2021-ci ilin əsas qlobal riskləri açıqlandı

Konsaltinq şirkəti “Eurasia Group” 2021-ci ildə onlarla qlobal riskləri ehtiva edən bir reytinq təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən risklərin arasında birinci yerdə “bölünmüş Amerika” təhlükəsi durur. Bu vəziyyət ABŞ əhalisinin təxminən yarısının ölkənin hər yeni liderini qeyri-legitim hesab etdiyi bir vəziyyətlə əlaqələndirilir. Mütəxəssislərin fikrincə, belə bir vəziyyət yeni seçilmiş prezident Co Baydenin hakimiyyətə gəlişi ilə daha da inkişaf edəcək.

Sıralamada ikinci yerdə “COVID-19” pandemiyası qərarlaşıb. Koronavirusa qarşı peyvəndlənmə fonunda cəmiyyətin daha zəngin və daha kasıblara bölünəcəyi ehtimal olunur. Analitiklərin fikrincə, bu, bir çox ölkədə vətəndaş iğtişaşlarına səbəb olacaq. Pandemiya iş yerlərinin ixtisar edilməsi, hökumətə inamın itməsi, inkişaf etməkdə olan ölkələrdə borc böhranlarının artmasına yol açacaq.

Üçüncü risk kimi beynəlxalq rəqabətə səbəb olacaq iqlim dəyişikliyinə qarşı mübarizə qeyd olunub.

Bunlardan əlavə, qlobal risklər siyahısına ABŞ ilə Çin arasında artan gərginlik, məlumatların beynəlxalq formatda ötürülməsindəki çətinliklər, rəqəmsal məkanda qlobal bir qarşıdurma ehtimalı, Türkiyə iqtisadiyyatının siyasi nəticələrə səbəb ola biləcək problemləri daxildir.

 

 

 

Yunanıstanda koronavirusun yeni ştamına yoluxma aşkar edilib.

Report xəbər verir ki, koronavirusun yeni ştammı altı nəfərdə aşkarlanıb. Onlar ölkəyə Britaniyadan gəliblər. Mutasiyaya uğramış virusun həmin şəxslərin orqanizmində mövcudluğunu ekspress test göstərib.

Sonra onların analizləri əlavə yoxlamaya göndərilib. Yoxlama həmin şəxslərdə "Britaniya" ştammının mövcudluğunu müəyyənləşdirib.

Telekanal qeyd edib ki, pasiyentlər mehmanxanada karantindədir.

Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkə alimləri yeni, mutasiya etmiş COVID-19 aşkarlayıblar. Koronavirusun yeni ştammı əvvəlkindən daha sürətli yayılır. Böyük Britaniyanın baş naziri Boris Conson deyib ki, koronavirusun yeni mutasiyası virusun başqa növlərindən 70 % daha yoluxucudur.

Koronavirusun ağciyərlərə düşməsinin qarşısını almaq üçün nə etməli?
Boğazı qarqara etmək koronavirusun profilaktikasına və müalicəsinə kömək edə bilər.

Nedicina.az xəbər verir ki, Tailandlı alimlər belə bir iddia ilə çıxış ediblər.

Boğazı yaxalamaq üçün adi sudan, həmçinin, fizioloji məhlul və ya süfrə duzları olan qatqıdan istifadə etmək tövsiyə olunur.

Alimlər xəstəliyin ilk günlərində virusun məhz boğazda daha çox aktiv olduğunu, ən yüksək konsentrasiyanın burada toplandığını vurğulayırlar.

Mütəxəssislər qarqara etməyin maska və əlcək taxmaq qədər təsirli və zəruri olduğunu vurğulayıblar.

“Aparılan yüzlərlə elmi tədqiqatlara əsasən, o nəticəyə gəlmək olur ki, koronavirus xəstələrinin müalicəsində istifadə olunan favipiravir heç də Azərbaycanda bir çox həkimlərin xəstələrə söylədiyi kimi effektli deyil. O, virusu deyildiyi kimi məhv eləmir və yaratdığı yan təsirlərinə görə istifadəsinə ciddi nəzarət edilməlidir”.

Bu barədə report-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, ən son tədqiqatlardan biri bu barədə indiyə qədər aparılan 1 798 elmi işin incələnməsi əsasında aparılıb:

"Son günlər Azərbaycanda da favipiravirlə müalicə üsulu geniş vüsət alıb. Ev şəraitində müalicə olunan koronavirus xəstələrinin müalicələrində bu preparatdan geniş istifadə halları müşahidə olunur. Amma aparılan tutarlı elmi tədqiqatlara diqqət yetirsək bunun heç də doğru olmadığını görərik. Belə ki, ötən aylarda aparılan və toplam 1 798 elmi işin incələnməsinə əsaslanan araşdırmada xəstəliyin son günlərində favipiravirlə müalicə olunan xəstələrdə kliniki pisləşmə daha az rast gəlinir, amma bu da statistik baxımdan digər qrupla müqayisədə əhəmiyyətli dərəcədə fərqlənmir. Bundan əlavə, insanlar bilməlidir ki, xəstəliyin sonlarına doğru insanlarda yaxşılaşmanın sırf bu dərmanın tətbiqinin nəticəsindən irəli gəldiyi sübut edilməyib".
 

Azərbaycanlı alim bildirib ki, məhz buna görə də faviripiravirlə müalicə bir çox ciddi müalicə protokollarına daxil edilməyib. Onun sözlərinə görə, bunun Azərbaycanda bir sıra həkimlərin dediyi kimi yüksək effektivli müalicəsi iddiası yanlışdır.

N.Abdullayev əlavə edib ki, dəlil məhdudiyyətləri və həll olunmamış təhlükəsizlik məsələləri nəzərə alınaraq, favipiravirin COVID-19-a qarşı geniş yayılmasına ciddi diqqət yetirilməlidir. Tibb elmləri doktoru sözügedən dərmanın həmçinin hamilə qadınların sağlamlığına təsirlərindən də bəhs edib:

"Favipiravir qısa müddətli istifadədə təhlükəsiz və dözümlü görünə bilər, lakin müalicənin daha uzunmüddətli təsirlərini qiymətləndirmək üçün daha çox zaman və dəlil lazımdır. Favipiravir hamilə qadınlarda teratogendir və insanlarda hiperurikemiyaya səbəb ola bilir. Buna görə dərmanın tətbiqinə ciddi nəzarət edilməlidir".

 

 

 
 
 

Dekabrın 14-də Ermənistan əsirliyindən azad edilən həmvətənimiz Amin Musayev evə buraxılıb.
Bu barədə Oxu.Az-a onun xalası Rəna Əmiraslanova məlumat verib.

O bildirib ki, Amin artıq xəstəxanadan çıxıb, Ağstafaya yola düşüb:

“Şükür Allaha hər şey qaydasındadır. Amini xəstəxanadan dayısı götürüb. İnşallah axşama qədər Ağstafaya çatacaqlar. Maraqlanan hər kəsə təşəkkür edirik”.

Pandemiya zamanı sosial izolyasiya səbəbilə onlayn işlərə təlabat daha da artıb. Buna görə evdə oturaraq internetdən pul qazanmağın 5 üsülunu sizə təqdim edirik.

Bloq yaradın - Öz sahənizdə bloq yaradaraq reklamlardan pul qazana bilərsiniz

Frilans işləyin - dizayn, proqramlaşdırma və digər işləri görərək gəlir əldə etmək mümkündür

Kriptoya investisiya - Kriptovalyutaya düzgün investisiya sizi bir gecədə milyoner belə edə bilər

Onlayn kurs - Müəllim olmağa ehtiyac yoxdu, öz biliyinizi videoya çəkib onlayn satın
Konsultasiya verin - Peşəkarı olduğunuz sahə üzrə konsultasiyalar verin

Bu işləri görərək hər ay minlərlə manat qazana bilərsiniz.

2020-ci il başa vururuq. Bu il koronavirusdan ölüm hallarının baş verməsilə yadda qalacaq. Dünyada ümumi koronavirusa yoluxma sayı artıq 80 milyonu ötüb. 
Azərbaycanda da təəssüf ki, bu rəqəm az deyil.
Koronavirusdan həyatını dəyişənlər arasında jurnalistlərimiz də var.

İyulun 1-də AzTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nemətzadə 1 saylı Klinik Tibbi Mərkəzdə koronavirusdan dünyasını dəyişib. 
15 iyun 2020-də daha bir ölüm baş verib. Tanınmış foto-jurnalist Fərman Bağırov da koronavirusa görə vəfat edib. O, uzun illər "Azərbaycan” qəzetində çalışmışdı.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Kinoproqramlar və dublyaj baş redaksiyasının baş redaktoru Etibar Babayev 3 iyulda koronavirusdan ölüb.
 
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlu koronavirusdan 28 iyul tarixində vəfat edib. O, "Yeni Klinika”nın Reanimasiya şöbəsində müalicə olunurdu.
Tanınmış jurnalist, "AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov koronavirus xəstəliyinə yoluxaraq, vəfat edib. Əslən Füzuli rayonundan olan Rəşad Süleymanov hərbi jurnalist kimi tanınırdı. /modern.az

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun İkinci Ağalı kəndindən videogörüntülər hazırlayıb.

Həmin görüntüləri təqdim edirik.
 

Pik həddə doğru gedən koronavirus pandemiyası insanları yeni şərtlərlə yaşamağa məcbur edir. İndi hər kəs pandemiyadan sağ çıxmaq barədə düşünür. Çoxumuz bəzi qaydaları bilirik, amma hardasa səhv edib, nələrisə nəzərdən qaçırıb virusu özümüzlə evimizə gətiririk.

"Ölkə.Az" özünü və əzizlərini düşünərək, bu çətin günlərdən sağ-salamat çıxmağı qarşısına məqsəd qoyan insanlar üçün 15 taktiki təlimatı toplayıb.

Bunlara əməl etsəniz kifayətdir:

1.Lazımsız yerlərə getməkdən çəkinmək, dost, rəfiqə, tanışlardan uzaqlaşmaq – düşünün, əgər xəstəliyə yoluxsaz, hansı yerlərə getməyinizə peşman olarsız? Məhz o yerlərdən də uzaq durun. Karantində olsaz, xəstələnsəz zatən dostlarınızı, qohumlarınızı sizlə görüşməyə qoymayacaqlar. Deməli, onlar da sizsiz çox gözəl keçinə bilər.

2. İşləyən insanlar – evdən bir dəfə çıxıb, evə bir dəfə qayıtmalısız. Evə dəfələrlə girib-çıxmaq olmaz. Əgər gedirsizsə, bunu nəzərə alın.

3. Evə çöldən, işdən, marketdən qayıdan insan üst geyimini və ayaqqabısını çöldə çıxarmalı, havalandırmağa qoymalı, daha sonra ailə üzvlərindən heç kimlə görüşmədən, danışmadan vanna otağına keçərək, isti su altında yuyunmalı, əl-üzünü, burnunun içini sabunla yumalı, boğazını isti duzlu su ilə qarqara etməli.

Daha sonra hər hansı dezinfeksiya edici məhlulla əllərini, saçını, burnunu dezinfeksiya edib, ondan sonra ailə üzvlərinə, uşaqlarına qarışmalıdır.

4. İş yeri, gündəlik əşyalar, telefon, maşının içi dezinfeksiya olunmalıdır

5. Liftlə yox, pilləkənlə çıxın.

6. Cibinizə hər hansı kiçik əşya qoyub, lift düyməsi və ya hər hansı əşyaya onunla toxunun.


7. Maska nə qədər qorumur deyilsə də, hər gün evdən çıxıb 5-8 saat çöldə olan şəxs respirator maska taxmalıdır. Harada görsəniz, əldə edin.

8. Hazır qidalar, kiminsə bişirdiyi yemək, küçədə qidalanma, zərərli qidalar, konservant məhsullardan imtina edin. Şübhəli adamlardan nəsə alıb yeməyin. Açıq bazarlardan çox məhsul almayın

9. Evi, qapını, maşının içini, pilləkənləri, hamamı xlor tərkibli yuyucu vasitələrlə gündə 1 dəfə yuyun.

10. Kim olur, olsun, əl verib görüşmək, öpüşmək olmaz

11. Liftə, avtobusa, vaqona, marketə adam az olduğu vaxtlarda gedin, harda 3-5 adam var, ordan uzaqlaşın.

12. Hər gün bol maye, şorbalar için, yaxşı qidalanın, zülal, protein, vitaminli ərzaqlar seçin, qatıq yeyin. Çay, energetik içki, Cola, qəhvə az qəbul edin.

13. Vitamin C ehtiyatını artırın, venadaxili inyeksiya edə bilərsiz

14. Bu ərəfələr yaşlı nənələr, babalar, hər gün küçədə olan kişilər uşaqlarla birgə yatmasın, onları yataqlarına buraxmasın.

15. İmmunitetinizi möhkəmlətmək üçün yeməklərə bol istiot, ədviyyatlar, eləcə də müxtəlif ətirli bitkilər, zəfəran, sarıkök istifadə edin, dərman bitki çaylarından alın. Bu işdə sizə aptekdə kömək edərlər.

Bu qaydaların hamısına dəqiqliklə, özünün və millətin naminə əməl edənlər mütləq koronavirusdan qoruna biləcək.

Özünüzü qorumaqla ailənizi, yaxınlarınızı bəladan xilas edin! medicina.az

Uzun müddət COVID-19 virusundan əziyyət çəkən şəxslərdə bu xəstəliyin qeyri-adi nəticələri aşkarlanıb. 

Oxu.az xəbər verir ki, onlar mövcud olmayan qoxuları qəbul etməyə başlayıblar. Bu fenomen parosmiya adlanır. Xəstələr balıq və kükürd qoxusundan şikayət edir, onları iyrənc adlandırırlar. 

Mütəxəssislər bu “unikal” nəticəni SARS-CoV-2-nin neyrotrop virus olması ilə nəticələndirirlər. 

Bundan xilas olmaq üçün həkimlər gündə 20 saniyə limon, qızılgül və qərənfil qoxlamağı məsləhət görür. Bu qoxu hissinizi bərpa etməyə kömək edəcək.

Xəbər lenti