Alimlər koronavirusun ağciyərlərə daxil olmasının yeni yolunu müəyyən ediblər.

Oxu.az xəbər verir ki, çinli tədqiqatçılar məqalələrini “Cell Research” jurnalında dərc ediblər.

Onların sözlərinə görə, virus üçün ağciyər və bronx hüceyrələrinə “giriş qapısı” yalnız ACE2 zülalı (koronavirusun daxil olması üçün əsas kanal sayılır) deyil, AXL fermenti də ola bilər.

Qeyd edilir ki, AXL - hüceyrələrin sağ qalması, diferensiallaşması və immunitet reaksiyaları daxil olmaqla bir çox fizioloji prosesdən məsul olan membran zülalıdır.

Alimlərin fikrincə, bu reseptorları söndürməklə ağciyərdə virus nüsxələrini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

"Qışda avtomobilin mühərrikini mütləq qızdırın". Bu avto mütəxəssislərin ən dəyərli məsləhətlərindən biridir.

Publika.az xəbər verir ki, araşdırmalar müasir maşınlarda bu cür isitməyə ehtiyac olmadığını göstərir.

Əsas səbəblərdən biri budur ki, bir qram belə əlavə yanacağın küçəyə atılması ekoloji tarazlığı pozur. Bu, həm də qlobal istiləşmənin "dəyirmanına su tökmək" kimi bir şeydir.

Əslində ekoloqlar bu məsələdə haqlıdır. Çünki motorun qızdırılması üçün hər dəfə əlavə bir litr yanacaq sərf edilir. Hər səhər və axşam motorun 10-15 dəqiqə qızdırılmasının ekoloji və iqtisadi baxımdan nə qədər zərər verdiyini düşünün. Hər bir sürücü bilməlidir ki, əslində maşın hərəkət edəndə mühərrik daha sürətlə qızır, nəinki dayanıqlı vəziyyətdə. Üstəlik, dayanıqlı vəziyyətdə mühərrikin işləməsi həm iqtisadi baxımdan itkilərə, həm də avtomobilin hissələrinin zərər görməsinə səbəb olur.

Müasir maşınların əvvəldən qızdırılması motorun ömrünü qısaldır.

Axşam saatlarından başlayaraq, Bakının bəzi yerlərinə qar yağıb. 

Oxu.az məlumatına görə, hazırda bəzi ərazilərdə qar yağıntısı davam edir. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Paytaxtın müxtəlif ərazilərindən çəkilən görüntüləri təqdim edirik:

Ötən il Azərbaycanda bir sıra xəstəliklərin sayında azalma müşahidə olunub.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca ilə (99,3 faiz), bruselyoz ilə (66,2 faiz), su çiçəyi ilə (60,2 faiz), skarlatina ilə (56,1 faiz), viruslu hepatit ilə (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu ilə (43,5 faiz), qonokokk infeksiyası ilə (41,1 faiz), ağciyər vərəmi ilə (33,5 faiz), sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb.

Həmçinin ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Bildirilib ki, yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.

Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli sənət xadimləri - şair Xurşidbanu Natəvan, bəstəkar Üzeyir Hacıbəyli və opera müğənnisi Bülbülün büstlərinin Şuşaya qaytarılması və şəhərin ölkənin mədəniyyət paytaxtı elan edilməsi əlamətdar bir tarixi hadisədir.

Bu barədə Trend-ə məşhur heykəltəraşlar - Xanlar Əhmədov və Namiq Dadaşov deyiblər.

Ustadlar o illərdə Şuşada bir sıra heykəltəraşlıq əsərləri yaradıblar, bunların arasında Üzeyir Hacıbəyli və Bülbülün büstləri də var idi.

75 yaşlı Namiq Dadaşov bildirib ki, 70-ci illərin sonu - 80-ci illərin əvvəllərində Üzeyir Hacıbəyli və Bülbülün büstləri Şuşadakı Mədəniyyət Evinin qarşısında idi. Lakin betondan tökməli olduqlarına görə onları dəyişdirməyə qərar verilib:

“Xanlar Əhmədovla birlikdə onları bürüncdən tökməli idik. Bu, 1984-ci ildə olub. Bundan əvvəl, 1982-ci ildə “Vaqif Poeziya Günləri” çərçivəsində, şairə, son Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın ulu öndər Heydər Əliyevin iştirakı ilə büstünün təntənəli açılışı olmuşdu. Büstün müəllifi dəzgah heykəltəraşlığı sahəsində ilk azərbaycanlı qadın heykəltəraş, əməkdar incəsənət xadimi Həyat Abdullayeva idi”.

N.Dadaşov qeyd edib ki, bütün ölkənin erməni təcavüzü üzərində böyük qələbəni qeyd etdiyi bu günlərdə mən bir müəllif kimi deyil, həm də bir vətəndaş və vətənpərvər olaraq həmin büstlərin tarixi məkanına qaytarıldığına görə sevinirəm.

Bakının mərkəzində qoyulacaq Zeynalabdin Tağıyevin abidəsinin müəllifi olan 74 yaşlı Xanlar Əhmədov: “Erməni təcavüzkarları tərəfindən güllələnən və 28 ildir Azərbaycan Milli İncəsənət Muzeyinin bağçasında olan büstlərin Şuşaya qayıtması çox sevindirici bir hadisədir. Erməni təcavüzkarları şəhərin işğalından sonra onları əridib qiymətli metal kimi satmaq istəsələr də, həmin illərdə işləyən mədəniyyət naziri Polad Bülbüloğlu və ulu öndər Heydər Əliyev sayəsində abidələr xilas edilərək Bakıya gətirilib”.

X.Əhmədov qeyd edib ki, milli mədəniyyətin inkişafı və təbliği Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fəaliyyətində prioritetlərdən idi:

“Bundan əlavə, gənc Bülbülün bürünc büstünü yaratdım. Bu abidə opera müğənnisinin Ev muzeyinin bağçasına qoyuldu. O, vokalçının 85 illiyi şərəfinə hazırlanıb”.

 

 
 
 
 
 
 
 
 
 

Rusiyalı bioloqlar, insanın hüceyrə kultunu gürzələr və digər ilanların zəhərində olan və fosfolipaza ailəsinə daxil edilən fermentlərdən istifadə edərək yeni növ koronavirus infeksiyasına yoluxmaqdan qoruyublar.

“Report” məlumatına görə, təcrübələrinin ilkin nəticələrini əks etdirən məqalə “bioRxiv” elektron elmi kitabxanası tərəfindən nəşr edilib.

Rusiya Elmlər Akademiyasının Bioorqanik Kimya İnstitutunun laboratoriya müdiri Yuri Utkinin rəhbərlik etdiyi rusiyalı alimlər bir neçə növ gürzənin zəhərindən PLA2 molekullarını çıxararaq quruluşlarını təhlil ediblər və SARS-CoV-2-yə necə təsir edəcəyini araşdırıblar.

Məlum olub ki, ilan zəhərinin bütün formaları bu və ya digər formada hüceyrə kultunda virusun çoxalmasının qarşısını alıb. Ən effektli Nikolski gürzəsinin zəhəri olub. Zəhər təkcə koronavirusu məhv etməyib, hətta hüceyrə səthindəki reseptorlarla əlaqə qurmasının qarşısını alıb.

Nikolski gürzəsinin əsas yayılma arealı Rusiya Federasiyasının Avropa hissəsi və Ukrayna və Rumınya ərazisidir.

Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya gedərkən Füzuli rayonunda keçib.


Bununla bağlı Mehriban Əliyeva “Instagram” hesabında video paylaşıb.


Videoda dövlət başçısı Azərbaycan Ordusunun bu ərazilərdə keçirdiyi əməliyyatdan danışıb:

“Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan Ordusu bu istiqamətdən hücum edərək, düşməni qova-qova torpaqlarımızdan çıxardı. Füzuli rayonu”.

Həmin videonu təqdim edirik:

Video

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

2020-ci ildə oğlan və qız uşaqlarına qoyulan adlar arasında ilk onluğu təqdim edirik.

Belə ki, geridə qoyduğumuz il ərzində oğlanlar arasında 2 008 uşağa Yusif, 1 932 uşağa Uğur, 1 905 uşağa Əli, 1 797 uşağa Hüseyn, 1 236 uşağa Ömər, 1 232 uşağa Məhəmməd, 1 166 uşağa Murad, 985 uşağa Raul, 870 uşağa Ayxan və 829 uşağa isə Tunar adı verilib.

Həmçinin ötən il qızlar arasında 1 968 uşağa Zəhra, 1 580 uşağa Zeynəb, 1 507 uşağa Məryəm, 1 437 uşağa Aylin, 1 399 uşağa Mələk, 1 318 uşağa Fatimə, 1 241 uşağa Nuray, 1 113 uşağa Nilay, 1 057 uşağa İnci və 961 uşağa Dəniz adı verilib.

“Telegram” messencerinin istifadəçilərinin sayı son 72 saat ərzində 25 milyon artıb.

Oxu.az xəbər verir ki, bu barədə sözügedən sosial şəbəkə proqramının yaradıcısı Pavel Durov məlumat yayıb.

“Yalnız son 72 saat ərzində “Telegram”a 25 milyon yeni istifadəçi qatılıb”, - deyə P. Durov qeyd edib.

O əlavə edib ki, son 72 saat ərində Asiyadan 38 faiz, Avropadan 27, Latın Amerikasından 21, Orta Şərq-Şimali Afrika ölkələrindən isə səkkiz faiz istifadəçi “Telegram”a qoşulub.

Koronavirus pandemiyasını dayandırmanın yeganə yolu ən qısa müddətdə dünya əhalisinin 75 faizinin peyvənd edilməsidir.

Oxu.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Beynəlxalq İnfeksiya Mütəxəssisləri Assosiasiyasının prezidenti, Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi İrina Şestakova məlumat verib.

Onun sözlərinə görə, bakterial və ya viral olsun, hər hansı bir epidemiya əhalinin ən azı yarısının vaksinasiyası ilə məğlub edilə bilər.

Eyni zamanda, Şestakova, söhbətin 3-5 il  müddətindən getmədiyini vurğulayıb.

“Kifayət qədər qısa müddətdə vaksinasiya etməli və tezliklə immun qat yaradılmalıdır”, - deyə infeksionist bildirib.

O, təcili vaksinasiyaya ehtiyacın peyvənddən sonra anticisimlərin nə qədər müddətə qaldığının hələ bilinməməsi ilə izah edib.

“Üç ilə hamını peyvənd etsək, bəzilərinin immuniteti bitəcək. Beləliklə, davamlı bir proses yaranacaq”, - deyə o, vurğulayıb.

Bu baxımdan, Şestakova koronavirus hadisəsində də qrip peyvəndində olduğu kimi davranmağa çağırıb.

Xəbər lenti