![]() |
|
Tonlarla pomidor sahələrdə qalıb çürüyür.
Xezerxeber.az xəbər verir ki, söhbət Masalı rayonunun Sərçuvar və Viləş kəndlərindən gedir.
Bu kəndlərdə fermerlər sahələrdən yaxşı, bol məhsul əldə etdiklərini, məhsulun satışının isə zəif olduğunu bildiriblər:
“Hazırda pomidorun 30 kiloqramlıq yeşiyi üç manata satılır. Kiloqramını 10 qəpiyə satsaq da alan yoxdur”.
Onlar bildiriblər ki, havaların qeyri-sabit keçdiyi vaxtlarda yağıntının çox olması da pomidora xeyli ziyan vurub.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, problemin yaranmasına əsas səbəb rayon ərazisində saxlama kameralarının, eləcə də kombinatın olmamasıdır.
Qeyd edilib ki, rayonda 2023-cü ildə 535 hektar ərazidə pomidor əkilib. Bu da keçən ilə nisbətən 10,5 hektar çoxdur.
Daha ətraflı süjetdə:
Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı bu gündən qüvvəyə minib.
Bununla bağlı Baş nazir Əli Əsədov iyunun 25-də qərar imzalayıb.
"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda taksi xidmətlərinin qiymətinin artdığı bildirilir.
“Bolt”, “Uber” və “Yango” taksiləri üçün minimum gediş haqqı bu gündən 2,50 manata yüksəlib.
Bu barədə məlumat verən sərnişinlər bildirirlər ki, əvvəllər bu qiymət 1-1,5 manata bərabər idi.
Məlumat üçün bildirək ki, taksi şirkətləri əsasən, “yüksək təlabat” zamanı qiymət əmsalını yüksəldir. Bununla gediş haqqında bahalaşma olur.
Taksi xidmətləri ilə bağlı parlament və nazirlik səviyyəsində müzakirələrin aparıldığı zaman, həmçinin yeni qərarların qəbul edildiyi ərəfədə oxşar xəbərlər yayılmışdı. Lakin sərnişinlərin hamısı bu məlumatları təsdiqləməmişdi.
Sözügedən şirkətlər ictimaiyyətə qiymət artımı ilə bağlı informasiya verməyib.
“Hazırda dünyanın maliyyə bazarlarda aparıcı valyuta məzənnələrində baş verən dəyişikliklərin Azərbaycanda manat-dollar münasibətlərinə heç bir təsiri yoxdur. Ona görə ki, ölkəmizin valyuta bazarı Mərkəzi Bank tərəfindən inzibati yolla tənzimlənir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
O, əlavə edib ki, nə vaxt ölkəmizdə sərbəst üzən məzənnəyə keçid olarsa, o zaman bu dəyişikliklər milli vayutamıza təsir edəcək:
“Ancaq hazırda və yaxın gələcəkdə belə bir şeyin olacağı gözlənilmir. Ona görə ki, Azərbaycanın əsas ixrac etdiyi məhsul neft və neft məhsullarıdır”.
Ekspert vurğulayıb ki, xam neftin qiyməti dünya bazarında ciddi şəkildə aşağı düşərsə və Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən aşağı olarsa, o zaman ölkənin tədiyyə balansında və xarici ticarətində defisid yarana bilər:
“Bu da dərhal valyuta bazarına öz təsirini göstərəcək. Yəni, manat dollara qarşı münasibətdə ucuzlaşacaq. Bu isə hələlik gözlənilmir. Ona görə ki, neftin qiyməti 50 dollardan da aşağı düşməlidir.
Əgər nə vaxtsa, ixrac potensialmız çox çeşidli olarsa və ölkədə dollar təklifi yalnız Dövlət Neft Fondu tərəfindən deyil, digər subyektlər tərəfindən də həyata keçirilərsə, o zaman beynəlxalq aləmdə ayrı-ayrı valyutaların kurslarında baş verəcək dəyişikliklərin ölkəmizə təsiri barəsində danışmaq mümkün olacaq”.
Məlumdur ki, Azərbaycana idxala olunan məhsullar xarici valyutalarla, əsasən də dollarla hesablanır.
Bu baxımdan da dolların ucuzlaşması idxalın dəyərinin də aşağı düşməsinə səbəb olarmı?
Müsahibimizin sözlərinə görə, bu xarici valyutaların dəyərdən düşməsi uzun müddətli, davamlı və dayanıqlı olarsa, həmin məhsilların ölkəyə daha ucuz qiymətə daxil olmasına səbəb olacaq:
“Ancaq bunun da mənfi cəhətləri var. Belə ki, ucuzlaşma idxalı stimullaşdırır, yəni daha çox idxal etmək imkanı əldə edilir. Bu isə dolayı yolla yerli istehsalın inkişafını məhdudlaşdırır. Bir sözlə, bunun mənfi tərəfi daha çoxdur”.
Şuşanın Daşaltı kəndində sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev inşa ediləcək.
Yol-xeber.az-ın xəbərinə görə, Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir.
Kəndin inkişafı, burada məskunlaşacaq əhali üçün rahat və sağlam yaşayış mühitinin yaradılması, sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi prioritetlər arasındadır. Bunun nəzərə alaraq yenidənqurma üzrə təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir. Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulur.
Qeyd olunub ki, görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya 220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev inşa ediləcək. Bundan başqa, ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.
Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək.
"Report"un xəbərinə görə, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir.
Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək. Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.
Əmlak bazarında mövsümə uyğun dəyişikliklər olur. Hər il may ayının sonundan başlayaraq avqustun axırına qədər Bakıda kirayə mənzil bazarında durğunluq yaranır.
Bu barədə trend-ə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, durğunluğun əsas səbəbi insanların yay aylarında paytaxtı tərk etməsi ilə bağlıdır. Avqustun sonrlarından etibarən isə kirayə mənzillərə təlabat kəskin artır.
"Minlərlə insanın Bakıda ev axtarmağa başlaması da qiymət artımına təsir edən əsas amildir. Ali məktəblərə qəbul prosesinin nəticələrinin açıqlanması da Bakıda kirayə mənzil bazarına ciddi təsir edən faktorlardandır", - deyə o, əlavə edib.
E.Fərzəliyev qeyd edib ki, Bakıda bina evlərinin satışında da ciddi azalma var.
"Bu da daha çox mövsümlə bağlıdır. Tələbat az olduğuna görə qiymətlər müəyyən qədər sabit qalıb. Avqustun sonundan etibarən satışa çıxarılan mənzillərin də qiymətlərində artımların olması proqnozlaşdırılır.
Yay mövsümündə regionlarda isə kirayə evlərin qiymətləri kəskin bahalaşır. Bu gün regionlarda qiymətlərə nəzər salsaq, paytaxtdakı qiymətlərlə eyni olduğunu hətta bəzən baha olduğunu görürük", - deyə o, əlavə edib.
“Bundan istər Azərbaycan iqtisadiyyatı, istərsə də Türkiyə iqtisadiyyatı kifayət qədər qazanacaq".
Bu sözləri Valyuta.az-a Milli Məclisin deputatı Rüfət Quliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı, professor Abdürrahim Fıratın “Azərbaycan və Türkiyə gələcəkdə TOGG avtomobilini birgə istehsal edə biləcək” fikirlərini şərh edərkən deyib.
Deputat bildirib ki, əgər həmin maşını istehsal edən mərkəzin bir filialı Bakıda olsa və ya hissələri Bakıda yığılsa, bu zaman maşınları artıq Azərbaycan malı kimi MDB məkanına və Ukraynaya çox asan formada ixrac edə bilərik:
“Çünki Azərbaycanda bunun üçün əlverişli şərait var. Bu da Türkiyə iqtisadiyyatına da xeyir vermiş olacaq. Azərbaycan üçün isə müsbət tərəfləri ondan ibarətdir ki, yeni iş yerləri açılacaq, yeni toxnologiya gələcək. Bu da böyük bir uğurdur. Daxii bazarda isə yerli istehsal olan avtomobillər ƏDV-dən azad edildiyinə görə həmin minik avtomobillərinin qiyməti daha da ucuz olacaq. Doğrudur, xaricdən gətirilən elektromobillərə kifayət qədər güzəşt var, amma yenə də daxildə istehsal edilən maşınların maya dəyəri xaricdən gətirilənlərdən daha ucuz olacaq”.
Deputat deyir ki, qlobal formada yanaşanda, bu yeni innovativ texnologiyalar, beynəlxalq standartlar, təcrübə və avtonəqliyyatın istehsalında irəliyə doğru getməkdir:
“Hər bir yeni texnologiya bizim üçün maraqlıdır. Ola bilər ki, Azərbaycan bazarı özü elektrik avtomobillər üçün bir o qədər də böyük bazar deyil, amma biz daxildə istehsal edilən avtomobili 9-10 ölkəyə rahat şəkildə ixrac edə bilərik. Bu da büdcə üçün əlavə gəlirlər olacaq, sosial məsələlərdə az da olsa, ödənişlər olacaq”.
Azərbaycanda yay istirahət mövsümünün gəlməsi ilə ölkənin regionlarına və xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb.
Buna paralel olaraq turizm sektorunda fəaliyyət göstərən dələduzlar da aktivləşiblər.
Ara-sıra sosial şəbəkələrdə onların qurbanı olmuş şəxslərin paylaşımlarına rast gəlinir. “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyi vətəndaşlara müraciət edərək onları turizm xidmətlərindən istifadə edəndə (tur-paketlər alanda) ehtiyatlı olmağa çağırıb. Bəs turizm dələduzlarından necə qorunmaq olar?
“Report”a açıqlama verən Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, hansısa şirkətdən turizm məhsulu alanlar bunu müqavilə ilə rəsmiləşdirməli, amma bağladıqları müqaviləni diqqətlə oxumalıdırlar. “Müqavilədə turizm şirkətinin rəhbər şəxsinin adı, şirkətin rəsmi ünvanı və başqa məlumatlar qeyd edilməlidir. Əgər nəsə uyğunsuzluq varsa vətəndaş birbaşa şirkəti məhkəməyə belə verə bilər”, - deyə o qeyd edib.
Bundan başqa, turizm rəsmisinin sözlərinə görə, şirkətlər arasında seçim edərkən də diqqətli olmaq lazımdır:
“Səyahət etmək üçün etibarlı tərəfdaş axtaran şəxslər assosiasiyanın internet səhifəsinə daxil olub onun bizim üzvlərimizin arasında olub-olmaması ilə maraqlana bilərlər. Çünki üzvlük zamanı şirkətlər hərtərəfli yoxlanır, belə demək mümkünsə, mikroskopdan keçirilir. Məsələn, onların vergi borcunun olub-olmaması, adının hər hansı cinayət işində çəkilib-çəkilməməsi, daimi ofisinin olub-olmaması araşdırılır. Bu gün bir sıra turizm şirkətlərinin ofisi yoxdur, onlar tur-paketləri avtobus dayanacağında, metroların giriş-çıxışlarında, parklarda, bulvarda və s. yerlərdə satırlar. Bu isə düzgün deyil. Dövlət Turizm Agentliyinin yaratdığı turizm reyestri də sektorda şəffaflaşma üçün əsas amillərdəndir. Belə ki, reyestrə məhz şəffaf fəaliyyət göstərən şirkətlər salınır. Bu isə turizm dələduzluğun qarşısını, tam da olmasa, müəyyən qədər alır”.
Səfərinizi ən sərfəli və güvənilir şəkildə etmək üçün "OneTrip" Turizm şirkətinə MÜRACİƏT EDƏ BİLƏRSİNİZ
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 753,305 milyon ABŞ dolları dəyərində 48 373 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 63,4% və 37,5% çoxdur.
Altı ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,2 dəfə azalaraq 77 ədəd (5,246 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 38,8% artaraq 44 937 ədəd (679,509 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 7 329-u (159,582 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 124-ü (46,836 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 17,9%, ikincinin isə 7,3 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 37,1% artaraq 3 161 ədəd (47,461 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,2% artaraq 198 ədəd (21,089 milyon ABŞ dolları dəyərində) olub.