|
Gələn il "Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyasının elektrik yarımstansiyası yenidən qurulacaq.
"Qurum xəbər verir ki, modernləşdirmə işlərini dünyada bu sahə üzrə tanınmış “Siemens Smart Infrastructure” şirkəti yerinə yetirəcək.
Səhmdar cəmiyyətinin texniki tapşırığına uyğun olaraq, şirkət avadanlıqların istehsalına başlayıb. Bu şirkətlə əməkdaşlıqdan sonra ilk dəfə yarımstansiyalarda yalnız bir tərəfdaşın avadanlıqları quraşdırır. Bununla da fərqli avadanlıqların bir sistemin tələbinə uyğunlaşdırılmasına ehtiyac qalmır, həmçinin onların istismarı və qulluğu daha səmərəli şəkildə təşkil edilir.
“Siemens”in istehsalı olan avadanlıq və sistemlər “İçərişəhər” stansiyasında və bir dartı-alçaldıcı yarımstansiyalardan birinin modernləşdirilməsində, “Nərimanov” elektrik deposu (2 yarımstansiya), “8 Noyabr” stansiyasında və onun üzərində yerləşən 35 kV-luq yeni elektrik yarımstansiyalarının qurulmasında istifadə olunub.
2023-cü ilin sonuna qədər “28 May” stansiyasının elektrik yarımstansiyasında işlərin, əsasən, yekunlaşdırılması planlaşdırılır.
Rubl yenidən ucuzlaşdı. Rusiya milli valyutasının rəsmi məzənnəsi son 10 gündə ABŞ dollarına nisbətən 57,5 kursundan 64,0-dək dəyişib. Bu o deməkdir ki, rubl yalnız son 10 gündə 11% dəyər itirib.
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, Rublun ucuzlaşması Avropa İttifaqının 8-ci sanksiyalar paketini təsdiq etməsi və Krım körpüsünün partladılmasından sonra Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi daha da artırmaqdadır:
"Aydındır ki, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterlizasiya metodları ilə müəyyənləşsə də, bazardakı tələb və təklif də təsirsiz deyil. Rusiyada ölkədən valyuta çıxarışı məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edirdi. Eyni zamanda, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb".
Millət vəkilinin fikrincə, rublun son dəyərsizləşləşmələri ilə yanaşı, Rusiya valyutasının dollara nisbətən gələn ildən daha çox ucuzlaşması gözləntiləri yüksəkdir.
"Bir tərəfdən biznes yeni bazarlar, Rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və turist səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə dollara tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək. Deməli, sanksiyaların genişlənməsi fonunda rublu heç də yaxşı günlər gözləmir", - deyə V. Bayramov əlavə edib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,89 ABŞ dolları və ya 1,91% azalaraq 96,94 ABŞ dolları təşkil edib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərin təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək məqsədilə 10 oktyabr tarixindən Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər edib.
Bu barədə ADY məlumat yayıb.
“Bu səhər Xırdalan stansiyasında olduq və dəyişiklikdən sonra xidmətimizdən istifadə edən sərnişinlərin rəyini öyrəndik. Sərnişinlər dəyişiklikləri müsbət qarşılayıb və mövcud sərnişin sıxlığının qismən aradan qalxdığını bildiriblər”.
Vergi Məcəlləsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, Vergi Məcəlləsinə əsasən, gəlir vergisinə bir sıra güzəştlər nəzərdə tutulur.
"Bu, imkan verir ki, vətəndaşlar əmək haqqından daha az gəlir vergisi ödəsin.Bu isə həmin şəxslərin əmək haqqlarının vergiyə cəlb edilməsinin azalması, nəticədə onların sərəncamında daha çox vəsaitin qalmasına imkan verir",- deyə V.Bayramov qeyd edib.
“Lənkəran” QPS-də qaz qızdırıcı sobanın giriş xətti üzərində quraşdırılmış siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə, 10.10.2022-ci il tarixdə saat 10:00-dan etibarən təmir işlərinin görülməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Lənkəran şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Polşa İkinci Dünya müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə təzminat tələbini rəsmiləşdirib. Dəymiş zərərin həcmi 1,3 trilyon avro olaraq müəyyən edilib. Hazırda daha çox müzakirə edilən məsələlərdən biri olan - Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə də təzminatının ödənilməsinin tələb edilməsinə gəldikdə qeyd etmək istərdik ki, Polşanın müraciətindən əvvəl də dünya təcrübəsində oxşar nümunələr olub. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib. Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da, bu, yüz milyard dollarlar ilə ölçülür.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Birinci və İkinci Dünya Müharibələrindən sonra dəymiş ziyana görə təzminatların ödənilməsi faktları qeydə alınıb: "Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52,4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48,7 milyard dollarının ödənilməsinə artıq nail olunub".
V. Bayramov qeyd edib ki, Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan: "Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur".
"Bu baxımdan, dəymiş ziyanın məbləğinin hesablanması yekunlaşandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək, işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququna malikdir. Təzminatın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Beynəlxalq hüquq məhz bunu tələb edir", - deyə millət vəkili əlavə edib.
Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası nəzərdə tutulur.
""Yol-xeber.az"" Report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
O, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma qruplarının iyerarxiyası, infrastrukturun yaradılması, yol-nəqliyyat xətlərinin inkişafı haqqında məlumat verib.
Komitə rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla hazırlanıb.
"Biz Qarabağ və Şərqi Zəngəzur üzrə rayonların, şəhərlərin baş planlarını hazırlayırıq. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərin baş və müfəssəl planları hazırlanır", - deyə o, əlavə edib.
"Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil".
""Yol-xeber.az"" Report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib.
"Sadəcə, sərnişinlərin sayı çoxdur", - o deyib.
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Bakı şəhəri üzrə:
Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində:
YOLUNUZ AÇIQ OLSUN...