Məşhur “Quenn” qrupunun səsləndirdiyi “Bohemiya rapsodiyası” (Bohemian Rhapsody) mahnısı XX əsrin ən çox qulaq asılan mahnısı olub.

Kult.az xəbər verir ki, bu barədə “Universal Music Group” mediaholdinqi məlumat yayıb.

Mediaholdinqin versiyasına görə, sözügedən mahnı 1.5 milyarddan çox dinlənilib.

Qeyd edək ki, “Bohemiya rapsodiyası” əfsanəvi musiqiçi Freddi Merkuri tərəfindən bəstələnib. Mahnı qeyri-adi musiqi forması ilə fərqlənir və 4 müxtəlif stili var: a-kapella, ballada, opera və rok.

Əsər 1975, 1992 və 2018-ci illərdə Bilbord versiyası üzrə Hot-100-ə daxil olub.


Güney azərbaycanlı ədəbiyyatsevərlərin ərsəyə gətirdiyi “Çağdaş tribunu” proqramının növbəti buraxılışında Çalğın Məhəmmədin şeiri təqdim edilib.

Kult.az xəbər verir ki, “Günel” adlanan şeirin səsləndirilməsi şairin özünə məxsusdur.

Proqramın budəfəki buraxılışının aranjimançısı Həsrət Zənganlıdır.

"Altın Kelebek" mükafatlandırma mərasimində məşhurlar öz mükafatını almağa davam edir.

Musavat.com xəbər verir ki, artıq bəzi qaliblərin adı da məlumdur. Onlar arasında xalq artisti Aygün Kazımova da var. O, "Azərbaycanda ilin qadın müğənnisi” mükafatına layiq görülüb.

Mükafatı Aygünə saç stilisti Öndər Tiryaki təqdim edib. Kazımova hislərini belə ifadə edib:

“Çox danışmaq istəmirəm. Hamıya təşəkkür edirəm. İki dəfə Türkiyədən namizəd oldum, amma qalib gələ bilmədim. Qismət öz ölkəmdən mükafat almaq imiş. Yaxşı ki, “Altın Kelebek”iniz var”.

Daha sonra Kazımova “Sus” mahnısını oxuyub.

Qeyd edək ki, namizədlər arasında Günay İbrahimli, Dilarə Kazımova, Aysel Əlizadə, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub.


Tanınmış tarixçi Əkbər Nəcəf Orta əsrlərdə coğrafiyamızda yaşayan insanların yoluxduğu, tutulduğu xəstəliklərin siyahısını hazırlayıb.

Kult.az xəbər verir ki, o bu barədə görkəmli səyyah, coğrafiyaşünas Övliya Çələbinin “Səyahətnamə” əsərində yazıldığını bildirib.

Sözügedən xəstəliklər aşağıdakılardır:

Bel ağrıları

Diş ağrıları

Baş ağrısı

Qulaq ağrısı

Ağız və boğaz ağrıları

Behak (cüzam)

Bel soyuqluğu

Bəras (dəri ləkəsi)

Cəreb (qaşınma)

Saçqıran

Ger

Giciyik

Xafaqan

Xumma

Xunnak (nəfəs darlığı)

İshal (qarın ağrısı)

Qaba

Lakvə

Öksürək

Ruh

Sara

Sarılıq

Qızdırma

Şirpənçə

Taun

Zahir

Zat əl-cənb


Tanınmış həkim, Tibb Universitetinin sabiq müəllimi Mehdi Mehdiyev qəfildən keçinib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə onun oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat yayıb:

“Doktor Mehdi Mehdiyev Şahdağ dağında Heydər Əliyev zirvəsini hər il olduğu kimi bu dəfə də ziyarət edərkən zirvəyə qalxan yolda ürəyində yaranan infarktdan qəflətən keçinib. Mehdi doktor sabah 10 dekabr 2018-ci ildə ata yurdu Bərdə rayonunda son mənzilə yola salınacaq. Yas mərasimi Bərdə şəhərində olacaq. Dostlar sağ olsun”.

Mehdi Mehdiyev tibb və siyasət sferasında tanınan bir isim olub. O, sağlam həyat tərzi keçirir, müntəzəm surətdə idmanla, xüsusi olaraq, dağ idmanı ilə məşğul olurdu.

M.Mehdiyev 1956-cı ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitiirb. Ölkənin tanınmış infeksionist həkimi idi. Onun fəaliyyət xəritəsi belə olub:

1980-1990-cu illər — Xaçmaz Mərkəzi Rayon Xəstəxanası, İnfeksion Xəstəliklər Şöbəsinin müdiri;

1993-1995-cu illər — İran İslam Respublikası, Həmədan şəhəri, Ümumi həkim (GP);

1995-2009-cu illər — Azərbaycan Tibb Universiteti, Yoluxucu Xəstəliklər Kafedrasının assistenti;

2009-cu ildən son gününə qədər Mərkəzi Gömrük Hospitalı, həkim-infeksionist.


Tanınmış avtomobil istehsalçısı “Toyota” əsas işıq faralarının elektron idarəetmə sisteminin proqram təminatındakı qüsurlara görə 13 min 48 avtomobili Çindən geri çağırır.

Azərtac xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.

Bildirilir ki, cari ilin martından oktyabrınadək olan müddətdə istehsal olunan “Corolla GL” modelli avtomobillər geri çağırılır. İstehsalçı şirkət qüsurları öz hesabına aradan qaldıracaq.


Son zamanlar əhali arasında səbəbsiz baş ağrıları geniş miqyas aldığından az qala hər kəs yanında bir ağrıkəsici gəzdirir. Baş ağrısına “miqren” adı verib, bununla barışanlar da az deyil.

Bununla bağlı Axar.az-a danışan Elmed Tibb Mərkəzinin nevroloq həkimi Rasim İbişov bildirib ki, baş ağrısı – beyinin daxili və xaricində gedən hər hansı dəyişiklərə orqanizmin harayıdır. Amma beyin ağrımır. Çünki o parenximatoz toxumadır. Ağrı reseptorları selikli qişada olur. Bu qişalar qıcıqlanır və ağrı verir. Meningit və ensefalit ağrısı ən qorxulusudur. Burda artıq iltihabi proses gedir. Buna artıq adi baş ağrısı kimi yanaşmaq olmaz.

Xüsusən gərginlik tipli baş ağrıları ilə miqrenin fərqi və dərmanlarla bağlı danışan R.İbişovun sözlərinə görə, baş ağrılarının 200-dən çox növü var:

“Məsələn, klaster, dəstəli, yayılmış, lokal və s. İnsan həyatında olan müəyyən hadisələr, problemlər qıcıq yaradaraq ağrılar verə bilir. Kəllə qutusunun üzərindəki dərialtı toxuma gərginləşir, yığılır və ağrı yaranır. Məhz bu tipə “gərginlik baş ağrıları” deyilir. Bunun da səbəbi müxtəlif problemlər, stress, həyəcandır. Xəstənin başında ağrı 6 aydan çox müntəzəm olaraq davam edirsə, onda gərginlik tipli baş ağrılarına şübhə yaranır və diaqnoz olunur.

Nəzərə alaq ki, başda təkcə beyin yerləşmir. Gözlər, burun, ağız kimi orqanlar da var. Kəllə boşluğunda yerləşən bu orqanların özünün funksional pozğunluğu, iltihabi prosesi baş ağrısı verir. Gözün özünün kökü beyinin içinə gedib çıxır. Göz daxili təzyiq yüksəlir, baş ağrıyır.

Menzer, kompüter, telefon simptomu deyilən və bundan qaynaqlanan gərginlik tipli baş ağrıları da çox diaqnoz olunur. Nə qədər desələr ki, telefon elə də zərərli deyil, təcrübə əksini deyir. Telefon, kompüterin də istifadə müddəti, normativi var. Yeniyetmələr, gənclər 3-4 saat boynunu əyir, gözünü dikir telefona, kompüterə, o vaxt ayılır ki, boyun nahiyəsi gərginləşib, baş ağrısı başlayıb”.

R.İbişov insanların həkimsiz, özbaşına dərman alıb atmağa üstünlük verməsində təəssüfünü bildirib. Onun sözlərinə görə, “nimesil”, “spazmalqon”, “diklofenak”, “tempalgin” sərbəst satılır, əldə olunur:

“Nimesil”lə baş ağrısı müalicə olunmur. “Diklofenak” kimi ağır dərmanlar mədə-bağırsaq xorası və qanaxmalarına belə səbəb ola bilər. Dərmanları araşdırmadan atmaq olmaz. Adi dərman xəstəni ölümcül vəziyyətə də sala bilər.

Təcrübədə görürük ki, xəstə özü illərdir ağrıkəsicilərlə ağrını saxlayır, amma əsas problem kənarda qalıb”.

Miqrenin öz dərmanı var

Xüsusən qadınlar arasında dəbə çevrilən miqren çox vaxt dərmana tabe olmur. Miqrenin müalicəsi və dərmanı yoxdur deyilir. Bəs o zaman bu qədər ağrıkəsicini niyə qəbul edirik?

R.İbişov deyir ki, miqren 2 səbəbdən yaranır: damarın daralması və damarın genişlənməsi:

“Bu mərhələləri tutmaq olmur. Xəstə hər iki halda zoqquldayıcı ağrı hiss edir. Miqren üçün bir müayinə üsulu da yoxdur, MRT heç nə göstərmir. Bu iki mərhələ bir-birini əvəz edə bilir.

Xəstə əgər damarın genişlənməsi mərhələsində olsa, bu zaman “spazmalqon” içsə, onsuz da damar genişlənib, dərman bir az da genişləndirəcək. Deməli, spazm əleyhinə preparatlar olmaz. Və yaxud yığılma, sıxılma mərhələsində “diklofenak” versək, onsuz da damar yığılıb, o dərman daha da yığacaq.

Ona görə miqrendə biz ikili təsir göstərən kofein tərkibli, müasir miqren əleyhinə dərmanlardan istifadə edirik.

Gənc insanların baş ağrılarında orqanik səbəb olmadıqda, sakitləşdirici dərman fonunda aradan qalxa bilər. İstənilən forma baş ağrısını müasir differensial diaqnostika ilə diaqnoz edib, uyğun müasir preparatlarla qısa müddətdə müalicə edə bilirik”.


Şizofreniya riskini hələ körpə yaşlarında müəyyən etmək olar.

Ardını oxu...


Uşağa qışqırmaq valideyn-övlad münasibətindəki güvənin sarsılmasına səbəb olur.

Axar.az xəbər verir ki, mütəxəssislərin fikrincə, uşağın üstünə qışqırmaq ona qarşı edilən fiziki zorakılıqla eyni sayılır. Onun üstünə qışqıranda uşaq özünə qapanacaq və valideynləri ilə münasibətində güvən yox olacaq. Alimlər hesab edirlər ki, uşağa bərabərhüquqlu biri kimi yanaşmaq lazımdır. Baş verənlərə kiçik yumorla reaksiya verin, həmişə nəyi sevdiyi və nə ilə məşğul olduğu ilə maraqlanın.

Mütəxəssislər deyir ki, uşağı incidəndə, ya ona stress yaşadanda onda hormonal dəyişikliklər baş verir, bədəndə iltihab prosesləri başlayır. Əgər uşağın üstünə dəfələrlə qışqırıb, səsinizi qaldırırsınızsa, müəyyən zaman sonra da o, elə cavab qaytaracaq.

Uşaqların içindəki bu alov onlara qarşı yönəlmiş qadağalar və pis davranışla əlaqəlidir. Həm də bu uşaqlar depressiyaya meyilli olurlar.


Nyu Yorkun məşhur "Davidzon” radiosunun “Karavan” verilişinin budəfəki sayı Azərbaycanın xalq artisti Rəşid Behbudova həsr edilib.

Ardını oxu...

Xəbər lenti