Söküntülərin aparılması və torpaq sahələrinin azlığı, bu il ərzində paytaxtın mənzil bazarında qiymətlərə xeyli təsir edib.

Xezerxeber.az-ın məlumatına görə, həm yeni, həm də təkrar mənzil bazarında qiymətlər sürətlə artıb. Ekspertlər bildirir ki, hətta ilin əvvəlində 10-15 faizə qədər artım müşahidə edilib.

Əmlak Məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, 2022-ci ilin oktyabr ayından, yəni Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana insan axını, o cüməldən də kapital axını baş verdi. Bundan sonra mənzil bazarında canlanma yarandı. Bu da qiymətlərə təsir edən amillərdən biridir.

Bəs növbəti ildə Azərbaycanda əmlak bazarında hansı yeniliklər olacaq?

Qiymətlərdə enmə müşahidə ediləcək?

Ətraflı süjetdə:

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,09% artaraq 1,8714 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0185 manat, Türkiyə lirəsi 0,34% ucuzlaşaraq 0,0581 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirildi ki, başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.

Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

İşğaldan azad olunan Füzuli şəhərində böyük stadion tikiləcək.

Bu barədə Azərbaycan Dövlət Televiziyasında (AzTV) reportaj yayımlanıb.
Bildirilib ki, stadionun tikintisi 17 min hektar ərazidə aparılacaq.

Daha ətraflı videomaterialda:

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 450 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Hər il olduğu kimi bu il də bayramda bəzi məhsulların və xidmətlərin qiymətinin qalxması gözlənilir.

Ekspertlərin fikrincə, Yeni il bayramı ərəfəsində həm ərzaq məhsulları, həm də xidmət sektorlarına tələbat artdığı üçün sahibkarlar qiymət artımına gedirlər.

Qiymət artımları eyni zamanda otellərdə də 100 faiz üzərində baş verir. Restoranlarda isə artımlar 30-50 faiz arasında dəyişir.


Mövzu ilə bağlı daha ətraflı videomaterialda izləyə bilərsiniz:

Zəngilan rayonunun Cahangirbəyli kəndində yenidənqurma işləri davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, kənd ərazisində yeni fərdi yaşayış evləri inşa ediləcək.

2,3,4 və 5 otaqlı olmaqla 1 və 2 mərtəbəli fərdi yaşayış evləri tikiləcək.

Xatırladaq ki, bu ilin mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub. Prezident İlham Əliyev kəndin təməlini qoyub.

Kənddə birinci mərhələdə ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da planlaşdırılır.

"2026-cı ilin sonunadək Ağdam şəhərindən başqa 12 kəndin və Füzuli şəhərindən başqa da 10 kəndin bərpa olunaraq təhvil veriləcək".

"Report"un xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, artıq Füzuli şəhərinə köçmüş vətəndaşlarla mütəmadi iş aparılır: "Onların məşğulluğunun təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülüb. Hazırda 333 ailə orada məskunlaşıb. Bu yaxınlarda orada əmək yarmarkası da keçirilib. İlk dəfə olaraq sakinlərimiz 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni İli öz doğma torpaqlarında qeyd edəcəklər".

"Ötən günlərdə baş vermiş zəlzələ zamanı ciddi bir fəsad və dağıntılar olmadığı üçün bu, əmlak bazarına elə bir ciddi təsir göstərməyəcək".

Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O, zəlzələdən sonra həyət evlərinin qiymətində artımın müşahidə olunub-olunmadığı ilə bağlı suala aydınlıq gətirib:

"Yay aylarında da belə bir zəlzələ baş vermişdi. Həmin ərəfədə də həyət evlərinin qiymətinin artması ilə bağlı qeyri-rəsmi xəbərlər yayılırdı. Ümumiyyətlə, tələbat yüksək olduğu zaman həyət evlərində qiymət artımı olur. Tələbat təxminən mart ayının sonundan başlayaraq avqustun sonuna qədər davam edir. Soyuq aylarda isə həyət evlərinə tələbat azalır. Çünki yay aylarında tikinti işləri daha rahat həyata keçirilir və bağ evlərinə maraq böyük olur".

Ekspert həmçinin xatırladıb ki, oktyabrın 1-dən çıxarışı olmayan evlərə kommunal xidmətlərin verilməməsi qərarı artıq çıxarışı olan həyət evlərinin qiymətini artırıb. O, həyət evlərinin böyük qisminin sənədlərində problemlər olduğuna görə həmin evlərin ipoteka predmentinə çevrilə bilmədiyini qeyd edib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə İqtisadiyyat.az-a açıqlamasında zəlzələdən sonra hələ ki, həyət evlərinə tələbatın o qədər də müşahidə olunmadığını deyib.

O da digər həmkarının fikirlərinə qatılaraq, ötən günlərdə baş vermiş zəlzələnin psixoloji baxımdan əmlak bazarına ciddi təsir göstərmədiyini vurğulayıb: "Ümumiyyətlə, biz bunun nəticələrini ayın axırından sonra biləcəyik. Zəlzələnin ciddi fəsadları olsaydı, bu, əmlak bazarında qiymətlərə öz təsirini göstərərdi. Lakin dağıntı və fəsadlar olmadığından hesab edirəm ki, baş vermiş zəlzələ əmlak bazarına ciddi təsir göstərməyəcək".

Xatırladaq ki, dekabrın 7-də Xəzər dənizində 5,6 maqnitutada zəlzələ baş verib. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir.

Azərbaycana idxal ediləcək ət və ət məhsulları ilə bağlı yeni tələb qoyulub.

Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nda əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli ət, toyuq və hindişka məhsulları aşağıdakılardır:

Sıra

№-si

Malların adları və ya kateqoriyaları

XİF MN

üzrə kod

1.

İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş cəmdəkləri və şaqqaları

0201 10

 

2.

İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş sümüklü parçaları

 

0201 20

3.

İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş sümüksüz parçaları

0201 30

4.

İribuynuzlu mal-qara ətinin dondurulmuş cəmdəkləri və şaqqaları

0202 10

 

5.

İribuynuzlu mal-qara ətinin dondurulmuş sümüklü digər parçaları

 

0202 20

6.

İribuynuzlu mal-qara ətinin dondurulmuş sümükdən ayrılmış əti

0202 30

7.

Təzə və ya soyudulmuş donuz ətinin cəmdəkləri və şaqqaları

0203 11

8.

Təzə və ya soyudulmuş donuz ətinin sümüklü budları, kürəkləri və onların parçaları

0203 12

9.

Təzə və ya soyudulmuş donuz ətinin digər hissələri

0203 19

10.

Dondurulmuş donuz ətinin cəmdəkləri və şaqqaları

0203 21

11.

Dondurulmuş donuz ətinin sümüklü budları, kürəkləri və onlardan parçalar

0203 22

12.

Dondurulmuş donuz ətinin digər hissələri

0203 29

13.

Təzə  ya soyudulmuş quzu ətinin cəmdəkləri və şaqqaları

0204 10

14.

Təzə və ya soyudulmuş qoyun ətinin cəmdəkləri və şaqqaları

0204 21

15.

Təzə və ya soyudulmuş qoyun ətinin digər sümüklü parçaları

0204 22

 

16.

Təzə və ya soyudulmuş sümüksüz qoyun əti

0204 23

17.

Dondurulmuş quzu ətinin cəmdəkləri və şaqqaları

0204 30

18.

Dondurulmuş qoyun ətinin cəmdəkləri və şaqqaları

0204 41

19.

Dondurulmuş qoyun ətinin sümüklü digər parçaları

0204 42

20.

Dondurulmuş sümüksüz qoyun əti

0204 43

21.

Təzə, soyudulmuş və ya dondurulmuş keçi əti

0204 50

22.

Atların, ulaqların, qatırların və ya at qatırlarının təzə, soyudulmuş və ya dondurulmuş əti

0205 00

23.

İribuynuzlu mal-qaranın təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları

0206 10

24.

Dondurulmuş iribuynuzlu mal-qaranın dilləri

0206 21

25.

Dondurulmuş iribuynuzlu mal-qaranın qaraciyəri

0206 22

 

 

26.

 

Dondurulmuş iribuynuzlu mal-qaranın qida üçün yararlı olan ətinin digər əlavə məhsulları

0206 29

(0206 29

100 0

istisna olmaqla)

27.

Donuzların təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları

0206 30

28.

Donuzların dondurulmuş qaraciyəri

0206 41

29.

Donuzların dondurulmuş qida üçün yararlı olan ətinin digər əlavə məhsulları

0206 49

 

 

30.

 

Qoyunun, keçinin, atların, ulaqların, qatırların və at qatırlarının təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları

0206 80

(0206 80

100 0

istisna olmaqla)

 

 

31.

 

Qoyunun, keçinin, atların, ulaqların, qatırların və at qatırlarının dondurulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları

0206 90

(0206 90

100 0

istisna olmaqla)

32.

Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti

0207 11

33.

Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti

0207 12

 

34.

Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları

 

0207 13

 

35.

Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları

 

0207 14

 

36.

Hindtoyuğunun hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti

0207 24

37.

Hindtoyuqlarının hissələrə ayrılmamış dondurulmuş əti

0207 25

38.

Hindtoyuğunun təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları

0207 26

39.

Hindtoyuğunun dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları

0207 27

40.

Ördəklərin hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti

0207 41

41.

Ördəklərin hissələrə lünməmiş, dondurulmuş əti

0207 42

42.

Ördəklərin təzə və ya soyudulmuş yağlı qaraciyəri

0207 43

43.

Ördəklərin təzə və soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları

0207 44

44.

Ördəklərin dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları

0207 45

45.

Qazların hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti

0207 51

46.

Qazların hissələrə bölünməmiş, dondurulmuş əti

0207 52

47.

Qazların təzə və ya soyudulmuş yağlı qaraciyəri

0207 53

48.

Qazların təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları

0207 54

49.

Qazların dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları

0207 55

 

50.

Firəngtoyuqlarının təzə, soyudulmuş və ya

dondurulmuş əti və qida üçün yararlı ətin əlavə məhsulları

 

0207 60

 

51.

Evdovşanlarının və ya dovşanların təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları

 

0208 10

52.

Primatların təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları

0208 30

 

 

53.

Balinaların, delfinlərin və dəniz donuzlarının (Cetacea məməlilər dəstəsi), lamantinlərin və dyoqonların (Sirenia məməlilər dəstəsi), suitilərin, dəniz şirlərinin və morjların (Pinnipedia yarımdəstəsinin məməliləri) təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida

üçün yararlı olan əlavə məhsulları

 

 

0208 40

 

54.

Sürünənlərin (ilanlar və tısbağalar da daxil olmaqla) təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları

 

0208 50

55.

Dəvələrin və dəvəkimilər fəsiləsinin digər heyvanlarının (Camelidae) təzə, soyudulmuş və ya

0208 60

 

 

 

dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları

 

 

56.

Təzə, soyudulmuş və ya dondurulmuş digər ətlər və ətin qida üçün yararlı olan əlavə məhsulları (ev göyərçinləri, ov heyvanları, şimal maralı və digərləri)

 

0208 90

 

57.

Əridilməmiş və ya digər üsulla hasil edilməmiş, təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş yavan ətdən ayrılmış donuz piyi

 

0209 10

 

58.

Əridilməmiş və ya digər üsulla hasil edilməmiş, təzə, soyudulmuş, dondurulmuş, duzlu və ya duzlu suda olan qurudulmuş və ya hisə verilmiş yavan ətdən

ayrılmış ev quşunun piyi

 

0209 90

 

59.

Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin sümüklü budları, kürəkləri və onların parçaları

 

0210 11

60.

Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin döş hissəsi və onun parçaları

0210 12

61.

Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin digər hissələri

0210 19

 

62.

Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş, sümüklü və ya sümüksüz iribuynuzlu mal-

qara əti

 

0210 20

Xəbər lenti