Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 0,80 dollar geriləyərək 58,71 dollar, VTİ markalı neftin bir barrelinin qiyməti isə 0,52 dollar ucuzlaşaraq 50,93 dollar olub.


Dünya bazarında neftin qiymətlərində enmə və qalxmalar hələ bir müddət də davam edəcək.

Ardını oxu...


2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflər dəyərləndirilib.

Ardını oxu...


Neftin büdcədə baza qiyməti 40 dollardan hesablanmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, ekspert Qubad İbadoğlu deyib. O bildirib ki, dünya bazarında "Brent" markalı neftin 1 barrelinin qiyməti ilin əvvəli ilə müqayisədə 20 faiz ucuzlaşıb:

“Neftin qiymətinin ucuzlaşmasının başlıca səbəblərindən biri bazarda təklifin artmasıdır. Belə ki, hazırda gündəlik hasilat ABŞ-da 11,7 milyon barrel, Rusiyada 11,2 milyon barrel, Səudiyyə Ərəbistanında 10,7 milyon barrel təşkil edir. Rusiya may ayı ilə müqayisədə gündəlik hasilatını 480 min barrel artırıb, 2019-cu ildə bu ölkədə gündəlik neft hasilatının 11,5 milyon barrel olacağı gözlənilir. Son 1 ayda Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 226 min barrel artırıb. ABŞ-da gündəlik hasilat daha çox artırıldığına görə bu ölkə Rusiyanı qabaqlayaraq dünya birinciliyinə nail olub. Bunun müqabilində İranda neft hasilatı 8,6 faiz azalaraq gündə 3,3 milyon barrelə, Venesuelada isə 5.5 faiz azalaraq 1,2 milyon barrelə düşüb. Hər iki ölkədə birlikdə azalma 382 min barrel təşkil edir. Venesuela gələn ilin 1-ci rübündə gündəlik neft hasilatını 1 milyon barrel artırmağı planlaşdırır. Hazırda Azərbaycanda gündəlik neft hasilatı isə 800 min barreldir".

İqtisadçı qeyd edib ki, oktyabrın 1-ə olan məlumata görə, dünya bazarında neftə olan gündəlik tələb 99.8, təklif isə 100.74 milyon barrel olub:

"Bununla yanaşı, ABŞ-Çin ticarət müharibəsi, Çində iqtisadi artım tempinin zəifləməsi neftə olan tələbatı aşağı salıb. Odur ki, dekabrın əvvəllərində OPEK+ növbəti toplantısını keçirib, hasilatın azalmasına qərar verməyi planlaşdırır. Lakin bu qərarın verilməsi o qədər də asan olmayacaq, ən azı Səudiyyə Ərəbistanı hasilatın artırılmasında israrlıdır, bu ilin sonunda Rusiya daha 3 neft yatağında hasilata başlayır, ABŞ-da hasilatın məhsuldarlığı artır, eləcə də İrana olan yumşaq sanksiya neft ixracatına və hasilatına ciddi problemlər yaratmır, gələn ildən Venesuela da hasilatı 2 dəfəyədək artırmağı planlaşdırır. Göründüyü kimi, bütün bu proseslər neftin daha da ucuzlaşacağına dair proqnoz verməyə ciddi əsaslar yaradır".

İqtisadçı dünya bazarında neftin gələn ildən sürətlənən qiymət enişinin Azərbaycan üçün hansı perspektivləri vəd etməsinə də münasibət bildirib:

"Artıq dünya bazarında cari qiymət büdcədə götürülən 1 barrel üçün 60 dollar həddindən aşağıdır. Hazırda "Brent" markalı neftin dünya bazar qiyməti 58 dollardır. Təbii ki, bu, büdcədə neftin qiymətinə yenidən baxılmasına zərurət yaradır. Fikrimcə, növbəti ilin büdcəsi üçün adekvat qiymət 40 dollar götürülməlidir. Hətta qiymət o səviyyədə ucuzlaşmasa da xarici şoklardan sığortalanmaq üçün büdcədə neftin qiyməti aşağı salınmalıdır. Neftin qiymətinin ucuzlaşması icmal büdcənin gəlirlərinə də təsirsiz ötüşmür. Odur ki, Dövlət Neft Fondunun büdcə gəlirlərinin aşağı salınmalı və icmal büdcənin bu mənbədən gəlirinə də düzəliş olunmalıdır. Neftin dünya bazar qiymətinin ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinin azalmasını, tədiyyə balansında kəsirin yaranmasını şərtləndirir ki, bu da orta və uzunmüddətli dövrdə manata təzyiqləri artıracaq".

Qeyd edək ki, dünya birjalarında neft kəskin ucuzlaşmaqdadır. Son iki ay ərzində "Brent" markalı neftin qiyməti 87 dollardan 58 dollara qədər enib.

Rusiyanın ümumdaxili məhsulunun artımı gələn il 1,8%-dən 1,3%-ə qədər zəifləyəcək.

Ardını oxu...

Neft hasilatı hər il 6 milyon barrel azalacaq.

Ardını oxu...

Neftin qiymətinin düşməsi bazarda yaranan şəraitlə bağlıdır.

Ardını oxu...

Səudiyyə Ərəbistanı və OPEK ölkələri ABŞ-la konfliktdən qaçmaq üçün neft hasilatını səssiz şəkildə azaltmaq niyyətindədir.

Ardını oxu...


Transxəzər Nəqliyyat Dəhlizinin təşviqi üçün təqdimat növbəti il Hindistanda həyata keçiriləcək.

Ardını oxu...


Neftin dünya bazar qiymətinin aşağı düşməsi qlobal təklif artıqlığı ilə bağlı olsa da, dünya iqtisadiyyatındakı geriləmələr də qara qızıla tələbi azaltmaqla yanaşı, bazara psixoloji təsirlər etməkdədir.

Axar.az xəbər verir ki, bu sözləri neftin qiymətindəki azalmaların davam edib-etməyəcəyinə dair məsələyə münasibət bildirən iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, gözlənildiyi kimi, neftin qiymətində azalmalar davam etməkdədir:

“Oktyabrın əvvəllərində “Brent” markalı neftin bir bareli 86 dollardan baha satılanda neftin qiymətinin yüksək olsa da, dayanıqlı olmadığını və yaxın zamanlarda 70 dollardan aşağı düşməsinin gözlənildiyini bildirmişdik. İrana tətbiq edilən sanksiyaların yeni mərhələsində ABŞ-ın 8 ölkəyə “yandırdığı yaşıl işıq” da göstərdi ki, okeanın o tayında neft bazarındakı siyasi dalğalanmaları belə tənzimləyə bilir. Oktyabrdan bəri 20 faizə yaxın dəyər itirən “qara qızıl”ın qiymətinin hətta indiki intervalda stabilləşəcəyinə inananların sayı azalıb”.

İqtisadçı 2014-cü ilin “neft şoku”nun yenidən təkrarlanıb-təkrarlanmayacağı haqda da danışıb:

“Qiymət azalmaları məhz Çin birjalarında səhmlərin qiyməti aşağı düşməyə başladıqdan sonra sürətləndiBu, qlobal böhran və bu kontekstdən neftə tələbin kəskin azala biləcəyi mesajı idi. ABŞ-ın 8 ölkəyə İran neftini idxal etməkdə istisna tətbiq etməsi də sanksiyaların neft bazarında qıtlıq yaradacağı ilə bağlı gözləntilərin üstündən xətt çəkdi. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin üçüncü rübündə neftə olan gündəlik tələb 99.8 milyon barrel, təklif isə 100.74 milyon barrel olub. Rəqəmlərin sadə müqayisəsi bazardakı vəziyyəti qiymətləndirməyə kifayət edir.

Dünən “JP Morqan” şirkəti “Brent” markalı neft üçün qiymət proqnozunu 2019-cu il üçün hər barreldə 10 dollar aşağı salıb. 2019-cu ildə neftin qiymətinin 83 dollar olacağını düşünən “JP Morqan” ekspertləri indi 73 dollar olacağını proqnozlaşdırırlar. Amma qiymət azalmaları davam edəcəyi halda gələn il üçün proqnozun daha da azaldılacağı istisna edilmir. Qiymət azalmalarına görə, Səudiyyə Ərəbistanına təşəkkür edən və aşağı qiymətlərin “dadını çıxartmağa” səsləyən Tramp, əslində, ABŞ-ın adını da öz tvitində qeyd etməli idi. 2018-ci ildə hasilatı kəskin artıran ABŞ dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Hətta yaxın gələcəkdə ABŞ-ın Səudiyyə neftinə ehtiyacının qalmayacağı da proqnozlaşdırılır.

OPEK 2014-cu il “neft şokunun” təkrarlanmasına imkan verməməyə çalışsa da, neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir. Digər tərəfdən neftin bir barrelinin daha 10 dollar aşağı düşməsi və bir müddət həmin intervalda qalması dünyada yeni şokun yaradılması üçün yetərlidir. Əslində, gələn il neft bumu proqnozlaşdıranlar yeni qiymət şokuna hazır olmalıdır. Doğrudur, OPEK+ gələn ay neft hasilatını azaltmaqla bağlı razılaşma əldə etməyə çalışır. Amma hələlik bu potensial məhdudiyyətlər də bazardakı vəziyyətin kardinal dəyişməsi üçün yetərli deyil”.

V.Bayramov qeyd edib ki, neft bazarında volatilliyin yüksək olduğunu nəzərə alsaq, 2019-cu il üçün Azərbaycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur:

“Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlirlərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədəuyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa belə, il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür. Buna görə də büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır”.

İqtisadçının sözlərinə görə, neft bazarı ilin son ayında heç də nikbin əhval-ruhiyyə ilə yaxınlaşmır:

“Bütün hallarda Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə və alternativsiz yol olaraq qalmaqdadır”.

Xəbər lenti