Türkiyənin məşhur aktyoru Məhməd Əli Alaboranın yaxalanması haqqında İstanbul məhkəməsi qərar çıxarıb.

Kult.az xəbər verir ki, aktyora qarşı Gəzi Parkı hadisələriylə əlaqədar Türkiyə hökumətini ortadan qaldırmaq və hökumətin vəzifəsini icra etməyə maneə yaratmaq ittihamları irəli sürülüb. Belə ki, İstanbul Prokurorluğu Alaboranın Gəzi parkı hadisələrindən öncə Gürcüstan və ərəb dünyasındakı inqilablara dəstək verən məşhur serb təşkilatı kimi tanınan OTPOR-un lideri İvan Maroviçlə İstanbul və Misirdə görüşdüyünü bildirib. Alabora ilə bərabər onun həyat yoldaşı Ayşə Pınar Alabora, Defnə Anter, yazıçısı Handan Məltəm Arıkan və reklamçı Mətin Osasogie Edomvonyi də Maroviçlə görüşüblər.

Prokurorluq həmçinin Gezi parkı hadisələrinin 2011-ci ildən planlaşdırıldığını, hətta Alaboranın bu tarixlərdə “Ayağa qalx, İstanbul” ifadələrinin işlədildiyi videolar yayaraq, bu hadisələrə hazırlaşdığını iddia edib.

Məhkəmə Alaboranı bir müddət öncə eyni maddə ilə həbs edilən Soros Fondunun Türkiyə nümayəndəsi Osman Kavala ilə əlaqələrdə də ittiham edib.


Beynəlxalq ekoloji standartlara uyğun texnoloji proseslərlə tanışlıq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri “Koka-Kola” şirkətinin dəvəti ilə müəssisədə olublar.

Nazirikdən Axar.az-a verilən məlumata görə, nazirliyin nümayəndələrinə şirkətin istehsal prosesi, beynəlxalq ekoloji standartlar sahəsində nailiyyətləri, ölkənin ekoloji inkişafı və ətraf mühitin qorunması üçün həyata keçirilən layihələr təqdim edilib. İstehsal prosesində müasir innovativ üsullarla sərf olunan suyun həcminin azaldılması, səmərəli və qənaətlə istifadə proqramları, istehsal zamanı yaranan texniki suların müasir təmizləmə sistemindən keçirilərək tam təhlükəsiz formaya çatdırılması qaydaları haqqında məlumat verilib.

Görüşdə mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb, plastik tullantıların çeşidlənməsi, təkrar emalı və utilizasiyası məsələləri, plastik qablaşdırmada ən böyük payı olan “Koka-Kola” şirkətinin bu sahədə üzərinə düşən məsuliyyəti və öhdəlikləri müzakirə edilib. Yeni yaşıllıq sahələrinin salınması, sudan səmərəli və qənaətlə istifadənin təşviqi, ətraf mühitin mühafizəsi sahəsində birgə ekoloji layihələrin həyata keçirilməsi üçün ümumi razılığa gəlinib.

Sonra nazirliyin nümayəndələri “Koka-Kola” şirkətinin istehsalat sahələri və ekoloji standartlara uyğun texnoloji proseslərlə tanış olublar.


Havalar soyuduqca immun sisteminin möhkəmləndirilməsi olduqca aktual məsələyə çevrilir.

Bəzi çox sadə vasitələr bizə immuniteti yüksək səviyyədə saxlamağa, soyuqdəymə və qrip xəstəliklərinə tutulmamağa və ya bu xəstəlikləri daha asan keçirməyə kömək edə bilər.

Axar.az Sağlamolun.az-a istinadən immuniteti möhkəmləndirən ən sınanmış 5 vasitəni təqdim edir:

1. Arıçılıq məhsulları (bal, bərəmum - propolis, arı südü və s.). Bütün bu məhsullar immun sitemini çox yaxşı möhkəmləndirir və stimullaşdırır.

2. Süd məhsulları. Bağırsaqların mikroflorasının vəziyyəti immun siteminin səviyyəsi ilə sıx bağlıdır. Bağırsaq problemləri (ishal, qəbizlik, disbakterioz və s.) olan insanda immunitet aşağı səviyyədə olur. Bu səbəbdən bağırsaqların normal fəaliyyətini təmin etmək olduqca vacibdir. Bu işdə ən yaxşı köməkçimiz süd məhsullarıdır.

3. Exinaseya bitkisi. Bu bitkinin immun sistemini möhkəmləndirmək xüsusiyyətləri tibdə öz təsdiqini tapıb. Bu səbəbdən exinaseya immuniteti möhkəmləndirmək üçün olan çoxsaylı vasitələrin (damcılar, həblər və s.) tərkibinə daxil edilir.

4. Zəncəfil. Bu möcüzəli bitki də immun sistemini effektli şəkildə stimullaşdırır.

5. Aloe vera. Bu biki və onun şirəsi tibdə güclü immunostimulyator kimi tanınır və həm ənənəvi, həm də xalq təbabətində geniş istifadə olunur.


Bu gün tanınmış yazıçı, akademik Kamal Abdullanın 68 yaşı tamam olur.

Kult.az tanınmış şəxslərin Kamal Abdullanın elmi və bədii yaradıcılığı haqda fikirlərini təqdim edir.

Xalq yazıçısı Anar: “Kamal Abdulla bizim çox gözəl ziyalımızdır. O, öz yaradıcılığı ilə ədəbiyyatımıza maraqlı yeniliklər gətirib. Gözəl ədəbi duyumu olan yazıçıdır. Kamal bəy mənim dostumdur, xətrini çox istəyirəm. O, eyni zamanda çox dəyərli alimdir. Təkcə bədii deyil, elmi əsərləri da maraqlı və dərindir. Yaradıcılığına böyük maraq göstərirəm”.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu:

“Kamal müəllim geniş diapazonlu, yüksək intellektli bir ziyalıdır, ona böyük hörmətim var. Əsərləri İtaliya, Yaponiya, Türkiyə, Rusiya və s. ölkələrdə çap olunub. Bu mənada Azərbaycan elminin, mədəniyyətinin ən layiqli təmsilçilərindən biridir.

Kamal bəylə birlikdə Almaniyada səfərdə olanda yaradıcılığına və elmi fəaliyyətinə görə onu necə xüsusi rəğbətlə, böyük ehtiramla qarşıladıqlarının şahidi olmuşam.

Onun “Kitabi-Dədə Qorqudun poetikasına giriş” əsəri öz yeniliyi ilə folklorumuzun sirlərinin açılması, ədəbiyyatımızın dərin kökləri baxımından olduqca əhəmiyyətlidir.

Kamal Abdulla ziyalılar arasında “ideyalar enerjisi” kimi tanınır. Hər zaman ortaya yeni ideyalar atır, onları həyata keçirir.

O, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri kimi çalışdığı dövrlərdə multikulturalizmin inkişafına böyük töhfə verib. Kamal bəyin geniş və səmərəli fəaliyyəti sayəsində Azərbaycan multikulturalizmi 20-dən çox xarici ölkədə tədris olunmağa başladı. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı məhz onun təşəbbüsü və redaktorluğu ilə çap olunub. Bundan əlavə, Azərbaycan Tərcümə Ensiklopediyası Kamal müəllimin birbaşa fəaliyyətinin nəticəsi olaraq işıq üzü görüb.

Bir ziyalı, həmkar, dost kimi Kamal müəllimi ürəkdən təbrik edir və ona yeni yaradıcılıq uğurları arzulayıram”.

Şair, yazar Qismət Rüstəmov: “Mənə elə gəlir ki, Kamal müəllimin yaradıcılığı üçün əsas xarakterik cəhətlərdən biri keçmiş zaman ənənəsidir. Əsərlərinin adlarına da baxanda bu görünür. Məsələn, “Əvvəl-axır yazılanlar”, “Tarixsiz gündəlik” və s. Bu əsərlərin hamısında tarix, keçmişə səyahətdən söz açılıb.

Onun əsərlərində ən çox keçmiş zamanın dəyişdirilmə arzusu, başqa bir variantı təklif etmək yer alır. Məsələn, yunan mifindən olan məşhur “Parisin seçimi” hekayəsində qəhrəman Paris Afroditanı seçir və Troya müharibəsi baş verir. Amma Kamal müəllimin variantında həmin Paris təklif olunan 3 variantdan başqa variantı seçir və tarixin gedişatı tamam başqa cür olur. Gözlənilməz keçidlər, zaman haqqında ayrı-ayrı variantları düşünmək Kamal bəyin yaradıcılığı üçün xarakterik cəhətlərdəndir.

Dünyada əsasən bir neçə yazıçı tipi var: bədahətən, nəyinsə üzərində düşünmədən birbaşa özünü yazı prosesinin içinə buraxan yaradıcı insanlar, bir də 20-ci əsrin 60-70-ci illərində sonra məşhurlaşan, yazdığı hər şeyi kiçik xırdalığına qədər axtaran, onun dərin qatlarına varan yazıçılar. Dünyada bu tipin nümunələri Umberto Eko və başqalarıdır. Kamal müəllimin Azərbaycan ədəbiyyatında müstəsna yeri həm də odur ki, o, intellektual prozanın yeganə nümayəndəsidir”.

Qeyd edək ki, Kamal Abdulla 4 dekabr 1950-ci ildə Bakıda anadan olub. Onun “Sehrbazlar dərəsi”, “Yarımçıq əlyazma”, “Unutmağa kimsə yox” və başqa əsərləri dünyanın müxtəlif ölkələrində nəşr edilib, mükafatlara layiq görülüb.


NASA Yer kürəsi üçün potensial təhlükə hesab edilən “Bennu” asteroidinin hərəkətinin görüntülərini paylaşıb.

Axar.az xəbər verir ki, “Bennu”nun tam fırlanması oradan qrunt nümunələri gətirmək üçün göndərilən OSİSİS-REx planetlərarası stansiyanın köməyi ilə qeydə alınıb.

“Salam, asteriod Bennu! Bizim OSİSİS-REx kosmik aparatımız səninlə görüşmək üçün 2 milyard mildən çox uçdu”, - NASA videonu yaydığı Tvitter hesabında yazıb.

NASA-dan bildirilib ki, bu asteroidi 1 il ərzində öyrənmək niyyətindədirlər. Daha sonra kosmik zond alimlərin araşdırması üçün “Bennu”dan nümunələr götürəcək. OSİSİS-REx kosmik stansiyasının Yerə 2023-cü ilin sentyabrında qayıdacağı planlaşdırılıb.


Türkiyənin Kral TV kanalının rəhbərliyi və çəkiliş heyəti 21 dekabrda Murad Bozun Bakı Konqres Mərkəzində keçiriləcək konsertində iştirak etmək üçün Azərbaycana gələcək.

Kult.az xəbər verir ki, kanalın çəkiliş qrupu Murad Bozu izləməyə gələn azərbaycanlı məşhurlardan açıqlamalar alacaq.

Qeyd edək ki, konsertdə ilk dəfə yerli media ilə yanaşı Türkiyə televizyası da iştirak edəcək.


Şəkini bir də payızda görün...

Azərbaycanın dilbər guşələrindən biri də Şəkidir.

Şəki hazırda turistlərin ən çox üz tutduğu bölgələrimizdən biridir. Payız fəsli isə bu şəhərə əlavə gözəllik qatır.

“Qafqazinfo” “Trend”ə istinadən Şəki şəhərindən ən son görüntüləri təqdim edir:

 

 














Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə baş konsul canlı mahnı ifa edib.

Ardını oxu...


Bəşəriyyət üçün potensial təhlükə hesab edilən viruslar müəyyən edilib.

Ardını oxu...


Bu gün Bioloji Təbabət Klinikasının masallı filialının açılışı baş tutub.

Ardını oxu...

Xəbər lenti