Xəta
  • Komponent yüklənərkən xəta: com_users, 1

Fevralın 15-də Əmlak Məsələləri Dövlət Xidməti 5 faydalı qazıntı yatağı hərraca çıxaracaq.

"Ölkə.az" qurumun mətbuat xidmətinə əsasən xəbər verir ki, iddiaçılar Xızıda “Şurabad” qum yatağı, Balakəndə “Göyəmtala” gil yatağı, Qazaxda “Aşağı Salahlı” gil yatağı, “Daş Salahlı-III” sement xammalı yatağı, Ağstafada “Acıdərə” vulkan külü yataqlarını özəlləşdirmək üçün müvafiq sənədləri fevralın 8-i saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. 

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər məlumat almaq, xidmət haqqı və 10 faiz beh məbləğini ödəmək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər.

Neft qiymətləri kəskin ucuzlaşmanın ardından cümə axşamı yenidən yüksəlib.

Buna səbəb ABŞ dollarının zəifləməsi olub.

"Brent" markalı neft fyuçersləri 0,75 dollar və ya 1,0% artaraq bareli 78,59 dollara, ABŞ-ın Qərbi Texas neftinin (WTI) fyuçersləri isə 0,77 dollar və ya 1,1% artaraq bareli 73,61 dollara çatıb.

Son iki gündə neft qiymətlərindəki böyük enişlərin səbəbi isə potensial qlobal iqtisadi daralma ilə bağlı narahatlıqlar olub. Xüsusən də, dünyanın iki ən böyük neft istehlakçısı olan ABŞ və Çinin açıqladığı zəif iqtisadi nəticələr tənəzzül riskini artırıb.

Qeyd edək ki, "Brent" və "WTI" neftinin dəyərinin çərşənbə axşamı və çərşənbə günü 9%-dən çox kumulyativ azalması 1991-ci ildən bəri ilin əvvəlində ən böyük iki günlük itki olub.

Ölkə ərazisində unun pərakəndə satış qiyməti ucuzlaşıb.
 
Bir kisəsi 41 manata olan unun qiyməti bu gündən 38 manata endirilib.
 
Bölgələrdə artıq satış qiymətləri aşağı salınıb. Şirvanda əvvəllər 41-42 manata satılan 50 kq un bu gündən 38 manat, bəzi yerlərdə isə 38.70 mantdan satışa çıxarılıb.
 
Satıcılar qeyd edirlər ki, qiymətin düşməsi unun satışına da təsir edib.
 
Sumqayıt şəhərində də unun qiymətində enmə müşahidə edilir. 45 kq-lıq unun bir kisəsi 35 manat 50 qəpiyə müştərilərə təklif edilir.
 
Şəhərin digər marketlərində 50 kq-lıq un 38 manatdan alıcılara verilib.
 
Mingəçevirdə də unun qiyməti ucuzlaşıb. Şəhərdə həm alıcılar, həm də satıcılar qiymətlərdə enmə olduğunu bildirdilər. Un satışını həyata keçirənərlər deyirlər ki, un dəyirmanlarında ucuzlaşma olduğundan satışda 80 qəpik, 1 manat arasında ucuzlaşma yaranıb.
 
Əvvəl 41 manata satılan 50 kiloqramlıq un kisələri hazırda 40 manata təklif edilir. 25 kiloqramlıq un kisələri isə əvvəl 21 manata idisə, hazırda 20 manata satılır.

Yanvar ayının 1-dən “Vergi Məcəlləsi”ində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də ƏDV-ni geri al qaydaları ilə bağlıdır. Artıq bu aydan etibarən plastik kartadan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15.0 deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcəklər.

Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq:

"Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik geniş miqyaslı güzəştlərin tətbiqinə start verildi.

Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsiz ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımdan çox vacibdir.

ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır. Bu iqtisadiyyatın ağardılması və islahatlarının dərinləşdirilməs baxımdan vacib idi. Bütövlükdə, bu ildə də “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun da bu imkanlardan faydalanmasına imkan yaradacaq".

Yanvarın 2-də gecə saat 01:00-dan 05:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb yerüstü piyada keçidinin tikintisidir.

Artıq bir neçə gündür ki, mənzil satışı portalı vətəndaşların istifadəsinə verilib.

Bu barədə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası ilə bağlı 2022-ci il üzrə görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, yanvar ayından etibarən satışın portal üzərindən həyata keçirilməsi gözlənilir:

"Vətəndaşlarımız hazırda mənzil satışı portalına daxil olub mənzillərlə tanış ola bilərlər. Yanvarın 23-də satış həyata keçirilməyə başladıqda müvafiq mənzilləri seçərək və ödəniş edərək mənzilləri əldə edə bilərlər", - deyə K. Əkpərov əlavə edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bayramqabağı qiymətlərlə bağlı sahibkarlara müraciət edib.

Qurumdan bildirilib ki, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və doldurulma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır.

Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət tədbiri nəzərdə tutulub. Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.

Qeyd edək ki, son dövrlərdə ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları ilə bağlı Dövlət Xidmətinə daxil olan şikayətlərin sayında artım müşahidə olunur. Cari ildə Dövlət Xidmətinə hesabda aldadılma halı ilə bağlı ümumilikdə 67 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 36,7% çoxdur. Daxil olmuş şikayətlər əsasında 10 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.

Bayramqabağı alış-verişin daha da artacağını nəzərə alaraq, istehlakçılara diqqətli olmağı, sahibkarlara isə belə hallara yol verməməyi tövsiyə edirik.

İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması, eləcə də digər qanun pozuntusu halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, rəsmi internet səhifəsi (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt (office@competition.gov.az) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.

Dekabrın 30-dan 31-nə keçən gecədən etibarən yanvarın 4-ü axşam saatlarına qədər Bakının "20 Yanvar dairəsi"ndən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb paytaxtın Nəsimi rayonunun Alı Mustafayev küçəsində - "3-cü mikrorayon dairəsi"ndəki yol ötürücüsündə aparılacaq təmir işləridir.

2022-ci il qiymət artımı ilə yadda qaldı... - Bəs 2023-də NƏ OLACAQ...

2022-ci il Azərbaycanın daşınmaz əmlak bazarı üçün stabil qiymət artımı ilə müşahidə olunan bir il kimi yadda qaldı. Bunun həm yerli, həm də beynəlxalq miqyaslı bir sıra iqtisadi və qeyri-iqtisadi səbəbləri var. Bu barədə bizimyol.info xəbər portalına əmlak məsələləri üzrə ekspert, iqtisadçı Abbas Məmmədov danışıb.
Onun sözlərinə görə, post-pandemiya dövründə dünya iqtisadiyyatı sürətlə özünü bərpa etmək istiqaməti götürdü və bir sıra bazarların maliyyə stimullaşdırılması dünya miqyasında ciddi qiymət artımlarına gətirib çıxardı.

Nəticədə qeydə alınan inflyasiya 1970-ci illərdən etirabən özünün pik həddinə çatdı. Bütün bu prosseslər iqtisadi dalğalanmalara ən çevik reaksiya göstərən bazarlardan biri olan daşınmaz əmlak bazarında da ciddi qiymət dəyişikliklərinə və bəzi ölkələrdə böhran öncəsi sayıla biləcək vəziyyət yaratdı.

“Məsələn, hazırda demək olar ki, bütün regionlarda mənzil bazarlarında kirayə qiymətləri rekord həddə yüksəlib. Həmçinin bir çox inkişaf etmiş ölkələrdə "Covid-19" böhranından sonra mənzil qiymətləri də çox kəskin artıb. ABŞ-da 2019-cu ilin dördüncü rübü ilə 2022-ci ilin ikinci rübü arasında 37% artım qeydə alınıb. Eyni dövrdə, müvafiq olaraq 23,8% və 18,6% olmaqla Almaniya və Böyük Britaniyada mühüm qiymət artımları müşahidə edilib. İtaliya (+7,4%) və İspaniyada (+10,8%) artımlar daha məhdud, Fransa (+14,1%) və Yaponiyada (+15%) isə orta həddə olub. Çin, Yeni Zenlandiya, Kanada, ABŞ kimi ölkələrin mənzil bazarlarında vəziyyət heç də ürəkaçan deyil. Nəzərə alsaq ki, 1929-ci Böyük Depressiya və 2008-ci illər dünya maliyyə böhranları məhz mənzil bazarlarından qaynaqlanıb, qarşıdakı təhlükənin nə dərəcədə ciddi olduğu aydındır”-deyə ekspert bildirib.

Abbas Məmmədov qeyd edib ki, Azərbaycan daşınmaz əmlak bazarı dünya daşınmaz əmlak bazarının bir parçası olduğuna görə baş verən bütün bu dəyişiklik və dalğalanmalardan təsirlənir. Belə ki, 2022-ci ilin yanvar ayında verdiyimiz müsahibədə daşınmaz əmlak bazarında qiymət artımlarına dair proqnozlar, xüsusilə yeni tikili mənzil bazarında ciddi qiymət artımı olacağı yönündəki proqnoz özünü doğrultdu.

“Bu bahalaşmanı həm alıcılar, həm satıcılar, həm də digər bazar iştirakçıları təsdiqləyə bilər. Bunun başlıca səbəbi pandemiya sonrası əmlak bazarının bərpası fonunda ölkədə hər ay sürətlənən inflyasiyadır. Bundan əlavə, qlobal miqyasda qiymət artımları, loqistika və daşınma yollarının işləkliyinə mövcud manelər, habelə enerji, tikinti və ərzaq bazarlarında qıtlıq və Rusiya-Ukranya müharibəsi kimi amillər insanlarda infilyasiya və qeyri-stabillik gözləntilərini artırır. İnflyasiya gözləntisi də inflyasiyanı stimullaşdıran əsas faktorlardan biridir. Alıcılar, investorlar və digər bazar iştirakçıları qeyri-stabil iqtisadi vəziyyət və qiymət artımı gözləntiləri yüksək olduğu dövrlərdə ən etibarlı yatırım vasitəsi kimi daşınmaz əmlaka yönəlirlər. Bu da bazar şərtlərində, təbii olaraq, daşınmaz əmlaklara olan tələbatı yüksəldir və qiymətləri artırır”,- deyə o əlavə edib.

Ekspert bildirib ki, artıq 10 aydır davam edən Rusiya-Ukranya müharibəsi də mənzil bazarında qiymətlərin yüksəlməsinə səbəb olub. Avropaya və post-sovet ölkələrinə müharibə bölgəsindən əhali köçünün sürətlənməsi tendensiyası artıq aylarla müşahidə olunur.

Onun fikrincə, Bakıda kirayə qiymətlərinin yüksəlməsində Ukranyadan və Rusiyadan köç edən əhalinin müəyyən rolu vardır. Bundan əlavə, Rusiyaya tətbiq edilən beynəlxalq maliyyə sanksiyaları orada yaşayan azərbaycanlıları öz investisiyalarını həmin ölkədən çıxarmağa və bir qismini Azərbaycanda daşınmaz əmlaka yönəltməyə sövq edir.

“Praktikada Rusiya azərbaycanlılarının əsasən orta və yüksək məbləğli yeni tikili mənzillərə pul yatırdığını müşahidə edirik. 2022-ci ildə mənzillərə tələbatın artması fonunda çoxmərtəbəli binaların tikintisinə qanunvericiliklə müəyyən məhdudiyyətlərin və şərtlərin qoyulması növbəti ildə də təkrar mənzil bazarında qiymətlərə öz təsirini göstərəcək. Hazırda Bakı şəhərində əhali artımı və tikinti üçün mövcud olan torpaqların məhdud şəkildə istifadə edilməsi də mənzil qiymətlərini sürətlə artırır.

Eyni zamanda, 1 yanvar 2020-ci ildən qüvvədə olan qaydaya görə bina tikintisi ilə məşğul olan şəxslər artıq sadələşdirilmiş vergi ödəyicisi ola bilmirlər, yalnız gəlir (mənfəət) və ƏDV vergisi ödəyirlər. Qanunvericilikdə qəbul edilən bu yenilik mənzil qiymətlərinin tikinti şirkətləri tərəfindən artırılmasına gətirib çıxarır.

Tikinti materialları bazarında da 2021-ci ildən etibarən özünü göstərən bahalaşma həm ilkin, həm də təkrar mənzil bazarı qiymətlərinin yüksəlməsinə səbəb olur. Təkcə 2021-2022-ci ilin noyabr ayları ilə müqayisədə 19-23 % bahalaşma müşahidə etmişik.

Bütün bu amilləri nəzərə alaraq qeyd edə bilərik ki, 2022-ci ildə həm ilkin, həm də təkrar mənzil bazarında təxminən 20-25 faizlik qiymət artımı özünü göstərmişdir”-deyə ekspert əlavə edib.

A.Məmmədov hesab edir ki, qiymət artımına yuxarıda göstərilən amillərlə yanaşı, inflyasiyanın real səviyyəsi, əhalinin inflasiya gözləntiləri, real gəlirləri, manatın dollar qarşısında dayanıqlılığı, əlaqəli bazarlarda idxal məhsullarına tətbiq edilən vergi siyasəti və başqa amillər də öz təsirini göstərmişdir.

Rusiya Azərbaycanla qaz tədarükünün artırılması ilə bağlı razılığa gəlib.

TASS xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Gələcəkdə Azərbaycan qaz hasilatını artırdıqda biz svop əməliyyatları müzakirə edə biləcəyik”, - Rusiya rəsmisi deyib.

O, həmçinin qeyd edib ki, Rusiya Qazaxıstan və Özbəkistan nümayəndələri ilə də bu ölkələrin daxili bazarlarına qaz tədarükünün artırılmasına dair danışıqlar aparır.

Novak, eyni zamanda vurğulayıb ki, Rusiya uzunmüddətli perspektivdə Əfqanıstan və Pakistana təbii qaz ixrac edə bilər.

Bundan əvvəl Novak bildirmişdi ki, Rusiya avropalı istehlakçılarla bu ölkədə qovşaq yaradıldıqdan sonra Türkiyə vasitəsilə qaz nəqlinin artırılmasını müzakirə edir və Yamal-Avropa qaz kəməri ilə regiona qaz nəqlini bərpa etməyə hazırdır.

Xəbər lenti