![]() |
|
Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
2020-ci ildə oğlan və qız uşaqlarına qoyulan adlar arasında ilk onluğu təqdim edirik.
Belə ki, geridə qoyduğumuz il ərzində oğlanlar arasında 2 008 uşağa Yusif, 1 932 uşağa Uğur, 1 905 uşağa Əli, 1 797 uşağa Hüseyn, 1 236 uşağa Ömər, 1 232 uşağa Məhəmməd, 1 166 uşağa Murad, 985 uşağa Raul, 870 uşağa Ayxan və 829 uşağa isə Tunar adı verilib.
Həmçinin ötən il qızlar arasında 1 968 uşağa Zəhra, 1 580 uşağa Zeynəb, 1 507 uşağa Məryəm, 1 437 uşağa Aylin, 1 399 uşağa Mələk, 1 318 uşağa Fatimə, 1 241 uşağa Nuray, 1 113 uşağa Nilay, 1 057 uşağa İnci və 961 uşağa Dəniz adı verilib.
Oxu.az xəbər verir ki, bu barədə sözügedən sosial şəbəkə proqramının yaradıcısı Pavel Durov məlumat yayıb.
“Yalnız son 72 saat ərzində “Telegram”a 25 milyon yeni istifadəçi qatılıb”, - deyə P. Durov qeyd edib.
O əlavə edib ki, son 72 saat ərində Asiyadan 38 faiz, Avropadan 27, Latın Amerikasından 21, Orta Şərq-Şimali Afrika ölkələrindən isə səkkiz faiz istifadəçi “Telegram”a qoşulub.
Koronavirus pandemiyasını dayandırmanın yeganə yolu ən qısa müddətdə dünya əhalisinin 75 faizinin peyvənd edilməsidir.
Oxu.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Beynəlxalq İnfeksiya Mütəxəssisləri Assosiasiyasının prezidenti, Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi İrina Şestakova məlumat verib.
Onun sözlərinə görə, bakterial və ya viral olsun, hər hansı bir epidemiya əhalinin ən azı yarısının vaksinasiyası ilə məğlub edilə bilər.
Eyni zamanda, Şestakova, söhbətin 3-5 il müddətindən getmədiyini vurğulayıb.
“Kifayət qədər qısa müddətdə vaksinasiya etməli və tezliklə immun qat yaradılmalıdır”, - deyə infeksionist bildirib.
O, təcili vaksinasiyaya ehtiyacın peyvənddən sonra anticisimlərin nə qədər müddətə qaldığının hələ bilinməməsi ilə izah edib.
“Üç ilə hamını peyvənd etsək, bəzilərinin immuniteti bitəcək. Beləliklə, davamlı bir proses yaranacaq”, - deyə o, vurğulayıb.
Bu baxımdan, Şestakova koronavirus hadisəsində də qrip peyvəndində olduğu kimi davranmağa çağırıb.
“WhatsApp” tətbiqetmənin davamlı istifadəsi üçün 8 fevral tarixinə qədər təsdiqlənməsi ilə bağlı yenilənmiş gizlilik müqaviləsi barədə açıqlama verib.
Oxu.az xəbər verir ki, “WhatsApp” insanların tətbiqetmədən alış-veriş etməsini və müəssisələrdən dəstək almasını asanlaşdırmaq istəyir:
“Şəffaflığı daha da artırmaq və müəssisələrin “WhatsApp” vasitəsilə müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik. Bu sayədə müəssisələr ana şirkətimiz “Facebook” vasitəsilə etibarlı hostinq almaq imkanı qazanacaqlar.
Bu yeniləmə “WhatsApp”ın “Facebook”la məlumat paylaşmasını dəyişdirmir, insanların dünyanın harasında olursa-olsun, dostları və ya ailəsi ilə xüsusi ünsiyyət qurmalarına təsir göstərmir”.
Qeyd edilir ki, “WhatsApp”da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar şifrələmə ilə qorunur. Şifrələmə məlumatın yalnız sizin və söhbət etdiyiniz şəxs tərəfindən oxunub dinlənilməsini təmin edir. Üçüncü şəxslər hətta “WhatsApp” və ya “Facebook”da bu məzmuna baxa bilmir.
"Ölkə.Az" e-tibb.az-a istinadən bildirir ki, hələ qədim zamanlarda sarımsaqdan tibdə dərman kimi istifadə olunub. Təbii bir antibiotik kimi qəbul edilən sarımsaq, tərkibindəki qida dəyəri və vitaminləri sayəsində bir çox xəstəlik üçün şəfa mənbəyidir. Tədqiqatlara görə, sarımsaq həm də bişmiş halda faydalarını qoruyub saxlayır və möcüzəvi təsir göstərir. Bəs közdə, ocaqda bişən, qızardılan sarımsağın faydaları nədir?
Tədqiqatlar göstərib ki, bu formada bişirilən 6 diş sarımsaq hər gün yeyiləndə bədəndə 24 saat ərzində bir çox dəyişiklik baş verir.
4-6 saat sonra maddələr mübadiləsi sürətlənir. Yağlar yanmağa, bədənindəki artıq mayelər atılmağa başlayır.
6-7 saat sonra sarımsağın antibakterial xüsusiyyəti bədənə yayılır və qan dövranı tənzimlənir. Sarımsaq bakteriyalarla mübarizə aparmağa başlayır.
6-10 saat sonra sarımsağın tərkibindəki qida maddələri hüceyrə səviyyəsində orqanizmə təsir edir və bədəni oksidləşmədən qoruyur.
10-24 saat saat sonra sarımsaq aşağıdakıları edir:
- Xolesterolu tənzimləyir
- Damarları təmizləyir və ürəyə müsbət təsir edir
- Təzyiqi tənzimləyir
- Sinir sistemini gücləndirir
- Ağır metalların bədənə daxil olmasının qarşısını alır
- Sümükləri və oynaqları möhkəmləndirir
- Yorğunluğun qarşısını alır
- Hüceyrələrin ömrünü uzadır
O da bildirilir ki, ayağın altını, dabanı sarımsaqla ovandan 30 dəqiqə sonra təsirini göstərir. Bu halda hətta sarımsağın dadını hiss etmək olur. Bu, sarımsağa mexaniki təsir zamanı əmələ gələn üzvi bir birləşmə olan allisinin təsiri nəticəsində yaranır. Bu birləşmə hüceyrə membranlarına, qan dövranına təsir edir və dad nöqtələrinə qədər çatır. Bu səbəbdən sarımsaq yeyən insanlarda yalnız ağızdan deyil, bütün bədəndən qoxu gəlir. Çünki qoxu qanda həll olur.
Məlumatlara görə, çox güclü antibakterial təsirə malik olan allisinin 1 milliqramı 15 vahid penisillin aktivliyinə bərabərdir. Güclü antioksidant təsirə malik olan allisin sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Bu isə orqanizmi toksik maddələrdən təmizləyir, şiş hüceyrələrinin inkişafını və hüceyrələrin qocalma prosesini ləngidir.
Bu virusun qorxduğu və olmadığı məqamları təqdim edirik:
1. Küçədən – çünki koronavirus kifayət qədər ağırdır və uçuşa bilmir, xəstənin ağız suyu və tüpürcəyi ilə çıxsa da küçədə yerə düşüb yapışır
2. Günəşdən – onun RNK-sını ultrabənövşəyi şüalar öldürür.
3. Təmiz sağlam damar və duru qandan – çünki virus RNK-sı damarlarda olan APF2 fermentinə yapışır. Bu ferment isə qatı qanı, tıxanmış damarlarda çox olur. Ona görə ürək damar xəstəlikləri olanlar xəstəliyi ağır keçirir. Qanınızı duru, damarınızı təmiz saxlamağa çalışın.
4. Bədənin yüksək hərarətindən də qorxur – çünki bir insanın normal bədən temperaturunun 36,6 və bir az yuxarı olması o deməkdir ki, qan və hormonlar yaxşı işləyir, immunitet səfərbər olub
5. Turşməzə qidalardan – çünki onlar qanı durulaşdırır, dövriyyəsini artırır
6. Daim hərəkətli bədəndən – çünki orda daim su dövran edir, əzələlərə, damarlara qan yaxşı işləyir
7. Qısamüddətli tənəffüsdən – bu zaman insan daha çox köhnə havanı alır, bu zaman qanda karbon qazı çoxalır, qan durulaşır, aktivləşir
8. Çox su içən adamdan – çünki su qanın dövriyyəsini artırıb, qanla virusu bədəndən yuyub çıxara bilir. (medicina.az)
44 günlük Vətən müharibəsinin qəhrəmanları arasında şücaətlərinə görə ad qazanan igidlərimiz olub. Tarix yazan əsgərlərimiz, hərbçilərimiz döyüş yoldaşları arasında “Canavar”, “Əjdaha”, “Murov aslanı”, “Müəllim”, “Rembo” və s ləqəbləri qazanıblar.
Onlardan biri də əslən Ağstafadan olan şəhidimiz Rüfət Məmmədlidir. Döyüş yoldaşları arasında “Əjdaha” ləqəbi qazanan şəhid snayperimiz 44 günlük Vətən müharibəsində 98 erməni hərbçini məhv edib.
Şəhid Rüfət Məmmədlinin anası deyir ki, oğlu həm 2016-cı ildə Aprel döyüşlərində, həm də Tovuz döyüşlərində iştirak edib:
“Tovuz döyüşlərində iştirak edən zaman çox sayda erməni əsgərini öldürüb. Şəhid general-mayorumuz Polad Həşimov oğlumun şücaətinə görə öz qolundakı saatı ona hədiyyə etmişdi. Generalımız şəhid olanda Rüfət söz verdi ki, Polad Həşimovun qanını yerdə qoymayacaq. Murovdan Şuşaya qədər döyüşdü, şəhidlərin intiqamını aldı və Şuşada da şəhid oldu”.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı ornitoloq Hüseyn Rəsulzadə Araz Su Anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz Su Elektrik Stansiyasına yaxın ərazidə müasir, yüksək optiki imkanlara malik avadanlıqların tətbiqi ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının faunasında yeni quş növünü – üçbarmaq qağayını (latınca adı “Rissa tridactyla”-red) aşkar edib.
Bu barədə "Ölkə.Az” AMEA-nın Naxçıvan Bölməsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, üçbarmaq qağayı cüllütkimilər dəstəsinin qağayılar fəsiləsinə mənsubdur. Azərbaycan faunasının yeni sakini – qağayının həyatı açıq su hövzələri ilə bağlıdır, Holarktika zoocoğrafi vilayətində geniş yayılmış quşdur.
O, ortaboylu quş olub digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür. Boynunda halqa şəklində qara zolaq var. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişilir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır.
Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyusklar təşkil edir, onları suya cumaraq əldə edirlər. Sahilə atılmış balıq torlarına ilişmiş heyvanat qalığından da həvəslə faydalanırlar.
Naxçıvan Muxtar Respublikası şəraitində üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulub.
Həşimovun təxminən 4-5 yaşlarında çəkilmiş görüntü sosial şəbəkələrdəki ən böyük səhifələr tərəfindən paylaşılıb.
Qeyd edək ki, fotonu Günay Şahbazli rəngləyib.
Xatırladaq ki, bir neçə gün öncə Milli Qəhrəman Polad Həşimovun 46 yaşı tamam olub.