- Xəta
-
- Komponent yüklənərkən xəta: com_users, 1
![]() |
|
Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1,5 milyon dollar olub. Bu, ilk belə haldır. Diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub. Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52,7 milyon dollar satıldığı hala növbəti hərraclarda uyğun olaraq 51,2 milyon dollar, 35 milyon dollar, 18,7 milyon dollar, 1,5 milyon dollar olub və nəhayət sonuncu hərracda tələbat olmayıb.
Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159,1 milyon dollar satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - 642,7 milyon dollar idi:
"Ağıla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır. Ancaq bankların dolları alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olar. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1,7 AZN olduğu halda 9 bankın alış məzənnəsi 1,6990 AZN, 5 bankın alış məzənəsi 1,6980 AZN, 4 bankın alış məzənnəsi 1,6970 AZN-dir. 18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır".
Ekspertin sözlərinə görə, hərraclarda bankların dollara yüksək tələbi olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1,6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi:
"Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki əslində əksinə olmalıdır".
Ekspert buna Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğunun olmasının və ya ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığının yaranmasının səbəb ola biləcəyini deyib.
1. Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır-17 Yanvar
2. Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçirilib-18 Yanvar
3. Kəlbəcər və Laçında müxtəlif təyinatlı yollar qardan təmizlənir -18 Yanvar
4. Gecə saatlarında yeni piyada keçidinin aşırım hissəsi montaj edilib -19 Yanvar
5. Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb -23 Yanvar
Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda qiymət artımı olacağı barədə şayiələr gəzir.
Sosial şəbəkədə gedən müzakirələrdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən yeni alınacaq 10 qatarın da bu qərara təsir edəcəyi istisna edilməyib.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda Abşeron dairəvi dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli elektrikli dəmiryolu xəttidir. Bu dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt.
“Vergi Məcəlləsinə” edilən son dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, daha 3 il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib. Bu o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərinə görə ƏDV ödənilməyəcək.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu güzəştlərdə məqsəd hibrid avtomobillərinin idxalını təşviq etmək və onların daha çox satışını reallaşdırmaqdır. Bu yaşıl enerji prinsipinə uyğun olaraq avtomobil parkında dəyişikliyə səbəb olmağı hədəfləyir.
"Güzəştlərin tətbiq olunmasına rəğmən ölkəyə hələ də daha çox istehsal ili köhnə hibrid avtomobillərinin idxal edilməsi həm avtomobil parkının köhnəlməsinə, həm də qəzaların sayının artmasına səbəb olub. Bununla yanaşı, son dəyişiklik dünya bazarında müşahidə edilən qiymət artımları fonunda istehsal ili nisbətən yeni olan hibrid avtomobillərinin xərcinin azaldılması baxımdan vacib idi", - deyə V. Bayramov əlavə edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,25% azalaraq 1,8403 manat, Rusiya rublunun məzənnəsi 0,41% irəliləyərək 0,0247 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0905 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Bakıdan Naxçıvan Muxtar Respublikasına avtomobil yolu ilə bağlı yeni xəritə hər kəsin marağına səbəb olub.
Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərdən birindən edilən sifariş zamanı təklif olunan yolun hərəkət trayektoriyası maraqla qarşılanıb.
Yolun Zəngəzur dəhlizindən keçməklə Naxçıvana doğru hərəkət etməsi təqdim olunan yeganə alternativ yol olub.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
“Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,69 ABŞ dolları və ya 3,17% artaraq 87,52 ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda likvidliyin azaldılması məqsədilə not buraxılışını artırmağa davam edib və noyabrda not portfeli 30% artaraq pul bazasının 8%-nə çatıb.
Bu barədə Dünya Bankının Azərbaycan üzrə aylıq hesabatında qeyd olunub.
Məlumata görə, oktyabrda illik inflyasiya 15,6% səviyyəsində sabitləşib ki, bu da Mərkəzi Bankın (4+/-2 %) hədəfindən xeyli yüksəkdir. Aylıq istehlak qiymətləri indeksi oktyabrda 1,6% artıb və bu, sentyabrdakı artım tempindən 1,8% bəndi azdır.
"İnflyasiyanın səviyyəsi geniş əsaslı olub, ərzaq inflyasiyası isə 2,2%-ə qədər azalıb. Qeyri-ərzaq və xidmət sahələrində də inflyasiya yavaşlayıb, müvafiq olaraq 1,3% və 0,9% artıb", - Dünya Bankı qeyd edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Zəfər Yolu”nda gecə hərəkətin təhlükəsizliyi üçün tədbirləri davam etdirib.
Bu barədə Agentlik məlumat yayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Zəfər Yolu”nda gecə hərəkətin təhlükəsizliyi üçün tədbirləri
Ölkədə ərzaq məhsulları ilə yanaşı, qeyri-ərzaq məhsullarının qiymətlərində də bahalaşma davam edir.
Belə ki, marketlərdə gündəlik istifadə olunan gigiyenik vasitələrin qiymətində xeyli artım nəzərə çarpır.
Cebhe.info əməkdaşı sözügedən vasitələrin qiymətlərini müqayisə etmək üçün bir neçə marketə baş çəkib. Bahalaşma daha çox toz yuyucu məhsullarda, sabun və şampunlarda müşahidə olunur.
Bəzi məhsullar var ki, qiymətləri 50 faizədək qalxıb. Ötən ay ən aşağı qiyməti 69 qəpik olan sabun məhsulları stenddə 79 qəpiyə, 9 manatdan başlayan toz yuyucu vasitələr 11 manata, 6 manatadan satılan şampun vasitələri isə 7 manata qoyulub. Ötən aylarda 22-23 manata satılan 4,5 kq-lıq toz yuyucu vasitələr isə 27-28 manata satılır.
Əvvəlki aylarda 3,39 manata satılan qab yuyucu vasitələri bəzi yerlərdə 4,89 manatdan satışa çıxarılıb.
Bundan əlavə, marketlərdə ötən ay 7 manat satış qiyməti qoyulan dezodorant və antiperspirantlar 8 manatdan təqdim olunur.
Baş çəkdiyimiz marketlərdə alıcılardan da fikirlərini öyrəndik. Onların sözlərinə görə, xüsusilə qeyri-ərzaq məhsullarında qiymətlər davamlı olaraq artmaqdadır: "Demək olar ki, hər gün 1 neçə qəpik artım görünür". Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 113,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 119,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.