Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

 

 

 
İşğaldan azad edilən rayonlarda və Naxçıvanda tətbiq edilən sistem bütün rayonları əhatə edə bilər

Prezident İlham Əliyevin Cəbrayıl, Qubadlı, Zəngilan  və Laçın rayonlarına  xüsusi nümayəndə təyin etməsi ilə azad edilmiş torpaqlarda bu proses yekunlaşmaq mərhələsinə yaxınlaşdı. Kəlbəcər rayonuna da xüsusi nümayəndə təyinatı reallaşdırıldıqdan sonra proses bütün işğaldan azad edilmiş rayonlarda başa çatmış olacaq.

Yada salaq ki, bir neçə gün əvvəl  dövlət başçısı  Xankəndi, Ağdərə, Xocalı, eləcə də Füzuli və Ağdama da  xüsusi nümayəndələr təyin edib. Qeyd edək ki, 2021-ci ilin fevralında “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”ni təsdiq edib. Fərmanın ikinci bəndində deyilir ki, “mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər”. Bu fərmandan sonra  Prezidentin Naxçıvanda da səlahiyyətli nümayəndəsi təyinatı gerçəkləşib.  

İlham Əliyev hələ bir müddət əvvəl  bildirib ki,  yeni idarəetmə üsulu  gələcəkdə  ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir:  “Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”. Bundan öncəki çıxışları zamanı da dövlət başçısı mövcud regional idarəetmə modelinin sovetlər dövründən qaldığını, zamanın tələblərinə cavab vermədiyini bəyan edib.

Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Yerli icra hakimiyyətlərinin başçılarını prezident təyin edir və vəzifədən azad edir və onların səlahiyyətlərinin çərçivələrini müəyyən edir. Lakin xüsusi nümayəndəliklər prezidentin konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndində nəzərdə tutulmuş diksresion səlahiyyətlərinə görə təsis edilib. Bu baxımdan prezidentin belə səlahiyyəti var və prezident konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən, müvəqqəti məqsədlərlə belə qurum təsis edə bilər.

Regional idarəetmə sahəsində islahatlar hansı formada həyata keçirilməlidir? Bu islahatlar regionlarımızın inkişafına töhfə verə biləcəkmi? Son illərdə bir sıra rayonların, həmçinin Naxçıvanın timsalında tətbiq olunan bu model özünü doğruldurmu?

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin birinci bəndində Prezidentin xüsusi nümayəndəliyinin səlahiyyətləri açıq qeyd edilir: “Əsasnamənin birinci bəndində deyilir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə onlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının struktur bölməsidir - yəni xüsusi nümayəndəliyin əməkdaşları eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşlarıdır.

İşğaldan azad olunmuş rayonlarda Prezidentin xüsusi nümayəndəliklərinin bu şəkildə yaradılması həmin rayonların bərpası və inkişafına dövlət başçısının verdiyi önəmdən irəli gəlir. Bu rayonlarda bütün işlər sıfırdan başlayaraq həyata keçirilir. İşğaldan azad olunmuş rayonların ən qısa zaman kəsiyində bərpası və oradan vaxtılə didərgin düşmüş vətəndaşlarımızın geri qaytarılması həm sosial və həm də siyasi məsələdir. Bu səbəbdən də həmin rayonlarda Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması operativ idarəçiliyin təmin olunması üçün ən doğru seçimdir.

Bu, yaxşı təcrübədir. Hesab edirəm ki, bu gün Prezidentin xüsusi nümayəndəliklərinin və ya ən azından bir xüsusi nümayəndəsinin digər rayonlarımızda olmasına da ehtiyac var.  İlk baxışda icra hakimiyyətlərinin mövcud olduğu şəraitdə belə təyinat paralel idarəçilik  kimi görünə bilər. Çünki hər bir rayonda Prezident tərəfindən təyin olunan yerli icra hakimiyyətinin başçısı mövcuddur. Təklif etdiyimiz variantda söhbət paralel idarəçilikdən daha çox, yerli idarəetmə strukturlarının fəaliyyətinə operativ nəzarətin həyata keçirilməsindən gedir. Belə bir yenilik yerlərdə idarəçiliyin çevikliyini artırmağa, vətəndaşların qaygılarını vaxtında qarşılamağa, hər hansı bir sahədə baş verən problemlərin operativ həllinə nail olmağa kömək edərdi. Düşünürəm ki, Prezidentin xüsusi nümayəndəsinin varlığı yerli icra hakimiyyəti başçılarının və mərkəzi icra orqanlarının yerlərdə fəaliyyət göstərən təşkilatlarının rəhbərlərinin məsuliyyətini yetərincə artırar və yerlərdə neqativ halların qarşısının alınmasında təsirli vasitəyə çevrilə bilər".

Sabiq nazir qeyd etdi ki, son illərdə bir sıra rayonlarımızda insanların üzləşdiyi problemlərin yerli icra hakimiyyətiləri tərəfindən zamanında həll edilməməsi səbəbindən vətəndaşların öz etirazlarını ortaya qoyması hallarına rast gəlinib. O rayonlarda Prezidentin xüsusi nümayəndəsi olsaydı, icra hakimiyyəti rəhbərləri yaranan problemlərin həllinə bu qədər məsuliyyətsiz yanaşmazdılar: “İcra hakimiyyəti başçıları ən azından yaranmış problemin  dövlət başçısına xüsusi nümayəndə tərəfindən həmən məruzə edilə biləcəyindən  ehtiyat edib, onun operativ həllinə çalışardılar. Təbii ki, yerli idarəçiliyin çevikliyini artırmaq məqsədilə təyin edilən xüsusi nümayəndələr yalnız yerli icra orqanlarının fəaliyyətinə nəzarət funksiyası həyata keçirməyəcəklər, onlar eyni zamanda yerli idarəetmə və icra strukturlarına problemlərin həllində yaxından kömək edəcəklər”.

Abutalıb Səmədov: “Sülh sazişi Azərbaycanın tələblərinin qəbul olunmasına  gətirib çıxaracaq”

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, yerli idarəetmənin təkmilləşməsi sahəsində atılan ilk addımlar son dərəcə mühüm və vacib addımlardır: "Prezidentin səlahiyyətli nümayəndələrinin təyin olunması da həmçinin. Ancaq bu, ilk addımlardır. Prezidentin də qeyd etdiyi kimi, bu proses davam edəcək və davam etməlidir. Göz qabağındadır ki, inzibati ərazi bölgümüz və regionların bu şəkildə idarə edilməsi səmərəliliyi azaldıb. Azərbaycanın əksər hissəsində mövcud olan ikipilləli sistem özünü doğrultmur. Yəni kəndlər və rayonlar. Mütləq üçüncü pillənin də yaradılmasına ehtiyac var. Və bu, iqtisadi rayonların əsasında yaradılsa, hesab edirəm ki, kifayət qədər səmərəli idarəetmə ortaya çıxa bilər. Yəni söhbət Azərbaycan ərazisinin 14 iri inzibati ərazi vahidində - onun adı vilayətlər də ola bilər, bölgələr də ola bilər, başqa bir ad da qoyulması mümkündür - mütləq üçüncü pillənin ortaya çıxmasına ehtiyac var. İri inzibati ərazi vahidləri yaradılmalıdır. Onların idarə edilməsində də müəyyən yeniliklərə getmək olar. Türkiyə təcrübəsini, dünya təcrübəsini nəzərə alıb həmin 14 bölgənin idarə olunmasında istifadə etmək olar. Əks halda, son illərin təcrübəsi də göstərdi ki, regionların inkişafına nail olmaq mümkün olmayacaq. Baxmayaraq ki, çox böyük vəsait ayrıldı və bu vəsait yüz milyard manatdan da artıqdır, ancaq hələ də iqtisadi inkişaf Bakı və Bakı ətrafındadır. Digər bölgələrin ümumi daxili məhsulda payı o qədər çox deyil. Vergilərin də böyük əksəriyyəti yalnız və Bakı və Bakı ətrafından yığılır. Yeri gəlmişkən, müxtəlif nazirlik və dövlət qurumları da artıq bu sistemi tətbiq etməyə başlayıblar. Yəni bölgələr üzrə onların yerli strukturları formalaşıb. Bu da kifayət qədər səmərəli idarə etməyə imkan verir. Sadəcə olaraq, yuxarıda dediyimi kimi, bölgələrin yaradılmasına ehtiyac var. Bu istiqamətdə bir qədər sürətlə hərəkət etməliyik. Çünki ərazilərin idarə olunmasında problemlər göz ıqabağındadır”.

İlham Əliyev Axim Ştayneri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayneri qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 
  •  

 

Prezident Dennis Fransisi qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.

Görüşdə Azərbaycan ilə BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.

Dennis Fransis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunun və burada aparılan müzakirələrin önəmini vurğuladı. O, Azərbaycanın çoxtərəfli diplomatiyaya və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdi.

Qonaq COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı, bu çərçivədə yaradılmış və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliyanın daxil olduğu “üçlük” mexanizminin əhəmiyyətini vurğuladı.

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın COP29 prosesi çərçivəsində inklüziv yanaşmadan çıxış etdiyini və “üçlük” mexanizminin COP çərçivəsində ilk dəfə yaradıldığını bildirdi.

Söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olundu.

Dövlətimizin başçısı vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçlər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarı ilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır.

Görüşdə minalar, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və BMT Baş Assambleyasının gündəliyində duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın su resurslarının ölkəmizin hüdudları və sərhədləri xaricində formalaşdığını, ona görə də transsərhəd çaylarının ekoloji təmizliyinin və bu xüsusda region ölkələri arasında əməkdaşlığın vacibliyini qeyd etdi.

Dövlətimizin başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğuladı. Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəyin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, ərazilərimizin işğaldan azad olunmasından sonra indiyədək mina hadisələri nəticəsində 350-dən çox vətəndaşımız həlak olub və yaralanıb.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi qeyd edildi, ölkəmizin Hərəkat çərçivəsində humanitar minatəmizləmənin yeni Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi, həmçinin bu sahədə beynəlxalq səylərin səfərbər olunması ilə əlaqədar təşəbbüsləri vurğulandı.

Görüşdə Azərbaycanın BMT təsisatları ilə əməkdaşlığı çərçivəsində Dünya Şəhərsalma Forumu kimi əhəmiyyətli tədbirin 2026-cı ildə ölkəmizdə keçirilməsinin vacibliyi bildirildi.

***
Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.

Ölkə.az xəbər verir ki, məlumatı prezidentin mətbuat xidməti yayıb.

Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb.

Bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin hesabatını təqdim edərkən çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində “İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrup yaradılıb. “Qiymət formalaşması nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən “Qiymət İzləmə Tətbiqi” sistemi yaradılıb.

Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8% orta illik inflyasiyaya nail olunub. İllik inflyasiya isə 2.1% təşkil edib”, - Baş nazir bildirib.

Onun sözlərinə görə, ötən il ərzində əhalinin hər bir nəfərinə düşən ÜDM 0,5% artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil edib.

“2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7% azaldığı halda, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,7% artıb, qeyri neft-qaz sənayesi 8,0% artıb” - baş nazir qeyd edib.

Əlavə edib ki, 2023-cü ildə xarici ticarət dövriyyəsi təxminən 45 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 10.3 mlrd. dollar olub. “Qeyri-neft ixracı 9.8% artaraq 3,3 mlrd. dolları üstələyib. 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd.dollar təşkil edib. Bu da xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd.ABŞ dolları olmuş və ÜDM-in 8,9%-ni təşkil edib. Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarət ilə davam etdiriləcək.

Ortamüddətli dövrdə qeyri neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır. Bütövlükdə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35,6 milyard manat edib ki, bu da 2022-ci illə müqayisədə 4,9 milyard manat çoxdur”, - Baş nazir qeyd edib.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.

O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir:

“Bu gün imzalanan Bakı bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək”.

İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulandı.

Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olundu.

Prezident Volfqanq İşingeri qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib.

Məlumatı prezidentin mətbuat xidməti paylaşıb.

“Paşinyan mətbuat konfransında Tavuş rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyillər, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Paşinyanın açıqlamalarından görünür ki, bu, birtərəfli güzəştlə olacaq və Azərbaycan qoşunlarını sərhəddən geri çəkməyəcək”.

Bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr qeyd edir ki, hazırda Tavuş istiqamətindəki 7 kəndin 4-nün qaytarılmasından bəhs edilir: “Söhbət Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir”.

Nəşr “bu kəndlər qaytarılsa, nə olacaq” sualını da araşdırıb: “Ermənistan Silahlı Qüvvələri həmin 4 kəndin ərazisindən çıxmalıdır. Bura üçüncü ordu korpusu nəzarət edir. Bu korpusa vaxtilə general Onik Qasparyan, general Qriqori Xaçaturov rəhbərlik edirdi. Ola bilər ki, bu generallar həm də bu kəndlərin qaytarılmasına görə hökumət tərəfindən təqib edilirdi. Ekspertlər bildirir ki, üçüncü korpus Azərbaycanla müqayisədə daha əlverişli mövqedədir. Kəndlər təhvil veriləndən sonra bu mövqelər azərbaycanlılara keçəcək və biz daha əlverişsiz vəziyyətə düşəcəyik. Bundan başqa, Gürcüstanla dövlətlərarası yol və Ermənistana gələn qaz kəməri də bu ərazidən keçir. Ermənistan yeni yol tikməli, qaz kəmərini ölkənin dərinliyinə doğru çəkməlidir. Bu, həm maliyyə, həm də zaman tələb edir”.

“Apaven” yükdaşıma şirkətinin icraçı direktoru Qaqik Ağacanyan deyib ki, dövlətlərası yolun çəkilişi üçün hər kilometrə 5-6 milyon dollar lazımdır: “Söhbət dağlıq ərazidən gedir və əgər körpü tikiləcəksə, bu, daha da baha olacaq, tunellər olarsa, bir qədər də artacaq. Təkcə alternativ yolun çəkilməsi ilə iş bitmir, həm də onun təhlükəsizliyi məsələsi var”.

Bu kəndlərin qaytarılması Ermənistan Konstitusiyasının da dəyişməsini tələb edir. Konstitusiya üzrə ekspert Qohar Meloyan bildirib ki, Ermənistan Konstitusiyası dövlətin ərazisinin yalnız referendum yolu ilə dəyişməsini tələb edib: “Bu, 205-ci maddədə qeyd olunub. Ya konstitusiyanı dəyişməlidirlər, ya da onu pozmalıdırlar”.

Publika.az

Hakan Fidanın yeni planına “yaşıl işıq”: Azərbaycanla bağlı qərar dəyişdi - Ekspert danışır...“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fəallığını artırıb. Prezident Rəcəb Tayyib Ərdoğan da son çıxışında sülh müqaviləsinin önəmindən danışdı. Üstəgəl, xarici işlər naziri Hakan Fidan ötən günlərdə məsələni ABŞ-də müzakirə masasına yatırdı. Ankaranın artan fəallığını necə izah etmək olar?

- Türkiyənin Cənubi Qafqazda fəallaşması, Ermənistan yönündəki aktiv səyləri Azərbaycan üçün son dərəcə faydalıdır. Prezident İlham Əliyevin İkinci Qarabağ Müharibəsindən sonra açıqlaması var idi ki, Azərbaycan artıq öz ərazilərini işğaldan azad edib, Türkiyə Ermənistan siyasətində sərbəstdir. Yəni bu o deməkdir ki, Türkiyə Azərbaycana boylanmadan Ermənistanla münasibətlərini normallaşdıra bilər. Buna baxmayaraq, Türkiyə Azərbaycanla müttəfiqliyə sadiq qalaraq, bu məsələni Bakı ilə koordinasiya edir. Hakan Fidan ötən ilin dekabrında Bakıda olanda açıq dedi ki, Ermənistanla bağlı məsələlər Azərbaycanla razılaşdırılır.

Prezident Ərdoğan bu günlərdə keçirilən Antalya Diplomatiya Forumunda söylədi ki, Türkiyə Ermənistan siyasətini Azərbaycanla koordinasiya edir. Bunun izahı belədir: Ermənistan ilk növbədə Azərbaycanla məsələləri həll etməlidir ki, Türkiyə ilə normallaşma prosesinə başlasın. Bununla yanaşı, Türkiyə Ermənistanla dialoqu davam etdirir. Təsadüfi deyil ki, Antalya Diplomatiya Forumuna Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da gəlmişdi. Türk həmkarı Sərdar Kılıç Rubinyana təklif etdi ki, növbəti görüş İrəvanda keçirilsin. Əslində, biz də bu təkliflə çıxış edə bilərik ki, başqa ölkələrdə görüşməkdənsə, növbəlilik əsasında təmaslar Bakı və İrəvanda davam etdirilsin.

Yeri gəlmişkən, Hakan Fidan Amerika səfərində müxtəlif mövzuları həmkarı Entoni Blinkenlə müzakirə etdi. Hakan Fidanın belə bir fikri də oldu ki, müxtəlif mövzularda fikir ayrılıqları olsa da, həmişə bunlar müzakirə olunmalıdır. Əslində, Amerikanın da fikri budur ki, Ermənistan sülh məsələsində Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamalıdır. Azərbaycan da, Türkiyə də bunu istəyir. Sadəcə Nikol Paşinyan bunun üçün reallığı qəbul edərək, Azərbaycanla çərçivə sazişinin imzalanmasını yubatmamalıdır.

- ABŞ sülh prosesi ilə bağlı Türkiyə ilə əməkdaşlıq edəcək, Hakan Fidanın Vaşinqton səfərində bu barədə razılaşma oldu. İndiyədək regionda əməkdaşlıqla bağlı Türkiyə ilə arasında məsafə saxlayan ABŞ niyə fikrini dəyişdi?

- Amerikanın Türkiyəyə ehtiyacı var. Çünki bilir ki, Ermənistan Rusiyanın caynağından qurtarmaq istəyirsə, böyük qonşusu Türkiyə ilə münasibətləri normal olmalıdır. Bəli, zaman-zaman ABŞ-Türkiyə münasibətlərində suallar yaranır. Bu sualları yaradan məsələlərə ABŞ-nin PKK terror təşkilatının Suriyadakı törəmələrini dəstəkləməsi, F-35 təyyarələrini Ankaraya verməməsi, FETÖ lideri Fəthullah Gülənə Pensilvaniyada sığınacağın verilməsi və sair daxildir. Bu, Türkiyədə narahatlıq, münasibətlərdə suallar yaradır. Amma buna baxmayaraq, əməkdaşlıq istiqamətində dialoq davam edir.

Amerikada onu da anlayırlar ki, artıq Türkiyə Cənubi Qafqazdadır, Azərbaycanla ittifaq var, türk dünyasının lider dövlətidir. Vaşinqtonda onu da başa düşürlər ki, Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, sərhədlər açılarsa, bunlar Amerikanın da regional maraqlarına cavab verəcək.

- Ermənistan mətbuatı bir neçə gündür Türkiyənin sərhədə hücum silahları göndərdiyi iddiasını tirajlayır. Sizcə, bu, nə qədər doğrudur, əgər belədirsə, nə ilə bağlı ola bilər?

- Ermənistandan gələn xəbərlərə bir az ehtiyatlı yanaşmaq lazımdır. Belə xəbərləri yayanları “Ermənistan mətbuatı” adlandırmaq olmaz. Bunları Paşinyana qarşı radikal mövqedə duran qüvvələr yayırlar. Məqsəd də Paşinyanın mövqelərini zəiflətməkdir ki, guya Rusiya sərhədçiləri ölkədən çıxarılsa, sərhədlər boş qalacaq, Türkiyə Ermənistana hücum edəcək. Bu, Paşinyan əleyhinə ortaya atılmış iddiadır. İddia Türkiyə tərəfindən təsdiqlənməyib.

Təəssüf ki, heç bir əsası olmayan bu xəbər Azərbaycan mediasında geniş yayıldı. Üstəgəl, Türkiyənin hüququ var ki, öz ərazisində istənilən hərbi əməliyyat, təlimlər keçirsin. Suriya və İraqda PKK-ya qarşı mübarizə davam edir. Bəzən Ermənistanla sərhəd yaxınlığında da belə hallar olur, burda da hərbi təlimlər keçirilə bilər. Bunlar Türkiyənin müstəsna hüququdur. İndi belə bir şeyin olub-olmadığı bilinmir, ən azı Türkiyə tərəfindən açıqlama yoxdur. Biz də strateji müttəfiqimizə inanmalıyıq, nəinki ermənilərin informasiyalarına.

Məncə, bu, Paşinyana qarşı yönəlmiş dezinformasiyadır. Çünki Paşinyan Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarmaq istəyir. Radikallar da onu qorxutmağa çalışırlar ki, rus sərhədçiləri Türkiyə ilə sərhəddən də çıxarılsa, nə edəcəyik. Açıq demək lazımdır ki, Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi Azərbaycanın da, Türkiyənin də maraqlarına cavab verir. Ermənistandakı Rusiya hərbi bazası kimə qarşıdır? Əgər Rusiya Azərbaycan və Türkiyəni özünə strateji tərəfdaş hesab edirsə, bu hərbi baza nəyə lazımdır? Ona görə də, hesab edirəm ki, Rusiya hərbi bazası və qoşunlarının Ermənistanı tərk etməsi Türkiyə və Azərbaycanın maraqlarına uyğundur.

- Ermənistan Baş naziri Nikol Paşinyan söylədi ki, Türkiyəyə təkcə qonşu ölkə kimi yox, həm də Azərbaycanla münasibətlər kontekstində baxılmalıdır. Hesab etmək olarmı ki, bu, İrəvanın Bakının sülh müqaviləsi ilə bağlı şərtlərini qəbul etməsinin anonsudur?

- Əslində, Paşinyan bəzi reallıqları anlayır. Son mətbuat konfransında 4 kəndlə bağlı gah nala-mıxa vursa da, elə sözlər işlətdi ki, dolayı yolla bu ərazilərin Ermənistana aid olmadığını etiraf etdi. Yəni Azərbaycan o kəndlərə daxil olarsa, Paşinyan bununla razılşacaq.

Paşinyanın Azərbaycan kontekstində Türkiyə ilə bağlı dedikləri də reallığı əks etdirir. Paşinyan o reallığı da anlayır ki, Türkiyə Ermənistan siyasətini Azərbaycanla koordinasiya edir.

Xəbər lenti