![]() |
|
Neftin təxminan 165 il bundan əvvəl istehlakına başlanmasına baxmayaraq, artıq dünyada neftin tükənəcəyi ilə bağlı həyəcanlar səslənməkdədir. Ekspertlər bəyan edir ki, yaxın onilliklərdə neft tamamilə tükənəcək. İndi hamını düşündürən bir məsələ var: görəsən, dünyada nə qədər neft ehtiyatı qalıb və nə vaxt bitəcək?
"Live Science yazır ki, planetimizdə neft heç zaman tükənməyəcək. "Çünki neftin bir hissəsi Antarktida kimi əlçatmaz yerlərdə, digər qismi isə yer qatının çox dərinliyindədir. Bu səbəbdən də bu gün dünyada konkret olaraq nə qədər neft ehtiyatının qaldığını tam hesablamaq ümmkün deyil", -nəşr yazıb.
Eyni zamanda bildirilib ki, neftin yenidən əmələgələn bir təbii sərvət olduğundan onun nə zaman bitəcəyi barədə söz demək çətindir.
Lakin "Rystad Energy" tərəfindən 2023-cü ildə aparılan araşdırmaya görə, dünyada təxminən 1,6 trilyon barel çıxarıla bilən neft qalır. "Hələ kəşf etmədiyimiz çıxarıla bilən neft ehtiyatları da var. Bu, daha şübhəli rəqəmdir, baxmayaraq ki, 2012-ci ildə ABŞ Geoloji Xidməti onu 565 milyard barel qiymətləndirilib", - sənəddə qeyd olunub.
Bununla belə, sənaye mütəxəssisləri mövcud neft ehtiyatlarına əsaslanaraq bildirirlər ki, neft ehtiyatları təxminən 50 ilə tükənə bilər.
Enerji meyillərini araşdıran, Vaşinqtonda yerləşən “ClearView” tədqiqat firmasının idarəedici direktoru Kevin Buk isə hesab edir ki, süni intellektin yeni ehtiyatların tapılmasını asanlaşdıracaq və gələcək illərdə yeni mədən texnologiyaları mədən işini asanlaşdıracaq.
Mütəxəssislər onu da bildirirlər ki, neftə tələbatın yaxın illərdə dəyişməsi ehtimalı var.
Buna misal olaraq, avtomobillərin tədricən elektrikə keçidi göstərilir.
Beynəlxalq Enerji Agentliyinin 2023-cü ilin oktyabrında açıqladığı hesabatda isə bildirilib ki, neft istehlakı 2030-cu ilə qədər pik həddə çatacaq və bundan sonra azalacaq.
Bu o deməkdir ki, proqnozlaşdırılandan daha uzun müddət üçün kifayət qədər neftimiz ola bilər.
Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı yardım” elektron sistemini yenidən qurub.
Bu barədə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən aşağıdakı məlumatların qeyd edilməsi tələb olunmayacaq:
Ailə üzvlərinin
- pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları,
- əmək haqqı üzrə gəlirlər,
- tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları,
- daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması,
- kommunal xərcləri, telefon nömrələri və xərcləri,
- sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması,
- əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi,
- özünüməşğulluq proqramı üzrə müqavilənin olması,
- 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması.
Bu məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq. Məlumatlar müraciət edən şəxsin müraciətini təsdiqlədikdən sonra müvafiq qurumlardan sorğulanacaq ki, bu da müraciətin texniki xəta olmadan tamamlanmasına imkan yaradacaq.
Yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb. Müraciət zamanı hansı məlumatların daxil edilməli olduğu da infolövhələrdə əks olunacaq.
Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq.
Ünvanlı yardımla bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq. Bu, həmçinin yeni e-sistemdən daha təhlükəsiz, texniki xəta olmadan istifadə edilməsinə, ünvanlı yardım üçün vətəndaşlar tərəfindən müraciətlərin olunması zamanı kənar şəxslərin vasitəçi qismində qanunsuz müdaxiləsinin qarşısının alınmasına xidmət edir.
Vətəndaşlar “Digital (ASAN) Login”i heç yerə getmədən və sənəd toplamadan digital.login.gov.az portalında elektron qaydada qeydiyyatdan keçməklə əldə edə bilərlər.
Zəngilan rayonu, Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və Ağalı kəndinin ikinci fazasının yenidənqurulması layihəsi çərçivəsində tikinti işləri həyata keçikriləcək.
Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tikinti işləri ilə bağlı hazırlıqlara başlayıb.
243 fərdi yaşayış evi, 2 ədəd 2 mərtəbəli inzibati bina, 3 ədəd 3 mərtəbəli yaşayış binasının tikintisi “As İnşaat” MMC-yə həvalə olunub və şirkətlə 69 mln 840 min manat məbləğində müqavilə imzalanıb.
Həmçinin Zəngilan rayonu, Mincivan və Həkəri qəsəbələrinin layihələndirilməsi “Azin Construction” MMC-yə həvalə tapşırılıb və 2 mln 766 min manat ayrılıb.
Qeyd edək ki, Zəngilan rayonu Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir.
Həcc ziyarətinin bir nəfər üçün olan qiyməti artıb. Hazırda bir nəfər üçün Həcc ziyarətinin qiyməti 5 min 850 ABŞ dollardır. Ötən il isə mart ayında bu qiymət 5 min 750 dollar idi.
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, bu, ötən illə müqayisədə ciddi artım deyil:
"Bu artımı faizə çevirdikdə bu il ötən ildən təxminən 1,7% artım olub. İnflyasiya faktoru nəzərə alınsa, bu, elə də ciddi artım deyil. Çünki, ötən il Azərbaycanda 8,8%, Ərəbistanda isə 2,47% inflyasiya olub. Odur ki, 1,7% artım normal hesab edilə bilər".
Ekspert deyir ki, ümumiyyətlə “Bir nəfər üçün 5 min 850 ABŞ dollar, təxminən 10 000 manata qədər olan qiymət çoxdur, yoxsa az?” sualına ciddi hesablama və təhlillər aparmadan cavab vermək mümkün deyil:
"Sadəcə onu qeyd etmək olar ki, tələbin yüksək olmasına rəğmən, təklifin kəskin az olması həmişə və hər yerdə qiymətlərə təsir edir. İstənilən xidməti təklif edən subyekt rəqibsiz olarsa və üstəlik məhdud sayla olarsa, bu, özünü qiymətdə göstərməyə bilməz".
Bu gündən “BakuBus” MMC paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayıb.
“Yol-xeber.az” sözügedən marşrutların qiymətini müəyyən edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, qiymətlərdə dəyişiklik yoxdur: "Paytaxtdan Gəncə istiqamətində və əksinə bir istiqamət üzrə biletin qiyməti 10,4 manat təşkil edir".
Qeyd edək ki, Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.
Azərbaycanın ən iri şirkətlərindən biri olmuş "Gilan Holdinq"in inşa etdirdiyi süd emalı zavodları satışa çıxarılıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bunlar Tərtər, Ağcabədi və Zaqatala rayonlarındakı süd emalı zavodlarıdır.
Belə ki, Tərtərin Buruc kəndində yerləşən zavodun tikili sahəsi 4 198,2 kvadratmetrdir. 1,5 hektar əraziyə malik olan müəssisə avadanlıqları ilə birlikdə 1 600 000 manata satılır.
Ağcabədi şəhərində yerləşən digər süd emalı zavodunun tikili sahəsi isə 4500 kvadratmetrdir. 2 hektar ərazini əhatə edən zavod avadanlıqları ilə birlikdə 1 750 000 manata satışa çıxarılıb.
Zaqataladakı süd emalı zavodu isə rayonun Muxax kəndində yerləşir. Ümumi sahəsi 4070,1 kvadratmetr olan müəssisə 5 hektar ərazidə inşa olunub. Bu zavod isə 1 730 000 manata təklif olunur.
Zaqatala Süd Emalı Zavodunun 2010-cu ildə, Ağcabədi Süd Emalı Zavodunun 2011-ci ildə, Tərtər Süd Emalı Zavodunun isə 2012-ci ildə açılışı olub.
Xatırladaq ki, "Gilan Holdinq" 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Holdinq ötən ilin iyulunda adını "Xəzri Solutions"a dəyişib. Amma cəmi bir aydan sonra "Gilan Holdinq"in adının dəyişdirilməsi ilə yaradılmış "Xəzri Solutions" ləğv olunduğunu elan edib.
Xankəndi şəhərinin Baş planı hazırlanacaq.
Layihənin hazırlanması “Chapman Taylor LLP” şirkətinə həvalə olunub.
Dövlət Şəhərsalma və Arxitertura Komitəsi planın hazırlanması üçün 2 mln 874 min 187 manat ayrıb.
Unun bahalaşması ilə şirniyyat qiymətlərinin artacağı iddia olunur.
Xezerxeber.az-ın məlumatına görə, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində təxminən 2 manata yaxın artım olub. Bu artım hələ ki, özünü çörəyin və un məmulatlarının qiymətinin artımında göstərmir.
Amma sahibkarlar unun bahalaşmasının un məmulatlarının qiymətinə təsir etməyəcəyini deyirlər. Onlar bildirirlər ki, un məməulatlarının qiymətinin artması şirniyyatların hazırlanması zamanı istifadə edilən digər xammal məhsullarının qiymətindən asılıdır.
İqtisadçı Fuad İbrahimov isə bildirir ki, unun qiymətində artım tendensiyası müşahidə olunsa da, çörəyin bahalaşması gözlənilmir.
İqtisadçı onu da əlavə edib ki, bazarda olan əksər sahibkarlar un tədarükünü aylıq olaraq təmin edir. Ümumilikdə isə, unun qiymətində növbəti bahalaşma gözlənilmir.
Ekspertlər hesab edirlər ki, gələn aydan ölkədə taxıl biçinin başlaması da bazara müsbət təsir edəcək.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,04% azalaraq 1,8451 manat, Rusiya rublunun məzənnəsi 1,1% irəliləyərək 0,0189 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0528 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Bölgələrdə bir bağlama otun qiyməti iki dəfəyə yaxın ucuzlaşıb. Ancaq bu vəziyyət ət bazarında demək olar ki, hiss olunmur.
Bərdə və Şəkidən olan fermerlər deyirlər ki, ötən ilin May ayında quru yonca otunun bağlamalarını minimum yeddi manat 50 qəpiyə almaq mümkün idisə, hazırda bu qiymətlər iki manat 50 qəpik, üç manat arasında dəyişir.
Nəzərə alsaq ki, heyvanların yem rasionunun əsasını quru otlar təşkil edir, deməli məhsul boldur və ucuzlaşmanın bu istiqamətə müsbət təsirini də düşünə bilərik.
Qəssablar isə bildiriblər ki, 14 manata mal, 19 manata isə quzu əti satırlar.
Körpə quzunun kiloqramı isə 20-21 manat təşkil edir.
İqdisadçı Xalid Kərimli deyir ki, ot və yemin mövsümü ucuzlaşması ətin qiymətinə çox təsir etmir. Ətin bahalaşmasının əsas səbəbi saxlanılan heyvan sayı ilə əlaqədardır. 2016-cı illə müqayisədə qoyun və keçi sayında 17 faiz azalma müşahidə olunub.
X.Kərimli onu da vurğulayıb ki, tələb təklifi üstələdiyinə görə, yaxın vaxtlarda ətin qiymətində ucuzlaşma gözlənilmir.
Daha ətraflı "Xəzər Xəbər"in süjetində: