allahın köməyi ilə ailə üzvlərimin vəziyyəti yaxşılığa doğru gedir". 

Qeyd edək ki, "Sabah"a 2019-cu ilin iyununda keçən Məhəmməd Mirzəbəyov əvvəllər Rusiyada "Torpedo" (Moskva), "Torpedo-ZİL" və "Anji"nin, Azərbaycanda "Sumqayıt", "İnter", "Qəbələ" və "Neftçi"nin formasını geyinib. O, milli komandaya 2015 - 2018-ci illərdə dəvət alıb. 

Həbib Nurməhəmmədovun atasını süni tənəffüs aparatına qoşdular
Koronavirus infeksiyası diaqnozu qoyulan Həbib Nurməhəmmədovun atası, məşqçi Abdulmanapın vəziyyəti daha da ağırlaşıb.

“Telegram” sosial şəbəkəsində “Mash” xəbər kanalının yaydığı məlumata görə, Həbibin atasının ciyərlərinə su dolub. Hazırda məşqçi süni tənəffüs aparatına qoşulub.

O, sətəlcəmdən sonra yaranan fəsadlar səbəbi ilə insult da keçirib. oxu.az

Şəhriyar Məmmədyarov dördüncü yeri tutdu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov onlayn "Steinitz Memorial" turnirində çıxış edib.

Report xəbər verir ki, yarışda 10 qrossmeyster 2 dövrəlik mübarizə aparıb.

Dünya çempionu Maqnus Karlsen 12 xalla 1-ci yeri tutub. Sonrakı iki yeri Rusiya təmsilçiləri tutub. Daniil Dubov 10 xalla 2-ci, Petr Svidler 9,5 xalla 3-cü olub. Məmmədyarov isə ABŞ şahmatçısı Cefferi Şonq və vyetnamlı Le Kuanq Lyomla birgə hərəyə 9 xalla 4 - 6-cı yerləri bölüşüb.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 30 min ABŞ dolları təşkil edib.

Hər il iyun ayında Bakıda keçirilən və bu il pandemiya ilə əlaqədar təxirə salınan Formula-1-in nə vaxt keçiriləcəyi məlum olub.

Təşkilatçılar koronovirus səbəbindən təxirə düşmüş yarışların təqvimini elan ediblər.

Məlumata görə, Bakıdakı mərhələ sentyabrın 19-20-nə planlaşdırılıb. (axar.az)

Həbib Nurməhəmmədovun atası komaya düşdü
UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap komaya düşüb.

Oxu.az xəbər verir ki, Dağıstanda müalicə aldıqdan sonra o, Moskva xəstəxanasına aparılıb.

Daha öncə Həbibin atası koronavirus diaqnozu qoyulmuşdu. Bu barədə xəbəri “Sport-Express” nəşri yayıb.

“Abdulmanapın vəziyyəti çox pisdir, o, Moskvada komadadır. Dağıstanda səhv müalicə aparılıb və fəsad yaranıb. Onu təyyarə ilə Moskvaya aparıblar, hazırda isə hərbi hospitalda müalicəsini davam etdirir. O, orada təkdir, qohumlarına yanına girməyə icazə vermirlər”.

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti vəfat etdi

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə sabiq vitse-prezidenti Maqomed Əliömərov vəfat edib.

Report aməlumatına görə, dağıstanlı mütəxəssis 68 yaşında dünyasını dəyişib.

Xəbər lenti