Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-cü ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən AİH və Portfel şirkətlərinin korporativ idarəetməsinin qiymətləndirilməsi layihəsinin nəticələri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti və strateji baxışı haqqında icmal hesabat, Portfel şirkətlərin büdcə tərtibi, təsdiqi və nəzarəti Qaydaları və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.

İclasın yekununda AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

 

 

 
Belə anlaşılır ki, erməni diasporu, terror mərkəzi olan kilsə və radikal-revanşistlər absurd “xəyallar”ın təsiri altında son “müqavimət potensialı”nı artıq hərəkətə gətiriblər... Halbuki, əgər, erməni toplumu Cənubi Qafqazda mövcudluğunu qorumaq istəyirsə, onda qonşu ölkələrin ərazilərini ələ keçirtmək ehtirasından da mütləq xilas olmalıdır...

Cənubi Qafqaz tarixi mərhələdən keçir. Bu region bütün kənar müdaxilələrə baxmayaraq, öz gələcək taleyini müəyyən edəcək geopolitik proseslərə ev sahibliyi edir. Son günlər baş verən bütün hadisələr Cənubi Qafqazın yeni inkişaf mərhələsinə, sülh və sabitlik dövrünə daha da yaxınlaşmasına münbit şərait yaradır. Və bu baxımdan, II Qarabağ savaşından sonra Cənubi Qafqazda yaranmış yeni geopolitik situasiyanın dəyişdirilməsinin mümkün olmayacağını da iddia etmək olar.

Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Ermənistanın ortaq Brüssel təxribatının iflasa uğradığı artıq qətiyyən şübhə doğurmur. Hər halda, rəsmi İrəvanın “Brüssel ümidləri”nin boşa çıxdığı indi hətta Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri tərəfindən də dolayısı ilə etiraf olunur. Halbuki, rəsmi İrəvan məhz Ermənistanın gələcək taleyini fərli şərtlər çərçivəsində xilas etmək üçün Brüssel təxribatının verəcəyi nəticələri səbrsizliklə gözləyirdi. Və indi Paşinyan hakimiyyətinin yenidən delimitasiya prosesində rəsmi Bakının tələblərinə həssas yanaşmaq məcburiyyətinin əsas səbəbləri sırasında bu faktor da yer alır.

 Digər tərəfdən, rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasına artıq nail olub. Bu, Azərbaycan dövlətinin olduqca böyük siyasi-diplomatik uğurudur. Çünki Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması rəsmi Bakı və Kreml arasında əldə olunmuş pronsipial anlaşma sayəsində mümkün olub. Və bu proses Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyib, heç bir ziddiyyət yaratmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, bu məsələ geopolitik situasiyanın yeni tələbləri çərçivəsində həll olunub. Onun fikrincə, Paşinyan hakimiyyətinin Alma-ata Bəyannaməsi cərçivəsində Azərbaycanın ərazi bütövlüyünün tanıdıqdan sonra Cənubi Qafqazda geopolitik situasiya yeni və fərqli şərtlərə uyğunlaşıb. İndi Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində fəaliyyəti üçün heç bir ciddi səbəb qalmadığından, Kreml belə bir addımın atılmasını vacib hesab edib. Və bu, hazırda Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələyə keçməsinə də münbit şərait yaradıb.

Kreml təmsilçisinin Cənubi Qafqazda geopolitik situasiyanın yeni şərtlərə uyğunlaşması barədə dedikləri tamamilə reallığı əks etdirir. Çünki məhz Azərbaycanın siyasi iradəsi altında olan yeni geopolitik situasiyanın təsiri rəsmi İrəvanı delimitasiya prosesinə sövq etməkdədir. Paşinyan hakimiyyəti hesab edir ki, sərhədlərin qeyri-müəyyən qalması ilk növbədə Ermənistana böyük təhlükə vəd edir. Paşinyan hakimiyyətinin təmsilçiləri əmindirlər ki, sərhəd xətlərinin dəqiqləşdirilməsi indi Ermənistan üçün yeganə təhlükəsizlik təminatı rolunu oynaya bilər.

3fdc23ab-eca4-47df-a1d5-d758188a54b5.jpg (256 KB)
Təbii ki, rəsmi İrəvan bu reallığı Ermənistan cəmiyyətinə də izah etməyə çalışır. Hətta Paşinyan hakimiyyəti sərhədlərin delimitasiya prosesinə əngəl törətməyə cəhd göstərənlərin Ermənistana açıq düşmənçilik etdiyini də vurğulayırlar. Rəsmi İrəvan vurğulayır ki, sərhədlər qeyri-müəyyən qaldıqca, ziddiyyətlər ön planda olacaq və nəticədə hərbi münaqişə ehtimalı da öz aktuallığını qoruyacaq. Hətta baş nazir Nikol Paşinyan “Mən növbəti savaşın necə nəticələnəcəyini bilirəm, elə siz də bunu əvvəlcədən təxmin etməyi bacarmalısınız” deməklə, erməni toplumuna xəbərdarlıq mesajı vermək məcburiyyətində qalıb.

Paşinyan hakimiyyətinin son günlər ön plana çıxartdığı əsas tezis ondan ibarətdir ki, regionda yeni müharibə təhlükəsindən yayınmaq üçün Azərbaycana aid olan ərazilər mütləq geri qaytarılmalıdır. Bununla da, Ermənistanın real sərhədləri ortaya çıxmış olacaq. Azərbaycanla yeni savaş təhlükəsi də arxa plana keçmiş olacaq. Əks halda, Ermənistan başqalarının ərazilərinə sahiblənmək ehtirasının girovu kimi qalaraq, öz real ərazilərini də itirmək təhlükəsi ilə üzləşə bilər. Və bu səbəbdən də, sərhədlərin delimitasiyasına dəstək vermək savaş təhlükəsini bloklamaq anlamı da daşıyır.

Ancaq Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə ermənilərdən başqa hər kəs dəstək verir. ABŞ, Avropa Birliyi, Rusiya və əksər Qərb dövlətləri Azərbaycan və Ermənistan arasında dörd kəndin qaytarılması barədə anlaşmanı alqışladıqlarını rəsmən bəyan ediblər. Yalnız Ermənistanda buna əngəl törətməyə cəhd göstərilir. Belə ki, radikal-revanşist erməni müxalifəti Azərbaycana aid dörd kəndin geri qaytarılmasını yolverilməz hesab edir. Və buna əngəl olmaq üçün sərhəd bölgəsində qarşıdurma yaratmağa, gərginliyi mümkün qədər artırmağa çalışır.

727a7900-750d-46f4-83c3-e44561c2f561.jpg (227 KB)
Maraqlıdır ki, Ermənistanda son günlər baş verən toqquşmalar bu proseslərin əsasən iki mərkəzdən ortaq şəkildə idarə olunduğunu göstərir. Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporunun “sərhəd təxribatları”nı maliyyələşdirməsi barədə məlumatlar mövcuddur. Digər tərəfdən, “sərhəd təxribatları” erməni kilsəsinin rəhbərlik etdiyi də inkaredilməz reallıqdır. Belə ki, geri qaytarılması üzərində ikitərəfli anlaşma əldə olunmuş dörd kəndə erməni keşişlər radikal təxribatçı dəstələrlə hücumlar edirlər, yolları kəsirlər, ərazinin minalardan təmizlənmə prosesinə əngəl törətməyə çalışırlar.

Belə anlaşılır ki, erməni diasporu, terror mərkəzi olan kilsə və radikal-revanşistlər absurd “xəyallar”ın təsiri altında son müqavimət potensialını artıq işə salıblar. Ancaq unuduqları bir reallıq da mövcuddur ki, artıq ötən əsrin 90-cı illəri çoxdan arxada qalıb. İndi tamamilə fərqli bir dövrdür. Hər şey çox dəyişib və daha erməni təxribatları hər hansı nəticə verə biməz. Yəni, əgər, erməni toplumu Cənubi Qafqazda mövcudluğunu qoruyub, saxlamaq istəyirsə, onda qonşuların ərazilərini ələ keçirtmək ehtirasından xilas olmalıdır. Ermənistan qonşu ölkələrlə normal münasibətlər qurmalıdır, rəsmi İrəvan buna qarşı çıxanları ölkənin əsl düşməni hesab edir. Halbuki, hazırda erməni keşişlərin belə silaha sarılaraq, baş nazir Nikol Paşinyanı açıq hədəf elan etdikləri barədə də müəyyən məlumatlar mövcuddur. (musavat.com)

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni araşdırmaçısı Rəşid Behbudov haqqında böhtan yaydı” adlı veriliş hazırlanıb.

"Verilişdə erməni araşdırmaçıların dahi sənətkarlar Rəşid Behbudov, Qara Qarayev, Müslüm Maqomayev haqqında yalan və böhtan dolu məlumatlar yayması ön plana çəkilir, hayların Qərbi Azərbaycanda soydaşlarımızın yalnız bir neçə kənddə yaşadığını və təsərrüfatla məşğul olduğunu iddia etməsinin bu ərazidə böyük tarixi irsi silmək məqsədi daşıdığı bildirilir.

 Qeyd olunub ki, Qərbi Azərbaycanın öncəki və sovetləşmə dövründə azərbaycanlı ictimai xadimlər, elm, təhsil, mədəniyyət, incəsənət adamları, tanınmış simaları yetişmiş, ölkənin həyatında böyük rol oynamış və bu gerçəklik millətçi erməni tarixçilərinə sərf etmir.

Vurğulanıb ki, araşdırmaçı David Petrosyan azərbaycanlıların ziyalıları haqqında və onların erməni ictimai, ədəbi, mədəni mühitinə böyük təsirindən danışır, azərbaycanlılarla dost olmasa da həqiqəti dana bilmədiyini açıqlayır. O, erməni xislətindən irəli gələrək böyük sənətkar Rəşid Behbudov haqqında məlumatları saxtalaşdırılmış, təhrif olunmuş şəkildə təqdim edir. Təbii ki, bu, sağalmaz erməni xəstəliyinin ən adi simptomlarıdır.

Diqqətə çatdırılıb ki, Ermənistan sakinləri arasında belə bir fikir var ki, azərbaycanlılar burada əsasən Masis rayonun kəndlərində yaşayıblar: “Araşdırmaçı David Petrosyan ötən əsrin son onilliyinə qədər bütün ölkədə, o cümlədən paytaxtda yaşayan Ermənistan azərbaycanlılarından bəhs edir.

Sonda bildirilib ki, mövzunu genişləndirib, adları bir-bir qeyd etməklə Qərbi Azərbaycan ziyalıları, ictimai xadimlərinin miqyası, fəaliyyətlərini qeyd etmək olar: “Bu gün Qərbi Azərbaycanda yaşayan minillərlə azərbaycanlının böyük mədəni, ictimai irsini, fəaliyyətini yaşadıb təbliğ etmək vacibdir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Ermənistanın paytaxtı İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması həyasız təxribat və alçaqlıqdır.

"Bu barədə Türkiyənin “Haber Global” televiziyasında mövzu ətrafında təşkil edilən müzakirələrdə yerli ekspertlər bildiriblər.

Altınbaş Universitetinin müəllimi Eray Güclüer deyib ki, Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan erməni xisləti arxa planda özünü nümayiş etdirib. Onun sözlərinə görə, sözügedən təxribat 44 günlük Vətən müharibəsində biabırcasına məğlub olan ermənilərin iç üzünü açıq-aşkar göstərir.

"Əgər sizdə həya varsa, ordu sizi gözləyir, gedin döyüş meydanında özünüzü sübut edin! Azərbaycan Ordusunda bir nəfər olsun da döyüş meydanından qaçmadı. Ermənistanda isə minlərlə fərari var", - ekspert vurğulayıb.

Müzakirələrdə iştirak edən digər ekspertlər birmənalı olaraq bayraq təxribatını qınayıblar.

“Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanmışdır. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.
“İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu cür münasibət, təbii ki, çox məyus edir”, - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”

“Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda deyib.

Həmin vaxt hətta “Madrid prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlətimizin başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur.

“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatı işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, - deyə dövlətimizin başçısı əlavə edib.

Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLARErmənistan hakimiyyəti Azərbaycanla sərhəddin delimitasiyası və demarkasiyası prosesi ilə əlaqədar Gədəbəy rayonunun Başkənd kəndinə yenidən iddia qaldırıb.

Baş nazir Nikol Paşinyan sərhədlərin Alma-Ata Bəyannaməsi əsasında müəyyənləşməsi çərçivəsində Başkənd məsələsinin də müzakirə mövzusu olduğunu deyib.

Rəsmi İrəvan Azərbaycanın işğal altındakı səkkiz kəndinin qaytarılması müqabilində Başkəndin Ermənistana verilməsini təklif edir.

Yəni Nikol Paşinyan hökuməti hesab edir ki, sərhədlər 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalandığı dövrə aid xəritələr əsasında delimitasiya və demarkasiya olunsa, o halda SSRi dövründə Ermənistan SSR-in inzibati-ərazi vahidinə daxil olmuş Başkənd kəndini yenidən geri qaytara bilər.

Hətta Paşinyan aprelin 17-də Əskipara kəndinə yaşayan ermənilərlə görüşündə Ermənistanın xəritəsinin maketini nümayiş etdirərək sakinləri ölkəsinin mövcudluğunun vacibliyinə inandırmağa çalışıb. Bu zaman görüş iştirakçılarından biri ondan Başkəndin taleyinin necə olacağını soruşub.

Cavabında Paşinyan torbadan nöqtədən bir az böyük maket hissəciyi çıxararaq, Başkəndin də bura daxil olduğunu deyib. Xüsusilə də Qazax rayonunun dörd kəndinin işğalına son qoyulmasından sonra sərhədlərin Alma-Ata Bəyannaməsi əsasında delimitasiya ediləcəyi barədə yayılan xəbərlər Başkəndin Ermənistana veriləcəyi kimi məlumatların müzakirəsinə səbəb olub.

Halbuki, Ermənistanın Başkəndə olan ərazi iddiasının nə siyasi, nə də hüquqi əsası yoxdur. Çünki Başkənd tarixi Azərbaycan torpağıdır və qanunsuz olaraq Ermənistana bağışlanıb. 1920-ci ildə bolşevik Rusiyası hələ SSRİ təşkil olunmamış partiya orqanının qərarı ilə Başkəndi Ermənistana pay verib.

Yəni bu qərarın hər hansı konstitusion - hüquqi əsası yoxdur.Adıçəkilən yaşayış məntəqəsi 1978-ci ilə qədər Başkənd adlanıb. Bu isə kəndin tarixi Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir. Yalnız 1978-ci il yanvarın 25-də Ermənistan SSR Ali Sovetinin qərarı ilə kəndin adı dəyişdirilərək “Artsvaşen” kimi adlandırılıb. 1995-ci ildə isə Ermənistan parlamenti Başkəndin Geqarkunik vilayətinin tərkibinə daxil edilməsinə dair daha bir qərar çıxarıb. Bu faktın özü də Başkəndin Ermənistana aid olmadığını sübut edir.

Başkəndi Alma-Ata Bəyannaməsinə istinadən Ermənistan ərazisi adlandırmağın isə siyasi və hüquqi əsasları da yoxdur. Çünki Ermənistan Alma-Ata Bəyannaməsini imzaladıqdan sonra işğalçılıq müharibəsi aparmaqla Azərbaycanla sərhədlərindən imtina edib. Başkənddə yaşayan erməni əhalisi 1992-ci il avqustun 8-də, yəni Ermənistan sərhədlərdən imtina etdikdən sonra həmin ərazini tərk edib.

Beləliklə, Ermənistan Başkənddə seprataçılıq hərəkatına silahlı dəstək verməklə bu bölgəyə aid inzibati sərhədlərini də de-yure ləğv edib. Ona görə də Azərbaycanla sərhədlər yenidən müəyyənləşməlidir. Nəhayət, Başkəndin guya Ermənistan ərazisi olması barədə səslənən fikirlərin Azərbaycan Konstitusiyasının pozulması deməkdir. Bu, həm də Ermənistan Konstitusiyasına ziddir. Çünki hər iki dövlət 1918-1920-ci illərdə mövcud olmuş müstəqil respublikaların siyasi varisidir.

Başkənd isə həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. İrəvan mahalında yaradılmış və 9 min kv.km. əraziyə malik olmuş Ermənistan Respublikasının tərkibində Başkənd adlı yaşayış məntəqəsi olmayıb. Yalnız bolşevik işğalından sonra Başkənd qanunsuz olaraq Ermənistana verilib.

Yəni konstitusiyaya görə, hazırkı Ermənistan dövləti birinci respublikanın siyasi varisidir. Başkənd isə ikinci respublaika adlandırılan Ermənistan SSR-in inzibati ərazisinə daxil olub. Paşinyan da əhali ilə görüşündə məhz Ermənistan SSR-in xəritəsinin maketini nümayiş etdirir. Bu da nə Başkəndə olan iddianın, nə də sərhədlərin müəyyənləşməsi üçün hüquqi baza sayıla bilməz. Ona görə də Başkənd heç bir halda Ermənistan ərazisi sayıla bilməz.

Paşinyanın əslində, “tarixi Ermənistan”dan imtina edib, “real Ermənistan” qurmaq çağırışlarının arxasında həm də Başkəndə olan ərazi iddiası dayanır. Yəni Paşinyan yalnız “böyük Ermənistan” xülyasından imtina etmir. Baş nazir 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının siyasi varisliyindən imtina edir və 1991-ci il xəritələrində əks olunmuş Ermənistan SSR-in sərhədləri çərçivəsində real dövlət modelinin qurulmasını təklif edir.

Müşfiq Abdulla
“Cebhe.info”
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - PaşinyanSon 5 ay ərzində bizim Azərbaycanla iki böyük razılaşma əldə etməyimiz olduqca mühümdür. Nəhayət, sülhdən bəhrələnən Ermənistan və Azərbaycan xalqlarıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.

“Eyni zamanda, Ermənistan ordusunun islahatları və modernləşdirilməsi ilə bağlı Azərbaycanın bir sıra bəyanatlarından narahatıq. Azərbaycan və Ermənistanın hərbi büdcələrinin nisbətinə baxsanız, nəzərəçarpacaq dərəcədə disbalansın olduğunu görərsiniz. Bu balanssızlıq şəraitində belə, Azərbaycan Ermənistan silahlı qüvvələrinin islahatlarına, silah və texnikanın alınmasına çox aqressiv reaksiya verir, baxmayaraq ki, bu satınalmalar sırf müdafiə xarakteri daşıyır.

Döyüşə hazır ordunun olması sülh üçün, qüvvələr balansının düzgün formalaşması üçün vacibdir. Aldığımız silahlar Azərbaycanın aldığı silahların 15-20%-dən çoxunu təşkil etmir”, - Paşinyan bildirib.

O qeyd edib ki, Azərbaycana silahlara nəzarət, Almatı Bəyannaməsi ilə müəyyən edilmiş sərhəddən qoşunların geri çəkilməsini və sülh müqaviləsi razılaşdırılmamışdan əvvəl təcavüz etməmək haqqında saziş imzalamağı təklif etmişik.
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası Böyük Britaniyanın hərbi attaşesinin müavini Co Rounu(Jo Roe) qəbul edib və onunla birlikdə Xaçik icmasına baş çəkib.

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə AB müşahidə missiyasının "X" postunda qeyd olunub.

Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...

“Biz Böyük Britaniyanın Ermənistandakı hərbi attaşesinin müavini xanım Co Rounu missiyanın qərargahında salamlamaqdan məmnunuq. Missiya rəhbəri mandat və fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə məlumat verib. Qonaqlar da Xaçikdə patrula qoşulublar. Ziyarətinizə görə təşəkkür edirəm”.

Zəruri arayış:

Xaçik —hazırda Ermənistana aid edilən tarixi İrəvan mahalının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənddir.

Xəbər lenti