Azərbaycan Mərkəzi Bankı 17 dekabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Axar.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avro 1,9230 manat təşkil edir.

1 türk lirəsi 0,3162 manat, 1 rus rublu 0,0255 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6378 manatdır.

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 1,17 dollar geriləyərək 60,28 dollar, VTİ markalı neftin bir barrelinin qiyməti isə 1,38 dollar ucuzlaşaraq 51,20 dollar olub.


Azərbaycan Mərkəzi Bankı bu il noyabrın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskginazların dövriyyədə olan həcmini açıqlayıb.

Qurumdan Report-a bildirilib ki, qısa müddət ərzində tədavülə buraxılmasına baxmayaraq, 200 manatlıq pul nişanları artım tempinə görə beynəlxalq təcrübə ilə müqayisədə adekvat səviyyədədir və dövriyyədə olan nağd pul kütləsinini 3%-ni (200 mln. manat) təşkil edir.

Hazırda tədavüldə 200 manatlıq pul nişanları stabil templə artır.

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Trend-in məlumatına görə, dekabrın 11-də qızılın qiyməti dekabrın 10-u ilə müqayisədə 4,352 manat azalaraq 1 unsiya üçün 2119,2625 manat təşkil edib.

Gümüş 0,0076 manat bahalaşaraq 1 unsiya üçün 24,8204 manata bərabər olub.

Platinin qiyməti 16,0905 manat azalaraq 1330,76 manat, palladiumun qiyməti isə 10,149 manat artaraq 2089,64 manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı 12 dekabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Axar.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avronun məzənnəsi 1,9254 manat təşkil edir.

1 türk lirəsi 0,3170 manat, 1 rus rublu 0,0256 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6403 manatdır.

2040-cı ilədək neftin bir barrelinin qiyməti 60 dollardan yuxarı səviyyədə qalacaq.

Axar.az xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – GECF) hesabatında deyilir. Bildirilir ki, 2022-ci ilə qədər neftin qiyməti ucuzlaşaraq 61 dollar/barrel olacaq. Bu tarixdən sonra isə “qara qızıl”ın qiyməti bahalaşmağa başlayacaq. 2030-cu ildə neftin qiyməti bir barrel üçün 70 dollara çatacaq və ən azı 2040-cı ilə qədər bu səviyyədə qalacaq.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş XVII iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. GECF 2001-ci ildə Tehranda yaradılıb, 2008-ci ildə isə Moskvada hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətərin paytaxtı Dohada yerləşir.

Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var. GECF-ə üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizi, boru kəmərləri ilə ticarətin 35 faizi, maye qaz (LNG) istehsalının isə 85 faizi cəmləşir.

Əfqanıstan Hərbi Aviasiya Qüvvələrinin ölkənin Uruzqan vilayətinin Çinartu mahalında Taliban terrorçularına qarşı təşkil etdiyi hava əməliyyatları zamanı yanlışlıqla öz hərbçilərini vurub.

Axar.az xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində 7 əfqan əsgəri həlak olub, 6 hərbçi yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


Maliyyə naziri Samir Şərifov Real TV-yə müsahibə verib və son günlər kütləvi informasiya vasitələrində manatın məzənnəsi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirib.

Ardını oxu...


Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

Ardını oxu...


Bir müddət öncə dünyanın ən populyar kriptovalyutası olan bitkoin erası artıq bitmək üzrədir.

Axar.az xəbər verir ki, bunu bitkoinin kəskin ucuzlaşması haqda danışan iqtisadçı Natiq Cəfərli deyib.

“Bu kriptovalyutanın qiyməti hazırda 3300 dollara düşüb. Bitkonin maksimal qiyməti 20 min dollar olmuşdu. Dünya tarixi hələ belə “piramida” görməmişdi. Dünya üzrə onlarla insan bu işdən ciddi pul qazandı, yüzminlərlə insan isə böyük pullar itirdi. Arxasında ciddi məlumatın, analizin olmadığı yatırımların axırı həmişə belə olur. Bu eksperimentin bəşəriyyətə bir xeyri oldu, “Blockchain” texnologiyasına maraq yarandı və müxtəlif istiqamətlər üzrə istifadəsi artdı. “Blockchain” 21-ci əsrin ən vacib kəşflərindən biri olacaq və seçkilərdən tutmuş iri şirkətlərin koorporativ idarəetməsinə qədər hər yerdə istifadə olunacaq”, - ekspert bildirib.

Xəbər lenti