![]() |
|
Azərbaycan Respublikasında dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gedib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Cari ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimdə müxtəlif fəaliyyətlər icra edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirərək əməliyyat rayonunun dərinliyinə sızıb, şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Həmçinin yüksək dağlıq və çətin keçilən ərazilərdə, eləcə də sərt enişlərdə, sıldırım yamaclarda dağçılıq ləvazimatlarından istifadə etməklə hərəkət qaydaları məşq etdirilib.
Taktiki təlimdə snayperlər fərdi və cütlük şəklində hərəkət, atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını da müvəffəqiyyətlə icra ediblər.
Bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.
Tokayevin Bakı səfəri üç kontekstdə xüsusilə əhəmiyyətlidir.
Birincisi, ikitərəfli münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılması: Əliyevlə Tokayevin Bakıda səsləndirdiyi fikirlər hər iki tərəfdə bunun üçün siyasi iradənin olduğunu göstərir;
İkincisi, Türk Dövlətləri Təşkilatının perspektivinin gücləndirilməsi: Astana-Bakı strateji müttəfiqliyinin əldə edilməsi TDT-nin inkişafı baxımından da əhəmiyyətlidir, çünki təşkilata üzv ölkələrin fərqli bloklarda təmsil olunması TDT çətiri altında strateji-hərbi müstəvidə kollektiv müqavilələrə ehtiyatlı yanaşmaya səbəb olur; bu baxımdan, TDT daxilində ikitərəfli müqavilələrin imzalanması və bunun təşkilatın birliyi üçün istifadə edilməsi daha real variantdır, Şuşa bəyannaməsi təcrübəsi də var;
Üçüncüsü, Orta Dəhlizin ön plana çıxarılması: Əliyevlə Tokayev Çinin Sian terminalından Abşeron stansiyasına konteyner qatarının gəlişini izləməklə bu marşrutun işlək və effektiv olduğunu nümayiş etdirdi;
Bir-birinə bağlı olan bu məqamlardan birində axsama olarsa, digərlərində də problem yarana bilər, buna görə Qazaxıstanla münasibətlər kompleks xarakter daşıyır. Tokayevin səfəri Nazarbayevdən sonra Qazaxıstanla münasibətlərdə risk ehtimalının yüksək olmadığını da göstərdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şuranın birinci iclası başlayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncamla xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:
Ələkbərov Nicat Vaqif oğlu – polkovnik
Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant
Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant
Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant
Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant
Məmmədov Xəyyam Loğman oğlu – polkovnik-leytenant
Ağayev Nemət Mir Tahir oğlu – mayor
Əliyev Rasim Nurməmməd oğlu – mayor
Quliyev Malik Əlipənah oğlu – mayor
Məhərrəmov Sətdar Razim oğlu – mayor
Niftəliyev Ayaz Tofiq oğlu – mayor
Məmmədov Bilal Şahin oğlu – kapitan.