May ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil.

Bu barədə “Trend”ə Kənd Təsərrüfatı Nazirliyinin İctimiayyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib. O bildirib ki, bölgələrdə hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarını sığortalamış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna müraciətlər daxil olmaqdadır: “Müraciətlər əsasında fond tərəfindən fermerlərə dəymiş zərərin müəyyən olunması üçün müstəqil sığorta ekspertlərinin bölgələrə ezam olunması təmin edilir. Ekspertlər tərəfindən dəymiş zərər müəyyən olunduqdan sonra sığorta ödənişlərinin edilməsi barədə qərar qəbul olunacaq”.

KTN rəsmisi “may ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil” desə də, ekspertlər fərqli düşünür.

Məsələn, bazarda gündəlik qiymət dəyişikliklərini görə bilərik. Yerli istehsalın böyük hissəsi ixraca da yönəlib. İstehsalın həcmi isə o səviyyədə deyil ki, həm xaricə satmağa kifayət etsin, həm də daxili bazarda bolluq yaratsın. Daxili istehsalçılar isə onları qiymət artımında günahlandırmağı doğru saymırlar. “Hər şeyin qiyməti qalxırsa, biz öz məhsullarımızı niyə ucuz sataq” deyirlər.

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, sığorta və ixrac məsələsi kənd təsərrüfatı sahəsində təzadlı vəziyyət yaradır. Ekspert kənd təsərrüfatı sahəsindəki fəaliyyətin sığortalanmasının sahibkarlar, o cümlədən istehlakçılar üçün son dərəcədə zəruri olduğunu vurğuladı: “Risk hadisəsinin baş vermə ehtimalı o qədər çoxdur ki, şirkətlər bu fəaliyyət sahəsini sığortalamaqda maraqlı olmurlar. Kütləvi zərərödəmə sığorta şirkətlərinə baha başa gəlir. Yüksək sığorta haqlarının formalaşması məhsulun qiymətinə mənfi təsir göstərir. Sığorta olmasa, sığorta hadisəsi baş verən zaman sahibkar zərər görür, bazara mənfi təsir olur - məhsul azalır, bu da qiymətin artmasına təkan verən amilə çevrilir. Eyni zamanda ixracın artması da təsiredici amildir. Rəqəmlər bunu deməyə ciddi əsas verir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının, ələlxüsus meyvə-tərəvəzin qiymətində artım dinamikası təkcə paytaxt Bakıda deyil, bir çox regionda müşahidə olunur. Birinci səbəb inflyasiyadır. Gübrənin qiymətinin həddən artıq baha olması da məhsulun maya dəyərinin formalaşmasında önəmli rol oynayır. İxrac səviyyəsinin artması da məhsulların daxili istehlaka yönəlməsində azalmalara, o cümlədən ixracla münasibətdə ikinci sırada yer almasında gətirib çıxarır. 2011-ci ildən kənd təsərrüfatı məhsullarının ixrac səviyyəsi sürətlə artıb, 2020-ci ildə pandemiyaya baxmayaraq, 762 milyon dollara çatıb. 2022-ci ildə aqrar sənaye məhsullarının ixrac dəyəri təxminən 913 milyon dollar olub. Bu, 2021-ci illə müqayisədə 12% artıqdır. İxracın həcminin kəskin şəkildə artması müsbət hal olsa da, daxili bazarın təchizatında müəyyən çətinlik yaradır. Bu gün qiymət artımına səbəb olan faktorlardan biri ixraca ciddi dəstəyin göstərilməsidir”.

Təbiət hadisələrinin daxili bazara vurduğu zərəri şərh edən ekspert hesab edir ki, hər il fermerlər bir sıra çətinlik yaşayırlar: quraqlıq, qar yağması, sel və s. Kütləvi zərərin qıtlığa səbəb olduğunu deyən E.Əmirov bunun qiymət artımına gətirib çıxardığını bildirdi: “Sığorta həcmi nə qədər yüksək olsa da, məhsulun qiymətinə müsbət təsir göstərə bilmir. Sığorta, sadəcə, sahibkarlıq fəaliyyətini stimullaşdıra bilər”.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli “Yeni Müsavat”a bildirdi ki, qeyri-sabit hava şəraiti kənd təsərrüfatı məhsullarının çatdırılmasında ciddi çətinlik yaradır. Ekspert hesab edir ki, logistikada yaranan problemlər qiymətlərə müəyyən dərəcədə təsir edə bilər: “Hava şəraiti düzələn kimi qiymətlər də stabilləşəcək. Qeyri-sabit hava bəzi məhsulların qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Yağıntının çox düşməsi ilə əlaqədar buğdanın, arpanın məhsuldarlığı artıb, nəticədə bu məhsulların qiyməti aşağı düşüb. Ümumiyyətlə, yay mövsümü məhsulun bol olan vaxtıdır. Buna görə də sentyabra qədər qiymət artımı olmayacaq, əksinə, enmə müşahidə olunacaq”.

Mərkəzi Bank “Günay Bank” ASC-nin lisenziyasının ləğv olunması barədə qərar verib. Bankın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib.

Bank müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub. Bu, portfelin 38,5 milyon manatı sığortalanmış əmanətlərdir. Mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq depozit sahiblərinə geri qaytarılacaq. Mərkəzi Bankın məlumatına görə, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

"Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bununla belə, bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb: "Əmanətçilər ilə depozit portfelinin həcminin müqayisəsi göstərir ki, sığortalanmamış əmanət az sayda vətəndaşlara məxsusdur. Yəni, bir sıra şəxslərin bu bankda milyonlarla ifadə olunan əmanətləri olub".

Millət vəkilinin sözlərinə görə, hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır: "Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan dividend faiz dərəcəsi 12, xarici valyutada isə 2,5%-dir. Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər".

"Bununla belə, qorunmayan əmanətlərin taleyi ilə bağlı Fond tərəfindən real addımların atılmasına ehtiyac var. Zəif bankların müflisləşməsi deyil, sağlamlaşdırılması daha prioritet olmalıdır", - deyə V. Bayramov əlavə edib.

Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank – “Günay Bank” ASC bağlandı. Mərkəzi Bank əsas kimi “Banklar haqqında” Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə istinad edərək Bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasını, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasını, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyini göstərib.

"İqtisadçı ekspert Samir Əliyev bankların bağlanma prosesinin bununla dayanmayacağını deyib:

"Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir".

Ekspertin sözlərinə görə, bu siyasət ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur: "Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir".

Qeyd edək ki, “Günay Bank” ASC 1992-ci ildə yaradılıb. Bankın sahibləri Mahmud Məmmədov və Yeganə Şirinovadır. Mərkəzi Bank açıqlamasında qeyd edib ki, “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır. Bankın fəaliyyət göstərdikləri filialların sayı 10, şöbələrin və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub.

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan Qərarı ilə “Günay Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, “Günay Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

“Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. “Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Bildirilib ki, “Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. “Günay Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir.

Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

"Azərbaycan Dəmir Yolları" QSC 38 km-lik Yevlax-Bərdə dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə başlayıb.

Bu barədə "Yol-xeber.az"a "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı məlumat verib.

"Hazırda yeni dəmir yolu xətti üzrə layihənin texniki iqtisadi əsaslandırılmasına hazırlıq gedir. Gələcəkdə həmin yol Bərdə-Ağdam yoluna birləşdiriləcək", - deyə o qeyd edib.

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimini keçirb.

"Report"un məlumatına görə, bu münasibətlə çıxış edən AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi Azərbaycan dövlətçilik tarixinin xüsusi əhəmiyyət kəsb edən dövrüdür.

"Onun ölkəyə rəhbərliyinin I dövründə bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin təməli qoyulub. H.Əliyevin Azərbaycana rəhbərliyinin növbəti dövründəki mürəkkəb şəraitdə isə qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olunub. İctimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrilib. Belə bir çətin şəraitdə iqtisadi sahədə əsas prioritet vəzifə makroiqtisadi sabitliyik bərpa olunub, inflyasiya, büdcə kəsiri dəfələrlə azaldılıb, məzənnə sabitləşdirilib, manat ölkədə yeganə ödəniş vasitəsinə çevrilib. Digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi olub. Bank sistemi sağlamlaşdırılıb, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlanılıb. Maliyyə stabilliyinin təmin edilməsilə əhalinin bank sisteminə inamı bərpa olunub", - deyə o qeyd edib.

 

 

 

 

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

Bu barədə AMB məlumat yayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda uçot dərəcəsi 8,75%, faiz dəhlizinin aşağı həddi 7%, yuxarı həddi isə 9,75% təşkil edir.

Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək. Nazirlər Kabinetinin müvafiq qərarı 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq. Bəs, bu xaricdən idxal edilən sitrus meyvələrin qiymətinə təsir edəcəkmi? Mövzuya münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az -a açıqlamasında deyib ki, bu tədbir nəticəsində xaricdən gələn meyvələrin qiyməti ucuzlaşacaq. Gömrük rüsumunun 15 faiz azaldılması məhsulun əlçatanlığının təmin olunmasına imkan verəcək: “Tropik meyvələrin 15 faiz gömrük rüsumundan azad olunması müsbət haldır. Bu qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Həmçinin, bu tədbir nəticəsində digər meyvələrin qiymətinin enməsi üçün zəmin yaradacaq. Sözsüz ki, bu, yerli meyvələrin qiymətinə də təsir göstərəcək”.

İqtisadçının dediyinə görə, Azərbaycana ən müxtəlif ölkələrdən təzə meyvə məhsulları idxal olunur: “Bu məhsullar arasında sitrus, tropik meyvələrlə yanaşı, Azərbaycanın iqlim şəraitində yetişən meyvələr də var. Sitrus və tropik meyvələrin idxalı başadüşüləndir. Çünki ölkəmizin iqlim şəraiti həmin məhsulları yetişdirməyə imkan vermir”.

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi qiymətlərə müsbət təsir edəcək: "Məntiqlə rüsumdan azad olunan bütün məhsulların qiyməti ucuzlaşmalıdır. Tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi müəyyən dərəcədə qiymətlərə təsir edəcək. Hətta, qiymətlərdə endirimlər ola bilər. Tropik meyvələr gündəlik tələbat məhsulları olmadığına görə, bu qərar vətəndaşın büdcəsinə əhəmiyyətli təsir göstərməyəcək. Çünki bunlar Azərbaycanın rasionunda az yer tutan məhsullardır".

Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır. Odur ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

AAYDA vətəndaşlara müraciət edib

Yol-xeber.az" xəbər verir ki, 1.Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsi əsaslı təmir olunub - 25 Aprel
2. Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir - 26 Aprel
3. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun inşası sürətlə davam etdirilir - 27 Aprel
4. Media nümayəndələri Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə tanış olub - 27 Aprel 
5. Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun yenidən qurulması davam edir - 28 Aprel

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti