- error
-
- JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.
Çınqıl və qara örtüklü olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.
IV texniki dərəcəyə uyğun bərpa olunan və uzunluğu 19 km olan avtomobil yolunun torpaq yatağının eni 10 m, hərəkət hissəsinin eni 6 m təşkil edir, çiyinlərin eni isə müvafiq olaraq 2 m-dir.
Layihə çərçivəsində yolun 16.6 km uzunluğa malik Çaylı, həmçinin 2.4 km-lik Qarapapaq hissələrində "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən torpaq əsaslı ərazidə deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülərək yeni yol yatağı inşa edilib. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yeni yol əsasının inşası və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün salınması işləri aparılıb.
Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.
Layihənin icrası 14 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdırıb, yük və sərnişin daşımasını asanlaşdırıb.
YOLUNUZ AÇIQ OLSUN...
Bu gündən etibarən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minir.
Yeni tariflərə görə bu gündən etibarən metro və şəhər daxili avtobus nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpikdir.
Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə edilir.
Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3 qəpik təsdiq edilib.
Qeyd edək ki, qüvvəyə minən qərar Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Mərkəzi Bankın banklar qarşısında xarici valyuta almaması ilə bağlı inzibati şəkildə tələb qoyması xəbərləri doğru deyil.
"Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov valyuta hərraclarında dollara tələb olmaması ilə bağlı danışarkən deyib. O bildirib ki, bu tələbin qoyulması üçün hər hansı məqsəd yoxdur.
"Valyuta ehtiyatlarımız azalmayıb ki, bu ehtiyatlatın qorunması üçün belə addım atılsın. Biz mütəşəkkil banklararası bazar yaratmışıq və bu da imkan verir ki, banklar bir araya gəlib öz valyuta tələblərini ödəsin. Hazırda bazarda kəskin tələb və təklif yoxdur, sadəcə tələb azalıb. Keçmişdə 1-2 bankda artıq valyuta olduqda digər banklara satılır, satılmadıqda isə Mərkəzi Banka müraciət edirdi. Hazırda isə banklararası bazar vasitəsilə bu satış həyata keçirilir".
Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin sonuna inflyasiya proqnozu 8% ətrafında müəyyən olunub. Lakin Mərkəzi Bank inflyasiya proqnozlarını rüblük əsasda yeniləyir.
Bunu Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov ictimai nəqıiyyatda gediş haqqının artırılmasının inflyasiyaya təsirini şərh edərkən deyib.
O bildirib ki, AMB-nin inflyasiya ilə bağlı baza, aşağı və yuxarı ssenariləri mövcuddur:
"Gediş haqlarındakı artım inflyasiyaya az da olsa təsir göstərəcək. Lakin qəbul olunmuş qərarın təsiri cüzidir. Bu təsir istehlak qiymətləri indeksinə 0,23-0,25% hədlərində olacaq", - deyə AMB baş direktoru əlavə edib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılıb.
Uçot faiz dərəcəsi 8,5% müəyyən olunub.
Faiz dəhlizinin aşağı həddi 0,5% bəndi artırılaraq 6,75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0,25% bəndi artırılaraq 9.5%-ə qaldırılıb.
Daşınmaz əmlakın bahalaşmasının səbəblərinin dərin analizi ilə məşğul olan bazar ekspertləri inflyasiyanı əsas səbəb adlandırırlar. Bu siyahıda daha sonra tikinti materialları və torpaq sahələrinin qiymətlərinin artımı, eləcə də son illərdəki vergi korrektələri var.
Məsələn, əlavə dəyər vergisi üç il əvvəl inşaatçılara şamil edildi və tikinti materiallarının qiymətinin kəskin artması paytaxtda mənzilin kvadrat metrinin qiymətini istər-istəməz sürətləndirir. Rəsmi statistikaya görə, ölkə üzrə mənzil indeksləri ötən illə müqayisədə 5,8 faiz artıb.
Eyni zamanda, ilkin mənzil fondu altı faizdən çox bahalaşıb. Yeri gəlmişkən, ötən ilin sonunda yeni artım dalğası başlayıb və qiymətlər daha səkkiz faiz artıb. Dövlət Statistika Komitəsinin hesablamasından belə görünür. Amma müstəqil müşahidəçilərin fikrincə, Bakıda mənzillər xeyli bahalaşıb.
“Əmlak Ekspert Mərkəzi”nin rəhbəri Ramil Osmanlı AYNA-ya şərhində ötən ilin qiymət artımını fantastik adlandırıb: “Mənzil bazarında kotirovkaların illik artımı 30 faizə yaxınlaşaraq on beş ilin maksimumunu qırıb. Devalvasiya illərində bu bazarın təhlili adətən ümumi iqtisadi artıma adekvat qiymət dəyişikliklərini qeydə alır. Tipik olaraq, maksimum qiymət artımı beş-altı faiz idi, lakin keçən il biz heyrətləndirici qiymət artımı gördük”.
Onun sözlərinə görə, qiymət artımı bütün paytaxtı əhatə edib və ən bahalı mənzillər adətən “birinci zona” adlanan ərazidə yerləşir ki, burada təmirsiz yeni tikilidə 1 kvadratmetrin orta qiyməti 7-8 min manata çatıb: “Təmirli mənzillərdə qiymətlər daha bahadır. Paytaxtda ən ucuz mənzil Xəzər, Pirallahı və Abşeron rayonunun digər ərazilərindədir. Orada kvadratın orta qiyməti 750-800 manatdan başlayır”.
“İndi mənzil bazarı sabitdir. Alqı-satqı əməliyyatları bir qədər azalıb ki, bu da ümumilikdə ilin əvvəli üçün xarakterikdir və indiyədək qiymətlər sakitləşib. Ancaq bu ayın sonundan tez olmayaraq, bazarda fərdi oyunçuların aktivləşdirilməsindən sonra vəziyyət dəyişə bilər. Düşünürəm ki, fevralın birinci yarısından müəyyən dinamika gözləmək olar”, - deyə Osmanlı bildirib.
Göründüyü kimi, inflyasiya uzun illər tələbin təkliflə ayaqlaşa bilmədiyi yerli bazarın xüsusiyyətlərinə uyğun gəlir. Amma ekspertlər hesab edirlər ki, əsas səbəb ümumi qiymət fonudur, çünki daşınmaz əmlak ümumi qiymət artımından uzaq qala bilməz. Digər az əhəmiyyətli bir vəziyyət daşınmaz əmlak bazarında keçən ilki canlanmadır.
Bazarda ötənilki ciddi dinamika ilə bağlı həmkarının fikirlərini bölüşən daşınmaz əmlak eksperti Elnur Fərzəliyev AYNA-ya söyləyib ki, ötən il təkrar mənzil fondu da nəzərəçarpacaq dərəcədə bahalaşıb: “Bahalaşma əsasən istismar müddəti bitmiş köhnə evlərə təsir edib. Köhnə evlərin sökülməsi və yerində yeni binaların tikilməsi layihələri köhnə tikilinin qiymətinin artmasına böyük ölçüdə təsir edib. Adətən, belə olan halda vətəndaşlar köhnələrini əvəz etmək üçün yeni mənzillər alırlar”.
“Bütün bunlar sökülməsi ehtimalı olan evlərdə kvadratmetrə tələbatı artırıb və qiymətləri qaldırıb. Əgər iki il əvvəl paytaxt metro stansiyalarında bir otaqlı “Xruşşovka” təxminən 60-65 min manata təklif olunurdusa, indi artıq 80 min manatdır. Yeni tikililər də bahalaşır, amma əslində tikinti üçün torpaqların qiyməti qalxır. Artıq paytaxtda və Bakının kənarında belə yerlər çox azdır”, - deyə həmsöhbətimiz vurğulayıb.
Fərzəliyevin sözlərinə görə, paytaxtdakı mənzillər ənənəvi olaraq Rusiya azərbaycanlıları - sahibkarlar və işləmək üçün Rusiya Federasiyasına gedən adi işçilər üçün populyar investisiya məkanı hesab edilsə də, müharibə tələb və qiymətlərdə ciddi iz buraxmayıb: “Əvvəlcə bu ölkələrdən bizdə mənzil alacaq kütləvi miqrant axınının olacağı gözlənilirdi, lakin belə proqnozlar özünü doğrultmadı. Miqrant axını var idi, amma o qədər də əhəmiyyətli deyil. Bundan əlavə, oradan bizə gələnlərin çoxu burada daşınmaz əmlakı olan azərbaycanlılardır. Ukraynalılar və ruslar satış portfelinin yalnız kiçik bir hissəsini təşkil edirdi”.
Qeyd edək ki, ötən il təkcə qiymətlər deyil, həm də tikintisi başa çatan mənzil fondunun sayı artıb. Yeni yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr (keçən illə müqayisədə 24,8 faiz çox) təşkil edib. Maraqlıdır ki, eyni zamanda mənzil tikintisinə investisiyalar təxminən altı faiz azalaraq 925,4 milyon manat təşkil edib.
1. Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsi əsaslı təmir olunur-25 Yanvar
2. Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi bərpa olunub-26 Yanvar
3. Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir-26 Yanvar
4. Şabran rayonunda 3 km uzunluğa malik Təzəkənd yolu yenidən qurulur-27 Yanvar
5. Füzuli küçəsinin 232 metrlik hissəsində təmir işləri icra olunub-27 Yanvar
Artıq fiziki şəxslər tərəfindən səfər zamanı ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməli olacaq.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xəbərdarlığında qeyd olunub.
Bildirilir ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
Bəs bəyannamə tələbi fiziki şəxslər tərəfindən xarici ölkələrdən mobil telefon gətirilməsinə necə təsir edəcək?
İqtisadçı ekspert Natiq Cəfərli "Ölkə.Az"a açıqlamasında bildirdi ki, bu addım elektrotexnika satışı ilə məşğul olan iri şirkətlərin maraqlarına xidmət edir: "Dövlət orqanları vətəndaşların maraqları çərçivəsində davranmağı öyrənməlidirlər, iri şirkətlərin maraqlarını qorumağa çalışmamalıdırlar. Vətəndaş bir mobil telefonu özü işlətmək üçün gətirirsə, burada məhdudiyyət olmamalıdır".
Ekspertin sözlərinə görə, bəyannamə tələbi olan bu mobil telefonlar 300 dollarlıq limitə daxil olmayacaq, çünkü bu limit onlayn sifariş edilən məhsullara aiddir: "Lakin gətirilən mobil telefonlara 18%-lik ƏDV tətbiq edilə bilər. Bununla bağlı açıqlama verilməsə də, bəyannamə doldurulan zaman əlavə vergilər tətbiq oluna bilər. Bundan başqa, güman olunur ki, İMEİ kodun bahalaşması da nəzərdə tutulub".
"Əslində hər hansı mobil telefonun poçt şöbəsində qeydiyyata qoyulması da turizm potensialını artırmaq istəyən ölkə üçün uyğun deyil. Bu, turistlər üçün ciddi problem yaradır. Həmçinin ölkə əhalisi telefon alarkən qeydiyyata az qala 1 telefonun qiymətini ödəmək məcburiyyətində qalırlar ki, xüsusən də, bu, bahalı və yeni model mobil telefonlara aid olur. Bu da onu göstərir ki, Azərbaycanda dolayı vergiləndirmə sistemi getdikcə daha çox artır", - deyə N. Cəfərli vurğulayıb..
Ekspertin fikrincə, bütün bunların fonunda mobil telefonların bahalaşması gözlənilir:B"iz yəqin ki bazarda mobil telefonların bahalaşmasının şahidi olacağıq".
Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində süni bahalaşma müşahidə olunub.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Süni qiymət artımı alıcılar tərəfindən birmənalı qarşılanmayıb.
Bir neçə gün əvvələ qədər 60 qəpiyə təklif edilən kartofun qiyməti indi 2 manata qədər qalxıb. Halbuki bu məhsul adətən qıtlıq səbəbindən mart-aprel aylarında cüzi bahalaşırdı. Yaza isə 2 aya qədər vaxt var.
"Xəzər Xəbər" xəbər verir ki, paytaxtda insanların ən çox üz tutduğu “Yaşıl bazar”da yerli kartofu hətta iki manata da tapmaq olur. Satıcıların sözlərinə görə, bahalaşma bir necə gündür ki, müşahidə olunur.
Alıcılar da bazarlarda bahalığın olduğunu bildirirlər.
Paytaxtın fərqli istiqamətində, “8-ci kilometr” bazarında isə yerli kartofun qiymətində 20 qəpiyə qədər bahalaşma var. Bu bazarda bahalaşma daha çox xaricdən gələn kartoflarda müşahidə olunur. Bazara ən çox kartof Rusiya, Belarus, Türkiyə və İrandan gətirilir.
Satıcılar qeyd edirlər ki, yaya doğru havalar isindikcə kartofun qiyməti enəcək.