Tokayevin gəlişi... elə-belə məsələ deyil! - ŞƏRHQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərinin ikinci günündə dövlət başçısı İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Liderlər martın 12-də Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər. Prezident İlham Əliyev deyib ki, yaradıcılıq mərkəzi həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihənin Azərbaycan xalqının qəlbini riqqətə gətirdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə - öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar: "Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda sevinc hissləri bir-birinə qarışmışdı". Tokayev də qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxır: “Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”. Daha sonra prezidentlər Şuşa şəhərinə səfər ediblər. Liderlər Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib. Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Prezidentlər Saatlı məscidində, Bülbülün ev muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” hotelində olublar. Xatırladaq ki, səfərin ilk günündə Bakıda Azərbaycan-Qazaxıstan Dövlətlərarası Şuranın ilk iclası keçirilib və iki ölkə arasında çoxsaylı mühüm sənədlər imzalanıb. Ekspertlərin sözlərinə görə, Astana-Bakı strateji müttəfiqliyinin əldə edilməsi Türk Dövlətləri Təşkilatının inkişafı baxımından əhəmiyyətlidir. Çünki təşkilata üzv ölkələrin fərqli bloklarda təmsil olunması TDT çətiri altında strateji-hərbi müstəvidə kollektiv müqavilələrə ehtiyatlı yanaşmaya səbəb olur. Bu baxımdan, TDT daxilində ikitərəfli müqavilələrin imzalanması və bunun təşkilatın birliyi üçün istifadə edilməsi daha real variantdır, Şuşa bəyannaməsi təcrübəsi də var. Həmçinin dövlət başçıları Çinin Sian terminalından Abşeron stansiyasına konteyner qatarının gəlişini izləməklə bu marşrutun işlək və effektiv olduğunu nümayiş etdirdilər. Bir-birinə bağlı olan bu məqamlardan birində axsama olarsa, digərlərində də problem yarana bilər, buna görə Qazaxıstanla münasibətlər kompleks xarakter daşıyır. Tokayevin səfəri Nazarbayevdən sonra Qazaxıstanla münasibətlərdə risk ehtimalının yüksək olmadığını da göstərdi.

Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, Azərbaycan-Qazaxıstan münasibətləri ən yüksək səviyyədədir və ikitərəfli ticarət mübadiləsi yarım milyard dolları aşıb. Analitikin sözlərinə görə, hədəf yaxın illərdə bu rəqəmin 1 milyard dollara çatdırılmasıdır:
"Təbii ki, iki ölkə arasında mühüm siyasi məsələlər də gündəmdədir. Azərbaycanla Qazaxıstanın münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır. Bu da hər iki ölkəyə əsas verir ki, daha bir çox məsələ ətrafında fikir mübadiləsi aparılsın. Konkret olaraq regional təhlükəsizliklə bağlı mövqeyimizi ortaya qoyaq. Ortaq planlarımız var. Xəzəryanı ölkələrin, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təhlükəsizlik məsələsi çox vacib məqamlardandır. Trans-Xəzər ticarət marşrutu son illərdə öz vacibliyini daha da təsdiqləyib. Sözügedən nəqliyyat dəhlizi üzərindən malların nəqlinin artırılması tərəflərə imkanlar yaradır ki, onlara yol-nəqliyyat infrastrukturasını təkmil hala gətirsinlər, yeni standartlara uyğunlaşdırsınlar. Ticarət limanlarının da iş əmsalı artırılır. Azərbaycan və Qazaxıstan yeni nəqliyyat vasitələrinin regiona gətirilməsi və istehsalı ilə məşğul olurlar. Bu, nəticə etibarı ilə Trans-Xəzər Dəhlizin rolunu qlobal miqyasda daha da artıracaq".

İ.Vəlizadə qeyd edib ki, Qazaxıstan prezidentinin Qarabağda səfərdə olması, açılışlarda iştirak etməsi də əhəmiyyətlidir:
"Qazaxıstan Prezidenti K.C.Tokayev Qarabağa, işğaldan azad edilmiş bölgələrə səfərlər edir. Bu da Qazaxıstan xalqının Azərbaycan xalqına, mədəni irsimizin dirçəlməsinə verdiyi dəyər və töhfədir. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Tokayevin səfəri Azərbaycan-Qazaxıstan dostluğunu, qardaşlığını bir daha təsdiqləyəcək".

Politoloq Əlisahib Hüseynov da "Sherg.az"a bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində sənədlərin imzalanması iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olacaq. Onun sözlərinə görə, bunu Azərbaycan-Qazaxıstan münasibətlərinin ən yeni mərhələsinin təməli kimi də qiymətləndirmək olar:
"Rəsmi Bakı münasibətlərimizin dərinləşdirilməsində maraqlıdır. Azərbaycan üçün Qazaxıstan qardaş ölkə olmaqla yanaşı, həm də strateji tərəfdaşdır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə, xüsusən də Qazaxıstan ilə münasibətlərə mühüm əhəmiyyət verir. Bunu Prezident İlham Əliyevin son illərdə Mərkəzi Asiya ölkələrinə işgüzar və rəsmi dövlət səfərlərinin intensivləşməsindən də görmək mümkündür.
Eləcə də region dövlətlərinin başçılarının da Azərbaycana qarşılıqlı səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx əməkdaşlıq və müttəfiqlik münasibətləri qurduğu region ölkələri arasında Qazaxıstan aparıcı mövqe tutur. Bu da təbiidir. Bizi ilk növbədə dərin tarixi əlaqələr, soy, dil və din birliyi birləşdirir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.
Eyni zamanda ölkələrimiz arasında dərin siyasi əlaqələr mövcuddur. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan da, Qazaxıstan da TDT-nın qurucuları sırasında yer alır. Və istər Bakı, istərsə də Astana Türk birliyinin getdikcə daha güclü siyasi, iqtisadi və hərbi gücə, qlobal aktora çevrilməsində maraqlıdır. Bu mənada Qazaxıstan da Azərbaycan və Türkiyə ilə birlikdə TDT çərçivəsində inteqrasiya proseslərinin güclənməsinə ciddi töhfə verir".

Ekspert vurğulayıb ki, Qazaxıstanla Azərbaycan həm də qlobal layihələrin icrası sahəsində ciddi iş birliyinə malikdir:
"Çin və Avropanı birləşdirən Transxəzər (Orta) Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Avropa Birliyi ölkələrinə qədər nəhəng bir coğrafiyada yük daşımalarının artırılmasına böyük töhfə verəcək ki, bu prosesdə də Azərbaycan və Qazaxıstan “açar ölkə”lər rolunu oynayacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Transxəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Azərbaycan və Qazaxıstanın sıx dostluq və müttəfiqlik münasibətlərinə malik olması Şərqi Asiya ilə Avropa arasında qlobal əməkdaşlıq üçün yol açır. Başqa sözlə desək, Azərbaycan və Qazaxıstan regionları, qitələri birləşdirən nəhəng transkontinental layihələrin təşəbbüskarı kimi çıxış edir. Ölkələrimizin yaxşı mənada iddialı olmaları, böyük hədəflərə köklənmələri həqiqətən də təqdirəlayiqdir. Qazaxıstan və Azərbaycan birlikdə böyük uğurlara imza atacaq. Ölkələrimiz arasında münasibətlərin yeni dövrü başlayır".

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib.

Milli.Az-ın əldə etdiyi məlumata əsasən, Daxili işlər naziri naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov təyin edilib.

Ermənistan istəsə də, istəməsə də, 8 kənd Azərbaycana qaytarılacaq - Başqa cür ola da bilməz...“Tavuş vilayətində heç bir kəndin təslim olması ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Kəndlərin adları Azərbaycan mətbuatında açıqlananda Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adlarda kəndlər olmamışdı”, - Paşinyan bildirib.

Paşinyan bildirib ki, Almatı Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas olub:

“Sovet İttifaqının dağılması zamanı de-yure mövcud olan sərhəd Almatı Bəyannaməsi ilə və təkcə bu bəyannamə ilə deyil, həm də 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş razılaşmalarla təsdiqləndi. Almatı Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas oldu. Ona görə də bu müqavilələrə görə, Sovet İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd, bu inzibati sərhədin o tayında olan şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır. Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təkrar edək. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistan olan Ermənistandır, Ermənistan olmayan Ermənistan deyil”.

Qeyd edək ki, bu, Paşinyanın növbəti təzadlı açıqlamasıdır. Belə ki, Nikol Paşinyan özü Azərbaycanın Ermənistanın işğalı altında olan 8 kəndinin “Ermənistanın 29,8 min kv.km ərazisinə” daxil olmadığını bildirmiş, bu kəndlərin Azərbaycana aidliyini açıq etiraf etmişdi. Eyni zamanda, onun “söykəndiyi” Almatı Bəyannaməsində də Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycan ərazisi kimi göstərilir.

Erməni Baş nazirinin növbəti ikibaşlı çıxışını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Nikol Paşinyanın son açıqlamaları Ermənistan cəmiyyətinin mövqeyini öyrənmək məqsədi güdür:

“Paşinyan xalqını yaxın gələcəkdə baş verəcək hadisələrə hazırlayır. O 8 kəndi Azərbaycana qaytarmaq niyyətində olmadığı bildirir. Amma dolayısı ilə həmin kəndlərin Azərbaycana geri qaytarılmasına hazırlıq prosesinin başladığına da eyham vurur. Yəni bildirir ki, delimitasiya və demarkasiya prosesi məhz Tavuş bölgəsindən başlanacaq. Azərbaycanın tələb etdiyi əksər kəndlər də həmin bölgədə yerləşir. Bu da o deməkdir ki, Tavuş bölgəsində hansı ərazinin hansı dövlətə məxsus olduğu müəyyənləşəcək və sahibinə geri qaytarılacaq. Azərbaycan da öz ərazisini Ermənistana güzəştə getmək niyyətində deyil. Paşinyanın istinad etdiyi beynəlxalq müqavilələrdə həmin kəndlər Azərbaycanın ərazisi kimi qeyd olunub. Sovet dövründə həqiqətən də həmin kəndlər Ermənistanın ərazisi olmayıb.Ona görə də Paşinyan bu cümləni işlədərkən çox hiyləgər çıxış edib. Ermənistan istəsə də, istəməsə də, 8 kənd Azərbaycana qaytarılacaq”.
İlham Əliyev BP-nin yeni baş icraçı direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda uzun illərdən bəri təşəkkül tapmış səmimi dialoq və qarşılıqlı anlaşma ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında həmrəyliyin bərqərar olmasına xidmət edir.
Azərbaycanın multikulturalizm və inklüzivlik ənənələrinə, dünyada dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqində roluna verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü ifadə edirəm.

Əminəm ki, Azərbaycan-Müqəddəs Taxt-Tac nümunəvi əməkdaşlığı bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin bərqərar edilməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs amallar naminə ali missiyanızda uğurlar diləyirəm”.

Ermənistan ərazisində heç vaxt belə adda kəndlər olmayıb.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana verilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Paşinyan Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Alma-Ata bəyannaməsinə əsasən de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb.

O, İrəvanın qismən delimitasiyaya getməyə hazır olduğunu və prosesin Tavuş ərazisində başlayacağını da istisna etməyib.

Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyanın sözlərinə görə, Paşinyanın dediklərindən belə güman edilir ki, həmin 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsini sərhədlərin demarkasiyası işlərinin başlanğıcı hesab edə bilərik.

“Birinci mərhələdə demarkasiya və demarkasiya adı altında həmin 4 kəndi təhvil verir. O, "biz Tavuş sərhədində heç bir kəndi Azərbaycana vermirik" deyəndə həmin 4 kəndi Tavuşun bir hissəsi hesab etmir və manipulyasiya edir. Ona görə də deyir ki, bu kəndlər Ermənistanın deyil, Azərbaycanındır. Sərhədin demarkasiyası zamanı onları geri qaytarmalı olacağıq", - erməni deputat qeyd edib.

Erməni mediası "Hraparak" isə yazır ki, əslində həmin 4 kənd 90-cı illərdən erməni tərəfinin nəzarətindədir. Ermənistandan Gürcüstana gedən dövlətlərarası yol, qaz xətti həmin kəndlərin yanından və yaxud ərazisindən keçir.

Paşinyan da kommunikasiyaların gələcək taleyi ilə bağlı vəziyyətə aydınlıq gətirərək deyib ki, əgər Ermənistana məxsus kommunikasiyalar əldə edilmiş razılaşmalara əsaslanan hüdudları aşarsa, o zaman həmin kommunikasiya xətləri Ermənistanın de-yure ərazisindən keçməsi üçün yenidən qurulmalıdır.

"Hələlik heç bir qərarımız yoxdur, amma bütün bu prosesi yuxarıda qeyd etdiyim məntiqlə idarə etməliyik”, - Paşinyan bildirib.

Ermənistan baş naziri onu da qeyd edib ki, Aşağı Əskipara (hazırda ermənilərin işğalı altındadır-red) kəndindən keçən ərazinin bir hissəsi problemlidir.

"Orada yolun bir hissəsi Azərbaycan ərazisindən keçir. Ondan yan keçmək üçün yeni yollar çəkilməlidir. Əvvəllər müzakirələrdə elə bir fikir var idi ki, harada yol varsa, məsələni belə həll etməliyik: yolun o hissəsini saxlayıb, başqa yerdən ona bərabər olan hissəni Azərbaycana verək. Sonra belə qənaətə gəldik ki, bunu etmək lazım deyil, çünki bu, əlavə qeyri-müəyyənliklər yaradır”, - Paşinyan bildirib.

Hökumət başçısının dediklərindən belə bir nəticəyə gəlmək olur ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasında müzakirələrə əsasən ilkin mərhələdə Qazaxın 4 kəndi Azərbaycana qaytarılır. Digər kəndlər məsələsi isə növbəti mərhələdə müzakirə predmetidir.

Fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə müharibə üçün Qərb ölkələrinin qoşunlarını Ukraynaya göndərmək təklifi ilə köhnə dünyanı şoka saldı.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

Qeyd olunur ki, Qərb müttəfiqlərinin əksəriyyəti, o cümlədən Berlin belə bir ehtimalı istisna etsə də, Paris “Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün hər şey edilməli” olduğunu qeyd edərək, öz təklifində israrlıdır.

Vurğulanır ki, yeni müharibədə ermənilər Fransanın yeni “qara əsgərləri” qismində çıxış edirlər. Belə ki, Fransa Ermənistanı Rusiya və Azərbaycan ilə savaşa hazırlayır.
Daha ətraflı “Caliber”in videomaterialında:

Xəbər verdiyimiz kimi, martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

"Açılış mərasimində Prezident İlham Əliyev Qazaxıstan liderinə Azərbaycan nümayəndələri təqdim edib:

Prezident İlham Əliyev: Mən bizim nümayəndələri təqdim edim. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar.

Prezident Kasım-Jomart Tokayev: Bəli, tanıyıram.

Prezident İlham Əliyev: Konservatoriyanın rektoru. Xalq yazıçısı, yəqin ki, Siz onun da kitablarını bilirsiniz.

Xalq yazıçısı Çingiz Abdullayev: Mən onun atası haqqında yazmışam.

Prezident Kasım-Jomart Tokayev: Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Milli Konservatoriyanın rəhbəri. Memarlar İttifaqının sədri.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə: Mən qazax adı daşıyıram, adım Elbaydır. Atam mənə cəbhədə həlak olmuş dostunun adını qoyub.

Prezident İlham Əliyev: Məşhur kinorejissor Oqtay Mirqasımov, Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, bizim gənc füzulililərimiz, istedadlarımız buradadırlar.

Daha ətraflı videoda:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli və Şuşa şəhərinə səfər ediblər.

“Səfərdən hazırlanmış maraqlı videonu təqdim edir:

 
Əliyev və Tokayev Füzulidəki layihəyə baxıblar - FOTO

Martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Xəbər lenti