Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisinə başlayır.

Şirkət bununla bağlı elan etdiyi 4 tenderə yekun vurub.

Sözügedən ərazidə 1 və 2 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini “DDlar İnşaat” QSC və Araz İnşaatçı” MMC konsosiumu, 3, 4 və 5 nömrəli binaların tikintisini “Hover Group” MMC, 6, 7 və 8 nömrəli binaların tikintisini “Yar İnşaat Təmir-Tikinti” MMC və “Merkuri İnşaat” MMC konsorsiumu, 12 və 13 nömrəli binaların tikintisini “Amal Group” MMC həyata keçirəcək.

Tikinti ilə bağlı “DDlar İnşaat” QSC və Araz İnşaatçı” MMC konsosiumuna 6 773,931 min manat, “Hover Group” MMC-yə 10 404,026 min manat, “Yar İnşaat Təmir-Tikinti” MMC və “Merkuri İnşaat” MMC konsorsiumuna 10 310,542 min manat, “Amal Group” MMC-yə isə 7 080,623 min manat ödəniləcək.

“Hazırda Azərbaycanda ət və ət məhsullarının qiymətində elə də ciddi bahalaşma yoxdur. Əsasən cavan quzu ətinin nisbi bahalaşması müşahidə olunur. Hazırda quzu ətinin kiloqramı 17-18 manata satılır ki, bu da mart ayında formalaşmış qiymətlərdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, yaşlı heyvanların qiymətində bir qədər ucuzlaşma nəzərə çarpır:

Qurban bayramı günlərində də elə ciddi bahalaşmanın müşahidə edilmədiyini deyən ekspert, qiymət artımının əsasən mövsümlə bağlı olduğunu diqqətə çatdırıb:

“Həmin mövsümdə ətin qiymətinin qalxması təbiidir. Ona görə ki, ət istehsalının maya dəyərində ciddi artımlar var. Bunun da kompensasiya edilməsi üçün ətin satış qiymətində artımın baş verməsi təbiidir. Digər tərəfdən isə ölkədə ət istehsalı getdikcə azalır və buna müvafiq olaraq təklif aşağı düşür ki, bu, bahalaşmanın baş verməsini labüd edir. Bununla belə, iyul-avqust aylarında qiymət artımının olacağına inanmıram və bunun əsasən sentyabr ayından sonra olacağını düşünürəm. Çünki, həmin dövrdə ətə tələbat artacaq”.

Qiymətlərin müəyyən dövr ərzində qalxacağını deyən A.Nəsirli vurğulayıb ki, yanvar ayına qədər ətin bir kiloqramının qiyməti təxminən 20 manata qədər bahalaşacaq:

“Yanvardan sonra bahalaşma davam edəcək və ətin bir kiloqramının satış qiyməti 20 manatdan yuxarı olacaq. Bu da onunla bağlıdır ki, ölkədə ət istehsalı və örüş yerləri azalır, ot bahalaşır. Ot sahələrinin böyük hissəsi pambıq və taxıl istehsalçılarının istifadəsinə verilib. Bu da maldarlıq və ət istehsalı ilə məşğul olan fermerlərin sayının, eləcə də ət istehsalının həcminin azalmasına böyük təsir göstərir. İstehsalın həcminin azalması isə bahalaşmaya və ətin maya dəyərinin artmasına səbəb olur. Əgər ət istehsalı artsa, qiymətdə də ucuzlaşma baş verəcək”.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2023-cü ilin ilk 5 ayı ərzində 7 milyard 220 milyon 253 min dollar dəyərində xam neft, 7 milyard 103 milyon 82 min dollar dəyərində təbii qaz ixrac edilib. 2022-ci ilin ilk 5 ayı ərzində isə 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 793 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, xam neft ixracının dəyəri azalıb, təbii qaz ixracının dəyəri artıb. Diqqəti cəlb edən isə, təbii qaz ixracının dəyərinin xam neft ixracının dəyərinə yaxınlaşmasıdır.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, dünya bazarlarında baş verən hadisələr bizə də təsir edir:

“2022-ci ilin fevral ayından Ukrayna ətrafında baş verən hadisələrlə bağlı dünyanın enerji bazarları, həmçinin qlobal enerji landşaftı yenidən quruldu. Ona görə qlobal enerji, həmçinin əmtəə bazarlarında qeyri-müəyyən vəziyyət yarandı. Əgər qlobal qaz bazarlarındakı mövcud qiymətlərə nəzər salsaq görərik ki, keçən ilin fevral ayından başlayaraq ilin sonuna kimi təbii qaz qiymətləri kifayət qədər yüksək olub. Avropada 1000 kub metr qazın orta satış qiyməti 300-330 dollar arasında olmuşdusa, ilin sonunda bu qiymət kifayət qədər artdı. Təbii qaz qiymətləri artan dinamika ilə davam etdiyinə görə bizim təbii qaz satışından gəlirlərimiz də kifayət qədər yüksəkdir”.

Z.Vəliyevin fikrincə, gələn il üçün də qaz gəlirlərimizin yüksək olacağı gözlənilir:

“Keçən illə müqayisədə təbii qaz bazarlarında sabitlik var. Həm Avropa İttifaqının, həm Amerika Birləşmiş Ştatlarının, həm də Asiya ölkələrinin yeraltı qaz anbarlarında kifayət qədər qaz həcmləri var. Bu ilin dördüncü rübündə qlobal qaz bazarlarında tələb təklifi üstələyəcək və bu, 3 milyon ton disbalans yaradacaq. 2024-cü ilin birinci rübündə isə 6 milyon ton disbalans yaranacaq. 2024-cü ildə də təbii qaz, həmçinin neft satışından kifayət qədər gəlir əldə edəcəyik. Bu ilin yanvar-may ayı ərzində 13,7 milyon ton neft hasil olunub. Onun 10,6 milyon tonu ixraca yönəldilib. 20 milyard kub metrdən çox qaz hasil olunub. Hasilat həcmlərinin 4,6 milyard kubmetri Avropaya, 4,3 milyard kubmetri Türkiyəyə, 1,9 milyard kubmetri Gürcüstana ixrac olunub. Bu il Avropaya 12 milyard kubmetrə yaxın qaz ixrac ediləcək. İxrac coğrafiyamıza Yunanıstan, İtaliya, Bolqarıstan, Balkan ölkələri daxildir. Bütövlükdə isə, 22 milyard kubmetr ixrac həcmlərimiz olacaq. Satış həcmlərindən kifayət qədər gəlir gözlənilir. Yaxın 10 ildə dünya bazarında təbii qaz qiymətləri artan dinamika ilə davam edəcək. Təbii qazdan əldə etdiyimiz gəlirlər əvvəlki illərdə neftdən əldə etdiyimiz gəlirləri kompensasiya edəcək”.

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə düşünür ki, bu rəqəmlər reallığı əks etdirmir:

“Mühasibatlıq əməliyyatları nəticəsində qaz gəlirləri neft gəlirlərini üstələyir. Çünki, ötən il 2022-ci ilin nəticəsinə görə, Dövlət Gömrük Komitəsi qazın faktiki ixracından 3 milyard kubmetr aşağı bəyan edib. Cari ildə isə onu həcmlərin üzərinə gəlir. Ötən ilin göstəricilərinə baxdıqda da görmək olar ki, bu dördüncü rübdən başlayaraq belədir. Ondan öncə real ixrac həcmləri ilə bəyan edilmiş həcmlər arasındakı fərq çox kiçik idi. Fərqi Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Energetika Nazirliyinin aylıq hesabatlarında da görmək mümkündür. Amma yenə də qaz gəlirləri qalxacaq. Çünki neft hasilatımız azalır. Bu səbəbdən, qaz gəlirləri arta bilər”.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, bu il daha çox qaz ixrac etmişik:

“Qaz gəlirlərinin neft gəlirlərinə yaxınlaşmasının səbəbi Azərbaycanın qaz hasilatını artırmasıdır. Neft hasilatı isə yavaş-yavaş aşağı düşür. Neftin qiymətlərində də enmələr müşahidə olunur. Həmçinin qaz qiymətləri də azalıb. Eyni zamanda, Azərbaycan bu il daha çox qaz ixrac etməyə başlayıb. Yaxın 5 ildə Avropaya qaz ixracı 2 dəfəyə qədər artacaq”.

X.Kərimlinin sözlərinə görə, gələcəkdə qaz gəlirləri daha da artacaq, hətta neft gəlirlərini keçəcək:

“Ölkənin 90-92 faiz gəlirləri neft və qazdandır. Gələn gəliri əməkhaqqılara, cari xərclərə - orduya, silaha, işğaldan azad olunmuş ərazilərin bərpasına, investisiya xərclərinə istifadə edirik. Amma yaxın gələcəkdə böyük neft yataqları tapılmasa neft hasilatı tədricən azalan templə gedəcək. Çünki köhnə neft yataqları uzun illər əvvəl kəşf edilib və onlarda da hasilat getdikcə azalır. Amma qaz hasilatının yaxın 5 ildə artırılacağı gözlənilir. Bu səbəbdən qaz gəlirləri neft gəlirlərini keçə bilər. Amma burada qiymətlərin də təsiri var. Qiymətlər hazırda dünyadakı baş verən hadisələr fonunda dəyişir. Həm də alternativ enerji mənbələrinin ənənəvi enerji mənbələrini nə dərəcədə əvəzləməsi də qiymətləri formalaşdırır”.

Azərbaycan dəmir yolları ilə ümumi yük daşıma 7% artıb

Yol-xeber.az" xəbər verir ki, 2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 9 157 703 ton yük daşınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artım deməkdir.

Belə ki, dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 378 078 ton yük idxal olunub, 1 666 091 ton yük isə ixrac olunub. 

Dəmir yolları ilə ölkə daxilində 1 585 836 ton yük daşınıb. Tranzit yük daşımaları üzrə göstərici bu ilin 6 ayında 3 527 698 ton təşkil edib.

Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 8-9 iyul tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.

Belə ki, 8-9 iyul tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:22-də çatacaq. Əks istiqamət üzrə həmin tarixlərdə əlavə reyslə saat 17:10-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 22:10-da çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 AZN, Bakı-Qovlar istiqaməti üçün 16 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Gəncə istiqaməti üçün isə 15 AZN təşkil edir.

Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

demir-yollari-ile-sernisindasimada-52-artim-qeyde-alinib

2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 3 230 728 nəfər sərnişin daşınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52% artım deməkdir.

Bu barədə “Yol-xeber.az”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Belə ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 6 ay ərzində 3 075 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47% çoxdur.

Bölgələr üzrə sərnişindaşımada bu ilin əvvəlindən Bakı-Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 772 nəfər sərnişin səyahət edib.

Bu ilin mart ayının 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 704 nəfər sərnişin daşınıb.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,3% azalaraq 1,8476 manat, Rusiya rublunun məzənnəsi 1,6% geriləyərək 0,0189 manat, Türkiyə lirəsi 0,2% ucuzlaşaraq 0,0654 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Dünən Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verdi və bu təkanlar Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olundu.

Bununla bağlı olaraq çoxmərtəbəli binalarda yaşayanların əksəriyyəti gecəni evlərindən kənarda keçirdi. Bir çoxları isə fərdi yaşayış evlərinə, bağ evlərinə üz tutdu.

Baş verən zəlzələ çoxmənzilli binalara marağı azalda və onların qiymətlərinə təsir edə bilərmi?

Daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı “Ölkə.Az”a açıqlamasında bildirdi ki, belə xırda təkanların daşınmaz əmlak bazarına ciddi təsirinin olacağını düşünmür: “Adətən zəlzələ mənzil bazarına müvəqqəti də olsa təsir edir. Müəyyən bir müddət mənzil seqmentinə maraq azalır, fərdi yaşayış evlərinə maraq artır. Bunun nəticəsində mənzillər üzrə tələb azalır və qiymət də aşağı enir. İndiki halda ciddi təkan baş vermədiyindən cəmiyyətdə bununla bağlı fikir yaranacağını, qiymətlərə hər hansı təsir göstərəcəyini düşünmürəm”.

Ekspertin sözlərinə görə, bir neçə gün ərzində növbəti təkan baş verərsə və bu təkanlar hiss olunarsa, mənzil bazarında potensial alıcı kütləsinin gözləmə mövqeyinə keçməsi və alqı-satqı əməliyyatlarının sayının azalması ilə nəticələnə bilər.

“Türkiyədə baş verən zəlzələ Azərbaycanın mənzil bazarına təsir etmişdi. Qısamüddətli dövrdə fərdi yaşayış evlərinə tələb artmışdı. İndi də bu tendensiya davam edir. Düzdür, bu Türkiyə ilə bağlı deyil, çünki mənzillərin qiyməti sürətlə artır. İpoteka üzrə aparılan əməliyyatlarda ucuz mənzillərin sayının azlığı fərdi yaşayış evlərinə tələbi artırıb”, - deyə R. Osmanlı əlavə edib.

Dünən Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verdi və bu təkanlar Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olundu.

Bu səbəbdən çoxmərtəbəli binalarda yaşayanların əksəriyyəti küçələrə axışdı. Sosial şəbəkələrdə küçələrə axınların əksəriyyətinin Bakının Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alındığı yazılır. Bu isə həmin ərazidəki tikinti işləri və infrastruktur ilə əlaqələndirilir.

Daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı açıqlamasında bildirdi ki, Yeni Yasamalda çox xaotik, bərbad şəhərsalma proqramı həyata keçirilib:

“Bu ərazilər zəlzələ üçün potensial olaraq təhlükəlidir. Binalar bir-birinin içindədir. Lakin bu hal yalnız Yeni Yasamalda deyil və şəhərin müxtəlif ərazilərində oxşar situasiya mövcuddur. Binalar bir-birinə yaxın, infrastruktur isə məhduddur. Zəlzələ zamanı insanların təxliyyəsi üçün imkanlar daha aşağıdır”.

Ekspertin sözlərinə görə, zəlzələ olacağı təqdirdə nə baş verəcəyini əvvəlcədən söyləmək doğru yanaşma deyil: “Ola bilər ki, həmin ərazidə zəlzələ zamanı heç bir binaya zərər dəyməsin”.

“Ümumiyyətlə, paytaxt Bakıda zəlzələnin maqnitudasını, hansı binaların uçacağını əvvəlcədən demək olmaz. Belə ki, zəlzələni əvvəlcədən müəyyəşdirən texniki vasitə mövcud deyil və elm bu səviyyədə inkişaf etməyib. Bu baxımdan əvvəlcədən nəsə söyləmək doğru olmaz”, - deyə R. Osmanlı əlavə edib.

Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri bütün apteklərdə yenidən fərqli qiymətlərə satıla bilər. Bununla bağlı “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi gözlənilir.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq mərhələlərlə dövlət qeydiyyatına alınan dərmanların qiymətinin Tarif Şurası tərəfindən müəyyən olunmasına start verilib. Lakin təklif olunan dəyişikliyə görə, dərman vasitələri üçün vahid qiymət yox, qiymətin yuxarı həddi müəyyən olunacaq.

Qanuna dəyişikliyin əhali üçün əhəmiyyəti nə olacaq?

Hazırda dövlət qeydiyyatına alınmış dərman vasitələri tənzimlənmiş vahid qiymətlərlə satılırsa, qanuna gözlənilən dəyişikliklə dövlət qeydiyyatına dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur. Yəni, aptek təşkilatı dərmanı müəyyən olunmuş həddən yuxarı qiymətə sata bilməsə də, aşağı qiymətə satması da qadağan olunmayacaq.

Hazırda dərmanların üzərinə məbləğindən asılı olaraq 14-40 faiz aralığında topdan və pərakəndə satış məbləği əlavə olunur.

Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti

Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə

Aptek təşkilatı üçün əlavə

Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti

Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə

Aptek təşkilatı üçün əlavə

1

2

3

5 manata qədər olduqda

(5 manat daxil olmaqla)

topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 faizi

topdansatış qiymətinin 20 faizi

5- 20 manat arasında olduqda

(20 manat daxil olmaqla)

1 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 5 manatdan çox olan məbləğinin 17 faizi

topdansatış qiymətinin 20 faizi

20-50 manat arasında olduqda

Ətraflı

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

(50 manat daxil olmaqla)

3,55 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 manatdan çox olan məbləğinin 13 faizi

topdansatış qiymətinin 20 faizi

50-100 manat arasında olduqda

(100 manat daxil olmaqla)

7,45 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 50 manatdan çox olan məbləğinin 7 faizi

11,49 manat + topdansatış qiymətinin 57,45 manatdan çox olan məbləğinin 13 faizi

100 manatdan artıq olduqda

10,95 manat+ topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 100 manatdan çox olan məbləğinin 3 faizi

18,45 manat + topdansatış qiymətinin 110,95 manatdan çox olan məbləğinin 11 faizi


Bununla belə, hazırda müəyyən iri aptek şəbəkələrində satışı artırmaq məqsədilə müştərilərə güzəşt – bonus təklif olunmasına rast gəlinir. Görünür, son illərdə ölkədə aptek biznesinin genişlənməsi qiymət müstəvisində rəqabətə ehtiyac yaradıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesab edir ki, dəyişiklik rəqabətin inkişaf etməsinə və qiyməti məhz rəqabətin təyin etməsinə gətirib çıxaracaq. Komitə sədri dəyişikliyin əhəmiyyətini “Qafqazinfo”ya şərh edərkən deyib ki, yuxarı həddin müəyyən edilməsi dərman vasitələrinin daha ucuz satıla bilməsi üçün maneənin aradan qaldırılmasına səbəb olacaq.

Deputat Vüqar Bayramov da yuxarı həddin qiymətlərində artımlar müşahidə edilən dərmanların qiymətlərinə təsir göstərəcəyi, müəyyən azalmaların olacağı qənaətindədir. O, açıqlamasında dəyişikliklərdə əsas məqsədin dərman vasitələri bazarında qiymətlərin optimallaşdırılması, xüsusən də son dövrdə qiymətləri yüksəlmiş dərmanların qiymətlərindəki artımın qarşısının alınmasından ibarət olduğunu bildirib:
“Problem ondan ibarətdir ki, son dövrlər bir sıra dərmanların həm qiymətlərində artımlar müşahidə olunur, həm də bir növ onların qıtlığı var idi. Nəticə etibarilə həmin dərman axtaran vətəndaşlarımız bəzi hallarda onları “qara bazar”dan almaq məcburiyyətində qalırdılar. Ona görə məqsəd həm də o dərmanların satışının leqallaşdırılması və həmin dərmanların satışının apteklər vasitəsilə həyata keçirilməsindən ibarətdir. Sözsüz ki, gözlənilir ki, bu dərmanların, xüsusən də bu qiymətlərində artımlar müşahidə edilən dərmanların qiymətlərinə təsir göstərəcəyi, müəyyən azalmaların olacağı istisna deyil”.

Lakin bununla belə, V. Bayramov dərman bazarında qiymətlərin uzunmüddətli dövr üçün sabitləşməsi və optimallaşdırılması, xüsusən də aşağı salınması üçün yerli istehsalın təşkil edilməsini vacib hesab edir. Onun fikrincə, yerli istehsalın təşkil edilməsi ilə dərmanların qiymətlərinin kəskin ucuzlaşması mümkündür:

“Azərbaycan dərman preparatlarına olan tələbin 90 faizinindən çoxunu idxal edir. Bu da nəticə etibarilə qiymətlərə təsir göstərir. Ona görə də xüsusən də qardaş Türkiyə ilə yerli istehsalın təşkil edilməsi mümkündür. Yerli istehsalın təşkil edilməsi praktiki olaraq dərmanların qiymətlərinin kəskin ucuzlaşmasına gətirib çıxara bilər. Bu istiqamətdə danışıqlar gedir və düşünürəm ki, daha tez yerli istehsala başlanılması strateji dövr üçün və bütövlükdə uzunmüddətli dövrdə dərman preparatların qiymətinin aşağı düşməsinə, daha keyfiyyətli dərmanların təklif olunmasına və xüsusən də bəzi dərmanlar üzrə qıtlığın tamamən aradan qaldırılmasına gətirib çıxara bilər”.

Başqa sözlə, hazırda dərman vasitələrinin, xüsusilə də pərakəndə satışı üçün vahid qiymət siyasətinin müəyyən edilməsi əhalini müəyyən hallarda dərmanları daha aşağı qiymətə almaqla yanaşı, bu sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərini qiymət müstəvisində rəqabətdən məhrum edir. Dərmanların qiymətinə yuxarı həddin müəyyən olunması qiymətlərin rəqabət şəraitində formalaşmasına, hətta ucuzlaşmaya səbəb ola bilər.

Xəbər lenti