![]() |
|
Bakı Nəqliyyat Agentliyindən "Yol-xeber.az"a verilən məlumata görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib. "Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.
Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569, Xırdalan şəhəri ilə əlaqələndirən 535 saylı marşrut xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşür. Yol-xeber.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı qarşısında tələb qoyub: “Buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək. Bu avtobuslar 525 saylı marşrut xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq”.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 25,9 mln. manata yaxın sığorta haqqı toplanıb, 9,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Yol-xeber.az xəbər verir ki, bu barədə APA Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtonəqliyyat vasitələrinin sığortası üzrə toplanan haqlar 25,7%, ödənişlər isə 39,4% çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522,5 mln. manat (azalma 8,1%) məbləğində sığorta haqqı toplanıb, 201,7 mln. manat (artım 7,9%) məbləğində sığorta ödənişi həyata keçirilib.
İran bu ilin sonuna kimi və gələn ilin əvvəllərində 4 avtomobilin istehsalını dayandıracaq. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani deyib. R.Rəhmaninin sözlərinə görə, benzinlə işləyən “Peugeot 405 GLX” avtomobilin istehsalı ilin sonuna kimi dayandırılacaq. Nazir əlavə edib ki, “Pride” markalı avtomobilin istehsalı da dayandırılacaq. 2-ci növ “Pride” markalı avtomobilin istehsalı isə gələn il dayandırılacaq. İranlı nazir bu qərarın keyfiyyətin yüksəldilməsi və vətəndaşların razılığını artırmaq məqsədilə verildiyini deyib. R.Rəhmani deyib ki, istehsalı dayandırılacaq avtomobillərin yerinə yeni avtomobillər istehsal olunacaq.
Qeyd edək ki, İranın yol polisi bir sıra avtomobillərə dövlət nömrə nişanının verilməsinin dayandırılacağını elan edib.
Azərbaycanda 2023-cü ildə avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 156,8 mln. tona çatacağı proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 4% çoxdur.
Yol-xeber.az xəbər verir ki, bu barədə APA-a Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə avtomobil nəqliyyatı vasitəsi ilə 150,8 mln. ton yüklərin daşınması gözlənilir.
Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 152,3 mln. ton, 2021-ci ildə – 153,7 mln. ton, 2022-ci ildə isə 155,3 mln. ton olacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 149,3 mln. ton yük daşınıb.
Ümumiyyətlə, nəqliyyat sektorunda yük daşımalarının bu il 238,1 mln. ton, 2020-ci ildə – 244,9 mln. ton, 2021-ci ildə – 253,2 mln. ton, 2022-ci ildə – 258,1 mln ton, 2023-cü ildə isə 261,5 mln. ton olacağı proqnozlaşdırılır.
Xırdalan şəhər sakinləri aidiyyəti qurumlara səslənərək bağlanmış yolun açılmasını xahiş edir.
Yol-xeber.az xəbər verir ki, Xırdalan şəhəri Həsən Əliyev küçəsindən ("Azbentonit yolu" kimi tanınan yerdən) dəmiryol keçidini keçməklə Bakı-Şamaxı yoluna rahat şəkildə daxil olmaq olurdu. Amma sonradan həmin keçid ləğv olunduğu üçün daha o yoldan istifadə etmək olmur. Bakı-Şamaxı yoluna getmək üçün mütləq şəkildə Xırdalan və Sulutəpə dairəsindən istifadə etmək lazım olur. Bu isə yolun yükünü daha da artırır.
Lakin qeyd etdiyimiz küçədə dəmiryol keçidi bərpa olunarsa Xırdalan şəhərindən keçən sürüclər rahat şəkildə Bakı-Şamaxı yoluna qoşula bilərlər. Belə olan halda isə Xırdalan və Sulutəpə dairsəinin yükü xeyli azalmış olar.
"Yol-xeber.az" ATV-yə istinadla xəbər verir ki, ustalar tövsiyə edir ki, maşın işə salınandan sonra 1-2 dəqiqə sonra avtomobili hərəkət etdirmək lazımdır.
Əks halda bu, avtomobilin mühərrəkinə ziyan vura bilər. Benzin mühərriklərdə 1-2 dəqiqə, dizel mühərriklərdə isə 3-4 dəqiqə gözləmək bəs edir.
Çox işlədiyi zaman mühərrikin dövriyyəsi çox aşağı olduğundan qızma gec baş verir. Yağlanma da gec getdiyinə görə, bu avtomobilin mühərrikinə ziyandır.
Ustalar avtomobilləri payız-qış aylarına uyğun şəkildə nizamlamağı da tövsiyə edir.