|
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistanın baş naziri Mqer Qriqoryanın dünən Qazax-İcevan (Karvansaray) sərhədində baş tutan görüşündə müəyyən razılaşmalar əldə olundu. Bu razılaşmaların praktiki müstəvidə işləyəcəyi hələ də sual altında olsa da, sərhəddə yaşayan erməni əhalisi ümidlidir.
Publika.az xəbər verir ki, Azadlıq radiosunun erməni xidmətinin çəkiliş qrupu görüşün keçirildiyi ərazidə olub, erməni əhalisi ilə danışıb.
“İndi sərhədi müəyyən etsələr, ortaq mövqe tapa bilərik. Bizim əkin sahləri var, istəsələr tərk edə bilərik, əvəzində başqa yerdən versinlər. Vaxtilə azərbaycanlılarla mehriban şəraitdə yaşayırdıq”, - sakinlərdən biri deyib.
Yerli sakinlərin dediyinə görə, əvvəllər görüşlər sərhəddəki ağ binada baş tutub. Ora əsirlərin dəyişdirilməsi, atəşkəslə bağlı razılaşmalar və digər məsələlərin müzakirə yeri kimi tanınır. Dünənki görüşün ermənilərin “ağ bina” adlandırdıqları yerdə keçirilib-keçirilmədiyi isə məlum deyil.
Ermənilər danışır ki, İcevan sərhədində abadlıq işləri aparılır, eyni adablıq işlərinin Qazax tərəfdən də həyata keçirildiyini müşahidə edirlər və düşünürlər ki, bütün bu işlər yolların tezliklə açılmasına hazırlıqdır. Hərçənd, bu haqda heç bir rəsmi məlumat yoxdur.
Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşıladılar.
Əvvəlcə birgə foto çəkdirildi.
***
Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilir.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşılayıblar.
Əvvəlcə birgə foto çəkdirilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir.
APA-nın BƏƏ-yə ezam olunmuş müxbiri xəbər verir ki Azərbaycan Prezidenti sammitin keçirildiyi məkana gəlib.
Onu BMT Baş katibi Antonio Quterreş və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılayıb.
Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan-Rumıniya münasibətləri xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi məmnunluq doğurur.
Bu gün ölkələrimiz arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, son dövrdə həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar strateji tərəfdaşlığımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Rumıniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir.
APA-nın BƏƏ-yə ezam olunmuş müxbiri xəbər verir ki Azərbaycan Prezidenti sammitin keçirildiyi məkana gəlib.
Onu BMT Baş katibi Antonio Quterreş və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılayıb.
Laçının işğaldan azad edilməsindən 3 il ötür.
Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.
Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.
Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər - 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb.
Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”, - dövlət başçısı bəyan edib.
Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.
Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Laçın şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.
Ukraynada nəinki döyüş cəbhəsində, eyni zamanda daxili siyasi vəziyyət getdikcə ciddi xarakter almaqdadır. Müharibənin ilk vaxtlarında Zelenski komandasında monolitliklə yanaşı, qısa zamanda Rusiya üzərində qələbə gözləntisi hakim idi. Lakin müharibənin uzanması və cəbhədə ciddi uğurların əldə edilməməsi, Qərbin gözlənilən dəstəyi verə bilməməsi, Zelenski komandası daxilində də ciddi narazılıqlar yaradıb və bu narazılıq çatı getdikcə daha da dərinləşməkdədir. Hətta Zelenskini böyük etimad göstərdiyi komanda yoldaşları və yüksəkçinli zabitlər belə bu gün ona qarşı çıxmaqda, onu uğursuzluqda açıq ittiham etməkdədirlər. Bu ittihamlar qarşılıqlı xarakter almaqdadır.
Son vaxtlarda isə bu qəbildən olan qarşılıqlı ittihamların prezident Zelenski və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında getdiyi bildirilir. Bu məsələ demək olar ki, Ukrayna və dünya mediasının gündəliyini zəbt edib.
Yaydan etibarən Zelenski və Zalujnı arasında başlayan ziddiyyətlər açıq qarşıdurma sərhədini keçib.
“The Economist” müharibənin getdiyi bir zamanda Zelenski ilə Zalujnı arasında baş verənləri “dəhşətli dərəcədə pis” hadisə adlandırır. Nəşrin yazdığına görə, qarşıdurmanı proqnozlaşdırmaq olardı, amma bu dərəcədə də yox. Çünki həm daxildə, həm də Qərbdə Ukraynanın əks-hücum əməliyyatına böyük ümidlər var idi, lakin əməliyyat plan üzrə getmədi və uğursuz oldu.
Belə bir vəziyyətdə komanda daxilində çatların və qarşıdurmaların yaranması üzləşinən situasiyada ümumi psixoloji duruma çox pis mənfi təsir göstərir. Bir yandan əks-hümum əməliyyatının istənilən nəticəni verməməsi, digər tərəfdən müttəfiq Qərbin Ukraynaya istər silah-sursat, hərbi texnika, istərsə də maddi dəstək verməməsi, Kiyevdə yaranmış məyusluq fonunda komanda daxilindəki ziddiyyətlər onsuz da mürəkkəb olan vəziyyəti daha da dərinləşdirir. Bu baxımdan da Zelenskinin komandasının fikrincə, Zalujnı Zelenskinin optimist bəyanatlarına zidd bəyanatlar verməklə vəziyyət daha da pisləşdirib. Əks-hücumun uğursuzluğuna görə məsuliyyəti bir-birinin üzərinə atılması, nəticə etibarilə həm daxili siyasətə, həm cəbhəyə, həm də ümumilikdə qarşıya qoyulan hədəflərə nail olunmasına öz mənfi təsirlərini göstərmiş olur. Necə deyərlər “qələbənin çoxlu “ataları” olsa da, məğlubiyyətə görə məsuliyyəti heç kim üzərinə götürmək istəmədiyindən “yetimdir”.
Burada diqqət çəkən məqamlardan biri də odur ki, qarşıdurmalar Ukraynada ehtimal olunan prezident seçkilər öncəsi baş verir. Maraqlı orasındadır ki, bütün bunlara baxmayaraq, Zalujnı heç vaxt siyasi ambisiyaları olduğunu açıqlamayıb. Amma heç nə də istisna deyil. Hər şey ola bilər.
“The Economist”in yazdığına görə, yaranmış vəziyyətdə qarşıdurmanın daha da dərinləşməməsi, Zalujnının ciddi rəqibə çevrilməməsi və nəzarətdə saxlamaq üçün Zelenski komandası onun barəsində cinayət işi açmaq istəyir.
Müharibənin ilk dövrlərində Zelenskinin reytinqi ən yüksək səviyyədə olduğundan heç kim onunla rəqabətdə uduş qazana bilməzdi. Lakin müharibənin uzanması vəziyyəti dəyişib, artıq Zelenski əvvəlki kimi reytinqə malik deyil. Qərbin təkidi olsa belə, Zelenski müxtəlif bəhanələrlə maksimum seçkidən yayınmağa çalışır. Zalujnının ciddi fiqur kimi ortaya çıxmasından isə çox ehtiyat edir və onu özünə əsas rəqib kimi görməyə başlayır. Ukraynada son vaxta keçirilən sorğular da Zelenskinin reytinin aşağı olduğunu göstərir. Onu hətta korrupsiyaya bulaşmaqda ittiham edirlər. Son sorğuların nəticəsində əhalinin 32 faizi Zelenskiyə etimad göstərir. Zelenski ilə müqayisədə Zalujnıya olan etimad 70 faiz civarındadır. Hətta Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun reytinqi Zelenskidən yüksəkdir. Sorğularda iştirak edənin 45 faizi ona etimad göstərib.
Biz hələ Zelenski komandasına daxil olmayan qüvvələri demirik. Belə bir durumda istər Zelenski komandası, istərsə də digər qüvvələr bir araya gəlib güclərini müharibənin bitməsinə səfərbər etməzlərsə, o zaman müharibə vəziyyətində olan Ukraynanı qarşıda heç də yaxşı olmayan və çətin proseslər gözləyir.
Ermənistanın beynəlxalq himayədarları nə etsələr də, bəşəri cinayətlərin əbədi olaraq, gizli qalması mümkün deyil, çünki onları törədən cinayətkarların da, ssenari müəlliflərinin də kimliyi əvvəl-axır ifşa edilir... Erməni separatçı-terrorçular, hələlik gizli qalan bəzi həqiqətləri etiraf etdikcə, Azərbaycana qarşı bəşəri cinayətlərin arxasındakı hər kəsin, o cümlədən, beynəlxalq "sülh göyərçinləri"nin də "maskaları" düşəcək...
Cənubi Qafqaz öz tarixinin ən taleyüklü dövrünə qədəm qoyub. Bu mərhələ Cənubi Qafqazın hansı istiqamətdə inkişaf edəcəyinə böyük ölçüdə aydınlıq gətirilə bilər. Hələlik ən ciddi problemlərdən biri məhz bu regiona birbaşa aidiyyatı və ya geopolitik bağlılığı olmayan beynəlxalq siyasi iradə mərkəzlərinin özəl maraqlarından qaynaqlanır. Çünki həmin beynəlxalq güclər öz hədəflərini reallaşdırmaq üçün regional sülh prosesinə kobud müdaxilə etməkdə israrlı davranırlar. Və bu, artıq çoxdan pozitiv nəticələr ilə yekunlaşmalı olan sülh prosesini ləngidərək, əngəlləyir.
Maraqlıdır ki, son vaxtlar bu istiqamətdə bəzi müəmmalı məqamlar ortaya çıxmağa başlayıb. Belə ki, "Qarabağ münaqişəsi"ndə iştirak etmiş bəzi ermənilər açıqlamalarında bilərəkdən və ya bilməyərəkdən vaxtilə baş vermiş hadisələrin səbəblərini gündəmə gətirməkdədirlər. Xüsusilə də, hərbi cinayətkar Samvel Babayanın Ermənistan mətbuatına verdiyi açıqlama böyük əhəmiyyət daşıyır. Və onun sensasion sayıla biləcək son iddialarına Rusiya siyasi dairələrinin verəcəyi reaksiya maraq doğurur.
Məsələ ondadır ki, Samvel Babayan əvvəlcə Qarabağın Paşinyan hakimiyyəti tərəfindən Azərbaycana "təhvil verildiyini" iddia edib. Halbuki, Qarabağda erməni separatizminin və terrorizminin "boz zona"sı məhz Azərbaycan ordusunun antiterror əməliyyatı sayəsində ləğv olunub. Ancaq Samvel Babayan iddia edib ki, Azərbaycan ordusunun antiterror əməliyyatı ərəfəsində Xankəndi və ətraf bölgədəki erməni separatçıların rəhbərləri Paşinyan hakimiyyəti ilə əlaqə saxlayıb.
Əsas maraqlı məqam da elə bununla bağlıdır. Belə ki, Samvel Babayanın iddiasına görə, Ermənistan baş naziri Nikol Paşinyan erməni separatçı-terrorçulara rəsmi Bakı ilə danışıqlar aparmağı, Azərbaycanın tələblərini qəbul etməyi tapşırıb. Ancaq erməni separatçı-terrorçular bu tapşırığa əməl etməyiblər.
Əksinə, rəsmi Bakının hövsələdən çıxarıb, səbrini tükədən addımlar atmağa üstünlük veriblər. Samvel Babayan bunun səbəbini Rusiyanın təsiri altında olan erməni separatçı-terrorçulara Kremldən "təslim olmayın, müqavimət göstərin" təlimatının verilməsi ilə izah edib. Onun fikrincə, Kremlin təlimatlarının icra edilməsi rəsmi Bakının Qaradağda antiterror əməliyyatlarına qərar verməsi ilə nəticələnib.
Göründüyü kimi, hərbi cinayətkar dolayısı ilə Rusiyanın Azərbaycanın dinc yolla, dialoq formatında öz ərazi bütövlüyünü bərpa etməsinə əngəl törətdiyinə eyham vurur. Böyük ehtimalla Kreml erməni separatçı-terrorçuların rəsmi Bakının şərtlərini qəbul edəcəyi təqdirdə, rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasının qaçılmaz olacağına əmin olub. Ona görə də, Rusiyanın geopolitik maraqlarını təmin etmək üçün rəsmi Bakının irəli sürdüyü dinc dialoq modelinə əngəl törədib. Və bununla da, Azərbaycanı daha sərt varianta əl atmaq məcburiyyətində buraxıb.
Ümumiyyətlə, mövcud örnəkləri nəzərə alaraq, düşünmək olar ki, ermənilər danışdlqca hələ çox müəmmalı məqamların və sirlərin üstü açılacaq. Hətta tamamilə mümkündür ki, həm beynəlxalq, həm də regional səviyyədə bəzi "sülh göyərçinləri"nin maskaları düşəcək, onların əsl siması üzə çıxacaq. Xüsusilə də, bu baxımdan, Azərbaycan məhkəmələri qarşısında cavab verməli olacaq erməni hərbi cinayətkarların hazırda davam edən istintaq prosesindəki ifadələri ortaya çıxdıqca bir çoxları üçün ciddi problemlər yarana biləcəyi qətiyyən istisna deyil.
Hər halda, uzun müddət erməni separatçı-terrorçulara rəhbərlik etmiş Araik Arutyunyanın dedikləri böyük qalmaqal yarada biləcək məzmun daşıyır. Üstəlik, bu, hələ yalnız başlanğıcdır, əsl reallıq isə tezliklə ortaya çıxmağa başlayacaq. Araik Arutyunyanın Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətində olduğunu bildirilir. Onun hətta hazırda Ermənistanda yaşayan üç qızı da daxil olmaqla, ailəsini Azərbaycana gətirmək istədiyi də vurğulanır. Və bunun əsas səbəbi isə böyük ehtimalla onun istintaqa vermiş olduğu ifadələrlə bağlı ola bilər.
Məsələ ondadır ki, həmin ifadələrdən sonra Ermənistanda Araik Arutyunyanın ailəsinin təhlükəsizliyi ciddi problemlərə yol aça bilər. Çünki Araik Arutyunyan Gəncə və Azərbaycanın digər şəhərlərindəki mülki obyektlərə raket zərbəsi endirilməsi barədə əmr vermədiyini bildirib. Halbuki, yüzlərlə mülki Azərbaycan vətəndaşının həlak olmasına səbəb olmuş həmin raket zərbələrinin ardınca Araik Arutyunyan Xankəndidə efirə çıxaraq, şəxsən özünün əmr verdiyini bəyan etmişdi.
İndi isə Araik Arutyunyan Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun hərbi hissələrinə 44 günlük savaş dövründə hər hansı əmr vermək səlahiyyətinin olmadığını qabartdır. Onun sözlərinə görə, həmin erməni silahlı dəstələr birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən idarə olunurdu.
Araik Arutyunyan bildirib ki, Azərbaycan şəhərlərinə raket zərbəsi barədə əmr şəxsən Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən verilib. Ancaq sonradan baş nazir Nikol Paşinyan özünün və Ermənistanın bu hərbi cinayətlə bağlı məsuliyyətdən yayındılması üçün Araik Arutyunyana əmrin onun tərəfindən verildiyinin açıq şəkildə bəyan olunmasını tapşırıb. Və bu, bəşəri cinayət olmaqla yanaşı, beynəlxalq məkanda siyasi qalmaqal yarada biləcək bir iddiadır.
Məsələ ondadır ki, ABŞ və Qərb Ermənistan baş naziri Nikol Paşinyanın sülhpərvər imicini yaratmağa çalışır. Onun regional sülh prosesinə sadiq olduğunu iddia edərək, erməni baş nazir üçün beynəlxalq piar kampaniyası aparır. Hətta sülh sazişinə imza atacağı təqdirdə, baş nazir Nikol Paşinyana Nobel mükafatının verilə biləcəyi də iddia olunur. Yəni, Azərbaycan şəhərlərinə raket zərbəsi endirmək barədə əmr vermiş, yüzlərlə dinc sakinin qətlə yetirilməsi ilə nəticələnən bəşəri hərbi cinayəti törətmiş bir erməni baş nazirin "sülh göyərçini" kimi təqdim edilməsi Qərbin riyakarlığından başqa bir şey deyil.
Ancaq ABŞ və Qərb nə etsə də, belə cinayətlər əbədi olaraq, gizli qalmır. Cinayətlər də, onları törədən cinayətkarların kimliyi də əvvəl-axır ifşa edilir. Böyük ehtimalla yaxın vaxtlarda erməni separatçı-terrorçular əsl həqiqətləri etiraf etdikcə, Azərbaycana qarşı bəşəri cinayətlərin törədilməsinin arxasında duran hər kəsin, o cümlədən də, beynəlxalq riyakarlararın maskası yox olacaq, onların siyahısı da ortaya çıxmış olacaq. "Qarabağ sirləri" açıldıqca, beynəlxalq məkanda bəziləri üçün böyük problemlər, qalmaqallı ittihamlar qaçılmaz xarakter daşıyacaq.(musavat.com)