|
ABŞ Alimləri Federasiyasının (FAS) əməkdaşı Yandeks xəritələrində Türkiyə və İsrailin aralarında gizli saxlanan hərbi obyektlərin də olduğu ərazilərin göstərildiyini aşkar edib.
Axar.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytındakı hesabatda bildirilib.
Qurumun Mett Korda adlı əməkdaşı müəyyən edib ki, kartoqrafiya servisi dövlətlərin ərazisindəki bir sıra məntəqələri “bulanıq” şəkildə təqdim edib. Beləliklə, Yandeks hər iki ölkənin hərbi obyektlərinin, habelə NATO hərbi bazalarının dəqiq yerləşdirilməsini təqdim edib. Xəritələrdə alyansın İzmirdə yerləşən quru qoşunları komandanlığı və ABŞ-ın ölkə sərhədlərindən kənarda saxlanılan ən böyük nüvə-qravitasiya bombaları B61-lərin olduğu İncirlik aviabazasının yeri də göstərilib.
FAS-ın əməkdaşı Quqlun xəritə xidmətinin təqdim etdiyi görüntülərlə Yandeksdəki görüntüləri uyğunlaşdırmaqla hərbi obyektlərin yerlərini müəyyən edib. Yandeksdən fərqli olaraq, Quql xəritələrində həmin ərazilər göstərilməyib. Söhbət böyük aerodrom, liman, bunker, sığınacaq və yataqxanalardan gedir.
Ekspertin sözlərinə görə, xəritələrdə heç bir Rusiya hərbi obyekti bu şəkildə göstərilməyib. Bundan əlavə, xəritələrdə Suriya bölgəsinin təsvirləri də elə bir tərzdə təqdim olunub ki, həmin xəritələrdən istifadə demək olar ki, mümkünsüzdür.
FAS əməkdaşının fikrincə, xəritələrdəki bulanıqlıq İsrail və Türkiyə hərbçilərinin tələbi ilə edilmiş ola bilər. Ancaq bu tələb təhlükəsizlik naminə edilsə belə, “bulanıq” təsvirlər həmin əraziyə daha çox diqqət çəkməkdən başqa işə yaramayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, Şeyx Zahid Gilani Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ustadı olub.
İnstitutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi məhz Azərbaycanda – AMEA-nın Tarix İnstitutundadır. “XVI əsr Avropa mənbələrində Şah İsmayıl Səfəvini sufi və ya İsmayıl Sufi Sultan adlandırırlar”, - deyə alim bildirib.
Akademik deyib ki, institut 2019-cu ildə Şamaxı şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək.
“Müsəlman intibah dövrünün yaranıb inkişaf etməsinə Azərbaycan alimləri öz töhfəsini verib. Türk xalqları arasında İslamı ilk qəbul edib onun yayılmasında mühüm rol oynayan Azərbaycan xalqı olmuşdur. Azərbaycanda qədim dövrlərdən Tanrıçılıq təkallahlı dini əsas yer tutduğuna görə İslamın qəbul edilib yayılması daha sürətli baş verib. Təsadüfi deyil ki, indi də Azərbaycanda Tanrı və Allah ifadələri sinonim kimi paralel işlədilir”, - deyə Yaqub Mahmudov konfransda bildirib.
Konfransda Tarix İnstitutunun ortaəsrşünas alimlərinin “Şeyx Səfi təzkirəsi” və “Dünyanı bəzəyən Abbasın tarixi” əsərlərində məşhur şəxsiyyətlər Şeyx Zahid Gilani və Şeyx Səfiəddin Ərdəbili haqqında məlumatlar”, “Lənkəran bölgəsi Azərbaycan mədəniyyəti ocaqlarından biri kimi (XIII-XV əsrlər)”, “Lənkəran bölgəsi orta əsrlərdə”, “Azərbaycanın cənub-şərq bölgəsində Şeyx Zahid ənənələrinin davamçıları”, “Qarabağ bölgəsində Şeyx Zahid məktəbinin izləri”, “Şeyx Zahid Gilani Qərb tarixçilərinin əsərlərində” və digər mövzularda məruzələri dinlənilib.
Dekabrın 13-dən 15-dək Lənkəran şəhərində “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium olacaq. Simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetidir. Tarix İnstitutunun ortaəsrşünas alimləri Lənkərandakı simpoziumda da Şeyx Zahid Gilaniyə həsr olunmuş məruzələrlə çıxış edəcəklər.
Tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun bacısı dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu barədə o, Yeniçağ.az-a özü məlumat verib.
Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Mərhum artıq İsmayıllı rayonunda dəfn olunub.
Allah rəhmət eləsin!
Bu gün XX əsr tariximizin mühüm hadisələrindən olan 21 Azər hərəkatının 73-cü ildönümüdür. 1945-ci ildə İranda illərlə istibdada məruz qalan Azərbaycan xalqının Seyid Cəfər Pişəvərinin başçılığı ilə apardığı 21 Azər hərəkatı Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi və elə bir ildən sonra həmin gün Milli Hökumət süquta uğradı.
İkinci Dünya müharibəsindən sonra dünya düzənində baş verən siyasi proseslər millətləri zülm və istibdad məngənəsində sıxan İran rejimində də ciddi təbəddülatlar yaratdı. Zülm altında inləyən xalqlar öz mədəni və siyasi hüquqları uğrunda demokratik mübarizəyə qoşuldu. Tarixi şəraitin yetişdiyini dərk edən Azərbaycan mücahidləri İranın mürtəce rejiminə qarşı mübarizəyə başlayaraq, geniş demokratik tələblərin irəli sürüldüyü mitinq və nümayişlərə çıxdılar. Başda görkəmli siyasi xadim Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycanın tanınmış demokratik düşüncəli fədailəri mübarizəni mütəşəkkil formaya keçirmək üçün 1945-ci ilin yayında Azərbaycan Demokratik Partiyasını yaratdılar. Nə qədər müqavimət göstərilməsinə baxmayaraq, milli azadlıq hərəkatı tez bir zamanda Azərbaycanın bütün əyalətlərində yayılmağa başladı ki, bu da 1945-ci ilin noyabrında Təbrizdə ümumxalq toplantısı keçirilməsi və bu yığıncaqda İran daxilində Azərbaycana muxtariyyət verilməsi ilə bağlı bəyannamənin qəbul edilməsi ilə nəticələndi. 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Məclisinin ilk tarixi iclası keçirildi. Azərbaycan Demokratik Partiyasının təşkilatçısı S.C.Pişəvəri məclisin tapşırığı əsasında Milli Hökuməti formalaşdırdı. Milli Məclis hökumətin Azərbaycan xalqının iqtisadi-siyasi və mədəni hüquqlarını özündə əks etdirən proqramı təsdiq etdi.
Proqramda Azərbaycanın muxtariyyətinin genişlənməsi və möhkəmlənməsi, fədailərdən ibarət xalq dəstələrinin təşkili, Azərbaycan dilinin rəsmi dil kimi istifadə edilməsi, ana dilində məktəblərin açılması, fabrik və zavodlar yaradılması hesabına yeni iş yerlərinin açılması, bütün vətəndaşlara vicdan və din azadlığının verilməsi, Azərbaycan ərazisində yaşayan bütün xalqlara eyni qaydada hüquq və azadlıqların şamil edilməsi və Azərbaycanın müstəqilliyinin inkişafını təmin etməyə yönəlmiş digər məsələlər geniş əks olunmuşdu. Milli hökumət 1 illik mövcudluğu dönəmində Azərbaycanda 20 il Pəhləvilərin görə bilmədiyi işləri həyata keçirməyi bacarmışdı. Amerikalı araşdırmaçı Con Furon yazırdı ki, Rza şahın 20 ildə həyata keçirə bilmədiyini bu hökumət bir il ərzində gerçəkləşdirmişdi.
İran tarixində ilk dəfə qadınlara kişilərlə bərabər hüquq verildi. Anbarlarda saxlanılan qida məhsullar sabit dövlət qiyməti ilə bazarlara çıxarıldı, çox işlənən məhsullar üzərindən vergilər götürüldü. Təbrizdə və Güney Azərbaycanın ayrı-ayrı şəhərlərində ana dilində təhsil ocaqlarının fəaliyyətə başlaması, universitet açılması, Milli Ordunun yaradılması, torpaq islahatının həyata keçirilməsi, dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunların qəbul olunması, kəndlərdə belə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikalarının yaradılması, sosial proqramın həyata keçirilməsinə start verilməsi, işsizliyin aradan qaldırılması yönündə əsaslı addımların atılması və sair kimi fəaliyyətlər cəmi bir neçə ay ərzində reallaşdırıldı.
Bir sözlə, Milli Hökumət xalqın dəstəyi ilə mühüm işlər görüb. Belə ki, 19 yanvar 1946 Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin, 23 mart 1946-cı ildə Dövlət Teatrının, 4 iyul 1946-cı ildə Azərbaycan Radioverilişləri Agentliyinin, 6 iyun 1946-cı ildə Təbriz Dövlət Universitetinin, eləcə də xeyli sayda orta ümumtəhsil məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işləri Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökumət reallaşdırdı.
1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dilində – Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli Hökumətin mədəni islahatları içində önəmli yerlərdən birini tuturdu.
21 Azər hərəkatı İran Pəhləvi şah rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı il yanvarın 6-da “Dil haqqında Milli Hökumətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dilli dərsliklərin sürətli nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu.
Güney Azərbaycan Milli Hökuməti dövründə aparılan mədəni islahatların mühüm bir qanadını ana dilli mətbu orqanın nəşr edilməsi idi. 1945-1946-cı illərdə Güney Azərbaycanda müxtəlif mətbuat orqanları – “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümünü tapmışdı.
Milli Hökumət sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər var idi.
Ancaq Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi bu islahatlar nəinki İran rejimini, həmçinin İranda böyük iqtisadi maraqları təmin olunan ABŞ və Böyük Britaniyanı və eyni zamanda, Azərbaycanı vahid dövlət kimi görməkdən ehtiyatlanan SSRİ-ni narahat etməyə başladı. Dünyanın böyük gücləri heç bir vəchlə İranda milli və demokratik bir dövlətin qurulub, milli maraqlardan çıxış etməsini qəbul etmək istəmirdi. 1946-cı il dekabr ayında Pəhləvi rejiminin qoşunları Qəzvin hüdudlarından başlayaraq, Güney Azərbaycan şəhərlərində amansızlıqla soyqırıma başladı. Güney Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi və sürgünə göndərildi. Milli Hökumət devrildikdən sonra Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəldi. Onlar Azərbaycanın 34 rayon və şəhərində yerləşdirilib. İrandan gələn mühacirlərin yerləşdirilməsi ilə məşğul olan Pişəvəri 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasına düşür və xəstəxanada vəfat edir. Silahdaşları Pişəvərinin Stalinin başçılıq etdiyi kommunist rejimi tərəfindən xəstəxanada zəhərli iynə vurularaq öldürüldüyünü deyir (Seyid Cəfər Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır). Bununla yanaşı, Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunur, maarif naziri Məhəmməd Biriya sovet siyasi-rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılır. Milli Hökumətin digər qurucuları da həbs və sürgünlərə göndərilir, ağır mühacirət həyatı yaşamağa məcbur olurlar.
Beynəlxalq imperializmdən dəstək alıb, məqsədinə çatan İran rejimi o gündən etibarən Azərbaycanın heç bir siyasi, mədəni hüquqlarını tanımaq istəmir və Cənubi Azərbaycanda yaşayan, say tərkibi İran əhalisinin yarısından çoxunu təşkil edən soydaşlarımızı molla əsarətində saxlamaqda davam edir. Amma Güney Azərbaycandakı soydaşlarımız bu gün də öz haqları, hüquqları uğrunda yenə mübarizə aparırlar.
Rusiyalı aktyor Andrey Qaydulyan Petropavlovsk-Kamçatskidə tamaşa zamanı tamaşaçıları yaramaz davranışlarına görə danlayıb.
Kult.az xəbər verir ki, aktyorun monoloqu yerli “Kam24” saytında yerləşdirilib.
“Murlin Murlo və ya Bütün qadınlar sevgi istəyir” adlı tamaşadan sonra Qaydulyan zala müraciət edərək, onları iyrənc auditoriya adlandırıb.
“İnsanlar replika zamanı zaldan qışqırırdılar. Bu, yaramazlıqdır. Baxın, bu söz orada yazılıb: Qoyun sürüsü” – aktyor barmağı ilə dekoru göstərib", - aktyor bildirib.
Qaydulyan həmçinin şikayət edib ki, tamaşanın ikinci hissəsini ümumiyyətlə oynamaq mümkün olmayıb. Yayılan kadrlardan da görünür ki, tamaşaçılar həqiqətən də hər çıxışı zamanı aktyorun sözünü kəsiblər.
“Kamçatka konsert-filarmoniya birliyinin” direktoru Aleksandr Krasnonosenkix faktla bağlı açıqlama verib:
“Tamaşanın ikinci hissəsində bir neçə tamaşaçı səslərini yüksəldərək, replikalar atmağa başladılar. Aktyor onlara irad bildirdi və hər şey bununla bitdi”.
“Forbes” jurnalı dünyanın ən çox kitabı satılan və qonorar alan yazıçılarının siyahısını hazırlayıb.
Kult.az xəbər verir ki, siyahıya 11 müəllif düşüb (iki nəfər 10-cu yeri bölüşüb).
Birinci yeri Ceyms Petterson tutub. Müstəntiq Aleks Kross haqda seriya romanlarla məşhurlaşan Petterson 86 milyon qazanıb.
Ötən il siyahıya liderlik edən Coan Rolinq bu il 54 milyon gəlirlə ikinci yerlə kifayətlənib. Üçlüyü Stiven Kinq 21 milyon gəlirlə tamamlayıb.
Sonrakı yerləri Con Qrişem, Ceff Kinni, Den Braun, Maykl Volf, Daniela Stil, Hora Roberst, Rik Riordan və Erika Leonard Ceyms tutub.
Ümumilikdə bu yazıçıların ABŞ-da 24 milyon nüsxə kitabı satılıb və 283 milyon qazanıblar.
Statistika 1 iyun 2017-ci ildən 1 iyun 2018-ci ilə qədər olan müddəti əhatə edib.
Alimlərdən ibarət olan beynəlxalq araşdırma qrupunun "European Heart Journal"da nəşr etdirdiyi tədqiqat işində insanın sağlamlığı üçün ən uyğun yuxu müddətinin 6 ilə 8 saat arasında olması qeyd olunub.
Sputnik.az xəbər verir ki, insan sağlamlığı üçün ən uyğun yuxu müddətini müəyyənləşdirməyi qarşısına məqsəd qoyan müşahidələr təxminən 8 il çəkib. 35-70 yaş arasında 116 mindən artıq insanın yuxu qeydiyyat dəftərlərini təhlil edən mütəxəssislər həddindən artıq yuxunun ürək-damar xəstəliklərindən ölüm riskinin artması ilə əlaqəli olduğu nəticəsini əldə ediblər.
Araşdırma çərçivəsində yuxusu 8-9 saat arasında çəkən insanların ölüm riskinin təklif edilən saat aralarında yatan insanlara nisbətən 5% artdığı məlum olub. 9-10 saatlıq yuxunun ciddi xəstəliyə yoluxma riskini 7%, 10 saatdan artıq yuxunun bu riski 41%-ə qaldırdığı müəyyənləşdirilib.
Alimlər hesab edir ki, gecələr 6 saatdan az yatan insanlarda bəzi hallarda gündüz yuxusu da ürək-damar xəstəliklərinin inkişafına təkan verir. Digər tərəfdən, ekspertlər əksər hallarda gündüz yuxusunun gecə əskik qalan saatları bərpa etdiyi üçün dəyərlərin normallaşmasını təmin etdiyini qeyd edir.
Bu ilin iyununda başa çatan "Maşın”dan Roza Zərgərlinin qazandığı avtomobilin aqibətinə şounun prodüseri və aparıcısı Murad Dadaşov bir daha aydınlıq gətirib.
Kult.az Milli.az-a istinadən xəbər verir ki, xalq artisti bununla bağlı "Bizimləsən” verilişində danışıb.
Şoumen açıqlaması zamanı R.Zərgərlinin maşından imtina etməsinin əsl səbəbinin başqa olduğuna diqqət çəkib:
"Roza orijinal addımlı bir insandır. "Maşın”da da orijinallığından geri qalmadı. Şounun bitməsi ərəfəsində bir ideyası var idi. Amma final günündə belə bir fikir söylədi ki, mən maşını götürmürəm. O, istədiyi şərtlərlə maşını ala bilmədiyi üçün dedi, yox, mən o zaman maşını götürmürəm.
O maşının aqibəti ilə bağlı bizə çoxlu müraciətlər olub. Bu "Maşın”ın sonuna qədər ondan qabaqkı maşının (Rozanın imtina etdiyi maşın) aqibəti həll olunacaq”.
Qeyd edək ki, bundan öncə Murad Dadaşov maşının tamaşaçılardan birinə veriləcəyini və bununla bağlı yarışın nəzərdə tutulduğunu bildirmişdi.
(Ulu öndər Heydər Əliyevin anım gününə)
Biz onu heç zaman unutmayacağıq. 20 Yanvar faciəsindən dərhal sonra öz əzizləri ilə birgə Rusiyadakı Azərbaycan nümayəndəliyinə gəlib, öz həyatını və doğmalarının həyatını xalqı, milləti üçün təhlükəyə atan böyük şəxsiyyəti necə unutmaq olar?!
Biz onu heç zaman unutmayacağıq. Çünki xalqın ağır və keşməkeşli günlərində o səhhəti hesabına, həyatı və gücü hesabına xalqa həyan oldu, gəldi, qurdu, düzəltdi, hər şeyi sahmana saldı.
Biz onu heç zaman unutmayacağıq. Necə unutmaq olar ki, əlində coğrafiya müəlliminin çubuğu xəritə qarşısında onlarla, yüzlərlə xarici ölkə liderlərinə Azərbaycan, Dağlıq Qarabağ, Azərbaycan həqiqətləri haqqında usanmadan, yorulmadan məlumatlar verdi. Bu gün Azərbaycanın haqq səsi, ədalətli səsi dünyada artıq qəbul edilirsə, artıq dünya liderləri, dünya ictimaiyyəti Azərbaycanla bağlı həqiqətlərin kökünü bilirsə, bunun üçün biz ancaq ona minnətdarıq.
Bütün sovet və postsovet məkanında ilk dəfə olaraq Naxçıvanda dalğalandırılan üçrəngli bayrağın əzəmətini necə unutmaq olar?!
Onun gözəl Azərbaycan dilini necə unutmaq olar? Onun ürək yanğısıyla, yaralı ürəklə oxuduğu “Alagöz” mahnısını necə unutmaq olar?
Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” vüqarlı cümləsini necə unutmaq olar?!
Onun müdrikliyini, Azərbaycanın gələcəyi üçün işıqlı yol və düzgün istiqamət müəyyən etdiyini necə danmaq olar?
Onun möhtəşəm qayıdışları olub. Ulu öndər hakimiyyətə qayıdışı ilə bir daha sübut etdi ki, onun azərbaycanlı qəlbi, azərbaycanlı iradəsi, azərbaycanlı daxili möhtəşəmliyi əbədidir və sarsılmazdır. O, ikinci dəfə hakimiyyətə qayıtdı. Onun daha bir qayıdışı hamının burda xatırladığı zəlzələ gününə təsadüf etdi. Zəlzələ zamanı heç kim deyə bilməz ki, hansı bina uçacaq, hansı bina qalacaq, Ulu öndər zəlzələ baş verən andan iş başındaydı, o, iş yerinə qayıtdı, bu da onun bir qayıdışı idi.
Ulu öndərin daha bir qayıdışı gənc zabitlər qarşısında çıxışı zamanı oldu. Səhhətinin pisləşməsi, səhnədən getməsi və yenidən öz canının, öz qanının, öz səhhətinin hesabına daxilindən gələn bir güclə, enerji ilə səhnəyə qayıdışını necə unutmaq olar?!
Onun ən böyük və ən möhtəşəm qayıdışı bu gün Prezident İlham Əliyevin simasında baş verir və bunu necə unutmaq olar ki, onun yolu da, dəst-xətti də, onun göstərdiyi istiqamət də son dərəcə dərindən-dərinə düşünülmüş bir cəsarətli siyasətlə davam və inkişaf etdirilir.
Biz onu heç zaman unutmayacağıq!
Kamal Abdulla
ADU-nun rektoru, akademik
Hər düşüncənin bir tezliyi var. “Niyə bu iş mənim başıma gəldi” sualının içərisində olan həqiqət əslində nədir? Şüuraltında sloqanlaşan bu düşüncənin tezliyi hadisələri maqnit kimi özünə çəkir. Beyin dalğası tetra ilə bu siqnalı yaymaqla hadisələrin xəbərindən mübtədasına çevrilirik…
Fikirləşin, nə baş verir, o qədər olur ki, “mən bilirdim”, “gözləyirdim”, “fikirləşdiyim başıma gəldi”, - deyə heç təəccüblənmirik. Demək ki, təsadüf yoxdur. Burada ən böyük problem insanın nələr istədiyindən çox, nələr istəmədiklərini düşünməsidir. Özünü yaxşı hiss etməyən insanın kosmosa yolladığı siqnal budur: qorxuram, ehtiyat edirəm, bu, baş verə bilər.
Əslində bu neqativ enerjinin bumeranq effekti yaradan hadisəsidir. Bu siqnal koridoru genişləndikcə orqanizmdə maddələr mübadiləsi pozulur, hipotalamusun informasiya kanalları – çakralar bloklanır.
Tibb elminin “hipotalamus” dediyi, fəlsəfənin “bəsirət gözü” adlandırdığı bu beyin vəzisi “insan toxumu” adlandırılır. Bu barədə Həllac Mənsurun, Mühyiddin İbn əl-Ərəbinin, Mövlana Cəlaləddin Ruminin əsərlərində, Quranda, Albert Eynşteynin qeydlərində xeyli istinadlar var. Hansı ki, Albert Eynşteynin ”nəsə var, biz bunu elmlə sübut etməkdə aciz qaldıq” dediyi məsələlərdəndir.
Düşünək. Niyə başımıza gələn hadisələr fərqli zamanlarda təkrar olunur, yenidən hadisələrin başqa şəkildə ahənginə düşürük? Çünki hadisələrdə insanlar dəyişir, hadisənin özü dəyişmir. Ona görə dəyişmir ki, beyin neqativ dalğalar üzərində köklənib, beyin vəzisinə yüklənən informasiya bütün bədənə qanda olan atom zərrəcikləri ilə ötürülür.
Fərqində olmadan şüualtına yerləşdirdiyimiz atomların hər partlayışı orqanizmdə dəyişiklik yaradır. Deməli, hər düşüncənin tezliyində gizlənən bu atom zərrəciklərinin izi var. Baxın, “xəstəyəm” dedikdə xəstə olursan, “gücüm çatmır”, “bacarmıram” dedikdə uğursuzluğa düçar olursan, vitrində özümüzü lazımsız insana çeviririk.
Ətrafımızda belə adamlar çoxdur. Bu, fəlsəfədə karmadır. Çünki insan nə edirsə, bumeranq effekti verir, yəni özünə qayıdır, bir balaca geci-tezi var. Nə əkərsən, onu da biçərsən. Yəni bu karmaya görə, səbəb ancaq özünsən.
Həyatında baş verən bütün hadisələrə - uğur və uğursuzluqlara görə məsuliyyəti özün - sən daşıyırsan. Hətta iddia edir ki, etdiyin hər bir əməl – söz, fikir, səs insanın gələcəyini yaradır.
Amerikada məşhur moda dizayneri Karolina Herrera var. 1938-ci ildə Venesuelada doğulub. Deyir ki, düşüncəsində neqativ enerji patronları ilə silahlanan insanı bəzəmək qeyri-mümkündür. Onlara anladın ki, eleqantlıq təkcə sizin nə geyindiyinizlə ölçülmür, bu, sizin özünüzü necə təqdim etməyiniz, necə danışmağınız, nə oxuduğunuz, ətrafa yaydığınız enerji ilə bağlıdır.