Türkiyə lirəsi iyul ayının ilk iş günündə Azərbaycan manatı qarşısında rekord həddə ucuzlaşıb.

TRY/AZN nisbəti ötən ötən rəsmi məzənnə ilə müqayisədə 3,12% azalaraq 0,0653 manata enib.

Lirə manat qarşısında tarixi minimumunu sonuncu dəfə cari ilin iyunun 23-də yeniləmişdi (0,0672 manat).

İyun ayının əvvəli ilə müqayisədə isə lirə manat qarşısında 20,27% dəyər itirib.

Qeyd edək ki, iyunun 22-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini gözləntilərdən daha az - 6,5% bəndi artıraraq 15%-ə yüksəltmiş, bu da lirənin sürətlə ucuzlaşmasına səbəb olmuşdu.

Həmçinin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcələrini artıracağı ilə bağlı ehtimallar ucuzlaşmaya səbəb olan digər faktorlardandır.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-ci ilin avqust müqaviləsinin dəyəri 0,65% azalaraq 1 barelə görə 73,55 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,60% azalaraq, 69,14 dollar təşkil edib.

Qovlar sakinləri sürətli qatarla səfər edə biləcəklər

Yol-xeber.az" xəbər verir ki, 3 iyul 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Tovuz rayonunun Qovlar stansiyasında dayanacaq verilməsi təmin olunacaqdır. Qatarların Qovlar stansiyasında dayanması üçün müvafiq texniki tapşırıqların icrası tam yekunlaşıb.

Marşrut üzrə Bakıdan Qovlar stansiyasınadək bir istiqamətə gediş haqqı standart yerlərdə 16 AZN təşkil edir.

İyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarları yeni qrafikə uyğun hərəkət edəcək. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzil başına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Xatırladaq ki, ADY 18 mart 2023-cü il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadıb.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Gəncə istiqaməti üçün isə 15 AZN təşkil edir. Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

Rusiya Prezidenti Vladimir Putin bu gün yerli vaxtla saat 09.00-da xalqa müraciət edəcək.

Bu barədə Rusiya Prezidentinin mətbuat xidmətindən bildirilib.

V.Putinin müraciətinin mətni və mövzusu barədə məlumat açıqlanmayıb.//report

Bu gündən etibarən pərakəndə satış məntəqələrində 650 qramlıq çörək 65 qəpiyə yox, 60 qəpiyə satılacaq.

Bu barədə Bizim.Media-ya Binə çörək zavodundan məlumat verilib.

Yəni zavod çörəyinin qiyməti iyunun 22-dən başlayaraq 5 qəpik aşağı salınır.

Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirib ki, çörəyinin qiymətinin ucuzlaşması gözlənilən idi:

“Çünki, dünya bazarında ərzaqlıq buğdanın qiyməti iki dəfəyə yaxın ucuzlaşıb. Ötən ilin mayında dünya bazarında ərzaqlıq buğdanın bir tonu 400-450 dollara təklif olunurdusa, hazırda bu qiymət 200-250 dollar arasında dəyişir.

Təsadüfi deyil ki, son aylar Azərbaycanda unun da qiyməti xeyli aşağı düşüb. Əvvəllər 41 manata təklif olunan bir un kisəsi indi 32-33 manata satılır. Bununla belə unun qiyməti ölkəmizdə kifayət qədər yüksək olaraq qalır.

Belə ki, hazırda ölkəmizdə bir ton unun qiyməti 650-700 manat arasında dəyişir. Halbuki, ərzaqlıq buğdanın bir tonunun qiyməti 350-450 manat arasındadır. Bu da onu göstərir ki, un və çörək real qiymətindən ən azı 2 dəfə baha satılır.

Belə ki, son endirimdən sonra çörəyin qiyməti kiloqramına görə 1 manata satılır. Halbuki, indiki real qiymətlərlə götürsək “zavod çörəyi”nin bir kiloqramının maksimum qiyməti 45-50 qəpik olmalıdır”.

Türkiyə lirəsi Azərbaycan manatı qarşısında rekord həddə ucuzlaşıb.

TRY/AZN nisbəti ötən günlə müqayisədə 6,8% azalaraq 0,0672 manata enib.

İyun ayının əvvəli ilə müqayisədə lirə manat qarşısında 17,95% dəyər itirib.

Türkiyə lirəsinin ucuzlaşmasına səbəb dünən Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözləntilərdən daha az - 6,5% bəndi artıraraq 15%-ə yüksəltməsi olub.

Lirə dollar qarşısında da tarixi minimumunu yeniləyib və dünən gecə saatlarında 25,4804 səviyyəsinə yüksəlib. Avro isə 27,8835 lirəyə çatıb.

Bakıda ildən-ilə kirayə mənzillərin qiymətində kəskin bahalaşma müşahidə edilir.
 
Söhbət paytaxt ərazisindəki kirayə mənzillərin qiymətindən gedir.
 
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər"ə deyib ki, Bakıda kirayə mənzillərin qiyməti ildən-ilə artır. Səbəb istisimar müddəti başa çatan binaların sökülməsidir.
 
Tələb çox olduğundan mənzil sahibləri evlərin aylıq kirayə qiymətini qaldırırlar.
 
Ekspert hesab edir ki, paytaxda ən bahalı kirayə mənzillər 1-ci zonada, yəni Səbail, Nəsimi, Nərimanov və Yasamal rayonları ərazisində yerləşir ki, bunun da müəyyən səbəbləri var. Adı çəkilən ərazilər şəhərin mərkəzi hissəsidir və ali məktəblərin çoxu bu ərazilərdə yerləşir. Yəni tələbələr də ən çox burada kirayə qalmağa maraq göstərirlər.
Binəqədi, Sabunçu və Suraxanı rayonlarında isə bina evlərində mənzillərin kirayə haqqı 250-400 manat arasında dəyişir.
 
Xatırladaq ki, yay mövsümündə Xəzər, Sabunçu və Binəqədi rayonunda dənizkənarı bağ evlərinin də kirayə qiymətləri şəraitindən aslı olaraq 1500 manatdan, 10 min manata qədər dəyişir.

Yeni avtomobilin haradan alınmasının heç demə çox böyük əhəmiyyəti varmış. Ekspertlərin rəyinə görə bazardan alınan avtomobillə, rəsmi dilerdən alınan avtomobil arasında çox böyük fərq var imiş.

Belə ki, bazarda avtomobilin gələcəyi üçün heç bir zəmanət verilmir. Üstəlik bazarda satılan avtomobillər daha aşağı keyfiyyətdə və az komfortlu olur.

Amma rəsmi dilerdən alınan avtomobillərin bir sıra üstünlükləri var. Ən başlıcası rəsmi dilerdə satılan avtomobillər həmin region üçün nəzərdə tutulur, həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunur. Bu da əsas şərtdir.

Lakin bazardan alınan avtomobillərin çoxunda bunlar nəzərə alınmayıb. Bildiyimiz kimi bir sıra avtomobil brendlərin Çində, BƏƏ-də digər ölkələrdə istehsal sahələri var. Və bu dövlətlərdə istehsal edilən avtomobil daha çox həmin ölkələrin iqliminə və yol infrastrukturuna uyğun yığılır.

Bəzən Çindən və Ərəb ölkələrindən gətirilən və ya qeyri-rəsmi şəbəkələrdən əldə olunan yeni avtomobillərdə ehtiyat hissələrinin uyğunsuzluğu və ya tapılmaması kimi şikayətlər olur.

Xüsusilə Çin bazarı üçün nəzərdə tutulan və Azərbaycana gətirilən avtomobillərdə ciddi fərqlər mövcuddur. Ən vacib hal bu avtomobillər üçün bəzən ehtiyat hissələrinin mövcud olmaması və ya ehtiyat hissələrinin kodunun sifariş üçün tamamilə ayrı olmasıdır.

Bundan əlavə sistemlərin diaqnostika zamanı Çindən gətirilən avtomobilləri tanımaması kimi çətinliklər də yaranır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, rəsmi dilerdən alınan avtomobillərə uzunmüddətli zəmanət verilir:

Dövlət Sərhəd Xidməti qılıncların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Yusif-NS” MMC olub.

Qalib təşkilatla 41,3 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Yaxın günlərdə Azərbaycanda Operativ Qərargah ləğv ediləcək, bununla bizdə də rəsmi olaraq “koronavirus” məsələsi tarixə qovuşacaq. Rəsmi statistika da buna imkan verir – ölkədə cəmi 14 aktiv xəstə var.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya "ASAN VİZA", ya da bizim İrandakı konsulluq vasitəsi ilə viza alaraq ölkəyə gələ bilməsi qərarı çox doğru qərardır və quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir.

"Ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını verəcək. Artıq bu məsələnin rəsmi olaraq “pandemiya” ilə əlaqələndirilməsi mümkün deyil. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək".

Ekspertin sözlərinə görə, yaxşı olardı ki, Azərbaycan hökuməti “pandemiya” dövründə qadağalarla bağlı vətəndaşa və biznesə verilən cərimələr məsələsini də həll etsin: "İndiyədək cəriməsi olanların borcu ləğv edilsin, “pandemiya” dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın. Bunun çox asan mexanizmləri var. Məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal xidmət borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər".

Xəbər lenti