![]() |
|
Bu ilin ilk 10 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi rekord səviyyədə artıb.
Bunu deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ötən ilin eyni dövründə 5 Türk dövləti ilə 3 milyard 724 milyon 511 min dollar dövriyyəmiz olduğu halda bu ilin yanvar-oktyabr aylarında dövriyyə 63.4 faiz artaraq 6 milyard 83 milyon 252 min dollara çatıb. “Bu müstəqillik illlərinin ən böyük artımıdır”- o qeyd edib.
Deputat əlavə edib ki, ticarət dövriyyəsinin artmasında Türkiyə ilə əlaqələrimiz xüsusi paya malik olsa da digər qardaş dövlətlər ilə də iqtisadi münasibətlərimiz ciddi şəkildə dərinləşib: “Qazaxıstan ilə dövriyyəmiz bu müddətdə 5 dəfə artaraq 492 milyon 71 min dollara, Qırğızstan ilə 18.3 faiz artaraq 8 milyon 969 min dollar, Özbəkistan 73.4 faiz artaraq 146 milyon 976 min dollara, Türkmənistan 6.8 dəfə artaraq 377 milyon 242 min dollara, nəhayət Türkiyə ilə 44.6 faiz artaraq 5 milyard 57 milyon 994 min dollara çatıb.
Ticarət dövriyyəsinin böyüməsi birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın əldə etdiyi zəfərdən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir”.
Bu gün Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulmasından sonra açılışı olacaq.
“Açılışda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi iştirak edəcək.
Xatırladaq ki, aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılıb, yol əsasının yararsız qruntu çıxarılıb. Qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunub.
Daha sonra qazılmış əraziyə yararlı qruntun tökülməsi və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı, yeni yol əsasının tikintisi aparılıb. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılıb. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri görülüb.
Görülən işlərə paralel olaraq yol nişanları, məlumatverici lövhələr, siqnal dirəklərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetirilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Bu barədə Dövlət Xidməti xəbər verir.
Məlumata görə, müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Belə ki, “Alfa 99 Corp” MMC, “Alov Mühafizə” MMC-nin 10 saylı filialı, "Ağ Naftalan" MMC, “Archimed” MMC, “Azbiodinamika” MMC, “Azərenerji Təchizat” MMC, "Braenso Line" MMC, “Buta Service Group” MMC, “CFR 22 Corp” MMC, “Echo Moon LT” MMC, “EF Print Reklam Mətbəə Poliqrafiya” MMC, “Gold Planet LT” MMC, “Kaspian Standart” MMC, “Qlobus AZXX Kompany” MMC, “Qlobal 18 Corp” MMC, “LM Holdinq-L” MMC, “Mahdi Nema” MMC, “Marz” MMC, “Montela ABC” MMC, “Orlondo 22 Corp” MMC, “Rəbunə” MMC, “Star - 08 LT” MMC, “Şəhriyar Təmir Tikinti” MMC, "T-Delta Group LT" MMC, “Texnomaks” MMC, “Vətən-N Mühafizə Xidməti MMC”-nin 8 saylı filialı, “Vesta Group” MMC, “Zırfe TIM Corp” MMC tərəfindən bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair ilkin dəlillər aşkarlanıb.
“Azərsu” ASC boru xətlərinin keçdiyi və quruma aid tikililərin olduğu torpaq sahələrini alacaq. Məqsəd isə təhlükəsizliyin təmin olunmasıdır.
“Bununla bağlı olaraq qurum istifadəsində olan əsas vəsaitlərin və tikintisi altına düşən torpaq sahələrinin dəyərləndirilməsi və mütəxəssis rəyinin alınmasını həyata keçirəcək.
Sözügdən qiymətləndirməni “Sorğu Ekspert Mərkəzi” MMC icra edəcək və xidmət qarşılığında təşkilata 40,257 min manat ödəniləcək.
Dəyərləndirilən torpaq sahələri Şabran, İsmayıllı, Neftçala, Balakən, Qazax rayonunda yerləşən həyətyanı və digər təyinatlı torpaqlardır.
“Azərsu” ASC “Ölkə.Az”a məlumatı təsdiqləyib.
Avropa İttifaqı (Aİ) ölkələri qazın qiymətinin maksimum həddi ilə bağlı razılığa gəliblər.
Bu barədə bazar ertəsi Aİ Şurasının iclasdan sonra yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, qəbul edilən qərar 2023-cü il fevralın 15-dən tətbiq olunacaq və 180 avro təşkil edəcək (min kubmetr üçün təxminən 1,85 min avro).
"Qazın qiymətinin korreksiyası mexanizmi fevralın 15-dən iki şərtlə aktivləşdirilə bilər: qazın qiyməti üç gün ərzində 180 avro səviyyəsində qalarsa və TTF (Aİ) qiymətləri ilə mayeləşdirilmiş təbii qazın orta qiyməti arasında fərq 35 avrodan çox olarsa", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, Aİ ilə razılaşdırılmış qazın qiymətinin maksimumu bazarda qıtlıq yaranarsa istənilən vaxt dayandırıla bilər.
"Avropa Komissiyası Avropa bazarında Aİ-nin enerji təhlükəsizliyini təhdid edən qaz çatışmazlığının olduğunu hesab edərsə, mexanizm dayandırıla bilər", - deyə açıqlamada qeyd edilir.//Qaynarinfo
Səudiyyə Ərəbistanı Azərbaycanla enerji sahəsindəki əməkdaşlığı daha da genişləndirmək istəyir.
Report xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, iki ölkə arasında müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Bakıda keçirilən Azərbaycan -Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclasında çıxışı zamanı deyib.
Səudiyyəli nazir əlavə edib ki, bu əlaqələrin inkişafı üçün imkanlar da mövcuddur: "Ölkələrimiz arasında əlaqələrin genişlənməsindəki dəstəyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən də enerji sahəsində əməkdaşlıq imkanları var".
Onun sözlərinə görə, "Acwa Power" şirkətinin Azərbaycanda 240 MVT-lıq külək enerjisi parkının qurulması istiqamətində müqaviləsi var: "Hesab edirik ki, Səudiyyə Ərəbistanının digər şirkətlərinin də Azərbaycanla əməkdaşlıq etmək imkanları var. Bu gün Azərbaycanın meqavatlarla deyil, gigavatlarla ölçülə bilən potensialı var".
Xalid bin Əbdüləziz Əl-Falih iki ölkə arasında turist səfərlərinin də artmasının tərəfdarıdır: "Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 30%-dək artıb. Gələcəkdə Bakı ilə Ciddə arasında turist reyslərinin daha da artmasında maraqlıyıq".
Azərbaycana məxsus bir neçə yük maşını Rusiya ilə Belarusun arasındakı sərhəddə, daha dəqiq desək, Bryansk vilayətində heç bir əsas olmadan saxlanılıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda qeyd edilib.
“Bryansk vilayətində bir neçə maşını saxlayıblar. Ruslar acığa düşüblər və məhz Azərbaycana məxsus yük maşınlarını üçüncü ölkəyə - Belarusa buraxmırlar. Rus sərhədçilər sənədlərimizi alıblar. Nə üçün üçüncü ölkəyə buraxmadıqlarını soruşsaq da, bizə cavab vermirlər. Sənədlərimizi də qaytarmırlar ki, geri qayıdaq. Qeyd edim ki, bizim bütün sənədlərimiz qaydasındadır.
Bizi hansı səbəbdən incitdikləri bəllidir. Bu videonu paylaşıram ki, Azərbaycanın aidiyyəti qurumları bilsinlər ki, Xankəndi yolunda baş verən məsələyə görə sevimli rus qonşularımız bizi burada incidirlər. Biz deyəndə ki hər zaman bu sərhədi keçib getmişik, deyirlər ki, xeyr, siz bu sərhəddən yük ilə keçə bilərsiniz, boş gedə bilməzsiniz”.
Türk dünyasının üç lideri bir araya gəlir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkmənbaşı şəhərinə səfərə gəliblər. Türkiyə, Azərbaycan və Türkmənistan Prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşündə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Türk Dövlətləri Şurasının yaradılması, bu istiqamətdə aparılan müzakirələr praktiki olaraq təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir: "Bu kontekstdən bugünkü sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək. Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında anlaşma var, həmin anlaşmaya əsasən, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur:
"Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilə bilər. Ona görə də qaz nəqli, bütövlükdə Türkiyənin enerji ixracatında haba çevrilməsi indiki halda müzakirə edilən məsələdir. Bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər. Nəqliyyat, logistika və beynəlxalq yükdaşımalar da tərəflərin diqqət mərkəzində olan məsələlərdəndir".
"1,2 trilyon nominal, 4,586 trilyon dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir", - deyə V. Bayramov əlavə edib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,24 ABŞ dolları və ya 2,77% artaraq 83,04 ABŞ dolları təşkil edib.