“Caliber” layihəsi “Atəş xəttində: 11-ci buraxılış” adlı növbəti təhlilini təqdim edib.

Bu barədə layihənin “YouTube” kanalında video yerləşdirilib.

Layihənin müəllifi Heydər Mirzə həmsöhbəti ilə dekabrın 10-da paytaxt Bakıda Vətən Müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradı və orada iştirak etmiş hərbi birləşmələri müzakirə edib.

Müzakirənin əsas mövzusu İkinci Qarabağ müharibəsində öz peşəkarlığı ilə fərqlənmiş Azərbaycanın xüsusi təyinatlı hərbi birləşmələri olub.

Şəhid, baş leytenant Ruslan Bayramov düşmənin qorxulu röyası olan qəhrəmanlarımızdandır.

Quba rayonunun Əlibəyqışlaq kəndindən olan R.Bayramov tək başına düşmənin 100-ə yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxarıb.

Şəhidin atası Azər Bayramov bildirir ki, Ruslanın döyüş yoldaşları onun Hadrut və Xocavənd ətrafındakı yüksəkliklərin ələ keçirilməsində böyük şücaəti olduğunu deyiblər:

“Ən son isə o, Şuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Elə bu döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub”. 

Ailə üzvləri deyir ki, R.Bayramov öz istəyi ilə hərb sənətini seçib və bu istiqamətdə təhsil alıb. 

Qeyd edək ki, R.Bayramovun qardaşı hazırda hərbi xidmətdədir. Qəhrəmanımızın üzünü belə görmədiyi bir qız övladı var. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azad edilən rayonlarımızı necə inkişaf etdirək?

"İşğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması başa çatmaqdadır. Sənədin yaxın zamanlarda ictimaiyyətə təqdim olunması gözlənilir".

"Qafqazinfo" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkədə yazıb. O bildirib ki, konsepsiyada həmin ərazilərimizin inkişafı üçün təşviqedici tədbirlərin nəzərdə tutulacağı gözlənilir: "Bütövlükdə, işğaldan azad olunan rayonlarımızın inkişafı üçün həm o ərazilərimizdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulmasına ehtiyac var. 

Sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur. Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır, sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqini nəzərə alsaq oxşar modelin istifadə arzuolunan olardı. 

Eyni zamanda, yeni yaradılacaq iş yerlərində yerli sakinlər üçün kvotaların müəyyənləşdirilməsi, özünü məşğulluq proqramının genişləndirilməsi kimi tədbilərin də nəzərə alınması məskunlaşmadan sonra o bölgələrdə yaşayacaq vətəndaşlarımız üçün yeni imkanlar yarada bilər. Bütövlükdə, Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir".

Bildiyimiz kimi, Azərbaycan mənfir düşmənə qarşı apardığı 44 günlük haqq savaşında qalib gəlib. Azərbaycan ordusu və dövlətimizin sərgilədiyi siyasi iradə erməniləri torpaqlarımızdan çıxmağa mıəcbur edib.

Oxu.az xəbər verir ki, işğaldan azad edilmiş yurd yerlərimizlə bağlı yayılmış videolar xalqımız tərəfindən duyğu ilə qarşılanıb.

İndi isə Azərbaycan əsgərlərinin Xankəndidə olduğunu əks etdirən görüntülər yayılıb.

Videodan aydın olur ki, müzəffər ordumuzun nümayəndələri şəhərin mərkəzindədirlər.

Həmin görüntüləri təqdim edirik:

ABŞ-ın “Time” jurnalı 2020-ci ilin seçilən 100 şəklini yayımlayıb.

Oxu.az xəbər verir ki, jurnalda Azərbaycanın Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin mülki şəxslərimizə hücumu nəticəsində Bərdə şəhərindən çəkilən şəkil də yer alıb.

“28 oktyabrda Fuad İsmayılovun bacısı Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə atdığı raket hücumu nəticəsindən öldükdən sonra onun əlindən öpür” , - deyə qeyd olunub.

“Time” jurnalının seçdiyi şəkillərdən bir neçəsini təqdim edirik:

 
 
 
 
 

Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızdan biri də Rzaxanov Nihat Natiq oğludur. 2001-ci ildə Bakının Biləcəri qəsəbəsində dünyaya gələn Nihat 2007-ci ildə 301 N-li məktəbdə birinci sinfə başlayır. Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün 9 il təhsil aldıqdan sonra işləməyə başlayır. 2019-cu ildə Ağcabədi rayonunda hərbi hissəyə yollanır.

“Report” xəbər verir ki, Nihat 44 günlük Vətən müharibəsi başlayan zaman könüllü olaraq gedir və qəhrəmancasına vuruşur. Şəhidin anası İradə xanımın sözlərinə görə, oğlu Nihat son dəfə anasına zəng edərək “Ana mən getdim” deyir və sağollaşır.

Nihat noyabr ayının 6-sı səhər saat 11 radələrində Xocavənd istiqamətində hücuma keçərkən bir neçə əsgər yoldaşına kömək edir və nəticədə başından qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır.

Ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif olunan Nihatın anasının indi yalnız bir arzusu var. Yaşadıqları ərazidəki küçəyə şəhid oğlunun adı verilsin.

Qeyd edək ki, evin, demək olar ki, tək çalışan üzvü Nihat şəhid olduqdan sonra ailənin maddi vəziyyəti yaxşı deyil. Ailə təmirsiz və şəraiti olmayan evdə yaşayır.

Bu il dekabrın 22-də nələr baş verəcək, kimlər o tarixdən sağ çıxacaq?
Rusiya mətbuatında dərc olunan bir məqalə, dünyanın sonu ilə bağlı yeni yeni bir iddia formalaşdırıb. Məqalədə bolqar görücü, məşhur Vanqanın proqnozuna əsasən, bu ilin dekabrın 22-də dünyada çevriliş olacaq.

İddiaya görə, dekabrın 22-də dünyanın dağılacağı ilə bağlı məlumatı Vanqanın qohumları ağızdan-ağıza ötürüblər.

Maraqlıdır, Bəlkə, qohumları yalan deyir?

Öz həmyerlisinin uzaqgörənliyini araşdıran başqa bir bolqar alimin dediklərinə baxaq. Veliçka Dobryanov Vanqanın görüşdüyü adamlarla söhbətlərindən onun 823 mesajının açmasını izah edir. Deyir ki, onlardan 400-ü artıq düz çıxıb, 200 –ü birmənalı deyil. 90-ı yanlış olub.
Onun sözlərinə görə, Vanqa olacaqlardan birbaşa bəhs etməyib, o yalnız tapmaca kimi deyib ki, anlayan anlasın.

Beləliklə, ölümündən əvvəl Vanqa lənətə gəlmiş beş dənə “2” rəqəmindən bəhs edib. İki dəfə həmin “2” lərin təkrarlanacağı gündən danışıb. Onun birini keçmişik - 22.02.2020-ci ildir. Biri isə hələ qarşıdadır – 22.12.2020-ni deyir.

Vanqa deyib ki, həmin gün dünyada əsaslı dəyişikliklər olacaq. Elmə görə həmin gün iki səma cismi - Yupiterlə Saturn dolça bürcü altında birləşəcək.

Deyir ki, həmin gün ola bilsin bizim yer planeti hansısa astroloji varlıqla toqquşacaq. Bu da fəsadsız ötüşməyəcək: “Günəşin üzünü yeri bürümüş qara kül örtəcək. Çaylar məcrasından çıxacaq, yer kürəsinin kiçik hissələri su altında qalacaq. Dirilər ölülərə həsəd aparacaq. Bəzi ölkələr yer üzündən silinəcək. Xeyirxah insanlar qalacaq, bədxahlar məhv olacaq. Özünü ağıllı hesab edənlər öləcək. Çox adam məhv olacaq. Ondan sonra həyat yaxşı olacaq, hətta ölümsüzlük gələcək”.

Vanqa deyib ki, həmin gün hər kəs özünü güzgüdə görəcək, dünya güzgü kimi üzünü dəyişəcək. Bəs kimlər xilas olacaq? Vanqaya görə, xeyirxah adamlar yaşayacaq. İnamlı insanlardan ibarət olacaq dünya. Dünyanın axırı olmayacaq, amma dünya dəyişəcək. Bir sözlə, deyir xeyirxah və inamlı olun ki, yaşayasınız, dünya gözəlləşsin. Axırıncı fikrə əməl etməyə etsək yaxşıdır, amma dünyanın dəyişəcəyi barədə cəfəngiyyatı eşidin, inanmayın. Xüsusən uşaqlar panikaya düşməsin, biz çox eşitmişik belə söhbətləri, həmin dünyadır.azerforum

Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhramanlardan biri kapitan Rəşad Abdullayevdir. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ordeni ilə təltif edilən şəhidimiz Murovdağ yüksəkliyinin azad olunmasında böyük sücaət göstərib. Vətən müharibəsinin başlandığı ilk günlərdə Murovdağ istiqamətində əks hücum əməliyyatlarına rəhbərlik edən Rəşad Abdullayev tabeliyində olan hərbi qulluqçularla birlikdə ermənilərin 100-ə yaxın döyüşçüsünü məhv edərək 7 postu azad edib. Hərbçi yoldaşları ona "Murov aslanı" ləqəbi veriblər.

"Ölkə.Az" xəbər verir ki, “Report”un Muğan bürosunun əməkdaşları şəhidin doğulub böyüdüyü Cəlilabadın Göytəpə kəndində evinə baş çəkib, ailəsi ilə həmsöhbət olublar.

Rəşad Abdullayev 1988 –ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 2003-cü ildə hərbi liseyə daxil olub. Hərbi lisseyi uğurla bitirindən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olan Rəşad 2012-ci ildə yüksək bacarıq və xüsusi hərbi kefiyyətlərinə görə xüsusi təyinatlıların sırasına qəbul edilib.

Həyat yoldaşı Gülnar Abdullayeva deyir ki, sonuncu dəfə onunla sentyabrın 25-də danışıblar: "Daha sonra Murovdağ istqamətində gedən döyüşlərə qatılıb. Sentyabrın 28-də ağır yaralanan Rəşad Abdullayev həmin ayın 30-da şəhid olub".

Rəşad Abdullayevin atası deyir ki, üç bacının tək qardaşı olmasına baxmayaraq hərbiçi olmaqdan bir an belə çəkinməyib: "Rəşadın hərbə marağı babasından keçib. Uşaq vaxtı babasının Böyük Vətən müharibəsindən qalma orden və medallarını sinəsinə taxar qürurla gəzərdi".

Rəşad Türkiyədə və Gürcüstanda hərbi təlimlərdə iştirak edib. Aprel döyüşlərinin iştirakçısı olan şəhid ölümündən sonra “Vətən Müharibəsi Qəhramanı” ordeni ilə təltif edilib.

Qələbəmizdə payı olan şəhidlərimizdən biri də baş leytenant Vüsal Kazımov olub. 

Azərbaycan Televiziyası şəhid zabitimizin ailəsindən reportaj hazırlayıb. 

Şəhidin atası Kamran Kazımov oğlunun ona bağışladığı saatın dəfn günündə dayandığından söhbət açıb. 

Bölük komandirinin müavini kimi Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasında iştirak edən Kamran yaşasaydı, bu gün 30 yaşını qeyd edəcəkdi. 

Dövlət Televiziyası daha bir şəhidimizin ailəsində olub. O, tarix-coğrafiya müəllimi leytenant Xalid Nəciyevdir. 

Vətənini canı qədər sevən müəllim şagirdlərinə də bu hissləri aşılayıb. 

Qəhrəmanlarımız haqqında olan süjetləri təqdim edirik: 

Siyasət Mustafayev Qarabağımızda torpaqlarımızın azad edilməsi uğrunda işğalçı Ermənistan ordusuna qarşı igidliklə döyüşən və 24 yaşında şəhidlik zirvəsinə ucalan oğullarımızdandır.

 AZƏRTAC bildirir ki, Siyasət 1996-cı ildə Ağdaş rayonunun Abad kəndində dünyaya gəlib.

2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətini başa vurduqdan sonra yenidən qəlbən sevdiyi və bağlandığı ordu sıralarına qayıdıb. Burada o, Azərbaycan Silahlı Qüvvələrinə layiq bir hərbçi kimi formalaşıb.

Sentyabrın 27-də işğalçı Ermənistan ordusunun Qarabağda törətdiyi növbəti, irimiqyaslı təxribata qarşı Silahlı Qüvvələrimizin başladığı əks-hücum əməliyyatının ilk vaxtlarından ön cəbhədə düşmənə qarşı igidliklə vuruşan və xeyli canlı qüvvəsini məhv edən Siyasət döyüş yoldaşları və komandirləri arasında böyük hörmət qazanıb.

Əlbəttə, heç bir müharibə şəhidsiz olmur. Gənc hərbçi Tərtərin Talış kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ailədə bir bacının tək qardaşı idi.

Atası Akif Mustafayev şəhid oğlu ilə fəxr etdiyini bildirib:

“Oğlum Vətən Müharibəsində şəhid olub. Mənim üçün böyük təsəllidir ki, o, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə qazanılan Böyük Qələbədə şəhidlik zirvəsinə ucalıb. Bu zirvə onu yaşadır, həmişəlik yaşadacaq”.

 

 
  •  

 

 
 
 

Xəbər lenti