|
Noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, noyabrın 29-u saat 18:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğramasından 1 il ötür.
Hadisə 2021-ci il noyabrın 30-u, saat 10:40 radələrində təlim uçuşları yerinə yetirərkən baş verib.
Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Qəza zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
“Sosial şəbəkələrdə yazırlar ki, guya mənim pulum çoxdur, oğlumu həbsdən yayındıracağam. Bir qisim insan da yazır ki, həyatını itirən uşağın atası məhkəmə işçisidir, oğlumun ağır cəza almasına çalışacaq. Əvvəla, onun atası taksi sürücüsüdür, mən də quru maaşa işləyən bir məşqçiyəm. Məşqçinin aylıq maaşdan başqa hansı imkanları ola bilər?!”
Bu sözləri Globalinfo.az-a açıqlamasında Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında 16 yaşlı cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan idmançı Ruslan Səfixanovun atası, əməkdar məşqçi Elçin Səfixanov deyib.
O, hadisə zamanı özünün orada olmadığını bildirib: “Oğlum həmin vaxt ora özündən aşağı yaş qruplarının yarışını izləməyə gedib. Özü dekabr ayında güləşəcəkdi. Kolbasa alıblar ki, oturub bir tikə yesinlər. Doğramaq üçün bıçaq olmayıb və gedib yaxınlıqdan 3 manata bıçaq alıb gətiriblər. Yedikdən sonra tələsib ki, getsin özündən kiçik olan dostunun yarışını izləsin. Deyilənə görə, yol istəyib, qarşı tərəf narazılıq edib və nəticədə əlbəyaxa olublar. Sonu da belə… Vallah, övladım olduğu üçün demirəm, Ruslan belə uşaq deyildi”.
E.Səfixanov mərhum yeniyetmənin ailəsi ilə görüşə bilmədiyini deyib: “Çox istəyərəm, o ailə ilə görüşüm, amma indi bu, mümkün deyil. Kaş belə olmazdı. Allah şahiddir, bilsəm ki, mən ölsəm, onların övladları diriləcək, deyərəm, gəlin məni öldürün, təki övladınız geri qayıtsın. Kaş mən ölərdim, bu günü görməzdim. Elə bilirəm ki, mənim də oğlum ölüb. Bu mənim ailəmdə ola biləcək bir hal deyildi.
Hər iki gəncin həyatı puç oldu. Mənim də bir valideyn kimi arzularım var idi: oğlum akademiyada təhsil alırdı, sevinirdim ki, gələcəkdə güc strukturunda işləyəcək, dövlətə, xalqa faydası toxunacaq. Bütün arzularımı ürəyimdə saxladı. Elə qarşı tərəfin də bütün arzuları puç oldu. Kaş mən ölərdim, amma bu məqamı görməzdim. Bu qismətlə nə razılaşıram, nə də barışıram. Belə olmalı deyildi. O biri ailə indi hansı vəziyyətdədir, Allah bilir. Bu elə bir dərddir ki, izahı yoxdur. Mənim də, ölən uşağın valideynlərinin də bütün həyatı bitdi. Allah heç kimə bala dərdi verməsin. Arzularını üzərində qurduğun övlad belə edirsə, necə rahat yaşamaq olar? O mənim sonbeşiyim idi. Mən onu zülmlə, alın tərimlə böyütmüşəm”.
Elçin Səfixanov onun ailəsini sosial şəbəkələrdə təhqir edənlərə səslənib: “Bizi təhqir edib, haqqımızda hər sözü yazırlar. Xahiş edirəm ki, məni də, ailəmi də soruşub, araşdırın. Görün, bir insan bizim ailəmiz haqqında mənfi söz deyəcəkmi?! Ömür boyu ailəmə halal çörək yedirmişəm. Bu hadisə məni dərindən sarsıtdı, hələ də özümə gələ bilmirəm”.
Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib.
Ölkə.az apa-ya istinadən xəbər verir ki, general-mayor Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Məlumatı Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə APA-ya təsdiq edib.
Vəkil cinayət işi üzrə ibtidai istintaqın davam etdiyini qeyd edib. Onun sözlərinə görə, bu günə qədər iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam etdirilir.
Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Nizami Məmmədov 80 milyon manat mənimsəməkdə təqsirləndirilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz bildirib.
Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.
Xəbər verdiyimiz kimi, DTX Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində bir sıra vəzifəli şəxslər, o cümlədən Naxçıvanın maliyyə naziri Rəfael Əliyev həbs olunub.
“Qafqazinfo”bildirir ki, Rəfael Əliyev vəzifədə olduğu müddətdə həbs olunan azsaylı nazirlərdəndir. Buna qədər isə cəmi iki nəfər – sabiq səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev vəzifədə olduğu müddətdə həbs olunmuşdu.
1993-cü ildən başlayaraq 12 il Azərbaycanın səhiyyə naziri olan Əli İnsanov 2005-ci ildə vəzifədə olduğu dövrdə həbs edilib. O, 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla saxlanılıb, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum edilir. 2016-cı ildə yeni ittihamlarla onun həbs müddəti 7 il 5 gün artırılır. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə 2019-cu ildə azadlığa buraxılır.
Sabiq iqtisadi inkişaf naziri - Fərhad Əliyev
2001-ci ildə iqtisadi inkişaf naziri təyin edilən Fərhad Əliyev 4 il sonra həbs edilib. Belə ki, 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. 25 oktyabr 2007-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Yuxarıda adıçəkilən şəxslərdən başqa, nazir olan, lakin bu vəzifədən çıxarıldıqdan sonra həbs olunanlar da var.
Onlar arasında sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, sabiq baş nazirlər Sürət Hüseynov, Pənah Hüseyn, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq müdafiə naziri Rəhim Qazıyev, sabiq milli təhlükəsizlik nazirləri Fəxrəddin Təhməzov, Nəriman İmranov, sabiq maliyyə naziri Fikrət Yusifov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayevin adlarını çəkmək olar.
Bir neçə gün öncə Bakının Şağan qəsəbəsindəki olimpiya kompleksində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Manset.az məlumatına görə, qətli törətməkdə şübhəli bilinən Ruslan Səfixanovun polis əməkdaşları tərəfindən saxlanılmasının görüntüləri yayılıb. Onu Çevik Polis Alayının əməkdaşları saxlayıblar.
Qeyd edək ki, ilkin məlumata görə, tərəflərin mübahisəsinə isə Turan Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.
Xatırladaq ki, Ruslan Səfixanov cüdo üzrə Əməkdar məşqçi Elçin Səfixanovun oğludur.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycan Ordusunun əsgəri vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik.
Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.
Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.
Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib