![]() |
|
(Ulu öndər Heydər Əliyevin anım gününə)
Biz onu heç zaman unutmayacağıq. 20 Yanvar faciəsindən dərhal sonra öz əzizləri ilə birgə Rusiyadakı Azərbaycan nümayəndəliyinə gəlib, öz həyatını və doğmalarının həyatını xalqı, milləti üçün təhlükəyə atan böyük şəxsiyyəti necə unutmaq olar?!
Biz onu heç zaman unutmayacağıq. Çünki xalqın ağır və keşməkeşli günlərində o səhhəti hesabına, həyatı və gücü hesabına xalqa həyan oldu, gəldi, qurdu, düzəltdi, hər şeyi sahmana saldı.
Biz onu heç zaman unutmayacağıq. Necə unutmaq olar ki, əlində coğrafiya müəlliminin çubuğu xəritə qarşısında onlarla, yüzlərlə xarici ölkə liderlərinə Azərbaycan, Dağlıq Qarabağ, Azərbaycan həqiqətləri haqqında usanmadan, yorulmadan məlumatlar verdi. Bu gün Azərbaycanın haqq səsi, ədalətli səsi dünyada artıq qəbul edilirsə, artıq dünya liderləri, dünya ictimaiyyəti Azərbaycanla bağlı həqiqətlərin kökünü bilirsə, bunun üçün biz ancaq ona minnətdarıq.
Bütün sovet və postsovet məkanında ilk dəfə olaraq Naxçıvanda dalğalandırılan üçrəngli bayrağın əzəmətini necə unutmaq olar?!
Onun gözəl Azərbaycan dilini necə unutmaq olar? Onun ürək yanğısıyla, yaralı ürəklə oxuduğu “Alagöz” mahnısını necə unutmaq olar?
Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” vüqarlı cümləsini necə unutmaq olar?!
Onun müdrikliyini, Azərbaycanın gələcəyi üçün işıqlı yol və düzgün istiqamət müəyyən etdiyini necə danmaq olar?
Onun möhtəşəm qayıdışları olub. Ulu öndər hakimiyyətə qayıdışı ilə bir daha sübut etdi ki, onun azərbaycanlı qəlbi, azərbaycanlı iradəsi, azərbaycanlı daxili möhtəşəmliyi əbədidir və sarsılmazdır. O, ikinci dəfə hakimiyyətə qayıtdı. Onun daha bir qayıdışı hamının burda xatırladığı zəlzələ gününə təsadüf etdi. Zəlzələ zamanı heç kim deyə bilməz ki, hansı bina uçacaq, hansı bina qalacaq, Ulu öndər zəlzələ baş verən andan iş başındaydı, o, iş yerinə qayıtdı, bu da onun bir qayıdışı idi.
Ulu öndərin daha bir qayıdışı gənc zabitlər qarşısında çıxışı zamanı oldu. Səhhətinin pisləşməsi, səhnədən getməsi və yenidən öz canının, öz qanının, öz səhhətinin hesabına daxilindən gələn bir güclə, enerji ilə səhnəyə qayıdışını necə unutmaq olar?!
Onun ən böyük və ən möhtəşəm qayıdışı bu gün Prezident İlham Əliyevin simasında baş verir və bunu necə unutmaq olar ki, onun yolu da, dəst-xətti də, onun göstərdiyi istiqamət də son dərəcə dərindən-dərinə düşünülmüş bir cəsarətli siyasətlə davam və inkişaf etdirilir.
Biz onu heç zaman unutmayacağıq!
Kamal Abdulla
ADU-nun rektoru, akademik
Hər düşüncənin bir tezliyi var. “Niyə bu iş mənim başıma gəldi” sualının içərisində olan həqiqət əslində nədir? Şüuraltında sloqanlaşan bu düşüncənin tezliyi hadisələri maqnit kimi özünə çəkir. Beyin dalğası tetra ilə bu siqnalı yaymaqla hadisələrin xəbərindən mübtədasına çevrilirik…
Fikirləşin, nə baş verir, o qədər olur ki, “mən bilirdim”, “gözləyirdim”, “fikirləşdiyim başıma gəldi”, - deyə heç təəccüblənmirik. Demək ki, təsadüf yoxdur. Burada ən böyük problem insanın nələr istədiyindən çox, nələr istəmədiklərini düşünməsidir. Özünü yaxşı hiss etməyən insanın kosmosa yolladığı siqnal budur: qorxuram, ehtiyat edirəm, bu, baş verə bilər.
Əslində bu neqativ enerjinin bumeranq effekti yaradan hadisəsidir. Bu siqnal koridoru genişləndikcə orqanizmdə maddələr mübadiləsi pozulur, hipotalamusun informasiya kanalları – çakralar bloklanır.
Tibb elminin “hipotalamus” dediyi, fəlsəfənin “bəsirət gözü” adlandırdığı bu beyin vəzisi “insan toxumu” adlandırılır. Bu barədə Həllac Mənsurun, Mühyiddin İbn əl-Ərəbinin, Mövlana Cəlaləddin Ruminin əsərlərində, Quranda, Albert Eynşteynin qeydlərində xeyli istinadlar var. Hansı ki, Albert Eynşteynin ”nəsə var, biz bunu elmlə sübut etməkdə aciz qaldıq” dediyi məsələlərdəndir.
Düşünək. Niyə başımıza gələn hadisələr fərqli zamanlarda təkrar olunur, yenidən hadisələrin başqa şəkildə ahənginə düşürük? Çünki hadisələrdə insanlar dəyişir, hadisənin özü dəyişmir. Ona görə dəyişmir ki, beyin neqativ dalğalar üzərində köklənib, beyin vəzisinə yüklənən informasiya bütün bədənə qanda olan atom zərrəcikləri ilə ötürülür.
Fərqində olmadan şüualtına yerləşdirdiyimiz atomların hər partlayışı orqanizmdə dəyişiklik yaradır. Deməli, hər düşüncənin tezliyində gizlənən bu atom zərrəciklərinin izi var. Baxın, “xəstəyəm” dedikdə xəstə olursan, “gücüm çatmır”, “bacarmıram” dedikdə uğursuzluğa düçar olursan, vitrində özümüzü lazımsız insana çeviririk.
Ətrafımızda belə adamlar çoxdur. Bu, fəlsəfədə karmadır. Çünki insan nə edirsə, bumeranq effekti verir, yəni özünə qayıdır, bir balaca geci-tezi var. Nə əkərsən, onu da biçərsən. Yəni bu karmaya görə, səbəb ancaq özünsən.
Həyatında baş verən bütün hadisələrə - uğur və uğursuzluqlara görə məsuliyyəti özün - sən daşıyırsan. Hətta iddia edir ki, etdiyin hər bir əməl – söz, fikir, səs insanın gələcəyini yaradır.
Amerikada məşhur moda dizayneri Karolina Herrera var. 1938-ci ildə Venesuelada doğulub. Deyir ki, düşüncəsində neqativ enerji patronları ilə silahlanan insanı bəzəmək qeyri-mümkündür. Onlara anladın ki, eleqantlıq təkcə sizin nə geyindiyinizlə ölçülmür, bu, sizin özünüzü necə təqdim etməyiniz, necə danışmağınız, nə oxuduğunuz, ətrafa yaydığınız enerji ilə bağlıdır.
Məşhur “Quenn” qrupunun səsləndirdiyi “Bohemiya rapsodiyası” (Bohemian Rhapsody) mahnısı XX əsrin ən çox qulaq asılan mahnısı olub.
Kult.az xəbər verir ki, bu barədə “Universal Music Group” mediaholdinqi məlumat yayıb.
Mediaholdinqin versiyasına görə, sözügedən mahnı 1.5 milyarddan çox dinlənilib.
Qeyd edək ki, “Bohemiya rapsodiyası” əfsanəvi musiqiçi Freddi Merkuri tərəfindən bəstələnib. Mahnı qeyri-adi musiqi forması ilə fərqlənir və 4 müxtəlif stili var: a-kapella, ballada, opera və rok.
Əsər 1975, 1992 və 2018-ci illərdə Bilbord versiyası üzrə Hot-100-ə daxil olub.
Güney azərbaycanlı ədəbiyyatsevərlərin ərsəyə gətirdiyi “Çağdaş tribunu” proqramının növbəti buraxılışında Çalğın Məhəmmədin şeiri təqdim edilib.
Kult.az xəbər verir ki, “Günel” adlanan şeirin səsləndirilməsi şairin özünə məxsusdur.
Proqramın budəfəki buraxılışının aranjimançısı Həsrət Zənganlıdır.
"Altın Kelebek" mükafatlandırma mərasimində məşhurlar öz mükafatını almağa davam edir.
Musavat.com xəbər verir ki, artıq bəzi qaliblərin adı da məlumdur. Onlar arasında xalq artisti Aygün Kazımova da var. O, "Azərbaycanda ilin qadın müğənnisi” mükafatına layiq görülüb.
Mükafatı Aygünə saç stilisti Öndər Tiryaki təqdim edib. Kazımova hislərini belə ifadə edib:
“Çox danışmaq istəmirəm. Hamıya təşəkkür edirəm. İki dəfə Türkiyədən namizəd oldum, amma qalib gələ bilmədim. Qismət öz ölkəmdən mükafat almaq imiş. Yaxşı ki, “Altın Kelebek”iniz var”.
Daha sonra Kazımova “Sus” mahnısını oxuyub.
Qeyd edək ki, namizədlər arasında Günay İbrahimli, Dilarə Kazımova, Aysel Əlizadə, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub.
Tanınmış tarixçi Əkbər Nəcəf Orta əsrlərdə coğrafiyamızda yaşayan insanların yoluxduğu, tutulduğu xəstəliklərin siyahısını hazırlayıb.
Kult.az xəbər verir ki, o bu barədə görkəmli səyyah, coğrafiyaşünas Övliya Çələbinin “Səyahətnamə” əsərində yazıldığını bildirib.
Sözügedən xəstəliklər aşağıdakılardır:
Bel ağrıları
Diş ağrıları
Baş ağrısı
Qulaq ağrısı
Ağız və boğaz ağrıları
Behak (cüzam)
Bel soyuqluğu
Bəras (dəri ləkəsi)
Cəreb (qaşınma)
Saçqıran
Ger
Giciyik
Xafaqan
Xumma
Xunnak (nəfəs darlığı)
İshal (qarın ağrısı)
Qaba
Lakvə
Öksürək
Ruh
Sara
Sarılıq
Qızdırma
Şirpənçə
Taun
Zahir
Zat əl-cənb
Tanınmış həkim, Tibb Universitetinin sabiq müəllimi Mehdi Mehdiyev qəfildən keçinib.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə onun oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat yayıb:
“Doktor Mehdi Mehdiyev Şahdağ dağında Heydər Əliyev zirvəsini hər il olduğu kimi bu dəfə də ziyarət edərkən zirvəyə qalxan yolda ürəyində yaranan infarktdan qəflətən keçinib. Mehdi doktor sabah 10 dekabr 2018-ci ildə ata yurdu Bərdə rayonunda son mənzilə yola salınacaq. Yas mərasimi Bərdə şəhərində olacaq. Dostlar sağ olsun”.
Mehdi Mehdiyev tibb və siyasət sferasında tanınan bir isim olub. O, sağlam həyat tərzi keçirir, müntəzəm surətdə idmanla, xüsusi olaraq, dağ idmanı ilə məşğul olurdu.
M.Mehdiyev 1956-cı ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitiirb. Ölkənin tanınmış infeksionist həkimi idi. Onun fəaliyyət xəritəsi belə olub:
1980-1990-cu illər — Xaçmaz Mərkəzi Rayon Xəstəxanası, İnfeksion Xəstəliklər Şöbəsinin müdiri;
1993-1995-cu illər — İran İslam Respublikası, Həmədan şəhəri, Ümumi həkim (GP);
1995-2009-cu illər — Azərbaycan Tibb Universiteti, Yoluxucu Xəstəliklər Kafedrasının assistenti;
2009-cu ildən son gününə qədər Mərkəzi Gömrük Hospitalı, həkim-infeksionist.
Tanınmış avtomobil istehsalçısı “Toyota” əsas işıq faralarının elektron idarəetmə sisteminin proqram təminatındakı qüsurlara görə 13 min 48 avtomobili Çindən geri çağırır.
Azərtac xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.
Bildirilir ki, cari ilin martından oktyabrınadək olan müddətdə istehsal olunan “Corolla GL” modelli avtomobillər geri çağırılır. İstehsalçı şirkət qüsurları öz hesabına aradan qaldıracaq.
Son zamanlar əhali arasında səbəbsiz baş ağrıları geniş miqyas aldığından az qala hər kəs yanında bir ağrıkəsici gəzdirir. Baş ağrısına “miqren” adı verib, bununla barışanlar da az deyil.
Bununla bağlı Axar.az-a danışan Elmed Tibb Mərkəzinin nevroloq həkimi Rasim İbişov bildirib ki, baş ağrısı – beyinin daxili və xaricində gedən hər hansı dəyişiklərə orqanizmin harayıdır. Amma beyin ağrımır. Çünki o parenximatoz toxumadır. Ağrı reseptorları selikli qişada olur. Bu qişalar qıcıqlanır və ağrı verir. Meningit və ensefalit ağrısı ən qorxulusudur. Burda artıq iltihabi proses gedir. Buna artıq adi baş ağrısı kimi yanaşmaq olmaz.
Xüsusən gərginlik tipli baş ağrıları ilə miqrenin fərqi və dərmanlarla bağlı danışan R.İbişovun sözlərinə görə, baş ağrılarının 200-dən çox növü var:
“Məsələn, klaster, dəstəli, yayılmış, lokal və s. İnsan həyatında olan müəyyən hadisələr, problemlər qıcıq yaradaraq ağrılar verə bilir. Kəllə qutusunun üzərindəki dərialtı toxuma gərginləşir, yığılır və ağrı yaranır. Məhz bu tipə “gərginlik baş ağrıları” deyilir. Bunun da səbəbi müxtəlif problemlər, stress, həyəcandır. Xəstənin başında ağrı 6 aydan çox müntəzəm olaraq davam edirsə, onda gərginlik tipli baş ağrılarına şübhə yaranır və diaqnoz olunur.
Nəzərə alaq ki, başda təkcə beyin yerləşmir. Gözlər, burun, ağız kimi orqanlar da var. Kəllə boşluğunda yerləşən bu orqanların özünün funksional pozğunluğu, iltihabi prosesi baş ağrısı verir. Gözün özünün kökü beyinin içinə gedib çıxır. Göz daxili təzyiq yüksəlir, baş ağrıyır.
Menzer, kompüter, telefon simptomu deyilən və bundan qaynaqlanan gərginlik tipli baş ağrıları da çox diaqnoz olunur. Nə qədər desələr ki, telefon elə də zərərli deyil, təcrübə əksini deyir. Telefon, kompüterin də istifadə müddəti, normativi var. Yeniyetmələr, gənclər 3-4 saat boynunu əyir, gözünü dikir telefona, kompüterə, o vaxt ayılır ki, boyun nahiyəsi gərginləşib, baş ağrısı başlayıb”.
R.İbişov insanların həkimsiz, özbaşına dərman alıb atmağa üstünlük verməsində təəssüfünü bildirib. Onun sözlərinə görə, “nimesil”, “spazmalqon”, “diklofenak”, “tempalgin” sərbəst satılır, əldə olunur:
“Nimesil”lə baş ağrısı müalicə olunmur. “Diklofenak” kimi ağır dərmanlar mədə-bağırsaq xorası və qanaxmalarına belə səbəb ola bilər. Dərmanları araşdırmadan atmaq olmaz. Adi dərman xəstəni ölümcül vəziyyətə də sala bilər.
Təcrübədə görürük ki, xəstə özü illərdir ağrıkəsicilərlə ağrını saxlayır, amma əsas problem kənarda qalıb”.
Miqrenin öz dərmanı var
Xüsusən qadınlar arasında dəbə çevrilən miqren çox vaxt dərmana tabe olmur. Miqrenin müalicəsi və dərmanı yoxdur deyilir. Bəs o zaman bu qədər ağrıkəsicini niyə qəbul edirik?
R.İbişov deyir ki, miqren 2 səbəbdən yaranır: damarın daralması və damarın genişlənməsi:
“Bu mərhələləri tutmaq olmur. Xəstə hər iki halda zoqquldayıcı ağrı hiss edir. Miqren üçün bir müayinə üsulu da yoxdur, MRT heç nə göstərmir. Bu iki mərhələ bir-birini əvəz edə bilir.
Xəstə əgər damarın genişlənməsi mərhələsində olsa, bu zaman “spazmalqon” içsə, onsuz da damar genişlənib, dərman bir az da genişləndirəcək. Deməli, spazm əleyhinə preparatlar olmaz. Və yaxud yığılma, sıxılma mərhələsində “diklofenak” versək, onsuz da damar yığılıb, o dərman daha da yığacaq.
Ona görə miqrendə biz ikili təsir göstərən kofein tərkibli, müasir miqren əleyhinə dərmanlardan istifadə edirik.
Gənc insanların baş ağrılarında orqanik səbəb olmadıqda, sakitləşdirici dərman fonunda aradan qalxa bilər. İstənilən forma baş ağrısını müasir differensial diaqnostika ilə diaqnoz edib, uyğun müasir preparatlarla qısa müddətdə müalicə edə bilirik”.