Azərbaycanda ŞOK QİYMƏTƏ maşın - Bahalı avtomobillərin SİYAHISI
Ekspert az sayda istehsal olunan dünyanın ən bahalı avtomobilinin 1 ədədinin Bakıda olduğunu bildirib

Azərbaycanda ən bahalı maşınlar hansılardır?

Ən bahalı maşınları əsasən, gecə saatlarında şəhərin mərkəzində görmək olur. Bu maşınların sayı heç də az deyil. Hələ sürülən maşınlardan əlavə, salonlarda satışda olan maşınlar da Bakının bahalı maşınları siyahısına daxildir. Bəs siz bahalı maşınlardan danışarkən ən yuxarı qiymətin neçə olduğunu düşünürsünüz.

Avtomobil eksperti Elməddin Muradlı mövzu ilə əlaqədar Lent.az -a danışıb. Ekspert az sayda istehsal olunan dünyanın ən bahalı avtomobilinin 1 ədədinin Bakıda olduğunu bildirib:

 

“Hazırda Azərbaycanda ən bahalı maşın “Rolls-Royce Phantom”-dur. Onun dünyada bir neçə modeli istehsal olunub ki, onlardan biri də Azərbaycandadır. Qiyməti təxminən 2 milyon manatdır. “Ferrari”, “Lamborghini” kimi dünya brendi olan çox bahalı maşınlar da Bakıda var. Bunlar kifayət qədər baha qiymətə satılır, amma alıcı kütləsi də var. Şəhərdə onları sürənləri də görürük, satışda olduğunu da bilirik. Bu yaxınlarda “Range Rover”-in təzə modeli, “Mercedes”-in GLS modeli də ölkəyə gətirilib. Bunlar da çox bahalı avtomobillərdir. 200 min manat civarında qiymətləndirilir. Bunlardan əlavə, “Jeep”, “Dodge”, “Lexus”, “Toyota” Prado-nun son modelləri kifayət qədər bahadır. Ən çox “Lexus”, “Toyota” Prado modelləri alınır. Alıcılar bu avtomobilləri dillerlərdən aldıqları kimi, əksər hallarda özləri də idxal edirlər. Artıq Azərbaycanda get-gedə avtomobil bazarı dirçəlir. Yeni avtomobillərin gətirilməsi istiqamətində atılan addımların şahidi oluruq”.

Elməddin Muradlı, gömrük qiymətlərinin aşağı salınması nəticəsində ölkəyə bahalı və yeni avtomobillərin gətirilməsinin sürətlənəcəyini deyib:

“Düşünürəm ki, gömrük qiymətlərinə baxılsa, rüsumlar 2017-ci ildəki ilə eyniləşsə, yeni avtomobillərin gətirilməsi prosesi də sürətlənəcək. Yeni avtomobillərin gətirilməsi o deməkdir ki, təhlükəsizlik artır. Ancaq hazırki dövrdə gömrük rüsumları, aksiz və əlavə dəyər vergisi çox olduğundan prosesin zəif tempdə getdiyini görürük. Dillerlər də bu baxımdan əziyyət çəkirlər, alıcı cəlb etmək olmur deyə çox maşın gətirə bilmirlər. Alıcılar əsasən ikinci əl avtomobilə üstünlük verirlər. Ona görə düşünürəm ki, rüsumlara bir daha baxmaq lazımdır”.

Metropoliten gücləndirilmiş rejimə keçdi - Xəttə əlavə qatarlar buraxılacaq
Bu gün və sabah paytaxtımızda Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü keçiriləcək

Bakıda keçirilən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü ilə bağlı əhalinin ictimai nəqliyyatdan sıx istifadəsini nəzərə alaraq Bakı Metropoliteni əlavə tədbirlər planını hazırlayıb. Yol-xeber.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. Əmrə əsasən, Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi ilə bağlı paytaxt küçələrində tədbir saatlarında bəzi ərazilərdə yollarda hərəkətin məhdudlaşdırılması nəticəsində sıxlığın aradan qaldırılması üçün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib:

"Bunun üçün metro stansiyalarında sərnişin sıxlığının yaranmaması və sərnişinlərin təhlükəsiz olaraq mənzil başına çatdırılması üçün əlavə qatarlar hazır vəziyyətə gətirilib. Ehtiyac olacağı təqdirdə qatarlar arasında interval azaldılacaq və xəttə əlavə qatarlar buraxılacaq. Gücləndirilmiş rejim adıçəkilən tədbir başa çatana qədər qüvvədə olacaq".

Xatırladaq ki, bu gün və sabah paytaxtımızda Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü keçiriləcək.

Maşına qaz balonu quraşdıran sürücülərə ŞAD XƏBƏR
SOCAR: "Neft Emalı Zavoduna 11 ədəd LPG çənləri gətirilir"

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya layihəsi çərçivəsində zavoda yüksək təzyiq altında (45 -50 Bar) işləyən 11 ədəd LPG (maye qaz) çənləri (bulletləri) gətirilir. Bunu "Report"a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. O qeyd edib ki, İtaliya/Rumıniya istehsalı olan bulletlərin çəkisi 300 tondan çoxdur, uzunluğu 30-60 metr arasında dəyişir: "LPG bulletlərin beşi Azərbaycana çatıb, biri artıq NEZ istiqamətində aparılır. Sabah səhər saatlarında birinci bulletin NEZ ərazisinə çatması gözlənilir. 

NEZ-in modernizasiyas ölkə daxilində AVRO-5 keyfiyyət standartına uyğun olan yanacağın istehsalını təmin etməyə və istehsalın illik həcmini artırmağa imkan yaradacaq. Modernizasiya işləri davamlı istehsalat prosesləri ilə eyni zamanda, başqa sözlə, istehsalat prosesləri dayandırılmadan aparılır. Belə ki, zavod il ərzində tam gücü ilə işləyir və eyni zamanda qurğuların yenilənməsi və yeni qurğularda tikinti işləri həyata keçirilir. Buna görə də modernizasiya layihəsi öz mürəkkəbliyi ilə seçilir. Qeyd etmək lazımdır ki, layihə çərçivəsində bəzi işlərin yalnız zavodda qurğuların dayandığı müddətdə görülməsi mümkündür".

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılıb.

Metro gücləndirilmiş rejimdə çalışacaq
"Qarabağ"-"APOEL" qarşılaşması ilə əlaqədar

UEFA Avropa Liqası turniri çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" -"APOEL" qarşılaşması ilə bağlı "Bakı Metropoliteni" gücləndirilmiş iş rejimində çalışacaq.

Yol-xeber.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, oyun ərəfəsində stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: "Oyun Bakı vaxtı ilə 20:55-də Tofiq Bəhrəmov adın Respublika Stadionunda başlanacaq. Bununla əlaqədar əsasən stadiona yaxın olan metronun "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarına əlavə işçi qüvvəsi cəlb ediləcək. Sərnişinlərin vaxtında və təhlükəsiz daşınması üçün artıq bütün lazımi tədbirlər görülüb. Hər ehtimala qarşı ehtiyat qatarlar da hazır vəziyyətə gətirilib. Əgər ehtiyac olarsa, stansiyalarda sıxlığın aradan qaldırılması üçün qatarlar arasındakı hərəkət intervalı azaldılacaq və ehtiyat qatarlar xəttə buraxılacaq. Gücləndirilmiş rejim oyundan sonra sərnişinlərin tam təhlükəsiz mənzil başına çatdırılmasına qədər davam edəcək".

 

B.Məmmədov bildirib ki, metro stansiyalarının gecə 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq: "Oyun saat 23 radələrində başa çatacaq. Saat 00:00-a qədər də sərnişinlərin daşınması başa çatacaq. Ona görə də stansiyaların saat 00:00-dan sonra işləməsinə ehtiyac yoxdur".

Xatırladaq ki, bu gün saat 20:55-də Bakıda Tofiq Bəhrəmov adına Respublika Stadionunda UEFA Avropa Liqası turnirində "Qarabağ" -"APOEL" qarşılaşması olacaq.

DANX bütün daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tapşırıqlar verdi
Əsas məqsəd sürücülərə çətin şəraitdə və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır

Oktyabrın 25-dən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən bütün daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tapşırıqlar verib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, avtobuslar qış rejiminə hazırlıq üçün qarajlarda xüsusi nəzarətdən keçəcək. Prosesə ümumi nəzarət Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əməkdaşlarının və daşıyıcı şirkət nümayəndələrinin monitorinq qrupunun iştirakı ilə təmin ediləcək. Gecə reyslərinin bərpası ilə bağlı bu il qış rejiminə keçidə ötən illə müqayisədə daha erkən start verilib.

Ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var. Monitorinqlər noyabr ayının ortalarına qədər davam edəcək. İlkin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində problemlər aşkar olunub. Bu çatışmazlıqların noyabr ayına qədər aradan qaldırılması üçün hazırda bu istiqamətdə xüsusi tədbirlər həyata keçirilir. Soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılıb. Təlimatların aparılmasında əsas məqsəd sürücülərə çətin şəraitdə və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır.

Azərbaycan minik avtomobillərin istehsalını üç dəfə artıracaq - PROQNOZ
2023-cü ildə 6 000 ədəd minik avtomobili istehsal olunacağı proqnozlaşdırılır

Azərbaycanda 2023-cü ildə 6 000 ədəd minik avtomobili istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 3 dəfə çoxdur. APA-nın Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycanda 2 000 ədəd minik avtomobilin istehsalı gözlənilir və ilbəil 1 000 ədəd artacağı və 2023-cü ildə 6 000-ə çatacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 969 ədəd minik avtomobili istehsal edilib.

Azərbaycanda maşın və avadanlıqların istehsalı üzrə proqnoz göstəricilər:

 

 

Maşınqayırma sənayesi (növ üzrə)

 

 

2018-ci il

 

 

 

2019-cu il

 

 

 

2020-ci il

 

 

 

2021-ci il

 

 

 

2022-ci il

 

 

 

2023-cü il

 

Odsöndürənlər

11 896

13 086

13 436

14 636

16 936

17 336

Traktorlar

1303

1050

830

930

980

1 030

Yük avtomobilləri

68

70

620

760

840

680

Qoşqular və yarımqoşqular

761

760

770

780

790

800

Minik avtomobilləri

969

2 000

3 000

4 000

5 000

6 000

Dəmir yolu ilə 5,2 milyon ton yük daşınıb
Cari ilin yanvar-sentyabr aylarında

Cari ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 261 min 318 ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 260 milyon 882 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən Yol-xeber.az-a verilən məlumata görə, 9 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 669 min 809 ton yükün dəyəri 520 milyon 592 min dollar təşkil edib. Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 591 min 508 ton, dəyəri isə 1 milyard 740 milyon 290 min dollar olub.
Nəqliyyat vasitələrinin texniki baxış rüsumu 20 manatdan 30 manata qaldırıldı
Dəyişiklik müzakirələrdən sonra oxunuşda qəbul edilib

Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır. Yol-xeber.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.

Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

 

Dəyişiklik müzakirələrdən sonra oxunuşda qəbul edilib.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10% artıb
Bu ilin yanvar-sentyabr aylarında

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 102,8 min və ya 10% çox sərnişin daşınılıb. Dövlət Statistika Komitəsindən Yol-xeber.az-a verilən məlumata görə, daşınmaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Məlumata əsasən, bu nəqliyyat növü ilə yükdaşıma 5,9% azalaraq 141,1 min ton təşkil edib.
Azərbaycanda ilk pullu yolun hansı olacağı AÇIQLANDI - RƏSMİ
Hələlik digər yolların ödənişli olması müzakirə olunmur

“İlkin olaraq Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun ödənişli olması nəzərdə tutulub. Hazırda bununla bağlı müzakirələr aparılır”. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq bildirib. A.Nəcəfli qeyd edib ki, yolun inşası başa çatdırıldıqdan sonra detallar bəlli olacaq: “Yolun inşasının 2020-ci ilin sonuna yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra yolun ödənişli olması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq”.

AAYDA rəsmisi qeyd edib ki, hələlik digər yolların ödənişli olması müzakirə olunmur: “Bundan əvvəl Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun da ödənişli olması məsələsi vardı. Amma hazırda həmin yolun pullu olması gündəmdə deyil”.

A.Nəcəflinin sözlərinə görə, Əgər Bakı-Quba-Rusiya sərhədi yolunun ödənişli olması reallaşarsa, bunun digər yollarda da tətbiqi mümkün olacaq:

 

“Ödənişli yol istifadəyə verilən zaman mütləq alternativ yol olmalıdır və asfalt örtüyü keyfiyyət baxımından ondan geri qalmamalıdır. Bu, vətəndaşa seçim imkanı verir ki, ödənişli yolla getsin, yoxsa ödənişsiz”.

Tariflərə gəldikdə, mətbuat katibi bunun Tarif Şurası tərəfindən gələcəkdə müəyyənləşəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun ödənişli olacağı açıqlanmışdı.

Xəbər lenti